Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-31/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Ələsgərova Könül Nizami qızınıniştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X1 İddiaçı xeyrinə 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində cavabdeh X12 ilə iddiaçı arasında Xəstəxana Məlumatlanın idarə edilməsi Sistemüzrə proqram təminatı xidmətlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə bağlanılmışdır. Müqavilə bağlanıldığı gündən etibarən müqavilənin tələblərinə uyğun olaraq cavabdehə proqram təminatı xidmətləri təqdim edilmişdir.Sonradan cavabdeh X4 rəhbərliyində dəyişiklik olunaraq xəsətəxanaya yeni rəhbərlik gəlmişdir. Bu dəyişiklikdən sonra xəstəxananın yeni rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə iddiaçıya maneələr yaradılmağa başlanılmışdır. Daha sonra isə cavabdeh xəstəxananın rəhbərliyi tərəfindən xx xxxx 2019-cu il tarixində iddiaçının əməkdaşlarına server otağına giriş məhdudlaşdırılmışdır. Bundan başqa iddiaçıya xəbərdarlıq edilmədən və aralarda qeyd olunan xidmətlərin keçirilməsini nəzərdə tutan müqavilənin mövcudluğuna və həmin müqavilənin qüvvədə olmasına baxmayaraq xəstəxananın şəbəkəsinə digər şirkət əməkdaşlarının girişi üçün şərait yaradılmışdır. Tərəflər arasında mövcud olan müqavilənin tələblərinə əsasən Xəstəxanada “X8 edilməsi Sistemi” üzrə proqram təminatını yalnız bir şirkət həyata keçirə bilər ki, həmin şirkət də müqaviləyə əsasən İddiaçı MMC-dir şirkətidir. Bu səbəblə də cavabdehlə mövcud olan müqaviləyə xitam verilmədən cavabdeh tərəfindən iddiaçıya məhdudiyyətlər yaradılması və digər şirkətin qanunsuz olaraq işə cəlb edilməsi müqavilənin cavabdeh tərəfindən kobud surətdə pozulması deməkdir.Müəyyən araşdırmalar apardıqdan sonra məlum olmuşdur ki, xəstəxananın yeni rəhbərliyi tərəfindən qanunsuz şəkildə işə cəlb edilmiş şirkət hazırki rəhbərliyin əvvəllər X5 rəhbərlikdə olduğu dövr ərzində birgə işlədiyi şirkətdir. Baş verən bu hadisələr yəni süni maneələrin (əmək haqqı hesablamalarının aparılması üçün tələb olunan əmək haqqı düsturlarının verilməməsi, əməkdaşların server otağına buraxılmamsı və sairə) törədilməsi və sair qərəzli hərəkətlərin baş verməsi hazırki rəhbərliyin cavabdeh xəstəxananın rəhbərliyinə yenidən qayıtmalarından sonra əvvəlki şirkətlə yenidən əməkdaşlıq edə bilmələri üçün olmuşdur.Baş verən hadisələrdən sonra iddiaçı cavabdehə pretenziya verərək işə qanunsuz cəlb edilmiş şirkətin fəaliyyətə başladığı xx.xx.2019-cu il tarixdən etibarən yaranacaq hər hansı bir qüsura və nasazlığa görə məsuliyyət daşımayacağını, bunun əksi olaraq həmin şirkətin xəstəxanada qanunsuz çalışması nəticəsində şirkətə vurulacaq bütün növ zərərlərə görə cavabdehin məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edərək müqavilənin tələblərinə riayət edib üç gün müddətində qanunsuz olaraq işə cəlb etdikləri şirkəti dərhal xəstəxanın XMİES üzrə proqram təminatının həyata keçirilməsindən kənarlaşdıraraq iddiaçının işləməyi üçün normal şərait yaradılması xahiş edilmişdir. Xəbərdarlığa cavab olaraq cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, 14 və xx xxxx 2019-cu il tarixlərində cavabdeh tərəfindən ünvanlanmış rəsmi məktublarda qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmamışdır. Bununla əlaqədar cavabdehə ünvanlanmış pretenziya məktubunda bu barədə məlumat verərək qüsurlar dedikləri məsələlərin əslində qüsur deyil, məhz yeni istəklər olması, həmçinin qeyd olunan məsələlərin mütləq əksəriyyətinin cavabdehin bizə müraciət etməsindən çox əvvəlki tarixlərdə həll olunması və hazırda həmin məsələlərlə bağlı hər hansı bir narahatçılığın olmaması qeyd edilmişdir. Lakin cavabdeh konkret məsələləri göstərmədən təkrarən eyni məsələlər ilə bağlı ümumi şəkildə nöqsanlar olduğunu bildirmişdir. Daha sonra isə məktubda qeyd edilmişdir ki, 25 və 26 mart tarixlərində xəstəxanada iddiaçının əməkdaşı olmamışdır. Bununla əlaqədar olaraq 25 və 26 mart tarixləri Azərbaycan Respublikasında qeyri-iş günləri hesab olunur. Yəni həmin tarixlərdə əməkdaşıların işdə olmaması hər hansı bir nöqsan kimi qəbul edilə bilməz. Əlavə olaraq qeyd olunan tarixlərin qeyri-iş günü olmasına baxmayaraq xx xxxx 2019-cu il tarixində xəstəxanada şirkətin proqram dəstək işçisi çalışmışdır.Həmçinin məktubda qeyd edilmişdir ki, bağlanmış müqaviləyə əsasən cavabdeh müqavilə müddəti çərçivəsində digər bir şirkətlə çalışmamaq kimi bir öhdəlik götürməmişdir. Daha sonra isə müqavilənin 3.1.5-ci bəndinə ("Alıcı mövcud proqramı tamamilə və ya qismən tətbiqetmədən qaldırıb yeni bir proqram tətbiq etməyə başlayacaqsa yeni proqram işlək hala gələnə qədər Podratçı öz proqramına ödəniş qarşılığında dəstək verməlidir") istinad edirərək iddiaçıdan məlumatları təqdim etməyi tələb edilmişdir. Müqavilənin bu bəndi ilə əlaqədar həmin müddəada qeyd olunan "Alıcı mövcud proqramı tamamilə və ya qismən tətbiqetmədən qaldırıb yeni bir proqram tətbiq etməyə başlayacaqsa" cümləsinin anlayışı aramızda bağlanmış müqavilə müddəti başa çatdıqdan sonra cavabdehin əməkdaşlıq etməyi arzulamayıb yeni bir şirkətlə müqavilə bağlayıb yeni proqram tətbiq etmək istəyi olduğu hala aiddir. Belə ki, həmin maddənin sonunda qeyd olunan "yeni proqram işlək hala gələnə qədər Podratçı öz proqramına ödəniş qarşılığında dəstək verməlidir" cümləsindən də görünür ki, bu müddəa müqavilə müddəti bitdikdən sonraya aiddir. Belə ki, əgər bu anlayış müqavilə müddətinə aid olsaydı o zaman həmin cümlədə "ödəniş qarşılığında" ifadəsi qeyd oluna bilməzdi. Çünki cavabdehlə müqavilə olduğu müddət ərzində həmin məlumatların cavabdehə təqdim edilməsi tamamilə ödənişsiz edilməsi şərtləşdirimişdir.Qeyd olunanları nəzərə alaraq xx xxxxx 2019-cu il tarixdə cavabdehə təkrarən xəbərdarlıqməktubu ünvanlayaraq ödənişləri həyata keçirmələri, bir gün müdətində xəstəxananın şəbəkəsinə qoşduqları naməlum şirkət barəsində məlumatlar təqdim edərək həmin şirkəti şəbəkədən kənarlaşdırmalarını xahiş edərək, həyata keçiriməyəcəyi təqdirdə informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından məcbur qalaraq naməlum şirkətin xəstəxananın şəbəkəsindən iddiaçı tərəfindən xaric ediləcəyi və öhdəliklərin davamlı pozulması faktiki olaraq cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi kimi qəbul edib həm müqavilə müddətinin sonunadək icra edilməli ödənişləri həm də şirkətə vurulmuş və vurulacaq zərələrlə bağlı ödənişlərin cavabdehdən tutulması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehi xəbərdar etmişlər.Daha sonra isə xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən şirkətə məktub ünvanlanaraq müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir.Buna cavab olaraq isə iddiaçı xx xxxxx 2019-cu il tarixdə cavabdehə cavab məktubu ünvanlayaraq qeyd edilmiş bir çox qüsurların olması və dəfələrlə iddiaçıdan həmin qüsurların aradan qaldırılmasını tələb etmələrinə baxmayaraq həmin qüsurların şirkət tərəfindən aradan qaldırılmaması barədə qeyd olunanlar tamamilə əsassız fikirlərdir" və bu məsələlərlə bağlı cavabdehlə kifayət qədər yazışmaların olması və cavabdehin qüsurlar dediyi məsələlərin əslində qüsur yox yeni istəklər olması bildirilsə də cavabdeh bu məsələləri təkrarən əsassız olaraq "qüsurlar" kimi qiymətləndirmişdir.Cavabdehlə bağlanmış müqavilənin 2.1.6-cı bəndinə əsasən cavabdeh tərəfindən müqavilənin birtərəfli qaydada ləğv olunacağı təqdirdə bütün müqavilə müddəti üzrə ödənilməli olan məbləğlərin cavabdeh tərəfindən ödəniləcəyinə dair öhdəlik götürülmüşdür. Odur ki, xx.xx.2022-ci il tarixinə yəni müqavilənin son müddətinədək ödənilməli olan 127.500 (yüz iyirmi yeddi min beş yüz) manat məbləğində borcun bir gün ərzində ödənilməsi cavabdehdən xahiş edilmişdir. Həmçinin ödəməli olduqları həmin məbləği ödəməyəcəkləri təqdirdə pozulmuş hüquqların bərpası məqsədilə bütün aidiyyəti orqan, təşkilat və qurumlara, o cümlədən məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq da edilmişdir.Əlavə olaraq cavabdeh xahişinə əsasən iddiaçının işlədiyi müddət ərzində toplanılmış məlumatlar 09 və 11 aprel tarixlərində aktlaşdırılmaqla cavabdehin məsul işçilərinə təhvil verilmişdir. xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən iddiaçıya məktub ünvanlanaraq tələb olunan məbləğin ödənilməsindən imtina olunması bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı müqavilənin 2.1.6-cı maddəsinə istinad etmiş, lakin 2.1.8-ci bəndi üzrə tələbləri yerinə yetirməmişdir. Tərəflər razılığa gəlmişdir ki, görülmüş işlərdə qüsur olmamalıdır. Cavabdeh tərəfindən xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə iddiaçıya qurulmuş proqramda qüsurların olması bildirilmişdir. Xəstəxanada 966 nəfər işçi çalışır qeyd olunan xəsətəxana personalı proqramın işləməməsindən şikayətlərini müvafiq aktlarla bildirmişdir. Müqaviləni imzalayan direktorun dövründə də proqramın işləməməsi ilə bağlı təqdimatlar mövcuddur. İddiaçı tərəfindən bağlanmış müqaviləyə əsasən laborotoriya modulu quraşdırılmalı idi. Bununla bağlı müvafiq müraciətə cavab olaraq, modulu quraşdırmamalarının səbəbi kimi xəstəxana rəhbərliyinin icazə verməməsini bildirmişlər. Lakin qeyd olunan məsələ ilə bağlı xəstəxana rəhbərliyinin hər hansı imtinası olmayıb. Dəfələrlə iddiaçıdan tətbiq edilmiş proqram üzrə lisenziya tələb edilsə də qeyd olunan lisenziyalar təqdim edilməmişdir. Bundan başqa bağlanmış müqavilədə bir çox uyğunsuzluqlar mövcuddur.Eyni zamanda iddiaçı müqavilə üzrə götürdüyü müvafiq işçinin mütəmadi olaraq xəstəxanada olması öhdəliyini təmin etməmişdir. Belə ki, 26,27,28,29, 30 mart və 1 aprel tarixlərində proqram dəstəyi üzrə işçi xəstəxanada olmayıb. Bununla bağlı müraciət edəndə isə cavabdehə iş günü deyil ona görə gəlməyib cavabı verilmişdir. Lakin xəstəxana növbəli iş saatı olduğundan Müqavilədə qeyri-iş günü nəzərdə tutulmayıb. Qeyd olunub ki, hər gün ən azından bir işçi iddiaçı tərəfindən təmin ediləcək. Qeyd olunan qüsurlu fəaliyyətlə iddiaçı xəstəxananın iş qaydasını iflic vəziyyətinə salmışdır. Göstərilən iş fəaliyyətini təmin etmək və dəymiş ziyanı aradan qaldırmaq üçün bir il ərzində bərpa edilmişdir. Proqram işləməyib sadəcə olaraq bunun aktlaşdırmadan silinməsi əvvəlki rəhbərliyin səriştəsizliyi idi iddiaçı bundan istifadə edərək qüsurların olamamış kimi təqdim etmişdir. Göstərilənlərə əsasən iddia tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmişİddiaçı MMC ilə X12 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsindən görünür ki,tərəflər arasında Xəstəxana Məlumatlanın idarə edilməsi Sistem üzrə proqram təminatı xidmətlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə bağlanılmışdır. Həmin müqavilə müddətində cavabdeh müəyyən edilmiş məhsul və işçilərlə birlikdə xəstəxananın avtomatlaşdırılmış ehtiyaclarını təmin etmək üçün X8 Edilməsi Sistemi (XMİES) üzrə xidmət göstərilməsi və cavabdeh tərəfindən bu xidmətlərə görə müvafiq ödənişlərin edilməsi razılaşdırılmışdır. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən bağlanacaq XMEİS müqavilələrində mütləq XMEİS şirkətinə aid ən az 1 nəfər proqram dəstək işçisinin xəstəxanada olması lazımdır. Həmin Müqavilənin 2.1.6-cı bəndinə əsasən müqavilə 3 illik ediləcəkdir, xəstəxana müqavilədə göstərilən müddət ərzində müqaviləni podratçının təqsiri olmadan bir tərəfli qaydada ləğv edərsə, qalan ayları ödəməklə hökmlüdür. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin istənilən 6 aylıq dövr ərzində idarənin 2-ci yazılı bildiriş ilə təqdim etdiyi iradə Podratçının təqsirli hərəkəti hesab olunacaqdır. Həmin Müqavilənin 2.1.9-cu bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətin aylıq dəyəri 3500 (üş min beş yüz) manat (ƏDV daxil) təşkil edir, hər ay sifarişçi tərəfindən Podratçıya ödəniləcəkdir. Həmin Müqavilənin 2.1.26-cı bəndinə əsasən X11 tərəfindən istənilən və istəniləcək bütün tibbi məlumat standartları tətbiqetmələrinə Podraçının öhdəliyindədir. Bu adaptasiya üçün lazım ola biləcək hər bir təchizat, sərfiyyat və lisenziyalar idarəyə aiddir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən qurulan bütün proqramlar üçün Podratçı İdarənin müəyyən edəcəyi texniki və sonuncu istifadəçilərə bütün sistemi məhsuldar olaraq işlədə bilmək üçün təlim keçməməlidir. Təlimlər təklif qiymətlərinə daxil edilir, ayrıca ödəniş edilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 103 nömrəli X12 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC ilə X12 arasında bağlanılan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, göstərilən xidmətlərdə mütəmadi olaraq qüsurlar meydana çıxmaqdadır, davamlı olaraq xəstəxananın müxtəlif şöbələri tərəfindən rəhbərliyə daxil olan irad və təkliflərdən də bir daha aydın olur ki, təqdim etdilmiş xəstəxanadaxili proqram təminatının fəaliyyəti qənaətbəxş deyil. Dəfələrlə şifahi şəkildə müraciət edilməsinə baxmayaraq fəaliyyətdəki uyğunsuzluğ aradan qaldırılmamışdır. Nəticədə mövcud arzuolunmaz hallar xəsətəxananın bütün strukturlarının iş fəaliyyətini hazırda iflic hala salmışdır. Mövcud uyğunsuzluqlar müqavilə üzrə təqdim edilmiş aptek modulu, xəstə qeydiyyatı modulu, stasionar yatış modulu, ambulator xəstə qəbulu modulu, laboratoriya modulu və digər bütün modullar tam olaraq qüsurlu çalışır. Qeyd olunan nöqsanları xx.xx.2019-cu il tarixinədək aradan qaldırılması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 103 nömrəli X12 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı MMC ilə X12 arasında bağlanılan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, göstərilən xidmətlərdə mütəmadi olaraq qüsurlar meydana çıxmaqdadır, davamlı olaraq xəstəxananın müxtəlif şöbələri tərəfindən rəhbərliyə daxil olan irad və təkliflərdən də bir daha aydın olur ki, təqdim etdilmiş xəstəxanadaxili proqram təminatının fəaliyyəti qənaətbəxş deyil. Dəfələrlə şifahi şəkildə müraciət edilməsinə baxmayaraq fəaliyyətdəki uyğunsuzluğ aradan qaldırılmamışdır. Nəticədə mövcud arzuolunmaz hallar xəsətəxananın bütün strukturlarının iş fəaliyyətini hazırda iflic hala salmışdır. Mövcud uyğunsuzluqlar müqavilə üzrə təqdim edilmiş aptek modulu, xəstə qeydiyyatı modulu, stasionar yatış modulu, ambulator xəstə qəbulu modulu, laboratoriya modulu və digər bütün modullar tam olaraq qüsurlu çalışır. Qeyd olunan nöqsanları xx.xx.2019-cu il tarixinədək aradan qaldırılması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 017 nömrəli İddiaçı MMC tərəfindən X7 ünvanlanmış məktubdan görünür ki, X6 xx xxxx 2019-cu il tarixli müraciəti ilə əlaqədar olaraq qeyd olunduğu kimi xx.xx.2019-cu il tarixindən etibarən İddiaçı MMC tərəfindən xəstəxanaya XMİS üzrə proqram təminatı xidmətləri həyata keçirilməkdədir. Qeyd olunan xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanıldığı gündən etibarən müqavilənin tələblərinə və peşəkarlığımıza uyğun olaraq bütün bu müddət ərzində yüksək səviyyəli proqram təminatı xidmətlərini təqdim edilmişdir. Lakin xəstəxanada rəhbərliyin dəyişilməsindən sonra şirkətə, o cümlədən şirkətin xəstəxanada çalışan əməkdaşlarına qarşı xəstəxananın müxtəlif işçiləri tərəfindən bitməz-tükənməz əsassız iradlar bildirilməsi və xidmətin həyata keçirilməsi üçün tələb olunan məlumatların (əmək haqqı düsturlarının və sairə) təqdim edilməməsi ilə şirkətin müqavilə üzrə fəaliyyətinin normal həyata keçirilməsinə süni maneələr yaradılmışdır. Belə ki. xx xxxx 2020-ci il tarixində göndərilmiş müraciət məktubunda uyğunsuzluqlar deyə göstərilmiş halların xx xxxx 2020-ci il tarixinə kimi aradan qaldırılması tələb edilmişdir. Lakin xx xxxx 2019-cu il tarixlə xx xxxx 2019-cu il tarixi arasında yalnız bir iş günü olduğundan uyğunsuzluqların aradan qaldırılması tələb mümkünsüzdür. Bu həm qeyri-professionallığın həm də qərəzliliyin göstəricisidir. Buna baxmayaraq həmin qısa müddət ərzində bütün müvafiq testlər aparılmış və müvafiq cavab hazırlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 115 nömrəli X12 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubdan görünür ki, əvvəlcədən də şifahi olaraq bildirilən və 14, xx xxxx 2019-cu il tarixlərində ünvanlanan rəsmi məktublarda qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmamışdır.Pretenziya məktubunda qeyd olunan, xəstəxana tərəfindən normal fəaliyyət göstərməyinə əngəllər yaradılması və şirkətin əməkdaşlarını 19 mart tarixində server otağına girişi məhdudlaşdırılması həqiqəti əks etdirmir.Belə ki, xəstəxana rəhbərliyi tərəfindən proqramın fəaliyyətində olan qüsurların aradan qaldırılması barədə mütəmadi olaraq müraciətlər edilmiş, bununla bağlı İddiaçı MMC-nin nümayəndələri və xəstəxananın proqramdan narazı personalının iştirakı ilə dəfələrlə iclaslar keçirilmiş, qüsurların aradan qaldırılması istiqamətində xəstəxanada mütəmadi olaraq proqram dəstək personalını fəaliyyət göstərməyi, xidmətlərin dayandırılmaması barədə tapşırıqlar verilmişdir. Buna baxmayaraq, İddiaçı MMCilə X11 arasında bağlanılan xx.xx.2019- ci il tarixli “X8 edilməsi üzrə proqram təminatı xidmətlərinin həyata keçirilməsi” barədə müqavilənin hazırda qüvvədə olmasını nəzərə almadan, mövcud nöqsanların aradan qaldırılmaması ilə yanaşı 25 və xx xxxx 2019-cu il tarixlərində xəstəxanada XMİES Şirkətinə aid proqram dəstək işçisi çalışmamış və xəstəxana əməkdaşların proqram dəstəyi təqdim edilməmişdir. Bu fakt müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilir. Mövcud nöqsanların aradan qaldırılması hazırda təqdim edilmiş Hisaz proqramının imkanları xaricindədir.xx.xx.2019--cu il tarixli “X8 edilməsi üzrə proqram təminatı xidmətlərinin həyata keçirilməsi”xxxx“XMİES Şirkətinə aid ən az 1 (bir) nəfər proqram dəstək işçisinin xəstəxanada olması lazımdır”.Həmin Müqavilənin 3.1.5-ci maddəsinə əsasən isə, “Alıcı mövcud proqramı tamamilə ya da qismən tətbiqetmədən qaldırıb yeni bir proqram tətbiq etməyə başlayacaqsa, yeni proqram işlək hala gələnə qədər Podratçı öz proqramına ödəniş qarşılığında dəstək verməlidir”. Eyni zamanda məktubda qeyd edilmiş, “Müqavilənin tələblərinə əasasən, X9 edilməsi Sistemi üzrə proqram təminatım yalnız bir şirkət həyata keçirə bilər”.X11 Müqavilə üzrə belə bir öhdəlik götürməmişdir. Məlum olduğu kimi, hazırda təqdim edilmiş proqram Xəstəxananın bütün elektron informasiya sistemini və bu da bütövlükdə Xəstəxananın bütün fəaliyyətini iflic vəziyyətə salmışdır.“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı barədə 3 nömrəli əlavənin 86-cı bəndinə əsasən,86 audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası almalıdır. Bağlanılan müqavilənin 33.2-ci maddəsinə əsasən, Məlumat bazasında olan bütün məlumatlar qeyd-şərtsiz sifarişçiyə aiddir. Sifarişçi bu məlumatları nə zaman istəsə, podratçı bu məlumatları sifarişçinin istədiyi formada vermək məcburiyyətindədir.Yuxarıda qeyd olunanlara əsasən, bir iş günü ərzində İddiaçı MMC-yə məxsus proqram təminatı ilə məşğul olmağa icazə verən sənədi - nəzarət markasının surətini, məlumat bazasında olan bütün məlumatları bizə müvafiq elektron formatda təqdim edilməsi və ən qısa zamanda mövcud nöqsanları aradan qaldırmaq üçün müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 33 nömrəli İddiaçı MMC tərəfindən X7 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli müraciət ilə əlaqədar olaraq 14 və xx xxxx 2019-cu il tarixlərində İddiaçı MMC-yə ünvanlanmış rəsmi məktublarda qeyd olunan nöqsanları hələ də aradan qaldırmamışdır. Bununla əlaqədar əvvəlki pretenziya məktubunda bu barədə məlumat verərək qüsurların əslində qüsur deyil, məhz yeni istəklər olması, həmçinin qeyd olunan məsələlərin mütləq əksəriyyətinin çox əvvəlki tarixlərdə həll olması və hal-hazırda həmin məsələlərlə bağlı hər hansı bir narahatçılığın olmaması bildirilmişdir. Lakin X12 konkret məsələləri göstərmədən təkrarən eyni məsələlər ilə bağlı ümumi şəkildə nöqsanların olduğunu bildirmişdir.Daha sonra 25 və 26 mart tarixlərində xəstəxanada İddiaçı MMCəməkdaşının olmaması bildirilmişdir. Bununla əlaqədar olaraq 25 və 26 mart tarixləri Azərbaycan Respublikasında qeyri-iş günləri hesab olunduğundan həmin tarixlərdə şirkətin əməkdaşlarının işdə olmaması hər hansı bir nöqsan kimi qəbul edilə bilməz. Əlavə olaraq bildirək ki, qeyd olunan tarixlərin qeyri-iş günü olmasına baxmayaraq xx xxxx 2019-cu il tarixində xəstəxanada proqram dəstək işçisi çalışmışdır.Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq X6 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədən hər hansı məlumatların təqdim edilməsinin yolverilməz olduğunu və müqavilə üzrə ödənişləri həyata keçirməyi xahiş etmişlər. Eyni zamanda xəstəxana tərəfindən başqa şirkətin sistemlə işləyə buraxılması tərəflər arasında bağlanmış müqaviləyə ziddir. Həmin şirkətin xəstəxanada qurulmuş sistemə müdaxiləsinə dərhal son qoyulmalıdır. Əks təqdirdə bu hal X12 tərəfindən müqavilənin bir tərəfli qaydada xitam verməsi kimi qəbul olunacaqdır. Bu haldaX12tərəfindən müqavilə üzrə xidmət müddətinin sonuna qədər icra etməli olduğu ödənişləri həm də şirkətə vurulmuş və vurulacaq zərərlərlə bağlı məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 31781 nömrəli məhkəmə ekspertizasının aparılmasında imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualları cavablandırmaq üçün cavabdeh X5 mübahisə predmeti olan - məlumatların idarə edilməsi sistemi üzrə proqram təminatına və avadanlıqlara tərəflərin və mütəxəsisslərin iştirakı ilə baxışın keçirilməsi, həmçinin İddiaçı MMC-yə məxsus proqram təminatına dair mümkün qədər tam həcmdə texniki məlumat (proqram kompleksin imkanları, təyinatı, istisamara hazırlıq dərəcəsi və s.) təqdim edilməsi zərurəti yarandığı üçün xx.xx.2019-cu il tarixdə ekspert vəsatəti verilmişdir. Vəsatətə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubda baxışın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Lakin, xx xxxx 2020-ci il tarixdə hər iki tərəfin iştirakı ilə keçirilmiş baxış zamanı tədqiqat aparılması üçün zəruri kompüterlərin, proqram təminatının və avadanlıqların mövcud olmaması müəyyən edilmişdir. Həmçinin, məlum olmuşdur ki, proqram təminatı, məlumat bazaları, yəni iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar cavabdehin razılıqı əsasında silinmişdir.Ona görə də, ekspertizanın aparılması üçün lazımi məlumatların əldə edilməsi üçün əlavə baxışın keçirilməsi zəruriəti yaranmışdır. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli, xx xxxx 2020-ci il tarixli 122 nömrəli, xx xxxxx 2020-ci il tarixli 144 nömrəli və x xxx 2020-ci il tarixli 163 nömrəli qərarları ilə Azərbaycan Respublikasının ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək karantin rejimi tədbiq edilməsi səbəbindən əlavə baxışın keçirilməsi mümkün olmadığına görə ekspertizanın keçirilməsi üçün zəruri məlumatların əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/721 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Tədqiq olunan "HİSAZ” proqram təminatının əsas xüsusiyyətləri: Xəstə qəbulu, nəzarəti, müvafiq tibbi xidmətlərin, maliyyə hesablaşmaların, malların dövriyyəsinin təşkili və aparılması; Əlavə xidmətlərin və funksiaların yaradılması, müvafiq tələblərə uyğun olaraq proqram sazlanması və digər texniki imkanların dəstəyi. Tədqiq olunan proqram təminatının modulları istismara yararlı və işlək vəziyyətdədir. İstismar zamanı şərti olaraq mübadilə olunmuş məlumatlarda "data” bütövlüyünün pozulması, məlumatların itkisi halları qeydə alınmamışdır. Tədqiqatların aparıldığı müddət ərzində yoxlama məqsədilə icra edilmiş əməliyyatlar nəticəsində texniki qüsur və nöqsanlar aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində X8 edilməsi Sistem üzrə proqram təminatı xidmətlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə bağlanılmışdır. Müqavilənin predmetinə əsasən iddiaçı Xəstəxana Məlumatlanın idarə edilməsi Sistem üzrə proqram təminatı təmin edərək, mütəmadi servis dəstəyi göstərməli idi. Qeyd olunan müqavilə 3 il müddətinə bağlanmışdır. Cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən təmin edilmiş proqram təminatının qüsurlu işləməsi, iddiaçı tərəfindən servis xidməti ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və eyni zamanda yaranmış qüsurların aradan qaldırılmaması səbəbində tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi müvafiq bildiriş göndərilmişdir. İddiaçı isə təqdim edilmiş proqram təminatının qüsurlarının aradan qaldırıldığını və cavabdehin proqram üzrə yeni tələblərin olmasını və bu tələblərin bir hissəsinin iddiaçı tərəfindən təmin edildiyini bildirmişdir. Eyni zamanda xəstəxanada qurulmuş proqram təminatına dəstək öhdəliyi üzrə işçinin qeyd olunan zamanlarda xəstəxanada olmamasını isə həm qeyri iş günlərinə təsadüf etməsi həm də xəstəxana əməkdaşları tərəfindən maneələr yaratdığını bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehin bu kimi süni səbəblər yaratmaqda əsas məqsədinin tərəflər arasında bağlanmış müqavilənin pozulmasına yönəldiyini bildirərək müqavilə üzrə nəzərədə tutulmuş 3 illik xidmət üzrə tam ödənişin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə yuxarıda qeyd olunana maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir və təsdiqlənmişdir. Belə olan halda tərəflər arasında həmin müqavilə üzrə yaranmış öhdəliklər qanunidir. İddiaçı cavabdeh tərəfindən hər-hansı əsaslı səbəb olmadan bir tərəfli qaydada müqavilə ləğv edildiyindən həmin Müqavilənin 2.1.6-cı bəndinə əsasən müqavilə müddətinin sonuna qədər ödənilməli pul məbləğinin ödənilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı tərəflər arasında yaranmış mübahisə predmetinin əsasını texniki məsələlər təşkil etdiyindən və bu mübahisəyə düzgün hüquqi qiymətin verilməsi üçün iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 31781 nömrəli məhkəmə ekspertizasının aparılmasında imtina edilməsi barədə məlumatda hər iki tərəfin iştirakı ilə keçirilmiş baxış zamanı tədqiqat aparılması üçün zəruri kompüterlərin, proqram təminatının və avadanlıqların mövcud olmaması müəyyən edilmişdir. Həmçinin, məlum olmuşdur ki, proqram təminatı, məlumat bazaları, yəni iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar cavabdehin razılıqı əsasında silinmişdir. Ona görə də, ekspertizanın aparılması üçün lazımi məlumatların əldə edilməsi üçün əlavə baxışın keçirilməsi zərurəti yaranmışdır. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli, xx xxxx 2020-ci il tarixli 122 nömrəli, xx xxxxx 2020-ci il tarixli 144 nömrəli və x xxx 2020-ci il tarixli 163 nömrəli qərarları ilə Azərbaycan Respublikasının ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək karantin rejimi tədbiq edilməsi səbəbindən əlavə baxışın keçirilməsi mümkün olmadığına görə ekspertizanın keçirilməsi üçün zəruri məlumatların əldə edilməsi mümükün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən iş üzrə müvafiq texniki göstəricilərin və məlumatların alınması üçün təkrar ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5/721 nömrəli ekspert rəyində nəticə hissəsindən görünür ki, Tədqiq olunan "HİSAZ” proqram təminatının əsas xüsusiyyətləri: Xəstə qəbulu, nəzarəti, müvafiq tibbi xidmətlərin, maliyyə hesablaşmaların, malların dövriyyəsinin təşkili və aparılması; Əlavə xidmətlərin və funksiaların yaradılması, müvafiq tələblərə uyğun olaraq proqram sazlanması və digər texniki imkanların dəstəyi. Tədqiq olunan proqram təminatının modulları istismara yararlı və işlək vəziyyətdədir. İstismar zamanı şərti olaraq mübadilə olunmuş məlumatlarda "data” bütövlüyünün pozulması, məlumatların itkisi halları qeydə alınmamışdır. Tədqiqatların aparıldığı müddət ərzində yoxlama məqsədilə icra edilmiş əməliyyatlar nəticəsində texniki qüsur və nöqsanlar aşkar edilməmişdir. Göründüyü kimi mübahisənin hüquqi həllinin təmin edilməsinə yönəlmiş işin texniki tərəflərinin araşdırılması zamanı iddiaçı tərəfindən təqdim edilmiş proqram təminatının tərəflər arasında mübahisənin başladığı müddətədə qüsursuz işləməsinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin iş materiallarında olan tərəflər arasında qarşılıqlı yazışmalardan müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş proqram təminatında qüsurlar mövcud olmuşdur. Belə olan halda məhkəmə cavabdehin bağlanmış müqavilənin 2.1.8-ci bəndinə əsasən iddiaçıya bildirilmiş iradları onun qüsuru olaraq qəbul edildiyini nəzərə alaraq cavabdehin hərəkətlərində müqavilədən kənar hərəkət olmadığı müəyyən olunur. Eyni zamanda iddiaçı tərəfindəndə qeyd olunan halları təkzib edəcək hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2013-cü il tarixli qərarında qeyd olunur ki,insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının tələbini təsdiq edəcək sübutlar həm məhkəmə araşdırması zamanı həm də iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin üzərinə öhdəlik qoyulması onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Buna görə də cavabdehin iddiaçı qarşısında öhdəliyinin olması müəyyən edilmədiyindən iddia tələbi əsaslı deyildir və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İddia təmin edilmədiyindən keçirilmiş ekspertizanın xərci olaraq 61,17 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X2rşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı MMC-dən 61,17 (altmış bir manat on yeddi qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-31/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-31/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver