Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3100/2025 23.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1 Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 132.693,89 manat əsas borc, 29.757,68 manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% olmaqla hesablanmış 8.152,79 manat, dövlət rüsumu kimi ödənilmiş 461 manat, cəmi 171.065,36 manat məbləğində borcun tutularaq Heydər Əliyev adına X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdeh "xxxx" MMC-dən 132.693,89 manat əsas borc, 38.657,70 manat cərimə, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% olmaqla hesablanmış 10.591,15 manat, dövlət rüsumu kimi ödənilmiş 472 manat, cəmi 182.414,74 manat məbləğində borcun tutularaq Heydər Əliyev adına X2 Ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə barışıq sazişi təqdim etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış, hər iki hüquqi şəxsin nümayəndəsi (direktoru) tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiqlənmiş 21 may 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə aralarında razılığa gəlmişlər: İddiaçı Heydər Əliyev adına X1 Cavabdeh MMC- yə qarşı (bundan sonra həm də “Tərəflər” adlanacaq) cəmi - 182.414.74 (yüz səksən iki min dörd yüz on dörd manat, 74 qəpik) manat (o cümlədən, əsas borc məbləği-132.693,89 (yüz otuz iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat, cərimə məbləği-38.657,70 (otuz səkkiz min altı yüz əlli yeddi manat, 70 qəpik) manat, illik 5% olmaqla hesablanmış - 10.591,15 (on min beş yüz doxsan bir manat, 15 qəpik) manat, ödənilmiş dövlət rüsumu 472 (dörd yüz yetmiş iki) manat məbləğində pul vəsaiti tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3100/2025 nömrəli iş üzrə Tərəflər aralarında uzun müddət davam edən əməkdaşlığı, müqavilə və işgüzar əlaqələrini nəzərə alaraq razılığa gələrək aşağıdakı şərtlərlə barışıq sazişi (bundan sonra “Saziş”) imzalayırlar:
1. Sənaye Ticarət” MMC iddia tələbinin əsas borc məbləğini təşkil edən 132.693,89 (yüz otuz iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat borc məbləğindən 60000 (altmış min) manatın bu Saziş qüvvəyə mindiyi tarixdən 1 (bir) həftə müddətində, qalan 72.693,89 (yetmiş iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 472 (dörd yüz yetmiş iki) manat məbləğində pul vəsaitini isə bu Saziş qüvvəyə mindiyi andan etibarən 3 (üç) ay müddətində iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürür.
2. Eyni zamanda hər iki tərəf (iddiaçı cavabdehə, cavabdeh isə iddiaçıya qarşı) bildirirlər ki, bu barışıq sazişi üzrə öhdəlikər icra olunduqdan sonra onların biri-birləri qarşısında hər-hansı bir borc və ya digər ödənilməyən məbləğ mövcud deyildir (ödənilməsi razılaşdırılmış məbləğ xaric olmaqla) və bu baxımdan biri digərinə qarşı gələcəkdə sözügedən məsələyə dair hər-hansı maddi və mənəvi zərərin ödənilməsinə ilə əlaqədar məhkəmədə iddia qaldırmayacaqlar.
3. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2., 261.0.2. və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər. 3.1. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
4. Bu Barışıq sazişi üzrə müəyyən olunmuş 132.693,89 (yüz otuz iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 472 (dörd yüz yetmiş iki) manat Barışıq Sazişində müəyyən olunmuş müddət ərzində ödənilməyəcəyi tədqirdə borcun alınması üçün iddiaçı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir.
5. Bu Saziş Azərbaycan dilində, eyni məzmunda və 3 (üç) nüsxədə tərtib olunmaqla, biri məhkəmədə, digər nüsxələri isə Tərəflərdə saxlanılır.
6. Bu barışıq sazişi məhkəmə qərardadı əsasında təsdiq olunduğu tarixdən qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və təqdim edilmiş barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, sözügedən barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X1 Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı Heydər Əliyev adına X1 Cavabdeh MMC- yə qarşı (bundan sonra həm də “Tərəflər” adlanacaq) cəmi - 182.414.74 manat (o cümlədən, əsas borc məbləği- 132.693,89 manat, cərimə məbləği-38.657,70 manat, illik 5% olmaqla hesablanmış - 10.591,15 manat, ödənilmiş dövlət rüsumu 472 manat məbləğində pul vəsaiti tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3100/2025 nömrəli iş üzrə Tərəflər aralarında uzun müddət davam edən əməkdaşlığı, müqavilə və işgüzar əlaqələrini nəzərə alaraq razılığa gələrək aşağıdakı şərtlərlə barışıq sazişi (bundan sonra “Saziş”) imzalayırlar:
1. Sənaye Ticarət” MMC iddia tələbinin əsas borc məbləğini təşkil edən 132.693,89 (yüz otuz iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat borc məbləğindən 60000 (altmış min) manatın bu Saziş qüvvəyə mindiyi tarixdən 1 (bir) həftə müddətində, qalan 72.693,89 (yetmiş iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat məbləğində borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 472 (dörd yüz yetmiş iki) manat məbləğində pul vəsaitini isə bu Saziş qüvvəyə mindiyi andan etibarən 3 (üç) ay müddətində iddiaçının bank hesabına köçürməyi öhdəsinə götürür.
2. Eyni zamanda hər iki tərəf (iddiaçı cavabdehə, cavabdeh isə iddiaçıya qarşı) bildirirlər ki, bu barışıq sazişi üzrə öhdəlikər icra olunduqdan sonra onların biri-birləri qarşısında hər-hansı bir borc və ya digər ödənilməyən məbləğ mövcud deyildir (ödənilməsi razılaşdırılmış məbləğ xaric olmaqla) və bu baxımdan biri digərinə qarşı gələcəkdə sözügedən məsələyə dair hər-hansı maddi və mənəvi zərərin ödənilməsinə ilə əlaqədar məhkəmədə iddia qaldırmayacaqlar.
3. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2., 261.0.2. və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər. 3.1. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtlərin yerinə yetiriləcəyini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.
4. Bu Barışıq sazişi üzrə müəyyən olunmuş 132.693,89 (yüz otuz iki min altı yüz doxsan üç manat, 89 qəpik) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 472 (dörd yüz yetmiş iki) manat Barışıq Sazişində müəyyən olunmuş müddət ərzində ödənilməyəcəyi tədqirdə borcun alınması üçün iddiaçı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir.
5. Bu Saziş Azərbaycan dilində, eyni məzmunda və 3 (üç) nüsxədə tərtib olunmaqla, biri məhkəmədə, digər nüsxələri isə Tərəflərdə saxlanılır.
6. Bu barışıq sazişi məhkəmə qərardadı əsasında təsdiq olunduğu tarixdən qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən İlham Əhmədov