Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3087/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilənin etibarsız hesab edilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində İddiaçı MMC ilə Cavabdeh MMC arasında "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin oktyabr ayında X2 direktor vəzifəsində işlədiyi "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə2 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar Qanuni nümayəndə2 onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü ondan aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib, özünün təsisçi olduğu dövrdə alınaraq etibarnamə əsasında arvadı X3 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək, 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət edib, həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X1 vasitəsilə "xxxx" MMC-yə məxsus möhür hazırlatdırıb, xx.xx.2022-ci il tarixdə əmək və mülki hüquq münasibətlərinə xitam verilərək, həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsinə "xxxx" MMC-yə məxsus "xxxx" markalı 90-AS- 211 dövlət qeydiyyat nişanlı avtomobilin guya 51000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu Cavabdeh MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərərçəkmiş hüquqi şəxs İddiaçı MMC-yə 82000 manat məbləğində mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Bununla əlaqədar olaraq, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə2 tərəfindən Qaradağ rayon Polis İdarəsinə müraciət edilmiş, X2 barəsində cinayət işi başlanaraq cinayət qanunvericiliyinin müvafiq maddələri ilə ittiham verilib, baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 1(002)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Qanuni nümayəndə1 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 320.1 maddəsi ilə 3500 manat məbləğində, CM-nin 322.1-cimaddəsi ilə 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-cimaddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 4200 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəmənin yuxarıda qeyd olunan hökmündən narazı qalan təqsirləndirilən şəxs Qanuni nümayəndə1 və müdafiəçisi apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış, verilmiş kassasiya şikayətinə də baxılaraq xx.xx.2024-cü il tarixli qərarla Qanuni nümayəndə1 barəsində qərarlar dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Qaradağ Rayon Məhkəməsinin 1(002)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə qeyd edilmişdir ki, "xxxx" markalı, 90-AS- 211 dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün İddiaçı MMC-yə təhvil verilsin. Hazırda avtomobil iddiaçıda olsa da, faktiki olaraq onun üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, AR DİN-nin BDYPİ-nə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir nəticəsi olmamış, əmlakın İddiaçı MMC-nin mülkiyyətinə verilməsi ilə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi də X2 tərəfindən sənədlərin saxtalaşdırılması yolu ilə aparılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olması qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin bu sahədə yaratmış olduğu təcrübəyə əsasən hazırda Qanuni nümayəndə1 "xxxx" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı saxta sənədlər hazırlayaraq xx.xx.2022-ci il tarixdə özünün təsis etdiyi Cavabdeh MMC-yə satması özlüyündə əhəmiyyətsiz əqd hesab edilə bilər. Belə ki, hazırkı iş üzrə preyudisial xarakter daşıyan cinayət işləri üzrə məhkəmə hökmlərindən də görünür ki, Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsindən çıxarıldığını bildiyi halda sənədləri saxtalaşdırmaqla alqı-satqı müqaviləsini həyata keçirmiş, burada birtərəfli qaydada iradə ifadə formasını bildirmişdir. O, həmin dövrdə faktiki olaraq "xxxx" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmamış, başqasının mülkiyyətini özünün təsis etdiyi şirkətin mülkiyyətinə keçirmişdir. Burada Mülki Məcəllənin 389.1-ci maddəsinin tələbləri pozulmuşdur, yəni İddiaçı MMC-nin təsisçisinin iradə ifadə forması nəzərə alınmamış, müqavilə bağlanarkən mülkiyyətçi iştirak etməmişdir. Yuxarıda istinad edilən AR Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, hazırkı xx.xx.2022-ci il tarixli əqd etibarsızdır. Hesab edilir ki, bu mübahisələndirilən deyil, məhz əhəmiyyətsiz əqdlərə aiddir. Belə ki, həmin qərarın mahiyyətinə görə mübahisələndirilən əqdlərdə əqdin etibarsızlığı onun forma və məzmununda yaranmış mübahisələrdən irəli gəlir, yəni hər iki tərəf burada iştirak edir, lakin sonradan müqavilədə yaranmış anlaşılmazlıqla bağlı tərəflərdən biri bunu mübahisələndirir. Lakin, bu halda mülkiyyətçi müqaviləni imzalamamış, bu barədə iradə ifadəsini bildirməmişdir. Alqı-satqı müqaviləsi saxtalaşdırıldığı məhkəmə hökmü ilə sübuta yetirilmiş sənədlərlə həyata keçirilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 324, 337-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Lexux RX 300” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin sentyabr ayında İddiaçı MMC-nin adına dövlət qeydiyyyatından keçirilmişdir. Həmin vaxt İddiaçı MMC-nin 100% təsis payı Qanuni nümayəndə1 məxsus olmuşdur. MMC-nin təsisçisi olan Qanuni nümayəndə1lə arvadı L.Musayevanın vəsaiti hesabına MMC-nin adına alınmış avtomobil alındığı gündən 2023-cü ilin yanvar ayınadək L.Musayevanın faktiki sahibliyində və istifadəsində olmuşdur. MMC-nin adından etibarnamə əsasında L.Musayeva tərəfindən idarə olunan avtomobil heç vaxt İddiaçı MMC-nin sahibliyində və istifadəsində olmamışdır. Bu faktı iddia ərizəsində iddiaçı özü də təsdiq edir. Yalnız 2023-cü ilin yanvar ayında Qanuni nümayəndə2 Qanuni nümayəndə1 barəsində Qaradağ Rayon Polis İdarəsinə şikayət əsasında cinayət işi başlandıqdan sonra müstəntiqin qərarı ilə avtomobil L.Musayevadan alınaraq saxlanca verilmişdir. İddiaçı MMC-nin yaradıldığı 2018-ci ildən 100% təsisçisinin Qanuni nümayəndə1 olması, həmin il avtomobilin Qanuni nümayəndə1 arvadı L.Musayevanın vəsaiti hesabına MMC-yə təsisçinin adından qoyulmuş pulun hesabına əldə edilməsi və formal olaraq MMC-nin adına dövlət nömrə nişanı ilə qeydiyyata alınması işin mübahisə doğurmayan halıdır. Məhz buna görə də 2020-ci ildə İddiaçı MMC-nin təsis payı Qanuni nümayəndə1 adından Qanuni nümayəndə2 adına formal rəsmiləşdirilmişdir. Yəni Qanuni nümayəndə2 da bilirdi ki, MMC-nin adına qeydə alınmış 81 min manat dəyərində əldə edilmiş avtomobil MMC-yə məxsus deyil, L.Musayevaya məxsudur. Hazırkı mübahisəyə dair (İddiaçı MMC-nin təsisçisi qismində) Qanuni nümayəndə2la Qanuni nümayəndə1 arasında mübahisə ilk dəfə 2023-cü ilin yanvar ayında yarandıqda da Qanuni nümayəndə2 avtomobilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləni mübahisələndirməmiş, avtomobilin İddiaçı MMC-yə qaytarılmasını tələb etməmiş, müqaviləni mübahisələndirməmişdir. İddiaçının istinad etdiyi cinayət işində məhz Qanuni nümayəndə2 İddiaçı MMC-nin təsisçisi/direktoru kimi şikayət vermişdir və İddiaçı MMC həmin işdə zərərəçəkən kimi tanınmış, Qanuni nümayəndə2 isə MMC-ni bütün cinayət təqibi icraatında təmsil etmişdir. Bununla qeyd edilir ki, hazırki iş üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqavilənin mövcudluğu və İddiaçı MMC-nin “hüquqlarını pozduğu”na dair 2023-cü ilin yanvar ayında polis orqanına şikayət edilmiş, məhkəməyə isə 2 il 2 aydan sonra müraciət edilmişdir. Alqı-satqı müqaviləsinin mövcudluğunu və “hüququnun pozulduğunu” bilən İddiaçı MMC “hüququnun pozulduğunu” bildiyindən 2 il 2 ay keçməsindən sonra məhkəməyə iddia qaldırılmasına görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin də keçdiyi nəzərə alınmalıdır. Kəsici müddətin tətbiq olunması tərəflərin bunu bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən həyata keçirilməlidir. Təqdim edilən sənədlərdən müəyyən olunur ki, Qanuni nümayəndə1 "xxxx" MMC-ni 2018-ci ildə təkbaşına təsisçiliyi ilə dövlət qeydiyyatından keçirmiş və direktoru olaraq müəssisənin fəaliyyətinə rəhbərlik etmişdir. "xxxx" MMC ilə Qanuni nümayəndə1 arasında xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmaqla Qanuni nümayəndə1 hüquqi şəxsin qanuni təmsilçisi səlahiyyəti ilə direktoru təyin edilmişdir. 2020-ci ildə Qanuni nümayəndə1 MMC-nin təsis payını əvəzsiz olaraq (razılaşmaya görə formal) Qanuni nümayəndə2 Həsən oğlunun adına alqı-satqı etmiş, lakin özü direktor vəzifəsində qalmaqla MMC-nin fəaliyyətinə rəhbərliyini davam etdirmişdir. Hazırda qanuni qüvvəsində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi, Qanuni nümayəndə1lə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinin xitamına (Qanuni nümayəndə1 direktor vəzifəsindən çıxarılmasına) dair "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə2 tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilməsi barədə Qanuni nümayəndə1 hər hansı formada rəsmi məlumat verilməmiş, əmrin surəti, əmək kitabçası və ya hər hansı digər sənəd təqdim edilməmişdir. "xxxx" MMC-nin adına qeydiyyatda olan avtomobilin Qanuni nümayəndə1 tərəfindən direktor olaraq, Cavabdeh MMC-yə satılmasına dair müqavilənin Azərbaycan Respublikası DİN BDYPİ-də rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixdə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin mövcudluğundan Qanuni nümayəndə1 məlumatı olmamışdır. 2023-cü ilin fevral ayında Qanuni nümayəndə1 məlum olmuşdur ki, onunla İddiaçı MMC arasında direktor vəsifəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə Qanuni nümayəndə2 xx.xx.2022-ci il tarixli Əmri ilə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Qanuni nümayəndə1 "xxxx" MMC-ə qarşı “əmrin ləğvi, işə bərpa tələbinə dair” iddiası təmin olunmuş, ‘Elektro İnşaat” MMC üzrə Qanuni nümayəndə2 tərəfindən verilmiş Qanuni nümayəndə1lə əmək müqaviləsini xitamına dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Qanuni nümayəndə1 direktor vəzifəsinə bərpa edilməsi, buraxılmış məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli (№ 2(103)- 1134/2023) qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx.xx.2024-cü il tarixli (№ 2(102)-2052/2024) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış, qətnamə üzrə icra vərəqəsi xx.xx.2024-cü il tarixdə verilmişdir. Qətnamənin icrası qaydasında Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsinə bərpa olunmasına dair əmək müqavilələrinin elektron qeydiyyatından bildiriş xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru vəzifəsindən azad edilməsinə dair təsisçi Qanuni nümayəndə2 əmri qanunsuz olduğundan ləğv edilmiş, Qanuni nümayəndə1 direktor vəsifəsinə bərpa olunmasının hüquqi nəticəsi də odur ki, Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixli “avtomobilin alqı-satqı” müqaviləsini bağlayarkən, İddiaçı MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. İddiaçı MMCnin xx.xx.2018-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış (Qeydiyyat № **********) Nizamnaməsinin 5-ci bəndində Cəmiyyətin icra orqanının səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlər sırasında: 5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir: -...öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir... Bir daha qeyd edilir ki, hazırkı iddia tələbi ilə mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqaviləni bağlayarkən Qanuni nümayəndə1 həm İddiaçı MMC-nin direktoru, həm də Cavabdeh MMC-nin direktoru qismində səlahiyyətli şəxs olmuşdur. Mülki Məcəllənin 91-2.1-ci maddəsinin tələbinə əsasən və hər iki MMC-nin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada, məhdud məsuliyyətli cəmiyyətin adından müqavilələr bağlamaq səlahiyyəti Qanuni nümayəndə1 məxsus olmuşdur və belə müqavilənin bağlanmasına həmin vaxt İddiaçı MMC-nin təsisçisinin yazılı razılığının alınmasına zərurət olmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdehin və vəkili etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın rədd olunmasını xahiş etdi.
7. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısına dair “müqavilə”yə əsasən satıcı özünə məxsus olan nəqliyyat vasitəsini satır: markası Lexus RX300 minik; dövlət qeydiyyat nişanı: **-AS-***; Buraxılış ili: 2018; Mühərrik ili: W86452; Ban nömrəsi: JTJBAMCA302055240; xx.xx.2022-ci il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD292482 nömrəli qeydiyyat şəhadətnaməsi. Nəqliyyat vasitəsi 51000 manata satılıb və bu məbləği satıcı alıcıdan alıb. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi Qanuni nümayəndə2dur. Çıxarışın verildiyi tarix: xx.xx.2024-cü il.
9. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2279/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC ilə Qanuni nümayəndə1 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmrin ləğv edilməsi, Qanuni nümayəndə1 İddiaçı MMC-də direktor vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1134/2024 nömrəli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2052/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1134/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-yə 10 gün müddətində Nərimanov Rayon Məhkəməsinin 2(005)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin könüllü olaraq icrasının təmin edilməsinin təklif edilməsi, əks təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbsin qoyulması qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-868/2025 nömrəli qərarı ilə Qanuni nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, Qanuni nümayəndə2 barəsində 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
14. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)- 240/2023 nömrəli hökmü ilə Qanuni nümayəndə1 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin xaric edilməsi və bu maddə ilə cinayət təqibinə xitam verilməsi, Qanuni nümayəndə1 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 320.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində, CM-nin 322.1-ci maddəsi ilə 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılmaqla, Qanuni nümayəndə1 4200 (dörd min iki yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Qanuni nümayəndə1 şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-578/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Qanuni nümayəndə1 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(002)-240/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2538/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)- 578/2024 nömrəli qərarının məhkum Qanuni nümayəndə1 müdafiəçisi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehdən 5 iş günü ərzində avtomobilin mülkiyyətə verilməsi ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, hüquqi şəxsin adına verilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, yeni qeydiyyat şəhadətnaməsinin İddiaçı MMC-nin adına verilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir .
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarına əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır:əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
21. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli Qərarında deyilir: “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
23. İddia tələbini Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində İddiaçı MMC ilə Cavabdeh MMC arasında "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi təşkil edir.
24. Həmin "müqavilə"yə əsasən İddiaçı MMC-yə məxsus olan Lexus RX300 minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 51000 manata Cavabdeh MMC-yə satılıb və bu məbləği satıcı alıcıdan alıb. "Müqavilə" hər iki tərəfdən eyni şəxs tərəfindən imzalanmış və hər iki tərəfin möhürü vurulmuşdur. İddiaçı tərəfindən qeyd edilən müqavilə mübahisələndirilmiş, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin müqavilənin bağlanılmasında iştirak etmədiyini qeyd etmişdir.
25. Məhkəmənin qənaətinə əsasən cavabdehin etirazı əsassız, iddia isə əsaslı olduğundan təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əhəmiyyətsiz müqavilə olaraq bağlandığı andan etibarsız hesab olunmalıdır.
26. Belə ki, MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Hazırkı qənaətə gələrkən Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-240/2023 nömrəli hökmü, həmin hökmlə müəyyən olunan hallar və müvafiq olaraq yuxarı instansiya məhkəmələrinin yuxarıda qeyd olunan qərarları nəzərə alınmışdır. Nəzərə alınmışdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hökmlə müəyyən olunur ki, məhkəmə araşdırması zamanı Qanuni nümayəndə1 İddiaçı MMC-nin direktoru olduğu halda həmin şirkətin qanuni təmsilçisi (yəni sahibi) Qanuni nümayəndə2 ilə şirkətin idarə olunması ilə bağlı aralarında baş vermiş mübahisəni qanuni yolla, yəni mülki qanunvericiliyin tələblərinə uyğun həll etməli olduğu halda bunu etməyərək, şirkətə məxsus "Lexus RX300" markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə direktor vəzifəsindən faktiki olaraq kənarlaşdırıldığına dair məlumatlı olduğu halda qeyd olunan şirkətə məxsus möhürün mövcud olduğunu, möhürün həmin şirkətdə faktiki saxlanıldığını bilə-bilə, Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna möhürün itməsi barədə yalan məlumat verməklə oradan arayış almağa müvəffəq olmuş, bundan sonra həmin arayışı və təsisçisi olmadığı halda İddiaçı MMC-nin qanuni təmsilçisi və direktoru olması barədə qüvvədə olmayan 2018-ci ilə aid sənədləri möhür düzəltmə məntəqəsinə təqdim edərək möhür düzəldən R.Məmmədova da yalan məlumatlar verərək, aldatmaqla yeni möhür əldə etməsinə nail olmuş və saxta yolla əldə etdiyi həmin möhürdən istifadə etməklə İddiaçı MMC-nin balansında olan avtomobili özünün yeni yaratdığı Cavabdeh MMC-nin balansına keçirmək məqsədi ilə formal olaraq alqı-satqı müqaviləsinin bağlanmasına nail olmuşdur.
28. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli Qərarında deyilir: “müqavilə tərəflərin qarşılıqlı və üst-üstə düşən iradə ifadələri olduğundan etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik iradə sərbəstliyi, müqavilə azadlığı prinsiplərindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli və s. Qərarları).”
29. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli Qərarında deyilir: “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
30. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, müqavilədə iki tərəf qeyd olunsa da, əslində müqavilə birtərəfli olmuşdur, yəni həmin “müqavilə” yalnız bir tərəfin hazırkı cavabdehin iradə ifadəsi olmuşdur. İddiaçının isə tərəf kimi iradə ifadəsi olmamış, "müqavilə" iddiaçını, iddiaçının qanuni maraqlarını təmsil edən səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. "Müqavilə" yalnız cavabdehin mənafeyi, maraqları, yaxud Ə.Musayevin öz şəxsi maraqları əsas götürülmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, “satıcıya” “satılan” nəqliyyat vasitəsinə görə hər hansı məbləğ ödənilməmişdir. (halbuki “müqavilə”də 51000 manat qiymət qeyd olunur). Eləcə də, hökmdə qeyd olunur ki, ..."xxxx" MMC-yə məxsus möhür hazırlatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixldə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsinə "xxxx" MMC-yə məxsus "Lexus RX300" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhür və imzası ilə təsdiq edib, rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçisi olduğu «Enerji İnşaat MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib, zərərçəkmiş hüquqi şəxs İddiaçı MMCyə 82000 manat məbləğində mühüm ziyan vuraraq özbaşınalıq etmişdir.
31. İddiaçı ərizəsində qeyd etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 1(002)- 240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən "xxxx" markalı, 90-AS- 211 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə təhvil verilmişdir. Hazırda avtomobil iddiaçıda olsa da, faktiki olaraq onun üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, AR DİN-nin BDYPİ-nə bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir nəticəsi olmamış, əmlakın İddiaçı MMC-nin mülkiyyətinə verilməsi ilə bağlı şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi də xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin qüvvədə olması qeyd edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” daha bir 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.”... “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.”
33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mübahisə üzrə hazırkı nəticəyə gəlmişdir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova