Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-310/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 562,32 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 110,95 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 703,27 manat məbləğində pulun cavabdeh "Cavabdeh" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, avqust 2017-ci il tarixli avtomobillərin texniki xidməti və təmiri üzrə C-063-S-PCC-17 №-li müqavilənin 5.9-cu maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirərsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbdə pulu ödəməlidir və dəbdə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 562,32 manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir.Buna görə də müqaviləyə əsasən hesablanmış dəbdə pulunun ümumi məbləği dekabr 2019-cu il tarixinə qədər 110,95 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "Cavabdeh" MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında bağlanmış avqust 2017-ci il tarixli, C-063-S-PCC-17 nömrəli avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini göstərməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 390752 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 59,04 manat məbləğində "Cavabdeh" MMC-yə xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli, 761028 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 187,61 manat məbləğində "Cavabdeh" MMC-yə xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli, 988341 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 227,16 manat məbləğində "Cavabdeh" MMC-yə xidmət göstərmişdir. xx.xx.2019-cu il tarixli, 853602 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC 88,50 manat məbləğində "Cavabdeh" MMC-yə xidmət göstərmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). Göründüyü kimi İddiaçı MMC-nin cavabdeh "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin "Cavabdeh" MMC öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı xidmət haqqı 562,32 manat tələb etsə də, elektron qaimələrdə göstərilən borcun cəmi 562,31 manatdır. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 2,69 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "Cavabdeh" MMC-dən 562,31 manat məbləğində xidmət haqqı, 2,69 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 595 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən 562,31 manat xidmət haqqı, 2,69 manat dəbbə pulu və dövlət rüsumu kimi ödənilmiş 30 manat cəmi 595 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-310/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-310/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver