Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3085/2022 04.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə əsas məbləg üzrə 1321 manat məbləğində borcun, 150 manat cərimənin və 2 saylı Medasiya Təşkilatına ödənilmiş 70 manat rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Bildiriş məktubları ,pretenziya məktubları, iddia ərizəsi,maliyyə arayışı,mediasiya arayışı, mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir, sənədlərin cavabdehin elektron vergi kabinetinə göndərilməsinə dair ekran şəkili əlavə olunur. Müqaviləyə və X1 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 6000 manat olmaqla mal almışdır. Həmin məbləğin 1600 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği , yəni 4400 manatı xx.xx.2020-ci il tarixli X1 əsasən qrafikə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 1321 manat, cərimə borcu isə 150 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə bildiriş və pretenziya məktubları da göndərilmişdir .(cavabdehin elektron vergi kabinetinə). xx.xx.2022-ci il tarixdə “X3 “MMC tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “X3“ MMC tərəfindən 2 X2 ərizə ilə müraciət edilmişdir, ərizəmiz icraata qəbul olunmuşdur ,mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu Cavabdeh mediasiya sessiyasında iştrak etməmiş və bu barədə 08 aprel 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 70 manat təşkil etmiş və cəmiyyətimiz tərəfindən ödənilmişdir(qəbzlər ərizəyə əlavə olunur). Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2020-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşma protokolunda əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə ödənilməklə Cavabdeh satmağı, Cavabdeh isə malı qəbul edib qiymətini bu müqaviləyə və əlavə 1-də əks olunmuş formada İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.2-ci maddəsinə əsasən Cavabdeh malın dəyərini və qalıq məbləğini bu müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə əlavə 1-ə uyğun olaraq tam və ya qismən icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində İddiaçı MMC-yə cərimə ödəyir. xx.xx.2020-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış təhvil-təslim aktından görünür ki,dəyəri 6000 manat olan Ceramic Master E20 adlı avadanlıq Cavabdeh təhvil verilmişdir. 15 fevral 2022-ci il tarixli 017 nömrəli İddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh malın dəyəri olan 6000 manatın 1600 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 4400 manatdan isə 3028 manatı ödənilmiş və son nəticədə 1321 manat əsas borc və əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 150 manat cərimə borcu qalmışdır. 08 aprel 2022-ci il tarixli MŞB/2-00556 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. 08 aprel 2022-ci il tarixli BD6 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC 10 manat məbləğində mediasiya xərcini ödəmişdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 462.1, 467, 567, 598.1 və 598.2-cü maddələri). “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alınmış avadanlığın borcunu 15 fevral 2022-ci il tarixli 017 nömrəli İddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışında qeyd olunduğu kimi tam olaraq ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının 1321 manat əsas borc və mediasiya sessiyasına ödənilmiş 70 manatın tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edirəm ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 29 manat məbləğində müəyyən edilməlidir Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 1321 manat borc, 29 manat cərimə və mediasiya sessiyasına ödənilmiş 70 manat cəmi 1420 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 1321 manat borc, 29 manat cərimə və mediasiya sessiyasına ödənilmiş 70 manat cəmi 1420 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3085/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3085/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver