Məhkəmə qərarları › İş №e-2-2(113)-3155/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3155/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3155/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin cavabdeh “xxxxxxxx” MMC-yə qarşı pul tələbi ilə kiçik iddialar üzrə sadələşdirilmiş icraata dair kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 611,55 manat qəpik abunə və xidmət haqqı və 30 manat dövlət rüsumu, cəmi 641,55 manat vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması haqqında qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış abunə müqavilə üzrə o, rabitə xidmətlərindən istifadə etmiş və nəticədə 611,55 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Qanunla müəyyən edilmiş müddətdə cavabdeh “xxxxxxxx” MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: Abunə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə “xxxxxxxx” MMC arasında İddiaçı MMC tərəfindən ödənişli telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanılmışdır. İddiaçı MMC tərəfindən verilən hesab-fakturalardan görünür ki, “xxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək istifadə etdiyi rabitə xidmətlərinə görə son ödəmə tarixi xx.xx.2019-cu il olmaqla İddiaçı MMC-yə ödəniləcək məbləğ 611,55 manat təşkil edir. İddiaçı MMC tərəfindən verilən cari hesab arayışlarından görünür ki, “xxxxxxxx” MMC-nin 611,55 manat məbləğində ödənilməmiş borcu vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi İddiaçı MMC və “xxxxxxxx” MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia təmin edilməli, “xxxxxxxx” MMC-dən 611,55 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 641,55 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxx” MMC-dən 611,55 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 641,55 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar