Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3066/2021 13.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC Cavabdeh1 və X3 qarşı müqavilənin ləğv edilməsi, lizinq obyekti olan xederin işlək vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış X6 və zaminlik müqaviləsinə əsasən yaranmış 2.523,07 manat məbləğində əsas borcun, 65,56 manat gecikdirilmiş günlərə görə cərimə borcunun,ümumilikdə 2.588,63 manat məbləğində pulunvə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı"xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 23 iyul 2019-cu il tarixli, KTA-DM19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə xitam verilməsi və kombayn üçün nəzərdə tutulmuş xederin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 23 iyul 2019-cu il tarixli, KTAKTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd kombayn üçün nəzərdə tutulmuş “EMT-5” markalı Qarğıdalı xederi cavabdehə 36 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan kombayn 21 avqust 2019-cu il tarixli lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 39.940 manat təşkil etmişdir. Həmin məbləğin 14.951,14 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 7.988 manat məbləğində ilkin ödəniş və 1.198,20 manat müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətə ödənilmişdir. Eyni zamanda, Cavabdeh2 ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən traktor ve aqreqatlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş, nəticədə 23.04.2021-ci il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 2.523,07 manat məbləğində əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 4.2-ci bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin 26.04.2021-ci il tarixinə 65.56 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən 16.01.2021-ci il tarixli, PLM-21/0008 nömrəli pretenziya məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Beləliklə, Cavabdeh2 İddiaçı ASC qarşısında 23 iyul 2019-cu il tarixli, KTA- KTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə əsasən 23.04.2021-ci il tarixə qədər 2,523.07 manat məbləğində əsas borcu, 65.56 manat gecikdirilmiş günlərə görə cərimə borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Lizinq müqaviləsinin təminatı kimi 08.09.2019-cu il tarixdə Cavabdeh1 ilə KTA-KTT-19/0056-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında 23 iyul 2019-cu il tarixli, KTAKTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikasını/aqreqatını/qoşqusunu öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyənm haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Lizinq obyekti 2019-cu il buraxılışlı EMT-5 markalı New Holland üçün 5 cərgə Qarğıdalı xederidir. 1.3-cü bəndinə əsasən lizinq obyektinin satıcısı: Aqrolizinq ASC; 1.4-cü bəndinə əsasən lizinq obyektinin qiyməti 39.940 manat təşkil edir. 4.2-ci bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gicikdirilmiş günə görə gecikdrilmiş məbləğin 0,1%-i miqdarında vərimə hesablamaq hüququna malikdir. 10.3.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə texniki xidmət, təmir və ya lizinq obyektinin itirilməsi dövründə lizinq alan lizinq müddəti ərzində və ya müqavilənin vaxtından əvvəl ləğv edilməsi anına qədər lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəməlidir. 20.1-ci bəndinə görə lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda, lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 20.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 təqvim günündən artıq müddətə üç dəfədən artıq gecikdirib. Müqavilə hər lizinq alanın imzası, lizinq verən imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh1 (zamin) arasında 08 avqust 2019-cu il tarixli, KTA-KTT-19/0056-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən İddiaçı ASC (lizinq verən) və Cavabdeh2 (lizinq alan) arasında bağlanmış 23.07.2019-cu il tarixli, KTA-KTT-19-0056 nömrəli X6 Müqaviləsi üzrə lizinq alanın lizinq götürdüyü 39.940,00 AZN məbləğində lizinq obyekti ilə bağlı lizinq verən qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin lizinq alanla birgə məsuliyyət daşımağını öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə lizinq alan öhdəliklərini icra etmədiyi və və/ya lazımınca icra etmədiyi təqdirdə zamin lizinq verənin ilkin yazılı tələbi ilə lizinq məbləğini (lizinq borcu), ona hesablanmış faiz və cərimələrlə birlikdə, dərhal lizinq verənə ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. 23 iyul 2019-cu il tarixli, KTA-KTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə 1 saylı əlavəyə əsasən müəyyən edilir ki, lizinq müqaviləsi üzrə lizinq obyektini 2019-cu il buraxılışlı Türkiyə istehsalı olan EMT-5 markalı New Holland üçün dənlik qarğıdalı biçən təşkil edir. "xxxx" ASC-yə məxsus texnikanın alıcıya təhvili barədə 21.08.2019-cu il tarixli 227 saylı akta əsasən müəyyən edilir ki, 1 ədəd 2019-cu il buraxılışlı EMT-5 markalı qarğıdalı xederi Cavabdeh2 təhvil verilmişdir. Akt "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh2 tərəfindən imzalanmışdır. 26.04.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, arayışın verildiyi tarixə Cavabdeh2 23 iyul 2019-cu il tarixli, KTA-KTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”nə üzrə İddiaçı ASCyə əsas borcu 2.523,07 manat, cərimə borcu 65,56 manat, cəmi borcu 2588,63 manat təşkil edir. Cavabdeh2 hesabından çıxarışla müəyyən edilir ki, 31.03.2021-ci il tarixə İddiaçı ASC-yə qalıq borcu 2.523,07 manat təşkil edir. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 26.01.2021-ci il tarixli pretenziya məktubu ilə müraciət edilərək, lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin pozulduğu bildirilmiş, xəbərdarlıq alınandan 3 iş günü ərzində pozulmuş şərtlər təmin edilmədiyi halda lizinq obyektinin lizinq verənin anbarına təhvil verilməsi və borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin şərtlərinin təmin edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hərəkətlər dərhal icra ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında 23 iyul 2019-cu il tarixli, KTA-KTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən İddiaçı ASC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq obyekti olan qarğıdakı xederini lizinq alan Cavabdeh2 təhvil vermiş, lakin lizinq alan ödəniş cədvəlinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmiş, nəticədə lizinq alanın lizinq verənə 2.523,07 manat məbləğində əsas borcu, eləcə də müqavilənin 20.3-cü bəndinə əsasən hesablanmış 265.56 manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan Cavabdeh2 lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinq verən İddiaçı ASC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektinin işlək vəziyyətdə geri alınmasını və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, lizinq alan Cavabdeh2 lizinq müqaviləsindən irəli gələn öhdəliklərini təminatı olaraq lizinq verən Prior Leasing” ASC ilə fiziki şəxs Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 lizinq alan Cavabdeh2 223 iyul 2019-cu il tarixli, KTA-KTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi”ndən irəli gələn öhdəliklərinə zamin durmuşdur. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, əsas borclu X4 mübahisəli lizinq müqaviləsindən irəli gələn zaminliklə təmin edilmiş öhdəliklərini lazıminca icra etmədiyindən zamin Cavabdeh1 həmin öhdəliklər üzrə əsas borclu ilə birgə məsuliyyət daşımalı, sözügedən lizinq müqaviləsi üzrə 2523,63 manat məbləğində əsas borc, 65,56 manat məbləğində dəbbə pulu, cəmi 2588,63 manat məbləğində borc əsas borclu Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada lizinq verən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qtəmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 2523,63 manat məbləğində əsas borc, 65,56 manat məbləğində dəbbə pulu, cəmi 2588,63 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq İddiaçı ASC -yə ödənilsin. İddiaçı ASC ilə X4 arasında bağlanılmış 23.07.2019-cu il tarixli, KTA-KTT-19/0056 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X6 Müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan kombayn üçün nəzərdə tutulmuş xeder cavabdeh X2 alınaraq işlək və saz vəziyyətdə iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3066/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3066/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver