Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3057/2022 06.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı Barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi maraqlı şəxsə qarşı Barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış 18 mart 2020-ci il tarixli 20-0032 saylı Alqı-satqı müqaviləsi əsasında 29.04.2020-ci il tarixli EBAJ seriyalı 309882 saylı e-Qaimə ilə 9645.00 manat (ƏDV daxil) mallar maraqlı şəxsə verilmişdir. Razılaşmaya əsasən malların dəyəri mallar veriləndən sonra 30 gün müddətində tam olaraq ödənilməlidir. Lakin 31.05.2020-ci il tarixdə 1471.27 manat malların ƏDV məbləği tam və 02.07.2020-ci il tarixdə 2500.00 manat malların dəyrindən bir qismi ödənilsə də, 5673.73 manat məbləğ bu günədək ödənilməmişdir. 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Mediasiyaya müraciət edilmiş, 10.03.2022-ci il tarixdə üçtərəfli barışıq sazişi bağlanmışdır. Həmin sazişin 2.1-ci bəndinə əsasən maraqlı şəxs 2022-ci il aprel ayının son həftəsində 5673.73 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu gün artıq apreldən 10 gün keçməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu səbəbdən sazişin 2.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. Ərizəçinin nümayəndəsi X5 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prossesual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə ərizəni, işdə olan sənədləri tədqiq edərək, maraqlı şəxsin izahatını dinləyərək, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəməyə təqdim edilən 10.03.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: Tərəflər İddiaçı (bundan sonra "Birinci tərəf") və Cavabdeh (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf' və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həli etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində (M-00192) nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri 1.1. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 20-0032 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mal Alıcıya təhvil veildikdən sonra 30 gün müddətində malın dəyərinin ödənilməsi həyata keçirilməlidir. 1.2. "İkinci tərəf" müqaviləninin şərtlərini pozaraq, son ödənişi 02 iyul 2020-ci ildə etmişdir. 1.3. "xxxx" MMC -nin 05.03.2022-ci il tarixli X1 istinadən, "xxxx" MMC 5673,73 (beş min altı yüz yetmiş üç manat, yetmiş üç qəpik) qalıq borcunu ödəməmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. "İkinci tərəf" -"xxxx" MMC) saziş imzalandıqdan sonra öz üzərinə 2022-ci ilin aprel ayının son həftəsində 5673,73 (beş min altı yüz yetmiş üç manat , yetmiş üç qəpik) qalıq borcunu ödəmək öhdəliyini götürür. 2.2. Əks təqdirdə " birinci tərəf" ("xxxx" MMC ) Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorların, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər.Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.8. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediaslya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu höç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarım əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır, 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər vp ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Məhkəmə qeyd edir ki, mediasiya sessiyasında mediatorun iştirakı ilə tərəflər arasında bağlanmış və imzalanmış 10.03.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə uyğun tərtib olunmuş və İddiaçı nümayəndəsi X5 və şəxs Cavabdeh nümayəndəsi X4 tərəfindən imzalanmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən və Mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilədən müəyyən olunur ki, barışıq sazişi imzalanan tarixdə X5 İddiaçı baş mühasibi, X4 Cavabdeh satış təmsilçisi olmuşdur. Göründüyü kimi 10.03.2022-ci il tarixli barışıq sazişi hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Mülki Prossesual Məcəllənin 355-26-ci maddəsində göstərilmiş hallar da mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 10.03.2022-ci il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin. Tərəflər İddiaçı (bundan sonra "Birinci tərəf") və Cavabdeh (bundan sonra "İkinci tərəf") (bundan sonra "Birinci tərəf' və "İkinci tərəf" birlikdə ismin müvafiq hallarında "Tərəflər" adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həli etmək üçün, həmçinin adı aşağıda qeyd edilən, mediasiya reyestrində (M-00192) nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 (bundan sonra "Mediator") iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi (bundan sonra "Saziş") imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri 1.1. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 20-0032 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mal Alıcıya təhvil veildikdən sonra 30 gün müddətində malın dəyərinin ödənilməsi həyata keçirilməlidir. 1.2. "İkinci tərəf" müqaviləninin şərtlərini pozaraq, son ödənişi 02 iyul 2020-ci ildə etmişdir. 1.3. "xxxx" MMC -nin 05.03.2022-ci il tarixli X1 istinadən, "xxxx" MMC 5673,73 (beş min altı yüz yetmiş üç manat, yetmiş üç qəpik) qalıq borcunu ödəməmişdir. Maddə 2. Barışığın şərtləri 2.1. "İkinci tərəf" -"xxxx" MMC) saziş imzalandıqdan sonra öz üzərinə 2022-ci ilin aprel ayının son həftəsində 5673,73 (beş min altı yüz yetmiş üç manat , yetmiş üç qəpik) qalıq borcunu ödəmək öhdəliyini götürür. 2.2. Əks təqdirdə " birinci tərəf" ("xxxx" MMC ) Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorların, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər.Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.8. Aşağıdakı mövcud təminat və üstünlük hüquqları, o cümlədən, girov, ipoteka, mülkiyyət və zaminlik hüquqları qüvvədə qalır: Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediaslya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu höç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarım əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır, 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər vp ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3057/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3057/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver