Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3064/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 oğlunun iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyun 2024-cü il tarixli, AM-2024- 06/04 nömrəli “Alqı-satqı” müqaviləsi üzrə üzərinə götürüdüyü 23135 (iyirmi üç min yüz otuz beş) manat məbləğində ödənişin, həmin pul vəsaitini qanunsuz olaraq özündə saxladığına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2025-ci il üzrə uçot dərəcəsinə uyğun olaraq (23135 + 6.25% * 21 = 30 364,6875) 30 364,6875 (otuz min üç yüz altmış dörd min səkkiz yüz yetmiş beş) manat məbləğində faizlərin və məhkəməyə ödənilmiş 251 (iki yüz əlli bir) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 iyun 2024-cü il tarixli, AM-2024-06/04 nömrəli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya tikinti məhsulları satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı” ya ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” sifariş olunan malın ödənişini “Satıcı”nın təqdim etdiyi hesab-fakturnı aldıqdan sonra köçürmə yolu ilə həyata keçirir. Tərəfimizdən müqavilənin xx.xx.2024-cü il tarixli əlavə 1-də nəzərdə tutulan mallar xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə “Alıcı”ya təhvil verimişdir. Lakin mallar təhvil verisə də, “Alıcı” müqavilə üzərə götürdüyü öhdəliyi bu günədək yerinə yetirilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsək də, iddiaçının müraciətinə heç bir cavab verilməmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il taixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunmuş, tərəflər arasında bağlanılmış 04 iyun 2024-cü il tarixli, AM-2024-06/04 nömrəli “Alqısatqı” müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək 23135 (iyirmi üç min yüz otuz beş) manat məbləğində ödənişin 5 (beş) gün müddətində həyata keçirilməsini təmin edilməsi bildirilmişdi. Əks təqdirdə öhdəliyin məhkəmə qaydasında tələb ediləcəyi və bu zaman dəymiş maddi zərərdən əlavə, məhkəmə xərclərinin cavabdehdən tutulacağı barədə xəbərdar edilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya məktubuna da əhəmiyyət verilməmiş, müqavilə üzrə özərinə götürülmüş öhdəlik bu günədək icra edilməmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır.
3. 18.04.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək zavabdeh Cavabdeh MMC-dən 23135 (iyirmi üç min yüz otuz beş) manat məbləğində əsas, 1908 (min doqquz yüz səkkiz) AZN məbləğində faiz borcu, məhkəməyə ödənilmiş 251 (iki yüz əlli bir) AZN dövlət rüsumunun və ümumilikdə 25295 (iyirmi beş min iki yüz doxsan beş) AZN məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul e
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 04 iyun 2024-cü il tarixli, AM- 2024-06/04 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya tikinti məhsulları satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı” ya ödəyir. - 2.1-ci bəndinə əsasən Malın qiyməti, növü, çeşidi müqaviləyə əlavə ilə müəyyən olunur. Bu müqaviləyə əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir. - 2.2-ci bəndinə əsasən Malın qiymətinə alıcının ünvanına çatdırılması daxil deyildir. - 5.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın “Satıcf’nın təqdim etdiyi hesab-faktumı aldıqdan sonra köçürmə yolu ilə həyata keçirir. - 5.2-ci bəndinə əsasən “Alıcı” malın dəyərini 100% miqdarında əvvəlcədən “Satıcı”ya ödəyir. Məbləğ tam şəkildə ödənildikdən sonra “Satıcı” tərəfindən mal “Alıcı”nm təlabatına uyğun şəkildə ona təhvil verilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 iyun 2024-cü il tarixli, AM-2024-06/04 nömrəli Müqaviləyə 01 saylı Əlavədə malların adı,vahidi,qiyməti qeyd olunmuşdur.
11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 06 iyun 2024-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır.
12. İddiaçı tərədindən cavabdehə MT2406 10302803 nömrəli xx.xx.2024-cü il tarixli 27299.3 manat məbləğində elektron qaimə göndərilmişdir. V. Tətbiq edilən hüquq:
13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək cavabdehin özü tərəfindən təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvilqəbul aktı ilə (xx.xx.2024-ü il tarixli)təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
19. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 23135 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 23135 manat məbləğində əsas borc pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
20. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 1908 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
21. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti və 23135 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 250 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 162 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 23135 (iyirmi bir min yüz otuz beş) manat məbləğində borc, illik 5 % (beş) miqdarında 1000 (min) manat məbləğində gecikdirmə borcu, 162 (yüz altmış iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova