Məhkəmə qərarları › İş №e-2-2(113)-3133/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3133/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3133/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X1 Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “HOLCİM (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı 27.12.2019-cu il tarixində bağlanmış O000686852 saylı alqı-satqı müqaviləsi üzrə 98146 manat məbləğində əsas borcun, 13395.1 manat cərimə məbləğinin, cəmi 111541.1 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “HOLCİM (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı 27.12.2019-cu il tarixində bağlanmış O000686852 saylı alqı-satqı müqaviləsi üzrə 98146 manat məbləğində əsas borcun, 13395.1 manat cərimə məbləğinin, cəmi 111541.1 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “HOLCİM (AZƏRBAYCAN)” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı 27.12.2019-cu il tarixində bağlanmış O000686852 saylı alqı-satqı müqaviləsi üzrə 98146 manat məbləğində əsas borcun, 13395.1 manat cərimə məbləğinin, cəmi 111541.1 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar