Məhkəmə qərarları › İş №e-2-2(113)-3090/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3090/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3090/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 1015 manat məbləğındə əsas və 182.7 manat ƏDV olmaqla cəmi 1187.70 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli elektron qaimə əsasında 175 manat əsas pul və 31.50 manat ƏDV, xx.xx.2023- cü il tarixli elektron qaimə əsasında 175 manat əsas pul və 31.50 manat ƏDV, xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 70 manat əsas pul və 12.60 manat ƏDV, xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 70 manat əsas pul və 12.60 manat ƏDV, xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 350 manat əsas pul və 63 manat ƏDV, xx.xx.2024-cü il tarixli elektron qaimə əsasında 175 manat əsas pul və 31.50 manat ƏDV, cəmi 1015 manat məbləğındə əsas və 182.7 manat ƏDV olmaqla cəmi 1187.70 manat pul vəsaiti cavabdeh, Cavabdeh, iddiçı İddiaçınə qalıq borcu yaranmışdır. Göstərilən borcun və öhdəliklərin yerinə yetirməsini və həmin pulun şirkətin bank hesabına köçürülməsini xx.xx.2024-cü il tarixli pretenziya əsasında tələb edilmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu ilə həmin borcun 1 ay müddətində ödənilməsi barədə əlavə möhlət istəmişdir. Qeyd olunan möhlət başa çatdıqdan sonra təkrar olaraq elektron kargüzarlıq vasitəsi ilə pretenziya göndərilməsi təmin edilərək təkrar həmin borcun ödənilməsinin həyata keçiriləsini xahiş edilsə də, cavabdeh heç bir cavab verməmiş və yaranan borcun ödənilməsindən boyun qaçırmış və əks təqdirdə məhkəməyə müraciət etməyinə məhəl qoymamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli EBDY 069620 saylı 413 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 668991 saylı 82,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDW 366850 saylı 206,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEA 435304 saylı 206,50 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 519545 saylı 82,60 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX 131783 saylı 206,50 manat məbləğində satılmış mallara dair e-qaimələr tərtib edilərək göndərilmişdir.

9. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən 70 ədəd karbon balonun Cavabdeh MMC-yə təhvil verilməsinə dair xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri əhatə edən təvil-təslim aktları tərtib edilərək hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.

10. Cavabdeh MMC tərəfindən müqavilə üzrə təhvil verilmiş mallara dair xx.xx.2023-cü il tarixində 530,001 manat, xx.xx.2023-cü il tarixində 630 manat, xx.xx.2023-cü il tarixində 415 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 225 manat məbləğində təyinatı müxtəlif e-qaimələr göstərilməklə ödənişlər edilmişdir.

11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

17. İş materiallarından görünür ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmış və iddiaçı müqavilə üzrə malları təhvil verməklə öhdəliyini yerinə yetirsə də, lakin cavabdehin ödənilməmiş borcu qalmışdır.

18. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – təhvil-qəbul sənədləri, elektron qaimə və təyinatı məhz e-qaimə göstərilməklə qismən ödənişlər ilə təsdiq olunduğu üçün iddiaçının 1015 manat əsas və 182,7 manat ƏDV borcuna dair hissədə iddia tələbi təmin edilməlidir.

19. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya ƏDV daxil 1197,7 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ƏDV daxil 1197,7 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 1197,7 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddaçı İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar