Məhkəmə qərarları › İş №e-2-2(113)-3077/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3077/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3077/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 17676,31 manat ƏDV daxil olmaqla 115 878 manat məbləğində pulun və ödənilmiş 406 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və tərəflər arasında 20 iyun 2024-cü il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və tərəflər arasında 20 iyun 2024-cü il tarixdə imzalanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iddiaçının və cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı əsas borc hissəsində - ƏDV daxil 115 759,65 (yüz on beş min yeddi yüz əlli doqquz manat 65 qəpik) manat məbləğində qəbul edir. 1.2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız əsas borcun ödənilməsi öhdəliyini daşıyır. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi yalnız əsas borcla məhdudlaşır və əsas borcdan savayı hər hansı rüsum, dəbbə pulu, faiz, əldən çıxmış fayda, hüquqi xərclər və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, iddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir və etməyəcək. 1.3. Cavabdeh əsas borcu iddiaçıya 5 (beş) hissəyə bölünməklə, ardıcıl 5 (beş) aylıq müddət ərzində 2024-cü ilin 15 iyul tarixindən 15 noyabr tarixinə kimi hər növbəti ayın 15-nədək ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ay ƏDV daxil 23151,93 (iyirmi üç min yüz əlli bir manat 93 qəpik) olmaqla ödənilir. 1.4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür. 1.5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir. 1.6. Cavabdeh tərəfindən əsas borc məbləğinin hər hansı bir hissəsinin ödəniş cədvəli üzrə göstərilən müddətlərdə ödənilməməsi, sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə iddiaçıya ödənilməməsi cavabdehin saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal barışıq sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilməyən borcun cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır. 1.7. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir. 2.2. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 imzalamış və hər iki nümayəndəyə müvafiq prosessual hərəkətin yerinə yetirilməsi üçün lazımi səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki, məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 408 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 408 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin: 1.1. Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş müqavilədən irəli gələn öhdəliyin pozulmasından yaranmış borc tələbinə dair iddianı əsas borc hissəsində - ƏDV daxil 115 759,65 (yüz on beş min yeddi yüz əlli doqquz manat 65 qəpik) manat məbləğində qəbul edir. 1.2. İddiaçı qəbul edir ki, cavabdeh iddiaçı qarşısında yalnız əsas borcun ödənilməsi öhdəliyini daşıyır. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi yalnız əsas borcla məhdudlaşır və əsas borcdan savayı hər hansı rüsum, dəbbə pulu, faiz, əldən çıxmış fayda, hüquqi xərclər və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, iddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir və etməyəcək. 1.3. Cavabdeh əsas borcu iddiaçıya 5 (beş) hissəyə bölünməklə, ardıcıl 5 (beş) aylıq müddət ərzində 2024-cü ilin 15 iyul tarixindən 15 noyabr tarixinə kimi hər növbəti ayın 15-nədək ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ay ƏDV daxil 23151,93 (iyirmi üç min yüz əlli bir manat 93 qəpik) olmaqla ödənilir. 1.4. İddiaçı cavabdeh tərəfindən borc öhdəliyinin sazişdə nəzərdə tutulmuş qaydada icra edilməsini qəbul edir və cavabdehə qarşı heç bir əlavə iddia və tələb irəli sürmür. 1.5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin sazişin 1.2-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra, cavabdehin iddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir. 1.6. Cavabdeh tərəfindən əsas borc məbləğinin hər hansı bir hissəsinin ödəniş cədvəli üzrə göstərilən müddətlərdə ödənilməməsi, sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə iddiaçıya ödənilməməsi cavabdehin saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal barışıq sazişinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilməyən borcun cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır. 1.7. Hər bir tərəf məhkəmə xərclərini və hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclərini özü ödəyir. 2.2. Bu saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş 408 (dörd yüz səkkiz) manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar