Məhkəmə qərarları › İş №e-2-2(113)-3104/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3104/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3104/2023 10.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilin iddiası, Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İlkin iddia tələbi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 1.048 (bir min qırx səkkiz) manat məbləğində xidmət haqqı, tələb edilən xidmət haqqına münasibətdə 13,10 (on üç manat on qəpik) manat məbləğində əldən çıxmış fayda və 106 (bir yüz altı) gün üçün hər ləngidilmiş günə görə hesablanmış 555,44 (beş yüz əlli beş manat qırx dörd qəpik) manat məbləğində cərimə məbləği, habelə ödənilmiş 650 (altı yüz əlli) manat məbləğində hüquqi yardım, 60 (altmış) manat məbləğində ilkin mediasiya xərci və 30 (otuz) manat məbləğində notariat xərci olmaqla, cəmi 2.356,54 (iki min üç yüz əlli altı manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra-müştəri) ilə İddiaçı (bundan sonra-ekspeditor) arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor müştərinin hesabına müvafiq müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. Ekspeditor tərəfindən müştərinin sifarişi əsasında İtaliya Respublikasının Kasalqrande adlı şəhərindən Bakı şəhərinə “X4 Spa” adlı yük göndərəndən iki ədəd konteynerin gəmi və dəmiryolu nəqliyyat növləri ilə Kasalqrande-Poti-Bakı daşınma marşrutu əsasında 12.750 (on iki min yeddi yüz əlli) manat xidmət dəyəri müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış 30 yanvar 2023-cü il tarixli 01 nömrəli xidmətlərin göstərilməsi haqqında aktın məzmunundan göründüyü kimi, ekspeditor olaraq iddiaçı şəxs müvafiq müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam həcmdə yerinə yetirmiş, göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab vermiş və bununla bağlı cavabdehin iddiaçı şəxsə qarşı heç bir etirazı olmamışdır. Ödəniş məbləği müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın cavabdeh tərəfindən imzalandığı tarixdən, yəni 30 yanvar 2023-cü il tarixdən 3 (üç) iş günü ərzində iddiaçı şəxsin hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, tərəflər arasında müəyyən edilmiş 12.750 (on iki min yeddi yüz əlli) manat məbləğində xidmət dəyərindən müştəri ümumi məbləğin köçürülməsi tarixindən 43 (qırx üç) gün sonra, yəni 17 mart 2023-cü il tarixdə 6.375 (altı min üç yüz yetmiş beş) manat və 2 (iki) ay sonra, yəni 03 aprel 2023-cü il tarixdə 5.327 (beş min üç yüz iyirmi yeddi) manat olmaqla, cəmi 11.702 (on bir min yeddi yüz iki) manat məbləğində pul vəsaiti ödəmişdir. Bununla da, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış xidmət haqqından 1.048 (bir min qırx səkkiz) manat məbləğində olan hissəsi bu günə kimi iddiaçı şəxsin hesabına cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara, keçirilmiş görüşlərə və 3 (üç) aydan çox vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək qeyd edilən borc məbləğinin ödənişi cavabdeh tərəfindən təmin edilməmiş və bununla da tərəflər arasında bağlanmış müvafiq müqavilənin ödəniş şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Qarşılıqlı iddia tələbi üzrə tələbin mahiyyəti Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçın cəmi 2.356,54 (iki min üç yüz əlil altı manat əlli dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutulması tələbinə dair iddiasının rədd edilməsini, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməsini və 7.083 (yeddi min səksən üç) manat 10 qəpik pul məbləğində maddi zərər və ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu, cəmi 7.174 (yeddi min yüz yetmiş dörd) manat 10 qəpik İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqılı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi işin faktiki hallarını gizlətməklə formal xarakter daşıyır. İddiaçı MMC ilə olan əməkdaşlığı qorumaq və işbirliyinin gələcəkdə də baş tutacağını ehtimal etdiyindən, həmçinin həmin şirkətin əməkdaş(lar)ının məsuliyyətsizliyini şirkətin ümumi fəaliyyəti kimi qiymətləndirməməklə hazırkı qarşılıqlı iddia ərizədə qoyulan tələbləri yarandığı zaman irəli sürmək imkanı olsa da biznes etikası baxımından bunu doğru hesab etməmişdir. Belə ki, aşağıda ardıcıl qaydada və müvafiq mötəbər sübutlara istinad olunmaqla qeyd olunan işin faktiki hallarına əsaslanaraq, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsinin iddiası təmin olunmadan rədd edilməli və qaldırdığı qarşılıqı iddia tam təmin olunmalıdır: Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor müştərinin hesabına müvafiq müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. Ekspeditor tərəfindən müştərinin sifarişi əsasında İtaliya Respublikasının Kasalqrande adlı şəhərindən Bakı şəhərinə Сеrаmiсhе Atlas Соnсоrdе Spa adlı yük gəmisindən iki ədəd konteynerin gəmi və dəmiryolu nəqliyyat növləri ilə Kasalqrande-Poti-Bakı daşınma marşurutu əsasında 12.750 (оn iki min yeddi yüz əlli) manat xidmət dəyəri müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur, qeyd olunan müqaviləyə əlavə edilən 1 nömrəli Sifariş Orderindən görünür ki, daşımanın təxmini müddəti 30-35 gün müəyyən edilmişdir. İddiaçı MMC-nin logistika məsləhətçisi Həcər Rzaşuvari isə şirkətin xidmətləri barədə təqdimatında, həmçinin elektron poçt ünvanına imzalanmaq üçün göndərdiyi sifariş orderində daşıma müddətini 27-30 gün olaraq göstərmişdir. Bununla da, ilkin iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sifariş orderinin birinci vərəqinin Həcər adlı əməkdaş tərəfindən sonradan dəyişdirildiyi müəyyən olunur. Lakin bütün bunlara baxmayaraq, sifariş olunan yük razılaşdırılmış 30-35 gün müddətində deyil, müqavilənin bağlandığı gündən 73 gün sonra Cavabdeh MMC-yə çatdırılmışdır. Bu həm “xidmətlərin göstərilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli aktla, həm də iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC-nin logistika məsləhətçisi Həcər Rzaşuvari (Khadjar Rzashuvari: KRElektron ünvan 1), əməliyyatlar üzrə mütəxəssis Fərid Turabov (Farid Turabov: FElektron ünvan 2) və kommersiya direktoru Elmar Rzayevlə (ERElektron ünvan 3) aparılmış danışıqlarla təsdiq olunur. Həmin yazışmalara diqqət yetirdikdə əməliyyatlar üzrə mütəxəssis Fərid Turabovun 21 noyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək olan müddətdə ancaq yalnış informasiyalar verdiyi (yük göndərənin guya yük alan barədə məlumatları daşıyıcıya təqdim etmədiyini bildirməsi, özünün yükün olduğu yeri dəqiq bildirməməsi və s.) müəyyən olunur. X5 uzun müddət əməkdaşlıq etdiyi və Azərbaycan Respublikasında rəsmi distributoru olduğu İtaliyanın yük göndərən Ceramiche Keope şirkətinin ixrac şöbəsinin əməkdaşı Silvia Bartoli ilə danışıqlarda etikanı da pozmuş, qənaətə görə bunu qəsdən etməklə yükün göndərilməsinə imkanı olmadığı, yəni daşıyıcıda (gəmi) yer sifariş edə bilmədiyi üçün yükün çatdırılmasını gecikdirəcəyini bildiyindən bu tərzdə davranışı ilə bütün məsuliyyəti yük göndərənin üzərinə yıxmağa çalışmışdır. Halbuki elektron kabinetə tam şəkildə əlavə edilmiş yuxarıda qeyd olunan şəxslərə məxsus mail adresləri ilə aparılan yazışmaların əsas hissəsi aşağıdakı məzmundadır: - “13 dekabr 2022-ci il, saat 13:32 Farid Turabov: Salam Aqil bəy, qeyd etmək istərdim ki, yükünüz hal-hazırda yoldadır. Təyinat limanına çatdıqda sizə məlumat verəcəyik. Sizi məlumatda saxlayacağıq. - 13 dekabr 2022-ci il, saat 13:32 AGİL GULİYEV: Fərid bəy salam, Yol dediyiniz İtaliyadan Azərbaycana, fabrikdən bizim anbara qədər olan bütün məsafədir. Bizim də Mal alan olaraq yükün harda olması barədə məlumat almaq hüququmuz var. Ona görə də məlumatınızı bir qədər dəqiqləşdirməyinizi xahiş edirəm. - 13 dekabr 2022-ci il, saat 17:25, Farid Turabov: Salam Aqil bəy, Qeyd etmək istərdim ki, yükünüz Pirey limanına yaxınlaşdıqda dərhal məlumat verəcəyik. Sizi məlumatda saxlayacağıq. - 22 dekabr 2022ci il, saat 10:24 AGİL GULİYEV: Fərid bəy salam, DRYU2580580 və EGHU3979615 N-li konteynerlərin hərəkəti barədə məlumat verməyinizi xahiş edirəm. - 23 dekabr 2022-ci il, saat 13:13 Elmar Rzayev: Salam Aqil bəy, Qeyd etmək istərdim ki, yükünüz hal-hazırda limandadır və 24.12.22 tarixində yola çıxması gözlənilir. Sizi məlumatda saxlayacağıq. - 26 dekabr 2022-ci il, saat 10:07 Elmar Rzayev: Salam Aqil bəy, Qeyd etmək istərdim ki, yükünüz yola çıxmışdır. Yunanıstanın Pirey limanına ehtimal olunan çatma vaxtı 30.12.23 tarixini göstərir. Pirey limanına çatdıqda dərhal məlumat verəcəyik. Pirey limanından Gürcüstanın Poti limanına yola düşdükdə məlumat verəcəyik. Sizi məlumatda saxlayacağıq. - 27 dekabr 2022-ci il, saat 13:11 Elmar Rzayev: Salam Aqil bəy, Qeyd etmək istərdim ki, gəmi hal-hazırda İtaliyanın Trieste şəhəri yaxınlığındadır. Yunanıstanın Pirey limanına çatması dəyişməz olaraq, 30.12.22 tarixinə gözlənilir. Sizi məlumatda saxlayacağıq. - 28 dekabr 2022-ci il, saat 12:34 Elmar Rzayev: Salam Aqil bəy, Qeyd etmək istərdim ki, gəmi hal-hazırda Sloveniyanın Koper şəhəri yaxınlığındadır. Yunanıstanın Pirey limanına çatması hal-hazırda 02.01.23 tarixinə gözlənilir. Pirey limanına çatdıqda sizə məlumat verəcəyik. Sizi məlumatda saxlayacağıq.” Göründüyü kimi İddiaçı MMC-nin əməliyyatlar üzrə mütəxəssisi Fərid Turabov 13 dekabr 2022-ci il tarixli yazışmada yükün yolda olduğunu bildirsə də, həmin şirkətin kommersiya direktoru Elmar Rzayev 23 dekabr 2022-ci il tarixdə yükün hələ də limanda olduğunu və 24 dekabr 2022-ci il tarixdə yola çıxmasının gözlənildiyini bildirmişdir. - İddia ərizəsində tələb olunan 1.048 manat xidmət haqqı məbləğinin İddiaçı MMC-yə ödənilməməsinə gəldikdə isə bunun səbəbi İddiaçı MMC-nin əməkdaşlarına əvvəlcədən bildirilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş FB297/22 saylı 17 noyabr 2022-ci il tarixli müqavilə üzrə 31 yanvar 2023-cü il tarixli təhvil təslim aktından və həmin akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, 7.68 kvadratmetr BR. AVANA 80x80 ölçülü keramogranit plitələr və 5.76 kvadratmetr MOOV ANTHR. 60x120 sm ölçülü keramogranit piltələr, ümumilikdə 13.44 kvadrametr keramogranit piltələr yarasız (sınmış və qırılmış) vəziyyətdə olmuşdur. Bu barədə İddiaçı MMC-yə şəxsən özü məlumat verməklə mallara baxış keçirilməsini və təhvil təslim edilməsini tələb etsə də şirkətin heç bir əməkdaşı təhvil təslimində iştirak etməmişdir. İddiaçı MMC-nin əməkdaşlarına ödəniş zamanı bu halın nəzərə alınacağı bildirilmişdir. Bunları təsdiq edən müvafiq fotoşəkillər iddia ərizəsinə və “elektron məhkəmə” sistemində şəxsi kabinetə əlavə edilir. İddia ərizəsinə əlavə olunmuş malların mədaxil-uçot səədindən görünür ki, həmin konteynerdə xüsusi sifariş olunan 95.040 m² BEAT GREY 20x120 adlı keramoqranit mal olmuş, lakin sifariş olunan yük müəyyənləşdirilmiş müddətdə çatdırılmadığından həmin sifarişi edən müştəri sifarişdən imtina etmişdir. Həmin mal xüsusi dizayn üzrə sifarişli olduğundan sonradan satılmaq imkanı demək olar ki, mümkün olmamışdır. Çünki həmin mal müştərinin zövqünə əsasən sifariş olunmuşdur. Həmin 95.040 m² BEAT GREY 20X120 adlı keramoqranit malın maya 5.448 manat 11 qəpik təşkil etsə də, həmin müştəriyə satılması 7.083 manat 10 qəpik nəzərdə tutulmuşdur. Məhz İddiaçı MMC-nin müqavilə şərtlərini pozaraq yükü vaxtında çatdırmaması səbəbindən müştəri sifarişdən imtina etmiş, nəticədə Cavabdeh MMC-yə 7.083 (yeddi min səksən üç) manat 10 qəpik məbləğində ziyan dəymişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli “nəqliyyat ekspedisiyası müqaviləsinin” 3.1.7-ci bəndinə əsasən, уükün razılaşdırılmış müddətdə və keyfiyyətdə daşınmasını təmin etmək eskpeditorun vəzifəsi olaraq müəyyən edilmişdir. İşin qeyd olunan faktiki halların ümumiləşdirərək, İddiaçı yükün nəzərdə tutulmuş müddətdə çatırılmasını təmin etməməklə və malların yararsız (sınmış) şəkildə təqdim etməklə 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli “Nəqliyyat ekspedisiyası müqaviləsinin” tələblərini pozmuş və bununla həm yükün nəzərdə tutulmuş müddətdə çatırılması və malların yararsız şəkildə Cavabdehnə maddi zərər vurmuşdur. İİ. İddiaçı və cavabdehin mövqeyi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, yazışmaların məzmunundan göründüyü kimi, cavabdeh şəxs müvafiq yükün daşınması ilə bağlı ekspeditor daşıyıcının məhz iddiaçı təşkilat olması ilə bağlı məlumatı bir həftə gec (17 noyabr 2022-ci il tarixi əvəzinə 24 noyabr 2022-ci il tarixi) təsdiq etdiyindən gecikmə baş vermişdir. Eyni zamanda, həmin təsdiqləmə gec olduğundan planlaşdırılmış gəmi xəttinin cavabdeh tərəfindən təsdiqi 05 dekabr 2022-ci il tarixli mail məktubla olmuşdur ki, burada da bir həftə cavabdeh tərəfindən gecikmə vardır (28 noyabr-05 dekabr). Həmçinin, yükgöndərən “Keope” zavodu 05 dekabr 2022-ci il tarixdən əvvəl yükləməni həyata keçirə bilmədiyini bildirmiş, səbəb kimi yükün xüsusi ölçülü paletlərdə olduğunu və onları hazırlamaq üçün daha çox vaxta ehtiyac olduğunu bildirmişlər. Habelə, booking (rezervasiya) sənədlərindən görünür ki, gəmi (Uni-Phoenix 0006-368E) 05 dekabr 2022-ci il tarixdə İtaliyanın Ravenna limanından çıxmalı, 13 dekabr 2022-ci il tarixdə Yunanıstanın Pirey (Piraeus) limanına, 18 dekabr 2022-ci il tarixdə isə Gürcüstanın Poti limanına çatmalı idi. Lakin müvafiq gəmi xəttində yer olmadığından (cavabdehin təqsiri üzündən baş vermiş gecikməyə görə) qeyd edilən yük (yəni iki konteyner) başqa gəmi ilə (Corelli BSX002E23) 24 dekabr 2022-ci il tarixdə İtaliyanın Ravenna limanından çıxmış, 11 yanvar 2023-cü il tarixdə Yunanıstanın Pirey (Piraeus) limanına, 25 yanvar 2023-cü il tarixdə isə Gürcüstanın Poti lmanına çatmışdır. Hər iki konteyner 27 yanvar 2023-cü il tarixdə Poti stansiyasında dəmir yolu platforması üzərindən yüklənmiş, 30 yanvar 2023-cü il tarixdə Abşeron stansiyasına çatmış və 31 yanvar 2023-cü il tarixdə isə müvafiq təhvil-təslim aktı ilə müştəriyə, yəni cavabdehə təhvil verilmişdir. Göründüyü kimi, sifariş olunan yükün 30- 35 gün müddətində deyil, müqavilə bağlandığı gündən 73 gün sonra müştəriyə çatdırılması müştərinin özünün daşıyıcı ilə bağlı yeddi gün sonra gec verdiyi qərar, gəmi xəttinin sənədinin bir həftə gec təsdiq etməsi və bunun nəticəsi olaraq, müvafiq gəmi xəttində yer olmadığından, qeyd edilən yükün növbədə olan başqa bir gəmi ilə daşınması ilə bağlı olmuşdur. Qeyd edilən səbəblərdən müvafiq gecikmə ekspeditor-daşıyıcı olaraq iddiaçı şəxsin məsuliyyətinə aid edilmir. Belə ki, 19 may 1956-cı ildə Cenevrə şəhərində imzalanmış və 02 iyul 1961-ci ildə qüvvəyə minmiş “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyanın 17/2 maddəsinin məzmununa əsasən, daşıyıcı qarşısını ala bilmədiyi hallara və nəticələrə görə məsuliyyətdən azad edilir. Daşıyıcının qarşısını ala bilmədiyi hallara isə dəniz, hava və dəmir yollarının və onların operatorlarının qərarları ilə daşımaların gedişində hər hansı dəyişikliklərin baş verməsi aid edilir. “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikası “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyaya (BYDM) qoşulmuşdur. Həmçinin, tərəflər arasında imzalanmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinin 5.5-ci bəndi ekspeditorun məsuliyyət daşımadığı halları əhatə edir. Həmin bəndin 4-cü yarımbəndinə əsasən, əgər yük üstündə saz plomblar olan salamat konteynerdə təhvil verilibsə, bu halda ekspeditor yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. Göründüyü kimi, cavabdeh tərəfindən sifariş olunan yük qablaşdırılmış qaydada üstündə saz plomblar olan salamat konteynerdə iddiaçı şəxs tərəfindən cavabdehə təhvil verilibsə, bu halda ekspeditordaşıyıcı yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. Eyni zamanda qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, qarşılıqlı iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur və yalnız ehtimallara əsaslanır. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd edir ki, iddiaçı təşkilat ilə onun arasında olan əməkdaşlığı qorumaq və işbirliyinin gələcəkdə də baş tutacağını ehtimal etdiyindən, həmçinin həmin şirkətin əməkdaş(lar)ının məsuliyyətsizliyini şirkətin ümumi fəaliyyəti kimi qiymətləndirməməklə, hazırkı qarşılıqlı iddia ərizəsində qoyulan tələbləri yarandığı zaman irəli sürmək imkanı olsa da biznes etikası baxımından bunu doğru hesab etməmişdir. Halbuki, iddiaçı şəxs müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh də yuxarıda qeyd edilən məzmunda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə çıxır ki, iddiaçı şəxs məhkəməyə müraciət etməsəydi, onda cavabdeh müvafiq qarşılıqlı iddia ərizəsi ilə tələb etdiyi 7.174,10 (yeddi min bir yüz yetmiş dörd manat on qəpik) manat məbləğində pul vəsaitini iddiaçıya güzəştə getmək fikri olmuşdur. Eyni zamanda, cavabdeh şəxs qarşılıqlı iddia ərizəsində müqaviləyə əlavə edilən 1 nömrəli Sifariş Orderinin birinci vərəqinin Həcər adlı əməkdaş tərəfindən sonradan dəyişdirildiyini iddia edir. Bu tələbin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq sifariş orderində qeyd edilən yükün məhz 30- 35 gün ərzində çatdırılması nəzərdə tutulmuşdur ki, bəhs olunan sənəd də müvafiq olaraq cavabdeh təşkilatın möhürü və imzası ilə təsdiq edilmişdir. Həmçinin, cavabdeh qarşılıqlı iddia ərizəsində sifariş olunan yükün 30-35 gün müddətində deyil, müqavilə bağlandığı gündən 73 gün sonra ona çatdırıldığını bildirir və bunu iddiaçı şəxsin müqavilə öhdəliyini pozması ilə əsaslandırır. Bu hissədə də qarşılıqlı iddia ərizəsi əsassızdır. Belə ki, sifariş olunan yükün məhz 30-35 gün ərzində çatdırılması tərəflər arasında bağlanmış müqaviləyə əlavə edilən 1 nömrəli sifariş orderinin məzmununda həqiqətən öz əksini tapmışdır. Lakin müvafiq gəmi xəttinin qeyd edilən gecikməsi ekspeditor-daşıyıcı olaraq iddiaçı şəxsin məsuliyyətinə aid edilmir. Belə ki, 19 may 1956-cı ildə Cenevrə şəhərində imzalanmış və 02 iyul 1961-ci ildə qüvvəyə minmiş “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyanın 17/2 maddəsinin məzmununa əsasən, dəniz, hava və dəmir yollarının və onların operatorlarının qərarları ilə daşımaların gedişində hər hansı dəyişiklik baş verdikdə, daşıyıcı bunun nəticəsində yaranan faktiki gecikməyə görə məsuliyyət daşımır. Belə ki, daşıyıcı qarşısını ala bilmədiyi hallara və nəticələrə görə məsuliyyətdən azad edilir. “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikası “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyaya (BYDM) qoşulmuşdur. Eyni zamanda, əgər yükün gecikməsi ilə bağlı iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdeh şəxsə izah edilmiş səbəblər onu qane etməmişdirsə, bununla bağlı onun hər hansı bir qaydada rəsmi müraciəti olmamışdır. Habelə, cavabdeh müvafiq qarşılıqlı iddia ərizəsində ona vurulması ehtimal olunan ziyan məbləğinin məhz 1.048 (bir min qırx səkkiz) manat olduğunu birbaşa olmasa da, dolayısı ilə etiraf edir. Lakin hazırkı vaxtadək cavabdeh şəxs bununla bağlı hər hansı bir qaydada rəsmi şəkildə müraciət etməmiş, xidmət haqqından həmin məbləği ödəməməklə kifayətlənmişdir. Eyni zamanda, cavabdehin qarşılıqlı iddia ərizəsində tələb etdiyi 7.174,10 (yeddi min bir yüz yetmiş dörd manat on qəpik) manat məbləğində ehtimal olunan ziyan məbləğinin də heç bir tutarlı hüquqi əsası yoxdur. Belə ki, müvafiq yükün gecikdirilməsi nəticəsində cavabdehin sifarişinin onun müştərisi tərəfindən imtinası nəticəsində qeyd edilən məbləğdə ehtimal olunan ziyana uğraması iddiaçı şəxsin məsuliyyətindən kənardır. Çünki, yuxarıda qeyd edilən Konvensiyanın müvafiq maddəsi ilə gəmi xəttinin gecikməsi ekspeditor-daşıyıcı olaraq iddiaçının məsuliyyətindən kənardır. O cümlədən, müvafiq yükə baxış keçirilməsi və təhvil-təslim edilməsi ilə bağlı cavabdeh şəxsin müraciəti də əsassızdır. Belə ki, təhvil verilmiş yükün müvafiq qaydada təhvil-təslim aktı cavabdeh şəxs tərəfindən rəsmi qaydada imza və möhür ilə təsdiqlənmişdir. Cavabdehin müvafiq yükə vurulmuş ziyan ilə bağlı tələbinin də heç bir tutarlı əsası yoxdur. Belə ki, qeyd edilən yükün EXW şərti ilə daşınması tərəflər arasında razılaşdırılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq yerinə düşərdi ki, İncoterms (İnternational Commercial Terms)-(X2) beynəlxalq ticarətin ən önəmli anlayışlarından biridir. İncoterms məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. İncoterms standartlarının 11 çatdırılma şərti vardır ki, onlardan biri də EXW şərtidir. EXW (EX WORKS) –anbarda təhvil şərtində satıcının əsas vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda ixrac ediləcək malın yükləməsinin ediləcəyi yerdə (fabrik, anbar və s.) malları qablaşdırılmış halda hazır saxlaması ilə kifayətlənir. Burada alıcı tam məsuliyyət daşıyır. Həmçinin, tərəflər arasında imzalanmış 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinin 5.5-ci bəndi ekspeditorun məsuliyyət daşımadığı halları əhatə edir. Həmin bəndin 4-cü yarımbəndinə əsasən, əgər yük üstündə saz plomblar olan salamat konteynerdə təhvil verilibsə, bu halda ekspeditor yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. Göründüyü kimi, cavabdeh tərəfindən sifariş olunan yük qablaşdırılmış qaydada üstündə saz plomblar olan salamat konteynerdə iddiaçı şəxs tərəfindən cavabdehə təhvil verilibsə, bu halda ekspeditor-daşıyıcı yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. İlkin iddia cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə çıxışında qeyd etmişdir ki, Cavabdeh olaraq uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğuldur və fəaliyyəti dövründə fiziki şəxslər, dövlət təşkilatları və özəl sahibkarlıq subyektləri ilə münasibətlərdə etik qaydaların gözlənilməsini təməl prinsip olaraq qəbul etmişdir. Bir daha hazırkı mübahisənin ilkin olaraq məhkəmə müstəvisinə daşınmamasının yeganə səbəbi sırf biznes etikası baxımından doğru hesab etməməyi olmuşdur. Lakin etirazdan da göründüyü kimi, qarşı tərəf bu etik davranışı, yəni tələb olunan məbləği güzəştə getmək kimi xoş niyyəti düzgün qiymətləndirməmişdir. Bütün bunlara baxmayaraq, bu məhkəməyə müraciət etmək hüququ özündə saxlayır. Mübahisə predmetinə təsir etməsə belə, qarşılıqlı iddia ərizəsində qeyd etməyinə baxmayaraq rəsmi mail yazışmalarında İddiaçı MMC-nin logistika məsləhətçisi Həcər Rzaşuvari şirkətin xidmətləri barədə təqdimatında daşıma müddətini 27-30 gün olaraq təqdim etmiş, həmçinin İddiaçı MMC-nin işçisi Ləman Şahbazova tərəfindən 6.12.2022-ci il tarixli mail vasitəsilə göndərdiyi müqaviləyə əlavə edilən 1 nömrəli Sifariş Orderində də daşıma müddəti 27-30 gün olaraq bildirilmişdir. Lakin sonradan imzalamaq üçün təqdim olunan Sifariş Orderinin birinci vərəqində dəyişiklik aparılaraq müddət 30-35 gün göstərilmişdir. Bu qarşılıqlı iddia ərizəsinə əlavə edilən yazışmalarla, həmçinin məhkəmə çıxışına əlavə edilən adı çəkilən əməkdaşların mail vasitəsilə ona göndərdiyi Sifariş Orderi ilə təsdiq olunur. Nümayəndə Vəkil qarşılıqlı iddia ərizəsinə verdiyi etirazda sifariş olunan yükün gecikdirilməklə çatdırılmasını daşıyıcının məsuliyyətindən kənar olmasını “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyanın 17-ci maddəsinin 2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı – onların fəaliyyət sahəsinə aid olan beynəlxalq qanunvericiliyə, əgər beynəlxalq qanunvericiliklə ayrı qaydalar nəzərdə tutulmayıbsa Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına uyğun olaraq məsuliyyət daşıyırlar. Bununla bağlı ilkin olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Həmin Məcəllənin 46-cı fəslinin 850-861-ci maddələrində yük daşınması qaydaları və bununla bağlı digər məsələlər tənzimlənmiş, həmin normalarla yuxarıda qeyd olunan Konvensiyanın tələbləri arasında heç bir ziddiyyət yoxdur. Konkret olaraq, həmin Məcəllənin 859-cu maddəsində yük daşıyıcısının məsuliyyəti müəyyən edilmişdir. Lakin nümayəndə Mülki Məcəllənin tələblərinə istinad etmədən, etirazda “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiyaya əsaslanmış, bunu isə (Konvensiyanın 17-ci maddəsinin 2-ci bəndini) tam təhrif (dəyişdirməklə) etmişdir. Azərbaycan Respublikasının 11 fevral 2000-ci il tarixli Qanunu ilə təsdiq olunmuş qeyd olunan Konvensiyanın Azərbaycan dilində olan variantın əldə etmək mümkün olmadığı üçün (https://e-qanun.az/framework/5) Türk və Rus dillərində variantlarından istifadə olunmuşdur. Konvensiyanın 17-ci maddəsinin 1-ci bəndinə əsasən, daşıyıcı yükü təhvil aldığı andan, təhvil verənə qədər, yükün qismən və ya tamamilə məhvinə və digər zədələrə görə məsuliyyət daşıyır. Həmin maddənin 2-ci bəndinə əsasən, əgər məhv, zədə və ya gecikmə daşıyıcının deyil, sifarişçinin səhvi və təlimatından, həmçinin yükə aid bir qüsurdan, yaxud daşıyıcının qarşısını ala bilmədiyi hallardan irəli gələrsə, daşıyıcı məsuliyyət daşıya bilməz. Halbuki nümayəndə verdiyi etirazda bir növ səhvini etiraf etməklə “müvafiq gəmi xəttinin qeyd edilən gecikməsi ekspeditor-daşıyıcı olaraq iddiaçı şəxsin məsuliyyətinə aid edilmir” şəklində əsaslandırma aparmışdır. Hazırkı iş üzrə Konvensiyanın 17-ci maddəsinin 2-ci bəndində daşıyıcının məsuliyyətini istisna edən halların heç biri baş verməmiş, İddiaçı MMC yükü yük göndərən şirkətdən tam sağlam şəkildə təhvil almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməyərək razılaşdırılmış müddətdə yükü sifariş verənə çatdırmamış və bir qismini yarasız şəkildə təhvil vermişdir. Belə ki, sorğu əsasında yük göndərən KEOPE şirkətdən alınmış və məhkəmə çıxışına əlavə edilmiş məktubdan görünür ki, daşıması nəzərdə tutulan iki konteyner yük tam sağlam halda daşıyıcı şirkətin angentinə təhvil verilmişdir. Bundan əlavə nümayəndə yükün yarasız şəkildə təhvil verilmiş hissəsindən məsuliyyətdən kənar qalmaq üçün X1 (İncoterms - İnternational Commercial Terms) istinad etmişdir. Həmin qaydalar alıcı ilə satıcı, yəni yük alan olaraq AG Company ilə yük göndərən KEOPE şirkəti arasında olan ticarət əlaqələrinə münasibətdə tətbiq olunur. Həmin qaydaların çatdırılma şərtlərindən biri olan EXW (EX WORKS) – anbarda təhvildir. Bu satıcıya ən az risk gətirən çatdırılma növüdür ki, burada satıcının öhdəliyi minimum dərəcədədir. EXW çatdırılma şərtində satıcının əsas vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda ixrac ediləcək malın yükləməsinin ediləcəyi yerdə (fabrik, anbar, və s) malları qablaşdırılmış halda hazır saxlaması kifayətdir. Burada alıcı tam məsuliyyət daşıyır. Alıcı ixrac ölkəsindəki malları alması üçün nəqliyyat vasitəsini göndərir, malları yükləyir, gömrükdən keçirir (aralıq daşıyıcı istifadə edərsə əsas daşıyıcıya yükləyir) öz ölkəsinə gətirir və öz ölkəsindəki gömrükdən də keçirərək malın boşaldılacağı yerə gətirir. Hər iki ölkədə gömrük, nəqliyyat, daşınma, yükləmə, boşaltma və onların xərcləri alıcıya aiddir. Yuxarıda qeyd olunan məktubdan göründüyü kimi, yük göndərən İtaliyanın yük göndərən KEOPE şirkəti daşınması nəzərdə tutulan yükü tam yararlı şəkildə yük daşıyıcının nümayəndəsinə təhvil vermişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1.3-cü bəndinə yük göndərəndən yükü qəbul etmək və 3.1.10cu bəndində yükün razılaşdırılmış müddətdə və keyfiyyətdə daşınmasını təmin etmək ekspeditorun vəzifəsi olaraq müəyyən edilmişdir. Mübahisə predmeti ilə əlaqəli olmasa da, İddiaçı MMC-nin fəaliyyətini xarakterizə etmək baxımından, qeyd olunan yükü qısa idxal kodu almadan sərhəddin keçirilməsi şəxsən müəyyən edilmiş, daha doğrusu əməkdaşlıq etdiyi yük daşıma fəaliyyəti ilə məşğul olan digər bir şirkətin əməkdaşının məlumat verməsindən sonra İddiaçı MMC-nin əməkdaşları məlumatlandırılmış, bundan sonra qısa idxal kodu alınmış və şirkət ümumilikdə 3.000 manat cərimə olunmaqdan xilas olmuşdur. Bu hal müqavilənin 5.16-cı bəndində qeyd edilməsinə baxmayaraq ekspedirotun diqqətindən kənarda qalmışdır. Bu məhkəmə çıxışına əlavə edilən “whatsapp” yazışması ilə təsdiq olunur. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC “müştəri” "xxxx" MMC “ekspeditor” olmaqla imzalanmış 17 noyabr 2022 tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən ekspeditor müştərinin hesabına aşağıda göstərilən xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür. Bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollarla yükdaşımaların təşkili (2.1.1), bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması (2.1.2), sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili (2.1.3), əgər bu sifarişdə nəzərdə tutulacaqsa yükün sığortası üzrə əməliyyatların təşkili (2.1.4), bu müqavilə və onun əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlər (2.1.5). 3.1.7 bəndə əsasən yükün razılaşdırılmış müddətdə və keyfiyyətdə daşınmasını təmin etmək ekspeditorun vəzifəsidir. 4.1 bəndə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu müqavilənin ayrılmaz hissəsi hesab edilən sifariş orderi ilə müəyyən edilir. Daşınma zamanı yaranan əlavə xərclər, zərərlər və cərimələr sifariş orderində qeyd edilən xidmət dəyərinə daxil deyil. 4.2 bəndə əsasən müqavilə üzrə yükün təhvil alınması və müştəriyə və ya onun səlahiyyətləndirdiyi şəxsə malın alınması zamanı təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş və tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış qaimə ilə rəsmiləşdirilir. Qaimənin növü olan təhvil-təslim aktı ekspeditor tərəfindən tərtib edilərək imzalanması üçün müştərinin müqavilədə qeyd etdiyi ünvanına göndərilir. Qeyd edilən müddət ərzində müştəri tərəfindən təhvil-təslim aktı geri qaytarılmazsa akt imzalanmış, xidmət isə qəbul edilmiş sayılır. Müştəri təhvil-təslim aktının düzgünlüyünü təsdiq etdiyi, lakin bu bəndin tələbinə istinad edərək onu imzalamaöa imtina etdiyi hallarda ekspeditor bu müqavilənin 2.3.6-cı bəndində qeyd edilən hüququndan istifadə etmək hüququnu özündə saxlayır. Əksi sübut edilənədək qaimə aşağıdakıları təsdiq edir. Müştəri ilə ekspeditor arasında müqavilə (4.2.1), ekspeditor tərəfindən yükün daşınmaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi (4.2.2), müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd şərtlər (4.2.3), yük göndərinin və ya yük alanın yükə dair sərəncam vermək hüququ (4.2.4), ekspeditorun yükə girov hüququ (4.2.5). 4.6 bəndə əsasən ödəniş hesab-faktura təqdim edildiyi andan 5 (beş) iş günü ərzində həyata keçirilir. Göstərilmiş xidmətin dəyərinin ekspeditora ödənilməsinin digər şərtləri və qaydaları sifariş orderlərində göstərilə bilər. 5.2 bəndə əsasən yükün tamlığı üzrə pretenziyalar, yəni onu korlanması, zədələnməsi və ya itkisi daşınma prosesində (yükün daşıyıcı tərəfindən qəbula anından, yük alana və ya digər səlahiyyətli şəxsə təhvil verilənədək) baş veribsə, müştəri tərəfindən ekspeditora qarşı mallar təhvil verildiyi gündən 3 gün ərzində bununla bağlı müvafiq pretenziyalar irəli sürə bilər. Qeyd edilən müddətdən kənar hər-hansı iradların bildirilməsi yolverilməzdir. Ekspeditor ona qarşı irəli sürülmüş pretenziyalar üzrə müstəqil şəkildə müvafiq yükdaşıyıcya müraciət edir. 5.4 bəndə əsasən yükün korlanması, zədələnməsi və ya itkisi daşınma prosesində ekspeditorun və onun kontragentlərinin təqsiri üzündən baş veribsə tərəflər ekspeditorun hesabına müstəqil ekspert dəvət edirlər. Həmin ekspertin verdiyi qərar əsasında ekspeditor müştəri qarşısında dəymiş zərərlər üçün məsuliyyət daşıyır. 5.5 bəndə əsasən ekspeditor, əldən çıxmış fayda üçün, əgər yük üstündə saz plomblar olan salamat konteynerdə təhvil verilibsə, bu halda ekspeditor yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. 5.14 bəndə əsasən xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, müştəri hər ləngidilmiş günə görə ekspeditor ödənilməmiş məbləğin 0.5% həcmində cəriəmə ödəyir. 17 noyabr 2022 tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə № 1 əlavədə xx.xx.2022 müştəri tərəfindən sifarişin verildiyi tarix, 30-35 gün daşınmanın təxmini müddəti 2 ədəd konteynerin Cavabdeh MMC-yə göndərilməsi qeyd edilmişdir. 17 noyabr 2022 tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə № 1 əlavə olan 30 yanvar 2023 tarixli 01 nömrəli hər iki tərəfin möhürləri ilə təsdiq edilmiş aktın 1-ci bəndində qeyd edilmişdir ki, müvafiq müqavilənin birinci maddəsinə uyğun olaraq, ekspeditor yükün daşınması və ekspedisiyası üzrə öhdəlikləri öz üzərinə, müştəri isə bu xidmətləri qəbul etməyi və onlarının dəyərinin ödənişi üzrə öhdəlikləri öz üzərinə götürür. 2-ci bəndə əsasən bu aktın imzalanması ilə tərəflər qəbul edirlər ki, ekspeditor öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdi. Ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora qarşı etirazı yoxdur. 3-cü bəndə əsasən müştəri ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərini müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödəyir. Ödənişin məbləği 7.500 USD təşkil edir. Bu məbləğ müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın müştəri tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində ekspeditorun hesabına ödənilir. 4-cü bəndə əsasən müştəri aktın məzmunu ilə razılaşdırıldıqda, onu aldığı gündən bir iş günü ərzində imzalamalıdır. Akt hər iki tərəfin imzalandığı və möhürləndiyi andan hüquqi gücə malikdir. Onun faksmile surəti əsli kimi qəbul edilir. xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 6.375 İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. xx.xx.2023 tarixli ödəniş tapşırığına əsasən 5.327 manat İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. EBCO seriyalı 847815 nömrəli xx.xx.2023 tarixli elektron qaiməyə əsasən 12.750 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2023 tarixli BD6 nömrəli ödəniş tapşığrına əsasən 60 manat Bakı “9” saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. xx.xx.2023 tarixli BD1 saylı ödəniş tapşırığına əsasən 65- manat "xxxx" MMC tərəfindən “X3 Vəkil Bürosu” bank hesabına köçürülmüş, ödənişin təyinatı olaraq “AG Company Bakı Kommersiya Məhkəməsi” qeyd edilmişdir. 17 noyabr 2022 tarixli FB 297/22 saylı nəqliyyat ekspedisiyası müqaviləsi üzrə malların təhvil-təslim aktında cəmi 2.771,949 m2 invoys üzrə miqdar, 2.758,509 m2 sağlam formada çatdırılmış, 13.44 m2 zədəli və qeyri sağlam formada çatdırlımışdır. Akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023 tarixli malların mədaxil uçotu məlumatında 13.44 kv.m yararsız mal qeyd edilmiş, Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə ilkin iddia üzrə iddiaçı müqavilə öhdəliklərini tam olaraq icra etmiş, razılaşdırılmış malları cavabdeh təhvil tərəfə vermişdir. Bununla belə ilkin iddia üzrə cavabdeh təhvil verilmiş malların dəyərini tam olaraq ödəməmiş, ödəniş etməməsini onunla əsaslandırmışdır ki, qabaqcadan razılaşdırılmış vaxtda və müddətdə mallar çatdırılmamış, eyni zamanda təhvil verilmiş mallar qüsurlu olmuşdur. Malların tərəflər arasında qabaqcadan razılaşdırılmış tarixdən daha gec tarixdə çatdırılması işin mübahisəsiz halıdır. İlkin iddia üzrə iddiaçı təhvil verilmiş malların gecikməsinin onlardan asılı səbəblərdən olmadığını, gəmi xəttində gecikmələr və eyni zamanda malların gəmiyə yüklənməsi zamanı gəminin daha gec malları qəbul etməsi olmuşdur. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.4 maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 850.1 maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci madəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Həmin Məcəllənin 855.1-ci maddəsinə əsasən yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 855.2-ci maddəsinə əsasən öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar (maddə 859.3.3.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, iş materialları ilə sübuta yetirilmişdir ki, ilkin iddia üzrə iddiaçı qarşı tərəfə ödənilməsi üçün ümumilikdə 12.750 manat məbləğində elektron qaimə göndərmişdir. Eyni zamanda cavabdeh tərəfindən 6.375 manat və 5.327 manat məbləğində ümumi ödəniş olmuşdur. İlkin iddia üzrə cavabdeh tərəf isə eyni zamanda iddia tələbinə etirazlarında qarşı tərəfə olan ödənilməli məbləği mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 1.048 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə cavabdehin borcun ödənilməsini gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməli və 13,10 manat gecikdirilmiş vaxt üzrə cavabdehdən tutulmalıdır. Bundan başqa iddiaçı 555,44 manat məbləğində cərimə məbləğinin də ödənilməsini tələb etmişdir. Tərəflər arasındaki müqavilədə müqavilənin icra edilməməsi ilə bağlı cərimə nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, cavabdehin eitrazı əsassızdır. Bununla belə məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 31 manat məbləğində müəyyən edilməlidir. İlkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə münasibət isə məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşlıqlı iddia ərizəsində əsas etibarı ilə iki halı qeyd etmişdir. Malların vaxtında təhvil verilməməsi və təhvil verilmiş malların lazımi keyfiyyyətdə olmaması. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqaviləyə № 1 əlavədə malların təxmini olaraq 30-35 gün ərzində çatıdırlması qeyd edilsə də məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında malların həmin vaxt ərzində çatdırılması razıalşdırılmışdır. Məhkəmə hesab edir ki, malların müəyyən edilmiş müddətdən daha gec müddətdə çatdırılmasında iki əsas hal mövcuddur. Öhdəliyin icrası zamanı vicdanlılıq prinsipinə riayət olunması və öhdəliyin ağlabatan müddər ərzində icra edilməsi. Mülki Məcəllənin 859.2-ci maddəsi daşıyıcının çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı məsuliyyətini müəyyən etmiş, 859.2.3-cü maddə isə lazımi vicdanlılıq şəraitində qarşısı alınmaz halları məsuliyyəti istisna edən hal olaraq qeyd etmişdir. Bundan əlavə mülki qanunvericilik vaxtında icra edilməyən öhdəliyin kredit tərəfindən dərhal yerinə yetirilməsini tələb etmək hüququnu müəyyən etmişdir. Bununla belə iş materiallarından məlum olur ki, tərəflər arasında qabaqcadan razılaşdırılmış müddətdən daha sonrakı müddətdə mallar çatıdırlmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hər-hansı pretenziya irəli sürülməmiş, mallar qəbul edilmiş, eyni zamanda təhvil verilmiş malların bir qismi üzrə ödənişlərə də olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Qarşılıqlı iddia üzrə cavabdeh iddia tələbində eyni zamanda təhvil verilmiş malların lazımi keyfiyyətdə verilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik daşıma zamanı daşıyıcının yüklə bağlı yalnız zahirən görünən qüsurlarla bağlı məsuliyyətini müəyyən etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 5.4 bəndində tərəflər öz aralarında razılaşdırmışdır ki, yükün korlanması, zədələnməsi və ya itkisi daşınma prosesində ekspeditorun və onun kontragentlərinin təqsiri üzündən baş veribsə tərəflər ekspeditorun hesabına müstəqil ekspert dəvət edirlər. Həmin ekspertin verdiyi qərar əsasında ekspeditor müştəri qarşısında dəymiş zərərlər üçün məsuliyyət daşıyır. Eyni zamanda 5.5 bəndə əsasən ekspeditor, əgər yük üstündə saz plomblar olan salamat konteynerdə təhvil verilibsə, bu halda ekspeditor yükün daxili zədəsi və əskiyi üçün məsuliyyət daşımır. Bundan başqa iş materiallarında olan və hər iki tərəfin möhürləri ilə təsdiq edilmiş aktda yerinə yetirilmiş işlərin keyfiyyəti ilə bağlı hər-hansı problemin olmadığı göstərilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələb olunan 7.083,10 manat məbləği qarşılıqlı iddia ərizəsində onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinin pozularaq yükün vaxtında çatdırılmaması səbəbindən müştəri sifarişdən imtina etmiş nəticədə qarşılıqlı iddia üzrə iddiaçıya ziyan dəymişdir.Ən əvvəla məhkəmə onu qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı 7.083,10 manat ona maddi ziyanın vurulduöunu qeyd etsə də həmin arqumentini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsasız olduğundan təmin edilməməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 650 manat hüquqi yardım xərci, 60 manat mediasiya xərci, ilkin iddia üzrə cavabdehən tutulmalıdır. Məhkəmə 30 manat notariat xərcinə münasibətdə qeyd edir ki, təqdim edilmiş sübutların tərcüməsi iddiaçının özünün seçimi əsasında olduğundan cavabdehdən tutulmamalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 17 noyabr 2022-ci il tarixli FB297/22 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 1.048 (bir min qırx səkkiz) manat məbləğində xidmət haqqı, tələb edilən xidmət haqqına münasibətdə gecikdirilmiş vaxt üzrə 5 faiz dərəcəsi ilə 13,10 (on üç manat on qəpik) manat və 31 manat cərimə, 650 (altı yüz əlli) manat hüquqi yardım xərci, 60 (altmış) manat məbləğində ilkin mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar