Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3158/2020 03.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməsinin binasında, nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdeh “xxxx” QSC-yə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC-nin Sumqayıt filialında şirkətin hesabına mədaxil edilən 1,055,050 ABŞ dolları məbləğində pulun təyinatının dəyişdirilərək 01/03 saylı xx.xx.2019-cu il tarixli, 01/04 saylı, xx.xx.2019-cu il tarixli, 01/09 saylı xx.xx.2019-cu il tarixli, 01/07 saylı xx.xx.2019-cu il tarixli, 01/05 saylı xx.xx.2019-cu il tarixli , 01/10 saylı xx.xx.2019-cu il tarixli, 01/08 saylı xx.xx.2019-cu il tarixli, 01/06 saylı xx.xx.2019-cu il tarixli müqavilələr üzrə təsisçidən borc kimi qeydə alınması və həmin vəsaitin cəmiyyətin hesabından təsisçisi X1 borcunun qaytarılması üçün X1 bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə saat 10:45-ə təyin olunmuş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə qəbul olunmalı, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” QSC-yə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3158/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3158/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver