Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3082/2025 21.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) X5 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC Cavabdeh MMC-dən 17700 (on yeddi min yeddi yüz) manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə GPA24/026 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Satıcı” bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşdırılmas protokolunda sadalanan malları “Alıcı”ya satır, “Alıcı” isə həmin malları alır və bunun müqabilində X2 Protokolunda müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh öhdəliyini icra etməmişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: GPA24/026 saylı xx.xx.2024-cü il tarixli müqaviləyə 1 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən yekun məbləğ 17700 (on yeddi min yeddi yüz) manat təşkil edir. Təhvil-təslim aktında görünür ki, 1 saylı X1 icrası məqsədilə satıcı qeyd olunan malı (Ekogen EGR 125) xx.xx.2024-cü il tarixdə alıcıya təhvil vermişdir. Tərəflər bunu imza və möhürləri ilə təsdiq etmişlər. MT2410 seriyalı 12049410 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən yekun məbləğ 17700 (on yeddi min yeddi yüz) manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada bildirilməsinə baxmayaraq bu günki günə qədər cavabdeh tərəfindən ödəniş olmamışdır. Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli №GPA24/026 saylı müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. xx.xx.2024-cü il tarixli №GPA24/026 nömrəli müqavilənin 2.1-ci bəndi Bu Müqavilə üzrə alman Malların müqabilində Alıcı Satıcıya bu Müqavilədə və ya ona Əlavələrdə göstərilən məbləğdə ödəniş etməyi öhdəsinə götürür. 2.2-ci bəndi isə Ödəniş, ilkin olaraq Malın dəyərinin 100% şəklində bank hesabına köçürülmə yolu ilə 10 (on) bank günü müddətində həyata keçirilir. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445.1, 448.1, 567, 598, 600-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli №GPA24/026 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” bu müqavilənin tərkib hissəsi olan Qiymətlərin razılaşdırılma protokolunda sadalanan malları (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı'ya satır, “Alıcı” isə həmin Malları alır və bunun müqabilində X3 Protokolunda müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci Bu Müqavilə üzrə alınan Malların müqabilində Alıcı Satıcıya bu Müqavilədə və ya ona Əlavələrdə göstərilən məbləğdə ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş, ilkin olaraq Malın dəyərinin 100% şəklində bank hesabına köçürülmə yolu ilə 10 (on) bank günü müddətində həyata keçirilir. Malların təhvil-qəbul aktına əsasən aşağıda imza edənlər, “Alıcı” adlanan Cavabdeh MMC direktor Qanuni nümayəndə, bir tərəfdən və “Satıcı” İddiaçı MMC direktor X4 şəxsində digər tərəfdən, bu aktı imzalamaqla təsdiq edirlər ki. Satıcı ilə Alıcı arasında imzalanmış 31 Oktyabr 2024-cü il tarixli, GPA24/026 saylı Alqı-satqı haqqında müqaviləsinin 1 saylı X1 icrası məqsədilə (bundan sonra “Müqavilə'" adlanacaq) və adı çəkilən Müqavilənin şərtlərinə uyğun olaraq və adı çəkilən Müqavilənin şərtlərinə uyğun olaraq, “Satıcı” aşağıda sadalanan malı xx.xx.2024-cü il tarixində Alıcıya təhvil verdi, Alıcı isə bu malları qəbul etdi: 1 ədəd Ekogen EGR 125 qiyməti ƏDV daxil 17700 AZN. İddiaçı MMC tərəfindən 17700 (ƏDV daxil olmaqla) manat dəyərində mal təhvil alınmışdır. MT2410 seriyalı, 12049410 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 17700 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli 73209148 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 144 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş №-EO-2648VK-5099/25 nömrəli, xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasinin Vəkillər Kollegiyasi elektron vəkil orderindən görünür ki, Vəkil qurumu (fərdi qaydada fəaliyyət göstərən vəkil): Mirzəyev və Partnyorları Vəkil Bürosu Müqavilənin tarixi: xx-xx-2025 Müqavilə № EM-2648VK-7647/25 Vəkil: Vəkil (Vəkillik vəsiqəsi № VK-2648) Hüquqi yardım göstərilən şəxs: İddiaçı Vəkilə həvalə edilən tapşırığın mahiyyəti: pul tələbi Tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan, təşkilat: Bakı Kommersiya Məhkəməsində iddiaçının müdafiəçisi olmuş, xidmət göstərmiş və onun müqabilində 300 manat pul almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Tərəflər arasında xx.xx.2024-cü il tarixli №GPA24/026 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, elektron qaimə, təhvil-təslim aktı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki iddia tələbinin əsaslı olması iş materialları ilə tam sübuta yetirilir. Buna görə də iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda təmin edilmiş tələblərə uyğun dövlət rüsumu 144 manat təşkil edir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
1. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında xx-xx-2025 Müqavilə № EM-2648VK-7647/25-nömrəli müqavilə imzalanmış, 300 manat məbləğində pul hüquqi yardım haqqı kimi vəkil bürosunun bank hesabına köçürülmüşdür.
2. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra ediməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını (4) və vəkilin bütün iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 17700 (on yeddi min yeddi yüz) manat məbləğində borc, 300 (üç yüz) manat məbləğində vəkil xərci və 144 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X6