Məhkəmə qərarları › İş №e-2-2(113)-3137/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3137/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3137/2020 30.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi, İddiaçı qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 14.194,62 manat əsas borcun və 2.045,47 manat dəbbə pulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 14.194,62 manat əsas borcun və 2.045,47 manat dəbbə pulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2019-cu il tarixdə AVL-19-01 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə və bu müqaviləyə əlavə olaraq xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə imzalanmış qiymətlərin razılaşdırılması haqqında protokollara əsasən, həmçinin bu protokollara uyğun tərtib edilmiş xx.xx.2019-cu il tarixli EAAQ 381047 və xx.xx.2019-cu il tarixli EAAR 145094 saylı elektron qaimələrə görə Cavabdeh MMC-yə 14.194,62 (ön dörd min yüz doxsan dörd manat altmış iki qəpik) məbləğində mal təqdim olunmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən Alıcıya təhvil verilmiş malların dəyərini ən geci 10 iş günü ərzində Satıcının hesabına ödəməlidir. Müqavilənin 6.4-cü bəndinə əsasən Alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0,05%-i məbləğində dəbbə pulu ödəyir. Lakin malların təhvil verilməsindən xeyli müddətin keçməsinə baxmayaraq, həmin vəsait Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilməmişdir. Bununla əlaqədar cavabdeh tərəfə xx.xx.2020-ci il tarixdə pretenziya məktubu yazılaraq müqavilə üzrə yaranmış 14.194,62 manat əsas borcun və 2.045,47 manat dəbbə pulunun ödənilməsi tələb edilmiş, lakin cavabdeh yenə də öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının qanuni təmsilçisi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uygun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2019-cu il tarixli, AVL-19-01 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilə ilə təyin olunmuş sifarişə əsasən sifarişdə göstərilənləri müqavilənin 2.1-ci bəndində göstərilmiş müddətdə alıcının ünvanına çatdırmagı və sonuncuya təhvil verməyi, alıcı isə malları qəbul etməyi və müqavilənin 4.3-cü maddəsinə uyğun olaraq malların dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2019-cu il tarixli EAAP seriyalı 243606 saylı, xx.xx.2019-cu il tarixli EAAQ seriyalı 381047 saylı və xx.xx.2019-cu il tarixli EAAR seriyalı 145094 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 10497,40 manat, 16299,53 manat və 3795,09 manat dəyərində mal satılmışdır. xx.xx.2019-cu il tarixli 01 saylı, xx.xx.2019-cu il tarixli 05 saylı və xx.xx.2019-cu il tarixli 05 saylı Hesab-fakturalardan görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 10497,40 manat, 16299,53 manat və 3795,09 manat dəyərində mal satılmışdır. “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli 103/1087 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx xxxxxx 2019-cu il tarixdə 8896,10 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 5000 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixdə AVL-19-01 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə və bu müqaviləyə əlavə olaraq xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə imzalanmış qiymətlərin razılaşdırılması haqqında protokollara əsasən, həmçinin bu protokollara uyğun tərtib edilmiş xx.xx.2019-cu il tarixli EAAQ 381047 və xx.xx.2019-cu il tarixli EAAR 145094 saylı elektron qaimələrə görə cavabdehin iddiaçıya 14.194,62 (ön dörd min yüz doxsan dörd manat altmış iki qəpik) məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli AVL-19-01 saylı müqaviləyə əsasən yaranmış 14.194,62 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tələb olunan 2.045,47 manat dəbbə puluna münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.4-cü bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,05 faizi məbləğində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 2.045,47 manat dəbbə pulu məbləği yaranmış 14.194,62 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 710 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14.194,62 manat əsas borc və 710 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (14904,62 manat) iddia tələbinin (16240,09 manat) 91,77 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 27,53 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,47 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.194,62 manat əsas borc və 710 manat dəbbə pulu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 27,53 manat hissəsi Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 2,47 manat hissəsi İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar