Məhkəmə qərarları › İş №e-2-2(113)-314/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-314/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-314/2021 01.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı, nümayəndəsi X1, Cavabdeh1, cavabdeh Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “müqaviədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “müqaviədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi verilərkən iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmadığı, yəni cavabdehə məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya məktubu göndərilmədiyini bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmasının əsas olmadığını , tərəflər arasında başqa məhkəmə prosesinin getdiyini və cavabdehin xəbərdar olduğunu bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPMnin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar