Məhkəmə qərarları › İş №e-2-2(113)-3067/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3067/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3067/2024 25.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “maneənin aradan qaldırılması, maddi və mənəzi ziyan” tələbinə dair ilkin, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ərazidən çıxarılma” tələbinə dair qarşılıqlı kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, maneənin aradan qaldırılması, maddi və mənəvi ziyan, müqavilənin ləğvi) X23 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2 və X5, cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maneənin aradan qaldırılması, maddi və mənəzi ziyan” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ərazidən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X18 ve X6 törətdikləri əməllərinin cinayət tərkibli olduğu təsdiqlənərək haqlarında cinayət işi açılaraq xüsusi qərar çıxardılıb işin prokurorluğa həvalə olunması, Cavabdeh MMC-nin rəhbəri X14 ve səlahiyyətli şəxsi X10 əlbir olaraq Cavabdeh MMC adından "xxxx" MMC-yə və müştərilərinə ciddi maddi ziyan vurması ilə bağlı 10.000 manat maddi təzminatın ve onun işçiləri və müştərilərini alçaldaraq təhqiramiz sözlər işlətdiklərinə görə isə 10000 manat mənəvi təzminatın, icarə müqaviləsindəki qanuni haqq və mənfəətlərin olduğu kimi qorunması, X14 ve X18 ilə Sumqayıt işıq idarəsində işləyən Quliyev Nüsrət adlı işçinin qeyri-qanuni müqavilə imzalayaraq üçüncü şəxsləri aldatmaq məqsədilə sənədlərdə saxtalaşdırma ve korrupsiya yaratdıqları üçün haqlarında xüsusi qərar çıxardılaraq cinayət tərkibinin təsdiqlənməsi ve işin prokurorluğa həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 01 nömrə ilə icarə müqaviləsi imzalanmışdır. Bu icarə müqaviləsi Cavabdeh MMC-yə aid olan Bakı-Quba yolunun 27-ci kmdə yerləşən tır park, təmir boksları, yeməkxana v.b əlavələri ilə qeyri-yaşayış sahələrinin on illiyinə icarəyə götürülməsinə aiddir. İcarə müqaviləsində on illiyinə "xxxx" MMC-yə icarə müqaviləsinə görə yeməkxana, sanitar qovşaq, hamam, 1 mərtəbəli 13 bokslu təmir sexi, 1 mərtəbəli 18 bokslu təmir sexi, elektrik yarımstansiya binası, inzibati ofis binası, əsas qapı girişindəki nəzaret məntəqəsi, avtodayanacaq sahəsi (Tır parkı) olmaq üzrə cəmi 13734.4 m2 sahə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə icarə müqaviləsi əsasında aylıq 9000 manata icarəyə verilmişdir. "xxxx" MMC olaraq sahəni icarəyə götürəndə Cavabdeh MMC-nin rəhbəri X14 ilə bir yerdə icarəyə verilən sahənin girişinə gəldiklərində Cavabdeh MMC-nin adından rəhbər X11 hər tərəfin müqavilədə aydın şəkildə bildirildiyini, lakin müqavilədə adi gedən avtodayanacaq sahəsinin tam olaraq harası olduğunu soruşanda onlara cavab olaraq deyilmişdir ki, müqavilədə rəsmi olaraq yazılan sənədə baxılmadan, sahənin hamısı iddiaçının olduğu, işlədilməsində problem olmadığı bildirilmişdir. Onlar da "xxxx" MMC olaraq bu sözün qüvvətində hətta giriş qapısından sol tərəfdə yerləşən boş ərazidə də 35000 manat dəyərində, birdə əlavə maşın yuma məntəqəsi tikmişdir. Cavabdeh MMC adından rəhbər X14 şəxsən özüdə gəlib baxış keçirib ve çox gözəl xeyirli iş gördüklərini deyərək, əlavə tikilmiş maşın yuma məntəqəsini həm təsdiqləyib, həm də bəyənmişdir. Daha sonra onlar "xxxx" MMC olaraq 10 illik icarə müqaviləsi əsasında icarəyə götürdükləri yerlərə yatırım edərək, maya qoyaraq təmir ve abadlaşdırma işləri görmüşlər. Təmir bokslarının təmiri, elektrik yarımstansiya binası və elektrik xətlərində, yeməkxanada, sanitarya qovşağında, hamamda, idarə ve inzibati ofis binasında, nəzarət məntəqəsində ve tırlara dayanacaq kimi verilən sahədə və əlavə olaraq onlara aid "xxxx" MMC adından müqavilədə yazılmayan, lakin Cavabdeh MMC-nin rəhbərliyi adından X6 şəxsən onlara verdiyi yenə də Cavabdeh MMC-yə aid soyuducu anbarda və yenə də MSİ MMC-yə aid tır parkın çölündə yerləşən yanacaq doldurma məntəqəsində onlara aid "xxxx" MMC adından ümumilikdə 500.000 AZN gələcəkdəki təxmini mənfəət gəlirlərinə görə maya qoyaraq yatırım etmişlər ve fəaliyyətlərinə başlamışlar. İlk iki il hər bir şey müqavilə çərçivəsində və öz axarı ilə problemsiz getmişdir. Lakin 2023-cü ilin iyun aylarında daha əvvəllər tanımadıqları (Cavabdeh MMC-nin rəhbəri X6 qardaşı ve dediyinə görə Cavabdeh MMC rəhbərliyinin özünə verdiyi etibarnamə var) adının X18 olan şəxs (özünün dediyinə görə 2023-cü ilə qədər Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləmiş) və Cavabdeh MMC adından rəhbər X14 bir yerdə nəzarət məntəqəsinə yaxınlaşaraq özünü yalandan Cavabdeh MMC-nin rəhbərliyi adından gələn şəxs kimi və X14 Cavabdeh MMC-nin rəhbəri olaraq Cavabdeh MMC adından təqdim edərək “buranın sahibi onlardır, bundan sonra tırların giriş-çıxış etdikləri nəzarət qapısı və nəzarət buraxılış məntəqəsi Cavabdeh MMC və rəhbərin adından X10 nəzarətindədir və Cavabdeh MMC-nin rəhbəri X14 başqa avtomat keçiş avadanlıqları quraşdırmaq istəyərək, nəzarət məntəqəsindəki mühafizəçiləri təhqir etmişdir. Mühafizəçilər buranın rəhbəri Nümayəndə2dur deyə cavab verdiklərində isə Cavabdeh MMC-nin rəhbəri Mahmudov Alqulu və səlahiyət verdiyi qardaşı X18 bir yerdə “o kimdir ki, buranın sahini bizik, o kimdi çıxsın qarşımıza” kimi təhqiramiz və alçaldıcı cümlələr işlədərək xuliqanlıq etməyə davam etmişdir. Hər ikisidə icazəsiz mühafizə və nəzarət otağına daxil olaraq müştərilərə aid çıxışda olan tırlara narahatçılıq yaratmışdır. Onlar daha sonra qeyri-qanuni güc tətbiq edərək, təmir bokslarının olduğu tərəfə yönələrək bokslarda onlara aid icarəçiləri həm təqir edib, həm də hamısına buranın sahibi onlardır Mahir kimdi MSİ MMC adından özlərinə təzə bokslar burda tikəcəklər kimi cümlələrə davam edərək, həm şəxsi mülkiyyətə icazəsiz daxil olmuşlar, həm şəxsi mülkiyyətdə olan başqasına aid iş yerində mallar və məxfilikləri heçə saymış, həm mühafizəçilər daxil müştərilərini və icarəçilərini təhqir edib xuliqanlıq etmişdir. "xxxx" MMC olaraq bu hadisə ilə bağlı dərhal Cavabdeh MMC-nin rəhbərliyinə (yəni bu hadisələri bilərək qardaşı ilə bir yerdə Cavabdeh MMC-nin rəhbəri olaraq törədən şəxsə) vəziyyətlə əlaqəli niyə Cavabdeh MMC olaraq belə etdiklərini, düz etmədiklərini, Cavabdeh MMC olaraq müqaviləyə riayət etmədiklərini və özünü Cavabdeh MMC-nin rəhbərinin səlahiyətli şəxsi kimi təqdim edən X18 haqqında da Cavabdeh MMC adından səhv etdiyini və dərhal və təxirə salınmaz tədbir görmələri və içinə düşdükləri rüsvay və alçaldıcı vəziyyətlə əlaqəli dərhal tədbir görmələri ve icarə müqaviləsinə riayət etmədikləri üçün xx.xx.2023-cü il tarixdə rəsmi xəbərdarlıq məktubu göndərmişlər. Cavabdeh MMC rəhbəri X14, X18 haqqında rəsmi xəbərdarlıq məktublarından sonra o şəxsin həqiqətən də qardaşı və Cavabdeh MMC-nin rəhbəri olaraq Cavabdeh MMC adından səlahiyətli şəxs olduğunu təsdiqləmişlər. Lakin Cavabdeh MMC-nin nə bu qeyri-qanuni hərəkətləri və xuliqanlıq edən və Cavabdeh MMC adından səlahiyyətli şəxs olan qardaşı X18 haqqında və nədə vəziyyətlə əlaqəli heç bir geri addım atmamışlar. Cavabdeh MMC nin rəhbəri X14 onlara cavab olaraq aralarında müqavilə bağlandığını, lakin indi istəmədiklərini, çıxın burdan demişlər. Daha sonraları X10 Cavabdeh MMC rəhbərliyi adından ve sahibkar kimi bu qeyri-qanuni hərəkətləri və xuliqan şəkildə etdiyi hərəkətləri gün keçdikçə daha da sıxlaşmış ve artıq şirkətlərinə ve şirkətlərinin müştəriləri ilə icarəçilərinə maddi ziyan vurmaya başlamışlar. Vəziyyətlə əlaqəli Cavabdeh MMC-nin rəhbəri X11 artıq vəziyyətin çox ciddi olduğunu həm özünün Cavabdeh MMC-nin rəhbərliyi olaraq düz etmədiyini və müqavilədən kənar hərəkətlər etdiyini və həm də bu etdiklərinin müştərilərinə, işinə ve mənfəətinə təsir etdiyini, hətta qardaşı X10 2021-ci ildə tikdikləri maşın yuma məntəqəsini Cavabdeh MMC adından və özünə sahiblənmək istədiyini əsas giriş qapısından içəri daxil olanda sol divar tərəf hissənin özünə aid Şans MMC-yə aid olduğunu və bunun qarşılığında onların tikdiyi maşın yuma məntəqəsinə qoyduqları xərcləri kimin verməsi barədə sual verilsə də, Cavabdeh MMC rəhbərliyinin biganəliyi ve bilərəkdən etdikləri bu əməllərinin səbəbindən və Cavabdeh MMC-nin tədbir görməyərək X10 tərəfini saxlayaraq ikisidə Cavabdeh MMC adından əlbir olmaları səbəbindən Sumqayıt şəhəri 5-ci Polis bölməsinə müraciet etmişdir. Cavabdeh MMC-nin rəhbəri X14 və Cavabdeh MMC-nin səlahiyətli şəxsi olaraq X18 polisdə də izahatında eyni xuliqan hərəkətləri ve təhqiramiz sözlərinə davam edərək Cavabdeh MMC olaraq icarə müqaviləsi imzaladıqlarını, lakin indi bu müqaviləni ticari mənfəətlərinə görə istəmədiklərini və Cavabdeh MMC olaraq "xxxx" 299 MMC-nin çıxmaqlarını istədiklərini, lakin qeyri-qanuni bilərəkdən bezdirərək onlarım öz-özlərinə çıxmaları üçün bu əməlləri etdiklərini deyiblər. Hətta davamında Cavabdeh MMC-nin səlahiyətli şəxsi X20 polisdə belə xuliqanca ve təhqiramiz hərəkətlərinə davam edərək müqavilə əsasında onlarda olan inzibati idarə binasından Cavabdeh MMC-yə otaq tələb etmişlər və iddiaçı da bunun qeyri-qanuni olduğunu desələr də, onların yenə də vecinə olmamış, “mən isdəyirəm” deyərək hədə qorxu onlara hədə qorxu gəlmişlər. Cavabdeh MMC-nin rəhbəri X14 isə X10 tərəfini saxlayaraq müqavilədən kənar davranaraq qanunsuz əməllərini davam etdirmişlər. Hətta icarə müqaviləsi əsasında iddiaçıya aid icarəyə verilmiş boksların birində icarəçi olan müştəri işıq pulunu ödəmir və ona icarə haqqını neçə aydır vermir deyə işığını dayandırdığı Cavabdeh MMC-nin adından rəhbəri X14 və X18 əlbir olaraq işıq açarının olduğu yerdəki qıfılı icazəsiz sındıraraq qeyriqanuni olaraq, ona icarə haqqı və işıq pulunu verməyən icarəçinin işığını qeyri-qanuni bərpa edərək onu maddi ziyana qoymuşdur. Yenə də Cavabdeh MMC adından X14 ve X18 əlbir olaraq, müqavilə əsasında ona aid olan və onun işıq idarəsi ilə istifadəsində olan yarımstansiya ilə bağlı bağladığı müqaviləni yox sayaraq Sumqayıt işıq idarəsindəki işçi Quliyev Nüsrət ilə Rüşvət qarşılığında qeyri-qanuni Cavabdeh MMC və “Azərişıq” arasında ikinci dəfə qanundan kənar bir müqavilə imzalayaraq yarımstansıyanın idarəsini əllərinə alıb müştərilərinin işığını tamam kəsərək onları ciddi maddi ziyana salmaq istəmişlər. İddiaçı "xxxx" MMC iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, fəaliyyətinə maneəçilik yaradan halların qaldırılması və "xxxx" MMC-dən 10000 manat maddi və 10000 manat mənəvi təzminat "xxxx" MMC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 01 iyun 2021-ci il tarixli müqavilənin ləğv edilməsi və "xxxx" MMC-nin onlara məxsus olan 4 ha ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilmiş xüsusatların heç bir hüquqi əsası yoxdur, qeyd edilmiş xüsusatlar tamamilə formal və əsassız hallardan ibarətdir. Belə ki, icarə müqaviləsində nəzərdə tutulan icarəçiyə verilmiş sahə aşağıdakılardan ibarətdir. Yeməkxana, sanitariya qovşağı, hamam, 1 mərtəbəli 1 bokslu təmir sexi, 1 mərtəbəli 1 bokslu təmir sexi, elektrik yarımstansiya binası, inzibati ofis binası, nəzarət məntəqəsi, təmirə gələn avtomaşınların dayanması üçün sexlərin qarşısında parkın ərazisindən 1 ha sahə. “MSİ" MMC-nin və İddiaçı MMC arasında 01 iyun 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 13734.4 kv.m qeyri yaşayış sahəsi İddiaçı MMC -yə icarəyə verilmişdir. Lakin “ NAHİD-299" MMC müqavilə şərtlərini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmamış müəssisəyə məxsus olan 4 ha ərazini tam şəkildə özlərinin istifadə ərazisinə çevirmişlər. Müqavilədə icarəyə verilən sahələrin adları və ölçüləri isə tam şəkildə göstərilmişdir. İcarə müqaviləsində nəzərdə tutulmamasına baxmayaraq “Nahid-299" MMC onlara məxsus olan MMC-nin balansında olan sahəni yük maşınlarının dayanacağı kimi istifadə etmiş, həmin verə iki dəmir butqadan olan təkər təmiri və tır markalı soyuduculu yük maşınlarının soyuducusunun təmiri sexi, eləcə də maşın yuma sexi acaraq müəssisəyə məxsus ərazini özbaşına zəbt etmişlər. Məhz hazırkı məsələ ilə bağlı Nümayəndə2 Əliağa oğlu Sumqayıt Şəhər Polis idarəsinin 5-ci Polis Bölməsinə vermiş olduğu izahatda məhz etirafedici xarakterli ifadə verərək göstərmişdir ki, “İşlədiyi dövrdə müəssinin rəhbəri Alqulu və onun qardaşı İlham Mahmudova 1.37 ha ərazidən əlavə müəssisənin balansında olan yerdə maşın yuma sexi açacağını, ümumilikdə 4 ha olan ərazidə və anbarda abadlıq işləri aparıb şebel tökdürəcəyini va həmin yerin qarşısında olan yanacaqdoldurma məntəqəsini təmir etdirəcəyini bildirmiş, guya İlham Mahmodov və Alqulu Mahmudovun da həmin təkliflə razılaşaraq ərazini ümumilikdə müqavilə bitənə kimi işlətməsini bildirməsini, buna görə də onun həmin əraziyə xərc çəkib yenidən qurma işləri görməsini bildirmişdir. Lakin Nümayəndə2 qeyd etdiyi halları təsdiq edəcək hansısa sübut polis şöbəsinə təqdim edə bilməmişdir. Çünki vermiş olduğu ifadə tamamilə yalan va böhtan xarakterlidir. Müqavilə 1.37 ha ərazi üçün bağlanmış, müqavilədə konkret olaraq icarəyə verilən torpaq sahəsi va digər əşyalar tam şəkildə göstərilmişdir. Müqavilə haqqı da məhz müqavilədə nəzərdə tutulan 1.37 ha ərazi üçün müəyyən edilmişdir. Belə olduğu təqdirdə kommersiya fəaliyyəti ilə məşğul olan müəssisənin rəhbərinin hansısa “şifahi” sözlərə inanaraq qeyri-yaşayış sahəsinə böyük miqdarda yatırım etməsi üzü-özlüyündə Nümayəndə2 yalan ifadəsini təsdiq edir. “Nahid- 299" MMC-nin hüquqşünasları mövcuddur və bağlanmış müqavilə onlar tərəfindən də yoxlanılır. Cavabdeh müəssisəyə məxsus olan 1.37 ha ərazini müqavilə əsasında icarəyə götürən müəssisənin rəhbərinin oradan daha böyük bir ərazini əhatə edən 2.3 ha ərazi üçün müqavilə bağlamaması ağlabatan hesab edilmir. Həmçinin qeyd edilir ki, iddiaçı iddia ərizəsində X18 və X6 barəsində cinayət işinin başlanmasını xahiş etsə də, bununla bağlı Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə qərar mövcuddur. Belə olduğu təqdirdə iddia ərizəsində cinayət işinin başlanması tələbinin də heç bir əsasının olmaması görünür. Eləcə də Nümayəndə2 eyni məzmunlu şikayətlərlə iki dəfə Binəqədi rayon məhkəməsinə və iki dəfə do Bakı Kommersiya məhkəməsinə müraciət etsə də verilmiş ərizə və şikayətlər geri qaytarılmışdır. Bundan başqa bildirilir ki, iddiaçı iddia ərizəsində Aysan MMC və Favoril Dad MMC-nin onlara məxsus olmasını bildirsə də, hal-hazırda iddia ərizəsinə əlavə edilən razılaşma müqavilələrindən görünür ki, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsinə 02 iyun 2023-cü il tarixində, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsinə isə 09 iyun 2023cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi hər iki müqaviləyə 2023-cü il tarixində razılıq əsasında xitam verilmişdir. Belə olduğu təqdirdə iddiaçının guya "xxxx" və “Favorit Dad" MMC-nin özlərinə məxsus olmasını bildirməsi əsassızdır və hüquqi nəticə yaratmamaqdadır. Həmçinin 2023-cü ilin sentyabr ayında MSİ MMC-nin böyük bir hissəsində "xxxx" MMC yaransa da İddiaçı MMC - təkrar eyni hərəkətlərini davam etdirərək "xxxx" MMC-nin ərazisində İddiaçı MMC-yə ümumiyyətlə aidiyyəti olmayan sahələri zəbt edib icarə haqlarını və parkın xidmət haqlarını yığaraq mənimsəməkdə davam etmişdir. Tərəfindən 27 fevral 2024-ci il tarixdə İddiaçı MMC-yə zəbt olunmuş ərazini 3 gün müddətində boşaldılması tələblərinə dair xəbərdarlığa baxmayaraq heç bir hərəkət görülməmişdir. Nəticədə 29 fevral 2024-cü il tarixdə “Nahid-299" MMC-nin qanunsuz zəbt etmiş əraziləri boşaldılmasında köməklik göstərilməsinə dair Sumqayıt ŞPŞ-nin 5-ci PB-nə və Sumqayıt şəhər Prokurorluğuna müraciət edilmişdir. Bununla bağlı tərəfindən edilmiş müraciətləri də hazırkı ərizəsinə əlavə edir. Sumqayıt ŞPŞ-nin 5-ci PBnin apardığı söhbətlər və gördüyü tədbirlər nəticəsində İddiaçı MMC-nin direktoru Nümayəndə2 parkın dayanacağını, giriş qapısını və digər əraziləri boşaltmışdır. 24 aprel 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsi 18 aprel 2024-cü il tarixli qərarının icrası ilə bağlı Sumqayıt şahar icra idarasinin böyük icra mamurlan X13 və X15 18 aprel 2024-cü il tarixli qərarın icrası ila əlaqədar MMC-yə gələrək icarəyə verilmiş sahəya baxış keçirmədən, icra sənədindən kənara çıxaraq, iddianın təmin tədbirləri nəticəsində təmin edilməməli hallarında icrası həyanı keçirilmişdir. Belə ki, icra məmurları özbaşına hərəkətlər sərgiləyərək parka girişi məhdudlaşdıraraq mühafizə otağının və parkın girişində sol tərəfdə yerləşən "xxxx" MMC-yə məxsus olan və ümumiyyətlə icarə müqaviləsində adı göstərilməyən avtoyumanın açarlarını məcburi şəkildə alıb qarşı tərəfə təqdim etmişlər. Hətta icra məmurları qanunsuz hərəkətlərini davam etdirərək parkda dayanan tır avtomaşınlarının bir qisminin dayanacaq pulunu da qarşı tərəfin yığacağına dair göstərişlər vermişdir. Sumqayıt şəhər icra idarəsinin yuxarıda adları çəkilən icra məmurları açıq şəkildə maraqlı tərəf kimi, qarşı tərəfin hüquq və mənafeyini özbaşına müdafiə edərək, icra sənədindən kənara çıxarıq müəssisənin fəaliyyətinə məhdudiyyət yaradaraq müəssisəni ziyana salmışlar. İddiaçı MMC-nin "xxxx" MMC-yə məxsus ərazinin zəbt etməsi ilə bağlı da iddiaçı tərəfindən Sumqayıt Şəhər Polis İdarəsi 5-ci polis bölməsinin rəisinə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı 4 ha ərazidə özbaşına hərəkətlər edərək cavabdeh müəssisəyə və müəssisənin icarə müqaviləsi bağladığı başqa tərəflərin hüquqlarını kobud şəkildə pozaraq cavabdeh müəssisənin gəlir əldə etməsinə maneçilik törədir. Həmçinin hazırda qarşılıqlı iddia barədə ərizəyə əlavə edilən "xxxx" MMC tərəfindən göndərilmiş məktubdan görünür ki, əraziyə giriş-çıxış mümkün deyildir. Göründüyü kimi Nümayəndə2 icarə müqaviləsinin şərtlərini pozaraq bilərəkdən MMC-nin ona aid olmayan ərazilərini qanunsuz zəbt edərək bütün ərazini öz şəxsi maraqları üçün istifadə etmişdir. Ona aid olmayan əraziləri zəbf edib orada qanunsuz müqavilələr bağlaması isə onun əməlində cinayət tərkib» yaradır. Eyni zamanda Nümayəndə2 3 il ərzində ona aid olmayan ərazilərdən yığdığı pulların əksər hissəsini əlbəəl alaraq vergidən də yayınmışdır. Bundan əlavə icarəyə verilən ərazilərə baxış keçirilərkən MMC olaraq 08 aprel 2024-cü ildə yeməkxanaya onlar tərəfindən baxış keçirilmiş, məlum olmuşdur ki, yeməkxananın istifadəsi zamanı faktiki olaraq Gigiyena və Epidemiologiya qurumu tərəfindən iaşə müəssisəsi üçün icrası məcburi olan standartlar yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Bu da gələcəkdə müəssisənin hüquqi (mülkü) və işgüzar məsuliyyətinə səbəb olur. Göründüyü kimi istifadə müddətində "xxxx" MMC tərəfindən heç bir əsaslı və cari təmir aparılmamış, qida avadanlıqları isə yenilənməmişdir. Eyni zamanda dezinfeksiya və əməyin gigiyenası gözlənilməmişdir. Yeməkxana hazırda antisanitar vəziyyətdədir. Ayaqyolu və hamamlar yararsız vəziyyətdədir. Bu isə müəssisənin fəaliyyətini iflic vəziyyətə gətirib çıxarır. 21 saylı təmir sexinin icarəçisi Elton Qurbanov tərəfindən bizə göndərilmiş ərizədən görünür ki, cavabdeh müəssisənin "xxxx" MMC-və vermiş olduğu sexi icarəvə götürürək çalışır. Həmin ərazidə sexlərin bərbad vəziyyətdə olması, yağış yağan zaman təmir işlərinin aparılmasının mümkün olmaması öz əksini tapmışdır. Yuxarıda qeyd edilən xüsusatlardan göründüyü kimi "xxxx" MMC ilə aralarında bağlanmış 01 ivun 2021-ci il tarixli icarə müqaviləsinin şərtləri "xxxx" MMC tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da müəssisənin normal fəaliyyət göstərməsi mümkün olmur. iddiaçı "xxxx" MMC icarə müqaviləsinin 4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrini kobud səkildə pozaraq müqavilənin şərtlərinə uyğun hərəkət etmir. Bununla da müqavilənin 9-cu maddəsində öz əksini tapmış müqavilənin xitamı qaçınılmaz hesab olunur. Hesab edir ki, hazırkı iş üzrə ilkin İddiaçı MMC-nin maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməli, qarşılıqlı iddianın isə tam təmin edilərək cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 01 iyun 2021-ci il tarixli müqavilənin ləğv edilməsi və İddiaçı MMC-nin onlara məxsus olan 4 ha ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, 2021-ci ilin iyun ayının 1-də tərəflər arasında müqavilə bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən ora pis vəziyyətdə olmuşdur. Orada heçnə yox idi. Cəmi 63 maşın var olmuşdur. İddiaçı orada abadlaşdırma işləri görmüş, külli miqdarda xərc çəkmişdir. İddiaçı oranı icarəyə götürərkən oranın təyinatı, fəaliyyət istiqaməti tırpark olmuşdur. Yenidən tırpark halına salınması üçün onlar oranı təmir etmiş, abadlaşdırma işləri görmüş, 200 maşın qravit tökmüşdür. Tırparkın sahədi 4 ha olmuşdur, faktiki olaraq 1 hektar 37 sotdan istifadə etmiş, oranı heç zaman ölçməmişlər. Həmin ərazi hasarsız ərazi olmuşdur. Oranı icarəyə götürdüyü zaman bütün sahəni ona verdiklərini, müqavilədə göstərilən sahənin formal xarakter daşıdığını bildirmişdilər. Tırparkı, yeməkxananı, anbarı göstərib deyiblər ki bura da iddiaçıya aiddir. O bu yaxında bilmişdir ki, həmin sahə ümumilikdə 4 hektardır. Onlar sadəcə 1 hektar 37 sotdan istifadə etmişdir. Faktiki istifadə edilən sahə, maşınların dayandığı dayanacaq 1 hektar sahədə yerləşir. Hasarın çölünə qarşı tərəfin razılığı ilə onlar tərəzi qoymuş, bir də maşınyuma məntəqəsi tikmişdir. Mühafizə zolağı maşınların gəlib-getməsi üçün istifadə olunmuşdur. Maşınlar həmin ərazi obyektrin ümumi sahəsi olduğu üçün oradan keçib gedirdi. Obyektdə mühafizə zolağı olduğu üçün, tır boks gəlib girmək üçün həmin yerdən keçməli idi. Obyektin giriş-çıxış hissəsidə iddiaçıya məxsusdur Qarşı tərəf icarə müqaviləsi bağlanan andan heç həmin əraziyə gəlməmiş, iki il yarım o özü orada tək olmuşdur. 1 hektar 37 sotdan kənarda 1 maşın yuma məntəqəsi tikmiş, 40000 manata yaxın pul xərcləmişdir. İcarəyə götürdüyünüz sahədə avtomobillər saxlamışdır. Həmin maşın yuma məntəqəsinin tikintisi üçün icazəni oranın sahibi Alqulu müəllimdən almışdır. Mahmudov Aliqulu ona demişdir ki, çox yaxşı qazanc olacaqdır. 2 ilə kimi hər şey yaxşı idi. Yeməkxana pis gündə olmuşdur, orada abadlaşdırma işləri çox görmüşdür. İlham adında şəxs 2 ildən sonra gəlib ona oradan çıxmasını, artıq həmin sahəni özü işlədəcəyini demişdir. O da həmin şəxsə 10 il müddətinə müqavilə bağladıqlarını bildirmişdir. Daha sonra onun fəaliyyətinə maneçilik törətməyə başlamışdılar. Yeganə giriş-çıxış yolunda ona maneçilik törədilməsi ilə bağlı dəfələrlə danışıqlar, yazışmalar olmuş, şifahi xəbərdarlıqlar edilmişdir. Mülkiyyətçi özlərinə aid olan sahədə avtomobillərin dayandırılması fəaliyyəti ilə məşğul olursa, arxa hisssədən qapı açıb öz fəalliyyətini həyata keçirdə bilər. Transformatorun icarə müqaviləsinə əsasən iddiaçıda qalması lazım idi. Nəzarət otağı barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu təqdirdə transformatorun açarın alınması ilə bağlı polisə müraciət etmişdir. Nəzarət məntəqəsi zəbt olunarkən içəridə subicarəyə verilmiş bokslar da var idi, onların da fəaliyyətinə maneçilik törədilmişdir. Müqavilədə qeyd edilən nəzarət məntəqəsi girişdə olan nəzarət məntəqəsidir və orada 2 Boksun fəaliyyətinə qarşı tərəf maneçilik törədilmişdir. Mart ayından həm maşın yuma məntəqəsini, həm də nəzarət məntəqəsi cavabdeh tərəfin istifadəsindədir. İlham Mahmudovun yanında bir adam vardı, öz aralarında danışıqlar apararaq o təklif etmişdir ki, çəkdiyi xərclərin qarşılığını ona ödəyəcəkləri halda, o getməyə razı olmuşdur, lakin qarşı tərəf razılaşmamışdır. Sonda o, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək, ilkin iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mənəvi zərərlə bağlı tələbin digər əsası isə budur ki, ətrafdan onlara gələcək bütün müştərilərin əksəriyyətinə maneçilik törətdikləri, narahatlıq yaratdıqları üçün iddiaçı ilə işləməkdən imtina etmişlər. Onlara dəyən bütün maddi zərərlə bağlı sübutları esistemə əlavə olunmuşdur. Elektrik yarımstansiyanı zəbt edərək, suyun da idarəsini özlərinə götürərək iddiaçı tərəfindən subicarəyə verilən bokslara yaxınlaşaraq iddiaçı ilə olan müqaviləni ləğv etmələrini əks təqdirdə onları oradan çıxartmaqla hədə-qorxu gəlmişdir. İcarə müqaviləsi imzalanarkən tərəfə hər hansı çertyoj, plan, sxem təqdim edilməmişdir. İcarəyə götürülərkən ümumi olaraq bütün sahədən istifadə edilə biləcəklərini qeyd ediblər. Ona görə də onlar da hər hansı fəaliyyəti həyata keçirdərkən çertyoja əsasən həyata keçirtməmişdir. İcarə müqaviləsi imzalanarkən hər hansı sxem olsaydı hər iki tərəfin möhürü imzası ilə təsdiq edilməli idi. E-sistemə qarşı tərəfdən hər hansı sxem vurulubsa bu saxta sxemdir. Tikilən maşın yuma məntəqəsi də qarşı tərəfin razılığı ilə tikilmiş məntəqədir. Maşınyuma məntəqəsinin olduğu yer barəsində qarşı tərəf deyə bilməz ki onların ərazisinə daxildir. Maşınyuma məntəqəsi icarəyə verilmiş ərazidə, elektrik yarımstansiyanın yanında tikilmişdir, təxmini ölçüsü 300 kvadrat metr olmuşdur. Həmin maşınyuma məntəqəsindən təxminən 1 il 3 ay olar ki, istifadə edirlər. Sonda o, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək, təqdim edilən mülahizədə qeyd edilənlərə uyğun olaraq izahat verərək bildirmişdir ki, Cavabdeh MMC-nin və İddiaçı MMC arasında 01 iyun 2021ci il tarixdə bağlanmış müqaviləyə əsasən 13734.4 kv.m qeyri yaşayış sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir. İcarə müqaviləsində sahə və tikili aydın göstərilsədə müqavilə şərtlərinə zidd olaraq müəssisənin digər sahələri zəbt edilmişdir, bir sözlə müqavilənin şərtləri '‘NAHİD-299” MMC tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, 01 iyun 2021-ci il tarixdən bağlanmış müqaviləyə əsasən 13734.4 kv.m qeyri yaşayış sahəsi İddiaçı MMCyə icarəyə verilsə də icarəçi tərəfindən 4 ha ərazi tam şəkildə özlərinin istifadə ərazisinə çevirmişlər. Qanunsuz zəbt etmə ilə əlaqədar, eyni zamanda MMC-nin ərazisində olan 66 ədəd “lesanın” yoxa çıxması və həmin lesaların tapılıb yerinə qoyulması, bundan əlavə parkın girişində qeyri-qanuni tikilmiş tərəzinin sökülüb girişin əvvəki vəziyyətinə gətirilməsi barədə 25 sentyabr 2023-cü il tarixdə İddiaçı MMC-yə xəbərdarlıq məktubu göndərilmiş, lakin İddiaçı MMC xəbərdarlıq məktubuna məhəl qoymadığından təkrar 9 oktyabr 2023-cü il tarixdə eyni məzmunlu məktubla İddiaçı MMC-yə müraciət edilməsinə baxmayaraq olunan xəbərdarlıqlara məhəl qoyulmamış əksinə İddiaçı MMC, Cavabdeh MMC-yə məxsus bütün ərazidə yerləşən digər işçilərlə ona aid olmayan, icarə müqaviləsindən kənara çıxmaqla müqavilə bağlamış qanunsuz gəlir əldə etmiş, eləcədə 3 ha dayanacaqda yerləşən yük maşınlarının günlük pullarını mənimsəmişdir. Bu vəziyyət 3 ilə qədər davam etmişdir. Belə ki, 2021-ci ildən “NAHİD-299" MMC ümumiyyətlə ona aidiyyəti olmayan sahələrdə çalışan Cavabdeh MMC-nin ərazisində yerləşən tır yuma yeri ilə, bundan əlavə ərazinin tam əks tərəfində yerləşən tır maşınlarının soyuducularının təmiri sexi ilə (Əhmədov Seymur imamverdi oğlu ilə), təkərlərin təmiri sexi ilə qaynaqçı (X12 ilə) qeyri qanuni olaraq icarə müqaviləsi bağlayaraq gəlir əldə etmişdir. Bundan əlavə bəzi tir şirkətləri ilə qanunsuz olaraq dayanacaq müqaviləsi bağlayaraq onlardan da gəlir əldə etmişdir. 2023-cü ilin sentyabr ayında Cavabdeh MMC-nin böyük bir hissəsində “Şans- 2023" MMC yaransa da İddiaçı MMC təkrar eyni hərəkətlərini davam etdirərək “Şans- 2023" MMC-nin ərazisində İddiaçı MMC-yə ümumiyyətlə aidiyyəti olmayan sahələri zəbt edib icarə haqlarını və parkın xidmət haqlarını yığaraq mənimsəməkdə davam etmişdir. Cavabdeh tərəfindən 27 fevral 2024-cül il tarixdə İddiaçı MMC-yə zəbt olunmuş ərazini 3 gün müddətində boşaldılması tələblərinə dair xəbərdarlığa baxmayaraq heç bir hərəkət görülməmiş, əksinə qanunsuz şər və böhtan xarakterli şikayət ərizələri ilə dövlət orqanlarına müraciət edərək ərazidən gələn bütün gəlirləri əldə etməyə davam etmişdir. Nəticədə 29 fevral 2024-cü il tarixdə İddiaçı MMC-nin qanunsuz zəbt etmiş əraziləri boşaldılmasında köməklik göstərilməsinə dair Sumqayıt ŞPŞ-nin 5-ci PB-nə və Sumqayıt şəhər Prokurorluğuna müraciət edilmişdir. Sumqayıt ŞPŞ-nin 5-ci PB-nin apardığı söhbətlər və gördüyü tədbirlər nəticəsində İddiaçı MMC-nin direktoru Nümayəndə2 parkın dayanacağını, giriş qapısını və digər əraziləri boşaltmışdır. Bundan sonra İddiaçı MMC-nin drektoru Nümayəndə2 Sumqayıt şəhər prokurorluğuna, Sumqayıt ŞPŞ-nə və Binəqədi rayon məhkəməsinə fərqli mövzularda şikayət ərizələri ilə müraciət etsədə icraata qəbul edilməmişdir. Qanunsuz olaraq zəbt edilmiş ərazilərdə tikinti işləri aparılması və bütün ərazini 3 il müddətində istismar edib işlədərək gəlir əldə etmələrini dolayı yolla məhkəmə istintaqı zamanı Nümayəndə2 və onun nümayəndəsi, onun mühasibi və dəvət etdiyi şahidlərlə birlikdə, eləcədə təqdim etdikləri aktlarla tam təsdiq etmişlər. İcarəyə verilən ərazidə yerləşən təmir sexlərinə baxış zamanı müəyyən olunmuşdur ki, təmir sexlərinin dam örtükləri bərbad vəziyyətdə olmaqla yağan yağış suları işçilərin üzərilərinə tökülməklə gördükləri işləri yararsız hala salır və işçilər bundan olduqca narazı qaldıqlarını bildirirlər. Eləcə də Sexlərin qapıları hər an qopub aşma mərhələsinə gəlmiş və sexlərdə olan yamalar yarı hissəsinə qədər su ilə dolmuş vəziyyətdə olur bu isə işçilərin həmin şəraitdə işləmələrini mümkünsüz edir. Eləcə də ərazidə yerləşən hamam və tualetlər istismara tam yararsız vəziyyətə salınmışdır. Bütün bu göstərilənlər şirkətin həm nüfuzunu həm də onun gəlirini aşağı salır. Yuxarıda sadalananlar ümumilikdə MSİ” MMC-nin və “Nahid-299" MMC arasında bağlanmış 01 iyun 2021-ci il tarixli müqavilənin 4.1-4.8, 9.2.4 bəndlərinə zidd olmaqla yanaşı müəssisənin fəaliyyətinə və maraqlarına mane olduğundan həmin müqaviləyə xitam verilməsi zəruridir. Belə ki, müqavilənin 4.4-cü maddəsində göstərilmişdir ki, müəssisənin əmlakına dəymiş bütün zərərə görə icarəyə götürən məsuliyyət daşıyır, eləcə də müqavilənin 4.6-cı maddəsinə əsasən “icarəçi icarəyə götürdüyü ərazidə və qeyri yaşayış sahəsində işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət olunmasına, həmçinin təmir sexlərinin qarşısında yəni, MMC-nin həyətində avtomobillərin təmiri zamanı bu qaydalara riayət olunmasına nəzarət etməlidir, texniki təhlükəsizlik qaydalarının işçilər tərəfindən pozulması nəticəsində hər hansı zərərə görə “icarəçi” tam məsuliyyət daşıyır”. Cavabdeh tərəfindən MMC-nin icarəyə verilmiş qeyri yaşayış sahəsinin az bir hissəsindən çəkilmiş fotoşəkillərdən də açıq aydın görünür ki, icarəyə verilmiş sahələr həqiqətən də bərbad vəziyyətdə olmaqla yanaşı təhlükəsizlik tədbirləri alınmamış, hər an istənilən bədbəxt hadisə baş vermə ehtimalı vardır. Yarımstansiyada ümumi olaraq hər hansı təhlükənin baş verməməsi barədə mülkiyyətçi olaraq onlar öhdəlik daşıyırlar. Bir şəxs gəlib orada qanunsuz müdaxilə etsə məsuliyyət onların üzərindədir. Yarımstansiya əsaslı tikinti hissəsində deyil, digər hissəsindədir. Onlar həmin sahəyə nəzarət etməməsi müəssisənin fəaliyyətinə ciddi ziyan vura bilər. Bununla bağlı icra məmurunun təqdimatı və birinci stansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Sonda o, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ.Tədqiq olunan sübutlar İş materiallarında olan: “İcarəyə verən” Cavabdeh MMC ilə “İcarəçi” İddiaçı MMC arasında imzalanmış 01 iyun 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İcarə haqqında” Azərbaycan Respublikasının qanunu, eləcə də digər qanunvericilik aktları əsasında ona məxsus Bakı- Quba yolunun 27-ci km-də yerləşən təsərrüfat obyektlərini “İcarəçi”yə icarəyə verir, “İcarəçi” isə həmin təsərrüfat obyektlərinin icarəsinin əvəzi olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada və məbləğdə icarə haqqını ödəyir. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ümumi sahəsi: yeməkxana (364.6 m2), sanitariya qovşağı (15 m2), hamam (30 m2), 1 mərtəbəli 13 bokslu təmir sexi (528.3 m2), 1 mərtəbəli 18 bokslu təmir sexi (2632,95 m2), elektrik yarımstansiya binası (71 m2), inzibati ofis binası (68.6 m2), nəzrət məntəqəsi (24 m2), avtodayancaq sahəsi - tır parkı (10000 m2), cəmi 13734,4 m2. Müqavilənin 2.1-ci bəndinə əsasən "xxxx" MMC-nin İcarəyə verinin Bakı-Quba yolu 27-ci km-də yerləşən təsərrüfat obyektləri müstəsna mülkiyyətdir və bütün tələblərdən azaddır. Müqavilənin 2.2ci bəndinə əsasən Bakı-Quba yolu 27-ci km-də yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC-yə məxsus mülkiyyət ipoteka müqaviləsinə görə girovda deyil, üzərində hər hansı yüklüllük və qadağa yoxdur. Müqavilənin 3.3-cü bəndinə əsasən “İcarəyə verən“ “İcarəçiyə” mülkiyyətdən bütün gün ərzində istifadəyə mane olmamalıdır. Müqavilənin 4.2ci bəndinə əsasən “İcarəçi” mülkiyyətin və avadanlığln yararlı vəziyyətdə saxlanmasına təminat verir və xüsusi təhvil-təslim aktı üzrə qəbul etdiyi mülkiyyətin tam və normal şəkildə saxlanmasına cavabdehlik və tam maddi məuliyyət daşıyır. Müqavilə müddəti bitdikdə isə “İcarəçi” icarəyə götürdüyü təsərrüfat obyektlərini təbii köhnəlmə nəzərə alınmaqla yararlı vəziyyətdə “İcarəyə verənə” təqdim edilməlidir. Müqavilənin 4.8-ci bəndinə əsasən “İcarəçi” mülkiyyətdən qeyri-qanuni məqsədlər üçün istifadə etməməli, mülkiyyətin sanitar qaydalarına uyğun təmin vəziyyətdə saxlanmasına riayət etməlidir. Müqavilənin 5.2-ci bəndin əsasən icarə haqqı hər bir ay üçün həmin ayın 01-də icarə haqqının 50%-i məbləğində və həmin ayın 15-i tarixində isə qalan 50%-i yalnız İcarəyəverənin bank hesabına ödənilir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə 01 iyun 2021-ci ildən 01 iyun 2031-ci il tarixə qədər olan dövrü əhatə edir. Müqavilənin 9.2.4cü bəndinə əsasən “İcarəçi” icarə müqaviləsini bağlamasına baxmayaraq, faktiki olaraq icarəyə götürdüyü təsərrüfat obyektlərini 1 ay müddətində işlətmədikdə, obyektə ümumiyyətlə gəlmədikdə və bununla bağlı məlumat vermədikdə, icarəçi aylıq icarə haqqını müqavilədə göstərilən tarixlərdə ödəmədikdə, ölkə ərazisində devalvasiya və ya inflyasiya baş verdiyi hallarda tərəflər arasında icarə haqqının məbləğinin artırılması barədə razılıq əldə olunmadıqda, həmçinin müqavilənin digər şərtləri “İcarəçi” tərəfindən yerinə yetirilmədikdə müqaviləyə birtərəfli qaydada “İcarəyəverən” müəssisənin rəhbərliyinin xitam əmri ilə xitam verilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən **********76 reyestr nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolu, 27-ci km ünvanında yerləşən 2,6914 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə Cavabdeh MMC-yə məxsus olmaqla qeydiyyata alınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra icra məmuru X4, X7, "xxxx" MMCnin direktoru Nümayəndə2 Əliağa oğlunun, "xxxx" MMC-nin nümayəndəsi X8, "xxxx" MMC-nin nümayəndəsi X10, hal şahidi Şahid4, Şahid3 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-217/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında tələbkar İddiaçı MMC-yə icarəyə verilmiş Bakı Quba yolunun 27-ci km yerləşən cəmi 13734,4 m2 sahədən ibarət qeyri-yaşayış sahəsindən tələbkarın icarəçi kimi istifadəsinə maneə yaradılması cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxslərinə və digər şəxslərə qadağan edilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı-Quba yolunun 27-ci km-də yerləşən əraziyə gəlmişlər. İcra sənədinin məzmunu tərəflərə izah olunmuş, aktda adları göstərilən şəxslərin iştirakı ilə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi əsasında tələbkar "xxxx" MMC-yə icarəyə verilmiş Bakı-Quba yolunun 27-ci km yerləşən cəmi 13734,4 m2 sahədən ibarət qeyri-yaşayış sahəsindən tələbkarın icarəçi kimi istifadəsinə maneə yaradılması borclu "xxxx" MMC-nin vəzifəli şəxslərinə və digər şəxslərə qadağan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-1138/2024 saylı qərarına əsasən X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. İddiaçı MMC-də mühafizəçi işləyən Şahid2 adlı şəxsin xx.xx.2024-cü il tarixli İddiaçı MMC-nin rəhbərliyinə ünvanladığı izahatında qeyd olunmuşdur ki, “daha əvvəllərdə bir neçə dəfə işimə maneəçilik törədən və bu iş yerinin özünə adi olduğunu, lakin xx.xx.2024cü il tarixində təxminən saat 14:00 radələrində yenə işimə maneə törədərək bu müəssisənin özünə aid olduğun deyən “İlham” adlı şəxs vəzifəsini yerinə yetirməyə maneəçilik törətmişdir, xahiş edirəm tədbir görəsiniz”. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixində tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC-nin mühafizəçiləri Şahid4, Şahid3, Şahid2 özünü tır parkın sahibi kimi təqdim edən İlham adlı şəxsin 2024-cü ilin mart ayının 9-dan başlayaraq müəssisəsnin mühafizə otağına daxil olaraq dayanacaq ərazisinin onun istifadəsində olduğunu bildirdiyini, işlərinə mane olmağa başladığını, dayanacaqdan gələn pulları özü götürdüyünü, martın 18-dən isə mühafizə otağına işə buraxmadığını təsdiq etmişdirlər. Cavabdeh MMC ilə "xxxx" MMC arasında tərtib edilmiş arayışdan görünür ki, 2021ci il ərzində "xxxx" MMC tərəfindən aprel ayında 20000 manat, may ayında 20000 manat, iyun ayında 17000 manat, iyul ayında 17000 manat, avqust ayında 17000 manat, sentyabr ayında 17000 manat, oktyabr ayında 17000 manat, noyabr ayında 17000 manat, dekabr ayında 18000 manat olmaqla, cəmi 160000 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC tərəfindən müxtəlif tarixlərdə Cavabdeh MMC-yə icarə haqqı üzrə ödənişlər edilmişdir. Cavabdeh MMC-yə məxsus Rabitəbank ASC-də olan hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2024-cü il tarixində 4500 manat, xx.xx.2024-cü il tarixində 3250 manat, xx.xx.2024-cü il tarixində 750 manat, xx.xx.2024-cü il tarixində 500 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Qida X1-X22 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 29 may 2024-cü il tarixli 3-44-2/2-536/24 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən İddiaçı MMC-yə məxsus yeməkxanın sanitar norma və qaydalara əməl etmədən fəaliyyət göstərməsi ilə bağlı aparılmış araşdırmaya əsasən yeməkxananın İddiaçı MMC tərəfindən X3 icarəyə verildiyi müəyyən edilmiş, yoxlama zamanı yeməkxanada qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu aşkar olunmuş, yeməkxanada temperaturun monitorinqinin və qeydiyyatının aparılmadığı, çalışan işçilər üçün dolbalar təchiz edilmiş soyunub-geyinmə otağının təşkil edilmədiyi, mətbəx sahəsinin divarlarının bəzi hissələrinin hamat və təmirli vəziyyətdə olmadığı, istifadə olunan işçi masalarının korroziyaya davamlı materialla üzlənmədiyi, ölçmə vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamadan keçirilmədiyi, yeməkxanada dezinseksiya, deratizasiya işlərinin aparılmadığı müəyyən edilmişdir. Vorld Transport MMC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, istifadədə olan avtomobil təmir sexi və ofis binasından MSİ MMC ilə Vorld Transport MMC arasında olan icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixinədək istifadə edilmişdir. xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC və "xxxx" MMC arasında yeni icarə müqaviləsi bağlandığı üçün istifadə edilən avtomobil təmir sexi və ofis binası "xxxx" MMC-nin icarəsinə verilmişdir. Həmin tarixdən "xxxx" MMC ilə Vorld Transport MMC arasında yeni icarə müqaviləsi bağlanmışdır. Avtomobil təmir sexindən və ofis binasından Subarenda qaydasında istifadə edilir. Sumqayıt şəhər prokurorluğu tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, "xxxx" MMCnin direktoru Nümayəndə2 Cavabdeh MMC-dən icarəyə-götürdüyü qeyri yaşayış obyekinə həmin MMC-nin direktoru Alqulu Mahmudov və qardaşı, sabiq hakim İlham Mahmudovun qanunsuz daxil olması, orada xuliqanlıq hərəkətləri etməsi, işıq xətlərinə qanunsuz müdaxilə olunması və rüşvət müqabilində enerji müqaviləsinin dəyişdirilməsi barədə 20 iyun 2024-cü il tarixli müraciəti Azərbaycan Respublikası Baş Prokurorluğundan 08 iyul 2024-cü il tarixdə Sumqayıt şəhər prokurorluğuna daxil olmuşdur. Aparılmış araşdırma ilə İddiaçı MMC-nin direktoru Nümayəndə2 20 iyun 2024-cü il tarixli izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin direktoru X14, "xxxx"-2023 MMC-nin işçisi X9 və 21 saylı sexin ustası X17 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin şəxslər "xxxx" MMC-nin inzibati ərazisində olmuş və "xxxx"-2023 MMC-nin ərazisində yerləşən avtoyuma yerinin "xxxx" MMC tərəfindən qanunsuz olaraq icazə alınmadan inşa edilmiş, bu isə müqavilənin şərtinə, tikinti norma qaydalarına və tikinti məcəlləsinə zidd olaraq onların mülkiyyətini həmin hissədə zəbt edildiyi qeyd olunmuşdur. Göründüyü kimi onların uzun müddətli müqavilə bağladıqlarından və bu səbəbdən şirkətə gəlməməklərindən istifadə etmiş "xxxx" MMC -nin hərəkətləri həmin müqavilənin şərtlərinə tam ziddir. "xxxx" MMC "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə müraciət edərək qeyd etmişdir ki, tərəflər “MSİ" MMC və "xxxx" MMC xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “İcarəyə verən” ona məxsus Bakı-Quba yolunun 27ci km-də yerləşən təsərrüfat obyektlərini "İcarəçiyə” icarəyə verməyi, “icarəçi” isə həmin təsərrüfat obyektlərinin icarəsinin əvəzi olaraq bu müqavilə ilə razılaşdırılmış qaydada və məbləğdə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, icarəçi tərəflər arasında olan razılaşmaya uyğun davranmayaraq müqavilədə icarə haqqı ilə bağlı şərtlərə razılaşmış olsa da, müqavilə üzrə icarə haqqını müəyyən olunmuş qaydada və müddətdə ödəmək öhdəliyini yerinə yetirmir. Göstərilən icarə müqaviləsinin 5-ci bəndi icarə haqqı və ödəniş şərtləri ilə bağlı məsələləri tənzimləyir. 5.1-ci bəndə əsasən aylıq icarə haqqı 9000 manat məbləğində müəyyən olunmuşdur. 5.2-ci bəndində icarə haqqı hər bir ay üçün həmin ayın 1-də icarə haqqının 50%-i məbləğində və həmin ayın 15-i tarixində isə qalan 50% yalnız “İcarəyəverənin” bank hesabına ödənilir. Müqavilənin 9.2.4cü bəndinə əsasən isə icarə haqqı müqavilədə göstərilən tarixlərdə ödənilmədikdə həmin müqaviləyə vaxtından əvvəl icarəyə verənin əmrinə əsasən xitam verilməsi qaydası müəyyən edilmişdir. Göstərilənlərlə bağlı tərəfimizdən dəfələrlə xəbardar edilməyinizə baxmayaraq, buna məhəl qoyulmamışdır və ödəniş qaydası düzgün şəkildə həyata keçirilməyərək müqavilə üzrə icarə haqqının ödənişi qaydası ilə bağlı normalar hələ də kobud şəkildə pozulur. Bu tələblərin yerinə yetirilməməsi isə göstərilən normalarla yanaşı bilavasitə Azərbaycan Respublikası Mülki Qanunvericiliyinə də ziddir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, icarə haqqını müqavilədə göstərilən qaydada (hər bir ay üçün həmin ayın 1-də icarə haqqının 50%-i məbləğində və həmin ayın 15-i tarixində isə qalan 50%) ödənilməsini xahiş etmişdir. Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə müraciət edərək, müqavilənin şərtlərinə uyğun olaraq “Nahid-299" MMC-nin öz üzərinə obyekti işlətməyi, icarə haqqını vaxtında və tam ödənilməsi vəzifəsini üzərinə götürməsinə baxmayaraq, müqavilənin şərtinə əməl olunmadığını və müqavilədə göstərilən müddətdə icarə haqqı ödənilmədiyini, qısa müddət ərzində icarə borcu ödənilməzsə icarəyə verənin əmrinə əsasən icarə müqaviləsinə birtərəfli xitam veriləcəyini qeyd etmişdir. İcarə müqaviləsinin 5.2-ci bəndində icarə haqqı hər bir ay üçün həmin ayın 1-də icarə haqqının 50%-i məbləğində va həmin ayın 15-i tarixində isə qalan 50%-i ödənilir. 9.2.4-cü bəndə əsasən isə icarə haqqını ödənilınədikdə həmin müqaviləyə vaxtından əvvəl icarəyə verənin əmrinə əsasən xilam verilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid5 izahat verərək qeyd etmişdir ki, o, mart ayının 4-dən indiyə kimi orada fəhlə kimi işləyir. Onlar oranı icarəyə götürdükdə İlham müəllim yox, qardaşı Alqulu müəllim orada olmuşdur. Müqavilə bağlanarkən həmin ərazi çox pis vəziyyətdə olmuşdur. Belə ki, 30-40 ədəd maşın olmuşdur. İlk əvvəl ora təqribən 200 maşın daş tökmüşdür, 2 ədəd 60 tonluq hovuz, avtoyuma məntəqəsi tikilmiş, santexnik, kanalizasiya sistemini yenidən iddiaçı özü düzəltmişdir, abadlıq işləri görmüşdür. Tikintitəmir işlərini 2021-ci ilin mart ayının 11-dən başlamış və 1 ilə yaxın oranı abadlaşdırma işləri ilə məşğul olmuşlar. Nə zaman ki, İlham müəllim pensiyaya çıxmışdır, o zaman qardaşı gəlib oraların sahibi olduğunu bildirmişdir. Alqulu müəllimin dövründə müqaviləni bağlayarkən onlara yanacaqdoldurma məntəqəsindən içəriyə kimi onlara aid olduğunu bildirmişdir. İlham müəllim pensiyaya çıxdıqdan sonra gəlib demişdir ki, buralar onundur. Gəlib avtoyuma məntəqəsinin qapısını sındırıb özbaşına içəri girmişdilər. Sumqayıt İcra Şöbəsindən icraçılar gəlib onları çıxartmışdır. Daha sonra cavabdehin əməkdaşları yenidən qapını sınıdırıb içəri girmiş və nəzarət otağındakı işçiləri çıxartmışdır. Hal-hazırda orada Cavabdeh MMC-nin nümayəndələri var. İndi ora sərbəst girib-çıxa bilmirlər. Lakin onlar dözüb işləyir. Həmin ərazidən cavabdeh onları 4 ay olar ki, çıxartmağa çalışır. Soyuducu anbarı deyilən sahə hal-hazırda İlham müəllim tərəfindən iddiaçının əlindən alınmışdır, cavabdeh sahiblik edir. Həmin ərazinin ümumi sahəsi yanacaqdoldurma məntəqəsindən içəriyə kimi ümumi 6 hektar olmuşdur və iddiaçıya bütün sahənin hamısının onların istifadəsinə verildiyi deyilmişdir. Hal-hazırda iddiaçıya aid sahə 2 hektardır, onu da iddiaçının istifadəsinə vermirlər. Həmin sahənin 1 ədəd giriş-çıxış qapısı var, o da iddiaçıya məxsusdur. Orda razılığa gəlməklə arxa tərəfdən başqa giriş-çıxış qapısı açmaq olar. İddiaçı tərəfindən soyuducu olan anbara beton tökülmüş, kanalizasiya işləri görülmüş, çöldə avtoyuma məntəqəsi, 2 hovuz, tərəzi tikilmişdir, bir sözlə çox xərc çəkilmişdir. İddiaçı həmin ərazini icarəyə götürərkən o orada həm usta, həm də fəhlə kimi işləməyə gəlmişdir. Məhkəmə iclasında Şahid2 izahat verərək qeyd etmişdir ki, o, orada mühafizə otağında nəzarətçi işləmişdir. Dəqiq yadında olmasa da, bir dəfəsində axşam növbəni təhvil verərkən İlham müəllimin adamları gəlmiş və onlara maaşlarını verib demişdir ki, işdən azaddırlar. Onlar da Mahir müəllimdən bunu səbəbini soruşduqda Mahir müəllim demişdir ki, hazırda cavabdehlə aralarında anlaşılmazlıqlar var. İlham müəllim ilk gələndə onları ordan nalayiq sözlər işlədərək çıxartmışdır. İcraçılar gəlib onları çıxartdıqdan sonra iddiaçı həmin gün oranın açarını dəyişdirmişdir. Ancaq bir gün sonra işə gəldikdə görmüşdür ki, İlham müəllimin adamları qıfılı sındırıb içəri daxil olublar. Tırlar ordan çıxarılarkən qarşı tərəf dəfələrlə tırların giriş-çıxışına maneçilik törətmiş, tırların içərisindəki mallar xarab olduğuna görə onlar neçə dəfə çətinlik yaşamışlar. Mübahisə olmayana qədər onların ərazisi sexlərin yanı olmuşdur. Ümumi olaraq sahəyə nəzarət edilmişdir. Orada qapı bir ədəd idi. Tırların harda durmasından asılı olmayaraq həmin qapıdan giriççıxışa iddiaçı nəzarət edirdi. Tırların harada durmasını heç kəs müəyyənləşdirmirdi. Hər bir tır sürücüsü öz cərgəsini əvvəlcədən bilirdi. İçəri daxil olduqda sürücülər hər biri öz tırını cərgəsində salırdı. Ola bilirdi ki, ərazi tam olaraq dolurdu və əlavə tır maşınlarının ora girişi mümkün olmurdu. Bayramlarda yükü olmayan olan tırlar gəlirdi, içəri tam dolurdu. Girişə nəzarəti iddiaçı həyata keçirmişdir. Onların icazəsi olmadan ora giriş etmək mümkün deyil. Giriş-çıxış qapısından hər iki tərəfin istifadə etməsinə heç bir təklif olmamışdır. Mübahisə yaranandan sonra orada işləməmişlər. Mübahisə yaranana kimi Cavabdeh MMC-nin özü tərəfindən və ya onun adından hər hansı maşın həmin əraziyə daxil olmamış, neçə illərdir iddiaçı özü oranı tək işlətmişdir. Mübahisə yaranarkən İlham müəllim şlaqbaumu bağlayaraq tırların girişinə məhdudiyyət qoymuşdu. İki qarşı-qarşıya otaq var. İddiaçı tərəfdən qarşı tərəfə təklif edilmişdir ki, soldakı otağı boşaltdıqdan sonra nəzarət məntəqəsi kimi oradan istifadə edə bilərlər. Şlaqbaun sağ tərəfdə olduğu üçün onlar sağ tərəfdəki otağı nəzarət otağı kimi götürmüşdülər. Məhkəmə iclasında Şahid4 izahat verərək qeyd etmişdir ki, giriş qapısında nəzarətçi olmuşdur. İlham müəllim 2024-cü ilin fevral ayında əraziyə gəlmiş və oranın ona aid olduğunu bildirmişdir. 2 il ərzində Alqulu müəllim ora gəlməmiş, İlham müəllim 2 il yarımdan sonra gələn zaman onların oradan çıxmasını tələb etmişdir. Hazırda orada işləmir. İcraçılar mühafizə otağını iddiaçıya təhvil verdikdən sonra yenidən posta çıxa bilməmişdir, çünki bir gün sonra gələndə İlham müəllimin adamları tərəfindən qıfılın qırılıb içəriyə daxil olduqlarını görmüşdülər. O iddiaçı müəssisədə işləsə də, İlham müəllim onları orada işləməyə qoymamış, çıxartmışdır. O gəlib onlara demişdir ki, sabahdan işə gəlməsinlər, onlar da gəlməmişdir. O nəzarətçi kimi bütün sahəyə nəzarət etmişdir. Mahir müəllim bütün sahədən istifadə etmişdir. İçəri girən avtomobillərdən girişə görə iddiaçı tərəfindən pul alınmışdır, məbləğ bütün sahəyə görə alınmışdır. Məhkəmə iclasında Şahid3 izahat verərək qeyd etmişdir ki, mübahisə yaranan ana qədər həmin ərazidə nəzarət məntəqəsində nəzarətçi kimi işləmişdir. Həmin ərazi iddiaçı tərəfindən icarəyə götürüləndən 3-4 ay sonra o həmin əraziyə gəlmişdir. Mart ayında qarşı tərəf iddiaçını nəzarət məntəqəsindən çıxartmışdır. Həmin ərazidə nəzarət-buraxılış məntəqəsində 3 nəzarətçi işləmişdir, Anar, Əbülfəz və o. Həmin ərəfədə gələn şəxslərin içində İlham müəllim gəlmişdi, lakin oranın rəhbəri Alqulu Mahmudov yox idi. O özü işçi taparaq hər gün onlardan birini işdən uzaqlaşdırmışdır. Birinci Əbülfəzi, daha sonra Anarı, ən sonda isə onu postdan çıxartmışdır. Növbəni təhvil almağa gələrkən, artıq onda deyilmişdir ki, bir də işə gəlməsin. Deyilmişdir ki, artıq ora rahat girib nəzarət məntəqəsində otura bilər, lakin səhər gəldikdə yenidən qarşı tərəf buna imkan verməmiş, onları içəriyə qoymamışdır. Orada nəzarətçi olduğu dövrdə qarşı tərəfin tırların içəri girərkən onların hərəkətinə maneçilik törətməsi ilə bağlı hər hansı hal baş verməmişdir. Həmin əraziyə daxil olan maşınların sayı stabil say olmurdu. Bəzən say 20, bəzən 25 bəzən də 35 olmuşdur. İçəri girən maşınlardan pulu nəzarətçilər yığıb, Mahir müəllimə təhvil vermişdir. Həmin ərazidən uzaqlaşdırıldıqdan sonra pulları cavabdeh tərəf yığmağa başlamışdır. Orada işlədiyi dövrdə həmin sahənin müəyyən hissəsindən nə İlham müəllim, nə də Allahqulu müəllim istifadə etməmişdir. Onlar işləyən dövrdə həmin şəxslərin heç biri orda olmayıb, iddiaçının iş fəaliyyətinə müdaxilə olunmamışdır. Məhkəmə iclasında Şahid1 izahat verərək qeyd etmişdir ki, 2021-ci ilin iyul ayından o, orada baş mühasib işləmişdir. Hazırda da orada işləyir. Müqavilə bağlanarkən onlara bildirilmişdir ki, 10 ilə yaxın müqavilədə qeyd olunan yer formal olaraq göstərilmiş, bütün ərazi onlara icarəyə verilmişdir. 2023-cü ilin mart-aprel aylarında İlham müəllim gəlib demişdir ki, özü buranı işlədəcək və buradan çıxmalıdılar. İddiaçı tərəf qoyulan bütün xərcləri demiş və bildirmişdir ki, müqavilə 10 il müddətinə bağlanılmışdır. İddiaçı MMC oranı götürərkən müqaviləyə əlavə, hər hansı sxem verilməmişdir. MSİ MMC tərəfindən iddiaçının fəaliyyətinə 2023-cü ilin mart ayından müdaxilə olunmağa başlanmışdır. Mühasibatlığa daxil olan gəlir bütün sahədən formalaşmışdır və götürülən gəlirin heç bir hissəsi Cavabdeh MMC-yə verilməmişdir. Hazırda orada giriş-çıxış məntəqəsinə Cavabdeh MMC nəzarət edir. O, hazırda orada yerləşdirilmiş boksları icarəyə vermiş və onların pulunu yığmaqdadır. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.1 və 430.2-ci maddələrinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 677.1.4-cü maddəsinə əsasən əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 689-cu maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 15.1-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. İV.Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V.Məhkəmənin mövqeyi Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər arasında 01 iyun 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsi imzalanmış, həmin müqavilə üzrə Sumqayıt şəhəri, Bakı-Quba yolu, 27-ci km ünvanında yerləşən yeməkxana, sanitariya qovşağı, hamam, 1 mərtəbəli 13 bokslu təmir sexi, 1 mərtəbəli 18 bokslu təmir sexi, elektrik yarımstansiya binası, nəzarət məntəqəsi və avtodayancaq sahəsi - tır parkı olmaqla, ümumi sahəsi 13734,4 m2 olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi tərəflər arasında razılaşdırılmış, icarə müqaviləsinin müddəti 01 iyun 2031-ci il tarixinə qədər müəyyən edilmişdir. İddiaçı “İcarəçi” olaraq müqavilənin tərəfi kimi hüquqlarının pozulduğunu, Cavabdeh MMC tərəfindən icarəyə verilmiş ərazidə fəaliyyət göstərməsinə maneələrin yaradıldığını bildirir. Məhkəmə ilkin iddia tələbində qeyd edilən cavabdeh tərəfindən iddiaçının fəaliyyətinə maneə yaradan hallar aradan qaldırılması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır və təmin olunmalıdır. Belə ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin 3.3-cü bəndində razılaşdırılmışdır ki, “İcarəyə verən“ “İcarəçiyə” mülkiyyətdən bütün gün ərzində istifadəyə mane olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmə iclasında şahidlərin verdiyi izahatlar və Bakı Kommersiya Məhkəməsinin e-16(113)-217/2024 saylı xx.xx.2024cü il tarixli icra sənədinin icrası məqsədilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X13 tərəfindən tərtib edilmiş akt ilə faktiki olaraq cavabdehin icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş giriş nəzarət məntəqəsini zəbt etməsi, Cavabdeh MMC-nin işçilərinin giriş nəzarət məntəqəsində özlərinə otaq, qalmaq üçün şərait yaratması, sahəyə daxil olan yük avtomobillərindən Cavabdeh MMC-nin işçiləri kimi təqdim edən şəxslərin xidmət haqqı alması, bununla da iddiaçının fəaliyyətinə maneələrin yaradılması təsdiq olunur. Bundan əlavə tərəflərin verdiyi izahatlarda cavabdehin iddiaçının istifadəsində olan ərazidə yalnız boksların yerləşdiyi sahəyə yük avtomobillərinin daxil olmasına icazə verməsini, yük avtomobillərinin bir gündən artıq müddətdə orada qalması halında onlardan ödəniş tələb etməsini, 01 iyun 2021-ci il tarixli icarə müqaviləsi üzrə elektrik yarımstansiya binasının da iddiaçının istifadəsinə verilməsi müqavilə şərti kimi nəzərdə tutulmasına baxmayaraq, cavabdehin ehtimallara əsasən elektrik yarımstansiya binasına iddiaçıya daxil olmağa icazə verməməsini məhkəmə dolayısı ilə cavabdeh tərəfindən iddiaçıya icarə obyektindən istifadə etmək üçün maneələrin yaradılması kimi qiymətləndirir. Məhkəmə ilkin iddia tələbində qeyd edilən 10000 manat pulun dəymiş maddi zərər kimi cavabdehdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Çünki ilkin iddia üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərindən və eləcə də iş materiallarından göründüyü kimi, cavabdehin icarə müqaviləsindən irəli gələn öhdəliklərini pozması nəticəsində iddiaçıya hansı zərərin dəyməsi, tələb edilən zərər miqdarının necə hesablanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən mənəvi zərərlə bağlı 10000 manat pulun tutulmasına dair tələbi də təmin edilməməlidir. Çünki qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir, hüquqi şəxslər arasında olan işgüzar münasibətlərin pozulması onlara nəticədə maddi ziyan vura bilər, mənəvi zərər mövcud ola bilməz. İddiaçı yalnız cavabdeh tərəfindən onun işgüzar nüfuzuna vurulmuş zərər nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı ola bilər. Bundan başqa cavabdeh qarşılıqlı iddia ərziəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini və İddiaçı MMC-nin onlara məxsus olan 4 ha ərazidən çıxarılmasını tələb etmişdir. Məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək, eyni zamanda tərəflər arasında müqavilə münasibətlərinin ləğv edilməsi üçün icarəçinin təqsirinin müəyyən edilmədiyini, cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmadığını, şəraitin əhəmiyyətli dərəcədə dəyişmədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya 01 iyun 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən ümumi sahəsi 13734,4 m2 olan qeyri-yaşayış sahəsini icarəyə verilmişdir. Məhkəmə iclaslarında cavabdeh tərəf iddiaçı tərəfindən 4 ha torpaq sahəsinin zəbt edildiyini qeyd etsə də, məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, 2,6914 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə Cavabdeh MMC-yə məxsus olmuşdur. İddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan, icarə müqaviləsində nəzərdə tutulmamış sahədə fəaliyyət göstərməsi icarə müqaviləsinin ləğv üçün əsas deyildir. İddiaçı cavabdehin mülkiyyətində olan ərazini qanunsuz zəbt etdiyi halda cavabdeh iddiaçının ona məxsus ərazidən çıxarılması ilə bağlı mülkiyyətin müdafiəsi barədə (vindikasiya iddiası) iddia qaldıra bilər. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən həqiqətən icarəyə verilmiş ərazidən kənarda qalan torpaq sahəsindən istifadə etməyə maneə yaradan hərəkətlər etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqının kiçik hissəsinin aylar üzrə bir neçə dəfə qısa müddətlərlə gecikmələrlə ödənməsi cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilib müqavilənin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı tərəf qətnamə çıxan günədək icarə haqqını tam ödəmiş, bəzi aylarda az miqdarda ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Bundan başqa cavabdeh müqavilənin ləğvi üçün digər əsas kimi iddiaçının icarə müqaviləsi üzrə istifadəsinə verilmiş obyektlərdə dezinfeksiya işlərinin aparılmaması, əməyin gigiyenası qaydalarının gözlənilməməsi, antisanitar vəziyyətin olmasını və sair halları qeyd etmişdir. Təqdim edilmiş bir neçə fotoşəkildən ərazinin iddiaçı tərəfindən antisanitar vəziyyətdə saxlanılması təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən icarəyə götürülmüş ərazidə görülən işlərin xarakteri nəzərə alındığı zaman, həmin ərazinin fotoşəkillərdə görsənən vəziyyətdə saxlanılması normal haldır. İddiaçı tərəfindən müqavilənin şərtlərini pozan hərəkətlər o zaman əhəmiyyətli pozuntu sayılardı ki, bunun cavabdehə vurduğu zərər nəticəsində cavabdehin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş olardı. Beləliklə cavabdehin qeyd etdiyi hallar müqavilənin şərtlərini əhəmiyyətli şəkildə pozan hallar olmadığından, müqavilənin ləğvi üçün əsas hesab edilməməlidir. Bundan başqa tərəflər arasında qüvvədə olan icarə müqaviləsi üzrə müqavilənin ləğvinə əsas yaradacaq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı da baş verməmiş, cavabdehin müqavilənin əsasında durmuş təsəvvürü yanlış çıxmamışdır. Tərəflər arasında mövcud icarə münasibətlərində şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılar və müqavilənin ləğv üçün əsas yaradardı ki, iddiaçının hərəkəti ilə dəyişən şəraiti cavabdeh ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdı. Lakin iddiaçı tərəfindən müqavilə bağlandığı vaxtdan mübahisə yaranan dövrə qədər şəraiti əhəmiyyətli dərəcədə dəyişən hər hansı hərəkətlər edilməmişdir. Məhkəmə iclasındakı izahatlarda cavabdehin nümayəndəsi iddiaçı tərəfindən cavabdehin razılığı alınmadan avtomobil yuma məntəqəsi tikildiyini, bununla da aparılacaq tikinti işlərinə dair cavabdehin razılığını almaq barədə müqavilə şərtinin pozulduğunu bildirmişdir. Ancaq həmin məntəqə iddiaçı tərəfindən 2021ci ildə tikilmiş və iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılana qədər keçən 3 il ərzində cavabdeh bununla bağlı öz iradını bildirməmiş, bu əsasla müqavilənin ləğv olunması barədə məhkəməyə müraciət etməmişdir. Bu isə həmin məntəqənin cavabdehin razılığı ilə tikildiyini göstərir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, icarəyə verilmiş ərazidə İddiaçı MMC-nin fəaliyyətinə maneə yaradan hallar aradan qaldırılmalı, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Vİ. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “maneənin aradan qaldırılması, maddi və mənəzi ziyan” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İddiaçı MMC-nin fəaliyyətinə maneə yaradan hallar aradan qaldırılsın. Cavabdeh MMC-dən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun 100 manat (yüz) manatının əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ərazidən çıxarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Huseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar