Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3145/2025 11.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağladığımız xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən kəsr verilmiş 4.20 kv.m sahənin İddiaçı verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadığı halda kəsr verilmiş 4.20 kv.m sahənin dəyəri olan 50 400 manat (4.20x12000) pulun və ödənilmiş 242 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC ilə bağladığımız xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 45 kv.m-dən ibarət olan qeyri yaşayış sahəsini, obyekti onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mən, müqavilə bağlanan gün öhdəliyimi tam olaraq yerinə yetirərək, özümə məxsus qeyri yaşayış sahəsini cavabdehə təhvil vermişdir. xx.xx.2019-cu il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan sahəni söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etməyi öz öhdəsinə götürür. xx.xx.2024cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan mənə məlum olmuşdur ki, mənə Cavabdeh MMC tərəfindən verilmiş qeyri-yaşayış sahəsi müqavilədə göstərilən 45 kv.m yox 40,80 kv.m-dir. Yəni ki, Cavabdeh MMC tərəfindən mənə müqavilədə nəzərdə tutulmuş sahədən 4,20 kv.m az sahə verilmişdir. Faktiki olaraq Cavabdeh MMC tərəfindən aldadılma nəticəsində ziyana düşmüşəm və hazırda həmin ərazidən 1 kv.m-i 12 000 manata qeyri yaşayış sahəsi alabilmərəm. Belə olan halda Cavabdeh MMC mənə 4,20 kv.m qeyri yaşayış sahəsi verməli bu mümkün olmadıqda isə həmin sahənin dəyərini mənə ödəməlidir. xx.xx.2024-cü il tarixdən bu günədək dəfələrlə Cavabdeh MMC-yə müraciət edərək mənim qeyri yaşayış sahəmi tam olaraq verməyi və ya kəsr olaraq verilmiş həmin sahənin dəyərini mənə ödəməyi tələb etsəm də, heç bir nəticə olmamışdır. Cavabdeh MMC mənimlə müqavilə bağlayarkən mənə veriləcək qeyri yaşayış sahəsi mövcud deyildi, həmin müqavilə bağlandıqdan sonra mənim qeyri yaşayış sahəm sökülmüş və onun yerində inşa edilmiş binadan mənə 45 kv.m qeyri yaşayış sahəsi verilməli olduğu halda mənə faktiki olaraq 40,80 kv.m sahə verilmişdir. Bu hal mənə həmin sahəyə mülkiyyət hüquqlarımın qeydə alınması ilə bağlı çıxarış verildikdə məlum olmuşdur. Qarşı tərəf məni aldadaraq, mənə verilməli olan sahəni az vermişlər. Bu da Cavabdeh MMC-nin mənim vəsaitim hesabına əsassız varlanması ilə nəticələnib. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. nacyabrəzA˝ Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 saylı Fərmanının 3-cü və 3.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə üç ay müddətində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, № 7 saylı Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən yaşayış binasının daxilində yerləşən ictimai təyinatlı otaq və yerləşgələrin sahəsinin hesablanması bu Qaydaların 4-cü bölməsinə uyğun olaraq aparılır.
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müaciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən kəsr verilmiş 4.20 kv.m sahənin dəyəri olan 50400 manat (4.20x12000) pulun və ödənilmiş 242 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdehin bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən kəsr verilmiş 4.20 kv.m sahənin İddiaçı verməsi texniki cəhətdən mümkün deyildir, çünki hər bir tərəfdən qonşu obyektlər digər şəxslərə verilmiş və onların istifadəsindədir. Belə olan halda iddiaçı cavabdehdən icrası mümkün ola bilən pul tələbi etməlidir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış QY-007 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC adlanacaq ünvan 2 ünvanda yerləşən, istifadə üçün qəzalı və ətraf mühitə hormoniyasım itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 24.3 kv.m əsas sahə, zirzəmisi 10.5 kv.m. köməkçi sahəsi olan cəmi 34.8 kv.m. obyekt əvəzinə 45 kv.m. ölçüdə obyekt «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan sahəni söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etməyi öhdəsinə götürür.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən «Mülkiyyətiçi»nin hüquq və vəzifələri.
13. Müqavilənin 2.1.1-ci bəndinə əsasən söküntüsü nəzərdə tutulan evdə ona məxsus sahənin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə sahədə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini "xxxx" MMC-yə təhvil verilməsini təmin etmək; Sahəni tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərti "xxxx" MMC-yə təhvil vermək;
14. Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək hər ay 600 (Altı yüz) Azn kirayə haqqını almaq;
15. Müqavilənin 2.1.3-cü bəndinə əsasən söküntüsü nəzərdə tutulan ona məxsus sahənin boşaldılmasından sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanı, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsini yazılı surətdə məlumatlandırmaq;
16. Müqavilənin 2.1.4-cü bəndinə əsasən bina tikintisi dövründə müvəqqəti yaşayış yerinin dəyişməsi zamanı və yaxud əlaqə teleton nömrələrinin dəyişdirilməsi zamanı bu dəyişikliklər barədə 3(üç) gün ərzində Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etmək;
17. Müqavilənin 2.1.5-ci bəndinə əsasən müqavilədə göstərilən müddətdə Cavabdeh MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərlə uyğun şəkildə sahəni tələb etmək.
18. Müqavilənin 2.2-ci bəndinə əsasən istifadə üçün təhlükəli və ətraf mühitə hormoniyasım itirmiş olan mövcüd binadakı sahədən «Mülkiyyətçi»nin razılaşdırılmış icarə haqqı ilə təmin edilməsini "xxxx" MMC tərəfindən həyata keçirilməsini təmin etmək;
19. Müqavilənin 2.2.2-ci bəndinə əsasən müqavilədə göstərilən şərtlər əsasında istifadə üçün təhlükəli və ətraf mühitə hormoniyasım itirmiş olan mövcud binanın söküntüsü üçün şəraitin yaradılması və söküntüsünü təmin etmək;
20. Müqavilənin 2.2.3-cü bəndinə əsasən müqavilənin 2.1.2 bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə hər ayın 1-nədək «Mülkiyyətçi»-ə ödənilməsini bank vastəsi ilə təmin etmək;
21. Müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mülkiyyətçi»yə sahəni təhvil vermək;
22. Müqavilənin 2.2.5-ci bəndinə əsasən binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq;
23. Müqavilənin 2.2.6-cı bəndinə əsasən yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək;
24. Müqavilənin 2.2.7-ci bəndinə əsasən bina tikilib təmir edildikdən sonra «Mülkiyyətçi» -dən sahənin təhvil alınmasını tələb etmək.
25. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 68,70 (yeni qaydalarla: AZ1154, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 40,80 kv.m-dir.
26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 06 may 2025-ci il tarixli "xxxx" MMC tərəfində verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair Mütəxəssis Rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 68,70 (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 40,80 kv.m qeyri-yaşayış sahəsinin 06 may 2025ci il tarixinə bazar qiyməti 453.000 manat məbləğində müəyyən edilmişdir.
27. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 68,70 (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 40,80 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyəri və 1 kv.metrinin real bazar qiyməti nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizanın keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır.
28. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli CVN/İ 22-227/25 nömrəli mütəxəsis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 68,70 (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 40,80 kv.m qeyri-yaşayış sahəsinin bazar qiyməti 408.000 manat, 1 kv.metrinin real bazar qiyməti xx.xx.2025-ci il tarixinə 10.000 manat müəyyən edilmişdir.
29. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
31. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
36. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
38. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
39. 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış QY-007 nömrəli xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 2 ünvanda yerləşən, istifadə üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada Mülkiyyətçiyə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 24.3 kv.m əsas sahə, zirzəmisi 10.5 kv.m. köməkçi sahəsi olan cəmi 34.8 kv.m. obyekt əvəzinə 45 kv.m. ölçüdə obyekt «Mülkiyyətçi»-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan sahəni söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş sahəni qəbul etməyi öhdəsinə götürür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı cavabdeh tərəfindən təhvil verilmiş onun adına qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 68,70 (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 40,80 kv.m olduğu müəyyən edilmişdir. Göründüyü kimi müqavilədə 45 kv.m ölçüdə obyektin verilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən 4,20 kv.m daha az - 40,80 kv.m ölçüdə qeyri-yaşayış sahəsi təhvil verilmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, kəm təhvil verilmiş sahənin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
42. İddiaçı tərəfindən təqdim edilən rəydən isə görünür ki, 1 kv.m qiyməti 12.000 manat təşkil edir. Lakin, obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə məhkəmə cavabdehin vəsatətini təmin edərək, müqavilədə bir kv.m sahənin neçə manata giymətləndirilməsi müddəası olmadığı üçün əmlakın giymətləndirilməsi ekspertizası təyin edilmişdir. Və "xxxx" MMC tərəfindən verilən mütəxəsis rəyində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin 1 kv.metrinin real bazar qiyməti xx.xx.2025-ci il tarixinə 10.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, həm iddiaçının, həm cavabdehin mənafelərini nəzərə alaraq "xxxx" MMC tərəfindən verilmiş rəy əsas götürülə bilər.
43. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın göstəricisi və mütəxəsis rəyi ilə təsdiqini tapdığı üçün, iddia qismən təmin edilməlidir. 42.000 manat (4.2 kv.m x 10.000 manat = 42000 manat) pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 242 manat dövlət rüsumu ödənilmişdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 216 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 42.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 216 manat tutularaq İddiaçı ödənilsin. Mütəxəsis rəyinin xərci olaraq 300 manat "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖENi: **********, M.h.: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: 1BAZAZ2X) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova