Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-31/2022 09.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi İddiaçı nümayəndəsi, Vəkil2 və Cavabdeh1 nümayəndəsi, vəkili Vəkil3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi X1 iştirakları ilə İddiaçı, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “X10” ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" KB ASC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması, həmçinin X4, X8 və X9 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada verilmiş mənzillərin dəyərinin Cavabdeh2 tutulması və tutulmuş pul vəsaitinin 40% “Unibank KB ASC-yə, 60%-nin isə İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq özünün maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" KB ASC-dən, Cavabdeh1lundan və Cavabdeh2 müştərək qaydada iddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələblərini belə əsaslandırılmışlar ki, "xxxx" KB ASC, investor İddiaçı və mülkiyyətçi Cavabdeh1 ilə bağlanmış 08 avqust 2017-ci il tarixli üçtərəfli müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində İddiaçı tərəfindən 320000 manat vəsait qoyuluşu hesabına 3 mərtəbəli 24 mənzildən ibarət bina tikilməli və həmin mənzillər satılaraq satışdan əldə olunan vəsaitin 40%-i Cavabdeh1 "xxxx" KB ASC-nə 07UM/13 saylı 27.09.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə borcuna ödənilməli və mənzillərin satışından əldə olunan vəsaitin qalan 60%-i isə investor İddiaçı verilməlidir. Bundan sonra"xxxx" KB ASC-nin, investor İddiaçı və mülkiyyətçi Cavabdeh1 arasında bağlanmış 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin icrası məqsədilə İddiaçı 21.09.2017-ci il tarixli əmrinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində 3 mərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədi ilə göstərilən ünvanda “Binəqədi New Service” fərdi tikinti şirkəti yaradılmışdır. Eyni zamandaİddiaçı 22.09.2017-ci il tarixli əmri ilə “Binəqədi New Service” fərdi tikinti şirkətinin drektoru X11 təyin edilmiş və ünvan 4 ünvanında yerləşən torpaq sahəsində 3 mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı bütün səlahiyyətlər (maliyyələşdirmə, satış, nəzarət və s) şirkətin direktoru X6 həvalə olunmuşdur. 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin icrası məqsədi ilə sifarişçi İddiaçı ilə icraçı X5 arasında qeyd olunan çoxmənzilli yaşayış evində olan “fərdi yaşayış evlərinin təmir (tikilməsi) olunması barədə 1 №-li 25.08.2017-ci il tarixli müqavilə imzalanmışdır. Məlumat üçün bildiriri ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində olan bir mərtəbəli yarım-tikili və "xxxx" KB ASC-nə olan kredit borcu Cavabdeh1 adına rəsmiləşdirilsə də, əslində həmin torpaq sahəsi, üzərindəki bir mərtəbəli yarım-tikili Cavabdeh2 məxsus idi və "xxxx" KB ASC-nə olan kredit borcu da faktiki olaraq Cavabdeh2 borcu olmuşdur. Bu baxımdan 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilə mülkiyyətçi kimi ZeynalovElşad Nadir oğlu ilə və 1 №-li 25.08.2017-ci il tarixli müqavilə X5 ilə bağlansa da həmin müqavilələr üzrə işlər faktiki olaraq Cavabdeh2 tərəfindən nəzarət və icraedilirdi. Bu baxımdan əldə olunmuş ümumi razılığa əsasən qeyd olunan çoxmənzilli yaşayış binasının tikintisi üçün tələb olunan armatur, beton və s. tikinti materallarının alınması üçün AğayevElçin Fərhad oğluna X11 tərəfindən ilk olaraq 200 000 manat, sonradan isə 40 000 manat, ümumilikdə 240 000 manat məbləğində pul verilmişdir. Eyni zamandaəldə olunmuş ümumi razılığaəsasən tikilən çoxmənzilli bina 4 mərtəbəli olmaqla 32 mənzili tikilməli idi. Bundan sonra 08 avqust 2017-ci il tarixli üçtərəfli və 1 №-li 25.08.2017-ci il tarixli müqavilələrin şərtlərinə uyğun olaraq X3 rəhbərliyi və nəzarəti ilə nəzrdə tutulmuş maliyyə vəsaiti qoyuluşu nəticəsində qeyd olunan ünvanda çoxmənzilli binanın tikintisinə başlanmışdır. 2017-ci ilin avqust ayının əvvəlindən sentyabr ayınadək tikinti davam etmiş və binanın armatur beton konstruksiyası 3-cü mərtəbəyədək davam etdirildi. 2017-ci ilin sentyabr ayında (tikinti binanın 3-cü mərtəbəsində olanda) Cavabdeh2 lazım olan tikinti materallarını təmin etmədiyindən (hansıki, o tikinti materallarının, armatur, beton və s. pulunu qabaqcadan almışdır), eyni zamanda həmin vaxt banklara və müxtəlif fiziki şəxslərə 2-3 milyondan çox borcu olduğundan və bütün borclu olduğu şəxslər ondan pulunun qaytarmasını tələb etdiyindən, o telefon zənglərinə cavab verməməklə və tikinti yerinə gəlməkdən yayınırdı. O cümlədən tikinti materalları üçün aldığı 240.000 manat pulu başqa məqsədlər üçün xərclədiyindən pulunun olmadığını bildirirdi. Bu səbəbdən 2017-ci ilin sentyabr ayında binanın tikintisi dayandırıldı. Bundan sonra əldə olunmuş ümumi razılığa əsasən tikilən binadan, bir hissəsin qabaqcadan, qalan hissələrin isə hər ay ödəməklə vətəndaşlara mənzil satılması və əldə olunan vəsait hesabına tikintinin davam etdirilməsi qərara alındı. Bu məqsədlə X11 tərəfindən həmin binadan ümumilikdə 9-10 mənzil (mənzilin dəyərinin 40% qabaqcadan, qalan hissəsini hər ay ödəmək şərti ilə) qanuni yolla müvafiq müqavilələr bağlanmaqla satılmış, cəmi 130-140.000 manat vəsait əldə olunmuş, bu vəsaitdən də, 16 000 manatı yenidən AğayevElçin Fərhad oğluna verilmiş və qalan məbləğ isə sözügedən 4 mərtəbəli 32 mənzilli binanın tikintisinə sərf olunmuşdur. 2018-ci ilin aprel ayının sonlarında tikinti tam başa çatdırıldı. Yəni 4 mərtəbəli 32 mənzilli binanın damı vuruldu, mənzillərin ara divarları hörüldü, mənzillərin qapı və pəncərələri asılmaqla, binadaxili kanalizasiya xəttləri çəkilməklə (işıq, qaz və su təminatı istisna olmaqla) tikinti işləri yekunlaşdırıldı. Qeyd olunan binaya mənzil alan şəxslər tərəfindən fərdi qaydada kommunal xətlər (işıq, qaz və su) çəkilmiş və hazırda həmin binadasakinlər yaşayır. 2018-ci ilin ortalarında Cavabdeh1, Cavabdeh2 və "xxxx" KB ASCnin nümayəndəsi Ramiz Bəşirova bildirmişlər ki, Cavabdeh2 Cavabdeh1 adına bankdan götürdüyü kredit ödənilmədiyindən binadakı mənzilləri özləri sataraq həmin kreditə ödəyəcəklər. Bununla bağlı xeyli mübahisə olmuş lakin onlar bu qanunsuzəməllərindən əl çəkməmişlər. 2019-cu ildə isə məlum olmuşdur ki, "xxxx" KB ASC-nin iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1lundan "xxxx" KB ASC-nin xeyrinə 07UM/13 nömrəli 27.09.2013-cü il tarixli kredit müqaviləs i çərçivəsində 34 UB/15 nömrəli 14.05.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən cəmi 4339954,83 ABŞ dolları məbləğində pul tutulmalı, tutma Bakı şəhəri, B.Nuriyev küçəsi 15/9 a nömrəli binanın 119 saylı mənzilinə və Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan vəsait Cavabdeh1 həmin bankda olan borcuna ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qətnaməsi qismən, peniyanın tutulması hissəsində (peniya 15000 ABŞ dolları 5000 ABŞ dollarına endirilmişdir ) dəyişdirilmiş, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası Xammal və X15 və Daşınmaz Əmlakların Satışı X13 iddiaçıdan gizli və formal hərrac keçirilmiş investor İddiaçı vəsaiti hesabın a Bakı şəhəri, ünvan 2 ünvanındatikilmiş 4 mərtəbəli 32 mənzilli binanın ilkin satış qiyməti 162500 manat müəyyən edilmiş və 21.08.2018-ci il tarixli 47/01 saylı protokol və həmin tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə "xxxx" KB ASC tərəfindən həmin 4 mərtəbəli 32 mənzilli bina 103 594 manata(balansa götürülmüşdür) alınmışdır. Göründüyü kimi bu işlər "xxxx" KB ASC-nin nümayənələri, Cavabdeh1lunun və Cavabdeh2 əlbirliyi nəticəsində İddiaçı və X2 gizli edilmiş və məqsəd də, iddiaçının mübahisəli binaya qoyduğu sərmayanı və həmin mənzillərin satışından iddiaçıyaçatası 60%-i mənimsəmək olmuşdur. Beləliklə hər üç cavabdehin; "xxxx" KB ASC-nin, Cavabdeh1 və Cavabdeh2 əlbirliyi və qeyri-qanuni əməlləri nəticəsində 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinin əlehinə olaraq İddiaçı vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 5 ünvanında tikilmiş 4 mərtəbəli 32 mənzilli bina dəyərindən 10 dəfə aşağı qiymətə bankın adına rəsmilədirilərək mənimsənilmiş, eyni zamanda X11 tərəfindən binanın tikintisi üçün Cavabdeh2 verilmiş cəmi 240 000 manat məbləğində pul, eləcədə 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilə üzrə mənzillərin satışından əldə olunan vəsaitdən İddiaçı çatası 60% mənimsənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil2 iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkili Vəkil3 iddianı qəbul etməyərək, izahatında İddiaçı investor kimi müqavilənin imzalamasına baxmayaraq, hər hansı vəsaitin sonuncu tərəfindən ödənilmədiyini, yəni iddiaçı tərəfindən həmin müqavilə üzrə investisiya yatırılması ilə bağlı sübutun təqdim olunmadığını bildirərək iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər Cavabdeh2 və “X10” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 08 avqust 2017-ci il tarixli müqavilənin sürətindən gorünür ki, “Tikinti investoru” İddiaçı, “X10” ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən “Tikiti investoru” İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsində 24 mənzildən ibarət olan 3 mərtəbəli binanın tikintisinə 3 ay müddətində 320000 manat məbləğində investisiya qoymalıdır. Həmçinin yeni tikiləcək mənzillərin satışından əldə olunan vəsaitin 60%, yəni 320000 manat tam ödənilənə qədər investorun, qalan 40% Cavabdeh1 “X10” ASC qarşısında 07UM/13 saylı 27.09.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi üçün Cavabdeh1 bank hesabına köçürülməsi nəzərdə tutulmüşdur. Məhkəmədə tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, “Tikiti investoru” İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsində 24 mənzildən ibarət olan 3 mərtəbəli binanın tikintisinə 3 ay müddətində 320000 manat məbləğində investisiya qoymaq şərti ilə Tikiti investoru” İddiaçı, “X10” ASC və ipoteka qoyan Cavabdeh1 və arasında üçtərəfli müqavilə bağlanmış, daha sonra müqavilədə tikilməsi nəzərdə tutulan bina inşa edilmişdir. “Tikiti investoru” İddiaçı məhkəməyə müraciət edərək 08 avqust 2017-ci il tarixli müqaviləyə istinadən onun maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində, həmçinin satılan mənzillərin pulunu cavabdehlərdən tələb etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilə bilməz, belə ki, o, müqaviləyə əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsində 24 mənzildən ibarət olan 3 mərtəbəli binanın tikintisinə 3 ay müddətində 320000 manat məbləğində investisiya qoyulması ilə bağlı öhdəliyi öz üzərinə götürsə də, həmçinin həmin binanın özünün maliyyə vəsaiti hesabına tikildiyini bildirsə də, 320000 manat məbləğində vəsaitin ödənilməsi və onun maliyyə vəsaiti hesabına binanın tikilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi iddiaçı məhz 08 avqust 2017-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərə istinadən tələbi irəli sürsə və cavabdehlərdən öhdəliklərin yerinə yetirilməsini tələb etsə də, həmin müqavilə üzrə o, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, investor İddiaçı 08 avqust 2017-ci il tarixli müqavilədən irəli gələn üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə onun müqavilənin digər tərəflərə qarşı olan tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 08 avqust 2017-ci il tarixli müqavilə üzrə tərəf olmadığına görə ona qarşı tələb təmin edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 hazırki tələbi təmin edilə bilməz. Belə ki, sonuncu öz tələbini irəli sürərkən məhz 08 avqust 2017-ci il tarixli müqavilənin şərtlərinə istinad etmiş və 32 sayda mənzilin dəyərinin cavabdehlərdən müştərək qaydada alınmasını xahiş etmiş, halbuki X11 həmin müqavilədə tərəf olmamış və həmin müqavilədən irəli gələn öhdəliklərlə bağlı hər-hansı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X11 32 sayda mənzilin dəyərinin cavabdehlərdən müştərək qaydada alınmasını tələb edərkən məhz 08 avqust 2017-ci il tarixli müqaviləyə əsaslandığına görə, məhkəmə cavabdehlərə qarşı olan tələbə məhz həmin müqavilədən irəli gələn öhdəliklər çərçivəsində baxmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" KB ASC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması, həmçinin X4, X8 və X9 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada verilmiş mənzillərin dəyərinin Cavabdeh2 tutulması və tutulmuş pul vəsaitinin 40% “Unibank KB ASC-yə, 60%nin isə İddiaçı ödənilməsi barədə İddiaçı və 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq özünün maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" KB ASC-dən, Cavabdeh1lundan və Cavabdeh2 müştərək qaydada xeyrinə tutulması barədə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" KB ASC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması, həmçinin X4, X8 və X9 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada verilmiş mənzillərin dəyərinin Cavabdeh2 tutulması və tutulmuş pul vəsaitinin 40% “Unibank KB ASC-yə, 60%-nin isə İddiaçı ödənilməsi barədə İddiaçı iddiası rədd edilsin. 08 avqust 2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun olaraq özünün maliyyə vəsaiti hesabına tikilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli binada olan 32 sayda mənzillərin dəyərinin (qiymətinin) 60% məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" KB ASC-dən, Cavabdeh1lundan və Cavabdeh2 müştərək qaydada xeyrinə tutulması barədə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-31/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-31/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver