Məhkəmə qərarları › İş №e-2-2(113)-3104/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3104/2025

01.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3104/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2184,82 manat, İcbari Tibbi Sığorta Fonduna 2412,27 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,31 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 13,7 manat məbləğində (o cümlədən, vergilər üzrə 10,05 manat, faizlər üzrə 3,65 manat) olmaqla, ümumilikdə 4611,10 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxx 1992-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Daşkəsən rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2184,82 manat, İcbari Tibbi Sığorta Fonduna 2412,27 manat, Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0,31 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 13,7 manat məbləğində (o cümlədən, vergilər üzrə 10,05 manat, faizlər üzrə 3,65 manat) olmaqla, ümumilikdə 4611,10 manat borc vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********821100, xx.xx.2024-cü il tarixli **********397600, xx.xx.2024-cü il tarixli ******************.07.2022-ci il tarixli ******************.01.2020-ci il tarixli **********642600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində yaşayır. Yuxarıda qeyd olunan fiziki şəxs və hüquqi şəxslər tərəfindən ümumilikdə 4611,10 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, borc tam şəkildə ödənilmişdir, ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixində Maraqlı şəxs (VÖEN: **********) tərəfindən 124210 (işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 31 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 114327 (digər fiziki şəxslər üzrə sadələşdirilmiş vergi) büdcə təsnifat kodu üzrə 40 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən 121111 (hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 463 manat, 124210 (işəgötürənlər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 2420 manat məbləğində ödənişlər edilmiş, yəni həmin hüquqi şəxslər və fiziki şəxs tərəfindən təyinatı üzrə ödənişlər həyata keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.etaxes.gov.az/) əldə olunmuş 01 aprel 2025-ci il tarixli vergi borcu barədə məlumatda Maraqlı şəxs (VÖEN: **********) əvvəlki günə borcu barədə məlumat əks olunmur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.etaxes.gov.az/) əldə olunmuş 01 aprel 2025-ci il tarixli vergi borcu barədə məlumatda “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əvvəlki günə borcu barədə məlumat əks olunmur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsinin vergi borcu barədə məlumatın verilməsinə dair rəsmi internet səhifəsindən (https://www.etaxes.gov.az/) əldə olunmuş 01 aprel 2025-ci il tarixli vergi borcu barədə məlumatda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) əvvəlki günə borcu barədə məlumat əks olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, vergi ödəyicisi olan Maraqlı şəxs, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı iş üzrə borcunun olması müəyyən edilmədiyindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-5-355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar