Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3155/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı avtonəqliyyat vasitələrinin texniki xidməti və təmiri haqqında müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı avtonəqliyyat vasitələrinin texniki xidməti və təmiri haqqında müqavilə üzrə borcun ödənilməsi tələbinə dair tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10.03.2021-ci il tarixli 25/98/4/2020/2 saylı texniki xidmət və təmir haqqında müqaviləyə əsasən 19433,22 (on doqquz min dörd yüz otuz üç manat 22 qəpik) manat, ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250 manat, ümumilikdə isə 19.713,22 (on doqquz min yeddi yüz on üç manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı avtonəqliyyat vasitələrinin texniki xidməti və təmiri haqqında müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3155/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3155/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver