Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3065/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası nin İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası nin İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 30290,24 manat (otuz min iki yüz doxsan manat iyirmi dörd qəpik) borc pul və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında 23 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 24048,04 (iyirmi dörd min qırx səkkiz manat dörd qəpik) manat borc pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq SOCAR-ın İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı (NKİ) ilə Cavabdeh MMC arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən müqavilənin 1 nömrəli qoşmasında adları və qiymətləri göstərilmiş söküntü əlvan və qara metal tullantıları İddiaçı tərəfindən Cavabdeh MMC-yə satılmışdır. Qeyd edilən alqı-satqı müqavilə münasibətlərində NKİ “satıcı”, Cavabdeh MMC isə “alıcı” tərəf kimi iştirak etmişdir. Sözügedən müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliyini bugünədək yerinə yetirməmiş, müqavilə üzrə ödənişi həyata keçirməmişdir. Tərəflər arasında imzalanmış “qarşılıqlı borcların üzləşdirilməsi” aktında 01.01.2021-ci il tarixinə borc qalığının 30290,24 (otuz min iki yüz doxsan manat iyirmi dörd qəpik) manat olduğu təsdiq edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. ərizədə qeyd olunur ki, Cavabdeh tərəfindən ümumi iddia məbləğinin ƏDV daxil 6242,20 manat (altı min iki yüz qırx iki manat iyirmi qəpik) hissəsi ödənildiyi üçün iddia tələbinin azaldılmasına və iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Ona görə də 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əlavə dəyər vergisi daxil olmaqla ödənilməmiş 24048,04 (iyirmi dörd min qırx səkkiz manat dörd qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının iddia etdiyi 30290,24 manat məbləğ əvvəlki rəhbərin dövründə yaranmış borcdur. Həmin borcun olmasını etiraf edir və hissə-hissə həmin borc ödəniləcəkdir. 07.06.2021-ci il tarixdə həmin borc məbləğindən 5290 manat ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində Azərbaycan Respublikası nin İddiaçı ilə alıcı qismində Cavabdeh arasında 23.01.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən satıcı bundan sonra adları və qiymətləri bu müqavilənin 1 nömrəli qoşmasında göstərilən söküntü əlvan və qara metal tullantılarını, bundan sonra mal adlanacaq, satmağı, alıcı isə həmin malları almağı öz öhdələrinə götürürlər. - 01.01.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh iddiaçı Azərbaycan Respublikası nin İddiaçına ödənilməmiş 30290,24 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası nin İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış 30.04.2021-ci il tarixli pretenziyadan görünür ki, borcun ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 24048,04 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 24048,04 manat (iyirmi dörd min qırx səkkiz manat dörd qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 24078,04 manat (iyirmi dörd min yetmiş səkkiz manat dörd qəpik) məbləğində pul Azərbaycan Respublikası nin İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3065/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3065/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver