Məhkəmə qərarları › İş №e-2-2(113)-3135/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3135/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3135/2023 31.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 607164,32 manat (altı yüz yeddi min yüz altmış dörd manat otuz iki qəpik) məbləğində ödənilməmiş borc vəsaiti, 897,60 manat (səkkiz yüz doxsan yeddi manat altmış qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 350 (üç yüz əlli) manat məbləğində ödənilmiş hüquqi yardım üçün çəkilmiş xərcin əvəzi, ümumilikdə 608411,92 manat (altı yüz səkkiz min dörd yüz on bir manat doxsan iki qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 21 avqust 2023-cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş barışıq sazişindən görünür ki:

1. Cavabdeh iddia ərizəsi üzrə iddia tələbini tam olaraq, yəni 608411,92 (altı yüz səkkiz min dörd yüz on bir manat doxsan iki qəpik) AZN hissədə könüllü olaraq etiraf edir. Cavabdeh aşağıdakı cədvəl üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürür: № Tarix Ödəniş - AZN Ödəniş üsulu 1 xx.xx.2023-cü il 68000,00 (altmış səkkiz min) Bank hesabı 2 xx.xx.2024-cü il 85000,00 (səksən beş min) Bank hesabı 3 xx.xx.2025-ci il 85000,00 (səksən beş min) Bank hesabı 4 xx.xx.2026-cı il 85000,00 (səksən beş min) Bank hesabı 5 xx.xx.2027-ci il 85000,00 (səksən beş min) Bank hesabı 6 xx.xx.2028-ci il 85000,00 (səksən beş min) Bank hesabı 7 xx.xx.2029-cu il 85000,00 (səksən beş min) Bank hesabı 8 xx.xx.2030-cu il 30411,92 (otuz min dörd yüz on bir m. doxsan iki q.) Bank hesabı

2. İddiaçı cavabdehin etirafını qəbul edir və yuxarıda qeyd olunan cədvəl üzrə ödənişlər cavabdeh tərəfindən tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə iddiaçının cavabdehe qarşı e-2-2(113)-3135/2023 saylı kommersiya işi üzrə hər hansı əlavə iddia, tələb və şikayəti olmayacaqdır.

3. Tərəflər razılaşırlar ki, cavabdeh hazırkı barışıq sazişi üzrə öhdəliklərini pozaraq ödənişləri 3 (üç) təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasından açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, o, hazırkı barışıq sazişinin məcburi qaydada icra olunması (icra vərəqəsinin verilməsi) üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etsin.

4. Hazırkı barışıq sazişi hər hansı hədə-qorxu, aldatma, zorakılıq və ya zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir.

5. Hazırkı barışıq sazişi Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3135/2023 saylı kommersiya işi üzrə icraata xitam verilməsi üçün əsasdır.

6. Hazırkı barışıq sazişi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir.

7. Hazırkı barışıq sazişi üzrə yaranmış mübahisələrə səlahiyyətli məhkəmə kimi Bakı Kommersiya Məhkəməsində baxılacaqdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:

1. Cavabdeh iddia ərizəsi üzrə iddia tələbini tam olaraq, yəni 608411,92 (altı yüz səkkiz min dörd yüz on bir manat doxsan iki qəpik) AZN hissədə könüllü olaraq etiraf edir. Cavabdeh aşağıdakı cədvəl üzrə iddiaçıya ödəniş etməyi öhdəsinə götürür: № Tarix Ödəniş - AZN Ödəniş üsulu 1 xx.xx.2023-cü il 68000,00 (altmış səkkiz min) Bank hesabı 2 xx.xx.2024-cü il 85000,00 (səksən beş min) Bank hesabı 3 xx.xx.2025-ci il 85000,00 (səksən beş min) Bank hesabı 4 xx.xx.2026-cı il 85000,00 (səksən beş min) Bank hesabı 5 xx.xx.2027-ci il 85000,00 (səksən beş min) Bank hesabı 6 xx.xx.2028-ci il 85000,00 (səksən beş min) Bank hesabı 7 xx.xx.2029-cu il 85000,00 (səksən beş min) Bank hesabı 8 xx.xx.2030-cu il 30411,92 (otuz min dörd yüz on bir m. doxsan iki q.) Bank hesabı

2. İddiaçı cavabdehin etirafını qəbul edir və yuxarıda qeyd olunan cədvəl üzrə ödənişlər cavabdeh tərəfindən tam, vaxtında və düzgün qaydada həyata keçirildiyi təqdirdə iddiaçının cavabdehe qarşı e-2-2(113)-3135/2023 saylı kommersiya işi üzrə hər hansı əlavə iddia, tələb və şikayəti olmayacaqdır.

3. Tərəflər razılaşırlar ki, cavabdeh hazırkı barışıq sazişi üzrə öhdəliklərini pozaraq ödənişləri 3 (üç) təqvim günündən çox gecikdirdikdə, ödənişləri natamam etdikdə və ya ödənişlərin olunmasından açıq və ya dolayı yolla imtina etdikdə iddiaçının hüququ yaranır ki, o, hazırkı barışıq sazişinin məcburi qaydada icra olunması (icra vərəqəsinin verilməsi) üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etsin.

4. Hazırkı barışıq sazişi hər hansı hədə-qorxu, aldatma, zorakılıq və ya zorakılıq hədəsi və s. olmadan könüllü olaraq imzalanmış və qəbul edilmişdir.

5. Hazırkı barışıq sazişi Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3135/2023 saylı kommersiya işi üzrə icraata xitam verilməsi üçün əsasdır.

6. Hazırkı barışıq sazişi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına uyğun olaraq tənzimlənəcəkdir.

7. Hazırkı barışıq sazişi üzrə yaranmış mübahisələrə səlahiyyətli məhkəmə kimi Bakı Kommersiya Məhkəməsində baxılacaqdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar