Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3053/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi ƏDV daxil 37855,35 manat məbləğində əsas borcun, ödənilmiş 200 manat dövlət rüsumunun, 320 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə müxtəlif kabel məhsullarını (-/+ 5% tolerans nəzərə alınmaqla) təhvil verməyi, Cavabdeh MMC isə kabelləri təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Təhvil aktları və e-qaimələrdən göründüyü kimi ümumi 33553 metr həcmində və 350478,73 manat dəyərində mallar alıcı Cavabdeh MMCyə təhvil verilmişdir. Cavabdeh MMC də öz növbəsində təhvil aldığı mallara görə 48170,08 manat ƏDV hesabından, 264453,30 manat bank hesabından olmaqla, ümumi 312623,38 manat ödəniş etmişdir. Nəticədə 37855,35 manat məbləğində təhvil verilmiş mallara görə borc (350478,73 manat- 312 623,38) ödənilməmiş qalmışdır. xx.xx.2025 tarixli pretenziya məktubu elektron internet vergi idarəsi vasitəsilə cavabdehə xx.xx.2025 tarixində çatdırılmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məluumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1487 nömrəli alqı-satqı müqaviləsinə görə 12320,83 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
8. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1506 nömrəli alqı-satqı müqaviləsinə görə 16992 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
9. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1510 nömrəli alqı-satqı müqaviləsinə görə 21877,20 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
10. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1520 nömrəli alqı-satqı müqaviləsinə görə 24048,40 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
11. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1352 nömrəli alqı-satqı müqaviləsinə görə 32261,20 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
12. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1454 nömrəli alqı-satqı müqaviləsinə görə 20414 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
13. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1155 nömrəli alqı-satqı müqaviləsinə görə 90718,4 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
14. İddiaçı (təchizatçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K-1155 nömrəli alqı-satqı müqaviləsinə görə 28625,86 manat məbləğində məhsulun təhvil verilməsi razılaşdırılmışdır.
15. İddiaçı tərəfindən cavabehə xx.xx.2022-ci il tarixli, K-812 nömrəli 36426,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli K-895 nömrəli 37846,14 manat məbləğində, xx.xx.2023-cü il tarixli K-943 nömrəli 25747,60 manat məbləğində qiymət təklifləri təqdim olunmuşdur. Qiymət təklifləri iddiaçı və cavabdehin möhürləri və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur.
16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBCM 993421 nömrəli 36723,96 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 532686 nömrəli 37789,85 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDC 656128 nömrəli 25940,71 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDE 651355 nömrəli 28625,86 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDH 548092 nömrəli 36523,95 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDK 078070 nömrəli 55336,1 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDQ 961541 nömrəli 20539,38 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDQ 961911 nömrəli 12320,83 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDP 396295 nömrəli 32489,14 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDU 802919 nömrəli 17476,27 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDU 803270 nömrəli 24769,85 manat məbləğində, xx.xx.2024-cü il tarixli, EBDZ 074920 nömrəli 21942,83 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
17. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 15435 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 15435 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 19000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 13073 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 10910,10 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 11277,85 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 10000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 11000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 11595 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 10000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 9280 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 27616 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 8544 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 5000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 18796 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 14248,17 manat və 10441,38 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 10000 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 15801,80 manat məbləğində, xx.xx.2023-cü il tarixdə 17000 manat məbləğində ödənişlər edilmişdir.
18. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 2778,3 manat, xx.xx.2023-cü il tarixdə 3060 manat, xx.xx.2023-cü il tarixdə 2844,32 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 2564,67 manat və 1879,44 manat, xx.xx.2023-cü il tarixdə 568,45 manat və 3383,28 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1537,92 manat, xx.xx.2023-cü il tarixdə 4970,88 manat, xx.xx.2023-cü il tarixdə 1670,40 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 2087,17 manat, xx.xx.2023-cü il tarixdə 1980 manat, xx.xx.2023-cü il tarixdə 1800 manat, xx.xx.2023-cü il tarixdə 1850,01 manat, xx.xx.2023-cü il tarixdə 1963,80 manat, xx.xx.2023-cü il tarixdə 2533,14 manat, xx.xx.2023-cü il tarixdə 3420 manat, xx.xx.2023cü il tarixdə 2778,3 manat məbləğində pul iddiaçıya məxsus ədv sub-uçot hesabına köçürülmüşdür.
19. Materiallarda olan nəzarət buraxılış aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 2223 metr, xx.xx.2023-cü il tarixdə 3494 metr, xx.xx.2023-cü il tarixdə 2015 metr, xx.xx.2023-cü il tarixdə 3040 metr, xx.xx.2023-cü il tarixdə 4127 metr, xx.xx.2023-cü il tarixdə 6002 metr, xx.xx.2023-cü il tarixdə 6002 metr, xx.xx.2023-cü il tarixdə 2785 metr, xx.xx.2023-cü il tarixdə 1723 metr, xx.xx.2023-cü il tarixdə 2057 metr, xx.xx.2023-cü il tarixdə 2060 metr ölçüdə kabellər təhvil verilmişdir.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 350478,73 manat təşkil edən mallar təhvil verilmişdir. Cavabdeh yaranmış ümumilikdə 350478,73 manat borcunun müqabilində ümumilikdə 312623,38 manat ödəniş etmişdir. Təhvil verilmiş malların müqabilində 37855,35 manat borc ödənilməmiş qalmışdır. İddiaçı hazırda həmin borcun ödənilməsini tələb etməklə haqlıdır.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 37855,35 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 320 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 37855,35 manat əsas borc, 320 manat hüquqi yardıma görə xərc, 200 manat dövlət rüsumu, ümumilikdə 38375,35 (otuz səkkiz min üç yüz yetmiş beş manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova