Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3107/2023 26.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 2022AK034 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.994,20 manat əsas və 60 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “19” oktyabr 2022-ci il tarixdə, 2022AK034 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə müxtəlif çeşidli mallar təhvil verilmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə cavabdehin 1.994,20 manat (ƏDV daxil) borcu mövcuddur. Müqaviləyə əsasən satıcı bağlantı elemanlarını alıcıya satır, alıcı isə malları qəbul edib dəyərini ödəyir. Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilə üzrə satılan mala görə alıcı satıcıya hər sifariş üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib olunan qaimə-fakturada qeyd olunan malın tam dəyərinin nağd və ya nağdsız qaydada ödənilməsini təmin etməlidir. Müqavilə üzrə 19 oktyabr 2022-ci il tarixində cavabdehə 1.994,20 manat dəyərində mallar göndərilmiş və cavahdeh tərəfindən təhvil alınmışdır. 19 oktyabr 2022-ci il tarixində buna dair cavabdehə elektron-qaimə də göndərilmişdir. Həmin gün tərəflər arasında 1.994,20 manat dəyərində malların alqı-satqısına dair əlavə razılaşma təsdiq edilmişdir. Yuxarıda göstərilən mallar satıcı tərəfindən alıcıya təhvil verilsə də, alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək bugünədək malların dəyərini ödəməmişdir. Hazırda alqı-satqı müqaviləsi üzrə cavabdehin 1.994,20 manat (ƏDV daxil) borcu mövcuddur. Yuxarıda göstərilən borcun ödənilməsi ilə əlaqədar qarşı tərəflə dəfələrlə əlaqə saxlanılmağa çalışılmış, xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Lakin məsələ həllini tapa bilməmişdir. Mediasiya haqqında qanunun tələblərinə uyğun olaraq kommersiya mübahisələrdin X1nın zəruriliyi nəzərə alınmış və yuxarıda göstərilən borcun ödənilməməsi ilə bağlı ilkin olaraq qarşı tərəfə mediasiya prosesində iştirakla bağlı təklif göndərilmiş, sonrasında isə müvafiq qaydada Mediasiya təşkilatına ərizə ilə müraciət edilmişdir. 16 saylı Mediasiya təşkilatı tərəfindən 18 aprel 2023-cü il tarixində X1 keçirilmişdir. Lakin Cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasını iştirakları olmadan keçirilməsini və yekun qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC ilə Cavabdeh arasında 19 oktyabr 2022-ci il tarixdə, 2022AK034 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən, satıcı bağlantı elemanlarını (bundan sonra «Mal» adlanacaq) alıcıya satır, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti olan Malın adı, çeşidi (növü), sayı (miqdan), dəyəri hər bir mal sifarişi üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib edilən qaimə-faktura (və ya elektron qaimə) ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə satılan mala görə alıcı satıcıya hər sifariş üzrə qiymət razılaşma protokolu və ona müvafiq tərtib edilən qaimə- fakturada (və ya elektron qaimə) qeyd olunan malın tam dəyərinin nağd və ya nağdsız şəkildə ödənilməsini təmin etməlidir. 2.2-ci bəndinə əsasən malın dəyəri pul vəsaiti formasında malın alıcıya təhvil verildiyi tarixdən etibarən 30 təqvim günü ərzində satıcıya ödənilməlidir. 3.1.1-ci bəndinə əsasən satıcı müqavilənin 3.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edə bilər. 3.4.3-cü bəndinə əsasən alıcı malın qiymətini müqavilənin 2-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada satıcıya ödəməlidir. 3.4.4-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və “xx.xx.2023-ci ilədək/12 ay” müddətinə qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. 19 oktyabr 2022-ci il tarixli, 2022AK034 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 304,20 manat ƏDV daxil 1.994,20 manat olaraq) razılaşdırılmışdır. Qiymətlərin razılaşdırılma protokolu hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən ümumilikdə (ƏDV daxil) 1.994,20 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 527288 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. Malların təhvil-qəbul aktları ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixində müxtəlif adda, miqdarda və qiymətlərdə olan cəmi (304,20 manat ƏDV daxil) 1.994,20 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. Malların təhvil-qəbul aktı satıcı ilə yanaşı, alıcı Cavabdeh imzası ilə də təsdiq edilmişdir. xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən üzləşdirmə aktı ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 1.994,20 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq 3 gün müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdehy arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil 1.994,20 manat dəyərində olan malları cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdehyın həmin müqavilə üzrə İddiaçı MMC-yə ƏDV daxil 1.994,20 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların təqdim edilməsi faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə və eləcə də Cavabdehyın imzası ilə də təsdiq edilmiş təhvil-qəbul aktları ilə təsdiq edilir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1.994,20 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehydan 1.994,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 39,94 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X1nda iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.994,20 manat əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3107/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3107/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver