Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-316/2024 12.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İddiaçı MMC-nin Cavabdehnə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İcraçı İddiaçı MMC və sifarişçi Cavabdeh “X8” arasında 01 iyul 2018-ci il tarixli laborator xidmətlərin göstərilməsi ilə bağlı birgə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqavilə ilə İddiaçı MMC klinikanın sifarişi əsasında 1 nömrəli əlavədə göstərilən laborator xidmətlərini ATU-nun X3 kliniki-diaqnostik laboratoriyasında göstərilməsini öhdəsinə götürür. Hal-hazırda olan laboratoriyanın əməkdaşları öz fəaliyyətlərini İddiaçı-un nümayəndəsinin rəhbərliyi altında davam edir. Onun müavini isə klinikanın nümayəndəsi təyin olunur. 2.1-ci bəndinə əsasən Cavabdeh X8 daxilində klinik-diaqnostik laboratoriyanın fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuş otaqlarda cari təmir işləri aparmaq habelə laboratoriya üçün qanalma kresloları, kompyuter, mebel və s. (tibbi avadanlıqdan başqa) təchiz etmək klinikanın vəzifəsidir. 2.2-ci bəndinə əsasən müqavilə imzalanandan sonra göstərilən laborator xidmətlərin növləri qarşılıqlı razılaşma əsasında təsdiq edilmiş 3 nömrəli əlavədə qeyd edilən müvafiq qiymətlər əsasında İcraçı İddiaçı MMC tərəfindən aparılır. 3.1-ci bəndinə əsasən aylıq dövriyyede olan bütün göstərilən ödənişli xidmətlərin 20 faizi “Klinika”ya aid olacaq, qalan hissəsi İddiaçıa aid olacaq. “Nəsil Qrııp” aldığı məbləğdən həkimə göndəriş faizi, personalın məvacibi, cihazların reaktivlərinin dəyərini (həmçinin onlara göstərilən texniki xidmətin dəyəri), laboratoriyada işləmək üçün əlavə cəlb olunacaq həkim və koordinatora məvacibi də ödəyəcək. 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma müvafiq sənədlər təqdim olunduqdan sonra 30(otuz) iş günü müddətində tam şəkildə köçürmə yolu ilə qarşı tərəfin bank hesabına ödənilir. 3.2. “Klinika” tərəfindən verilən sifarişlərə əsasən qarşı tərəfin təqdim etdiyi hesab AR Mərkəzi Bankının həmin günə bəyan etdiyi valyuta kursuna uyğun olaraq tərtib ediləcəkdir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İcraçı İddiaçı MMC və cavabdeh sifarişçi Cavabdeh “X8” arasında 01 may 2021ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutlan şərtlər və qaydalara uyğun razılaşmaya əsasən İddiaçı Mmc ATU-nun X3 laboratoriya cihazlarına, eləcədə özünün balansında olan və “Klinika”ya istifadəyə verilən cihazlara lazım olan reaktivlərlə təmin etməyi və cihazlara texniki servis xidməti göstərməyi öhdəsinə götürür. “Klinika” laboratoriyada quraşdırılmış cihaz və avadanlıqlaıın istifadəsi, istismarı, qorunması və qəbul edilmiş reaktivlərin müvafiq standartlara uyğun saxlanılması üçün normal şərait yaratmağı öhdəsinə götürür. 2.1.2-ci bəndinə əsasən qəbul olunmuş sifarişlərin dəyərini rəsmi sənədlərə (e-qaimə) əsasən tam şəkildə ödəmək “klinika”nın vəzifəsidir. 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma müvafiq sənədlər təqdim olunduqdan sonra 30 iş günü müddətində tam şəkildə köçürmə yolu ilə qarşı tərəfin bank hesabına ödənilir. 3.2. “Klinika” tərəfindən verilən sifarişlərə əsasən qarşı tərəfin təqdim etdiyi hesab AR Mərkəzi Bankının həmin günə bəyan etdiyi valyuta kursuna uyğun olaraq tərtib ediləcəkdir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən ƏDV daxil 25.598,47 manat dəyərində təqdim edilmiş mallara dair xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 225406 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
4. Nəsil Qrup” MMC tərəfindən ƏDV daxil 17.111,66 manat dəyərində təqdim edilmiş mallara dair xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 803862 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
5. İddiaçı MMC tərəfindən ƏDV daxil 46.097,80 manat dəyərində təqdim edilmiş mallara dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 672255 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
6. İddiaçı MMC tərəfindən ƏDV daxil 42.770,45 manat dəyərində təqdim edilmiş mallara dair xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 000843 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
7. İddiaçı MMC tərəfindən ƏDV daxil 25.693,86 manat dəyərində təqdim edilmiş mallara dair xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 623884 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
8. İddiaçı MMC tərəfindən ƏDV daxil 46.614,34 manat təqdim edilmiş mallara dair xx.xx.2023-cü il tarixli, EBCO seriyalı, 614551 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
9. İddiaçı MMC tərəfindən ƏDV daxil 12.034,32 manat dəyərində təqdim edilmiş mallara dair xx.xx.2023-cü il tarixli, EBDH seriyalı, 360290 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh “X8”na göndərilmişdir.
10. Cavabdeh “X3 xx.xx.2016-cı il tarixdə Cavabdeh rektoru tərəfindən təsdiq edilmiş yeni redaksiyada Əsasnamənin 1.2-ci bəndinə əsasən klinika Cavabdeh tərkibində struktur bölməsi olub, tədris, tədris-metodik və elmi-tədqiqat fəaliyyətlərini təmin etməklə yanaşı, əhaliyə geniş profilli ixtisaslaşdırılmış konsultativ-diaqnostik və müalicə-profılaktik xidmət göstərən tədris, elm və tibb müəssisəsidir.
11. İddiaçı MMC tərəfindən 1 saylı əlavədə qeyd edilən İddiaçı MMC-nin mülkiyyətində olan cihazların (1 ədəd biasan microspin 12, 1 ədəd biosan orbital psu 10i, 1 ədəd M2815 PR soyuduculu elektro-MAG Sentrifuga) geri götürülməsi ilə bağlı Cavabdeh “X8”na bildiriş göndərilmişdir. Bildiriş təhvil verən Qəhrəmanova Günay adlı şəxsin imzası ilə təsdiq edilmişdir.
12. 03.01.2022-30.12.202-ci il tarixləri arası dövrü əhatə edən esabdan çıxarışdan müəyyən edilir ki, EBCİ225406 saylı xx.xx.2022-ci il tarixli qaimə üzrə 6000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
13. Cavabdeh X3 laboratoriyasının maliyyə dövriyyəsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh X4 aparılmış müayinələrin dəyəri ümumilikdə 282.129 manat təşkil etmişdir.
14. Cavabdeh X3 laboratoriya üzrə göstərilmiş xidmətlərin cədvəlindən müəyyən edilir ki, 2022-ci il üzrə laboratoriyanın göstərdiyi xidmətlərin sayı 76.864 olduğu halda 2023-cü ilin 6 ayı ərzində göstərilmiş xidmətlərin sayı 20.619 olmuşdur.
15. X11 məhkəmədə verdiyi ifadəsində 2019-cu ilin fevral ayından 2023-cü ilin fevral ayınadək X4 laboratoriya müdiri kimi fəaliyyət göstərdiyini bildirdi. Verilən suallara cavab olaraq şahid 2022-ci ilin dekabr- 2023-cü ilin fevral ayları ərəfələrində xəstə sayının xeyli azaldığını, reaktivlərə ehtiyac olduğunu rəhbərliyə bildirdiklərini, reaktivlərin və laboratoriyadakı avadanlıqların İddiaçı MMC–dən alındığını, avadanlıqlar xarab olduğu zaman İddiaçı MMC-nin müdaxilə etdiyini, təxminən 2023-cü ilin mart ayından etibarən İddiaçı MMC-yə ödənişlər edilmədiyinə görə reaktivlərin verilmədiyini, Cobas 6000 və Nuve Ln-120 adlı aparatların şahid orda olarkən İddiaçı MMC tərəfindən verildiyini, reaktivlərin anbara məsul şəxs tərəfindən təhvil alındığını, direktor tərəfindən siyahının imzalandığını və reaktivlərin xəstə sayına uyğun olaraq əldə edildiyini bildirdi.
16. X5 məhkəmədə verdiyi ifadəsində 2011-ci ildən 2023-cü ilin yanvar ayınadək X4 laborant vəzifəsində işlədiyini bildirdi. Verilən suallara cavab olaraq şahid, İddiaçı MMCdən ayrıldıqdan sonra laboratoriyanın fəaliyyətinin dayandırildığını bildirdi.
17. Onlayn Kargüzarlıq sistemindən çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh X6 borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Yerində müayinə protokoluna əsasən müəyyən edilir ki, Cavabdeh X3 laboratoriyasında keçirilmiş yerində müayinə zamanı ön hissəsi sökülmüş vəziyyətdə avadanlıq aşkarlanmışdır. Yerində müayinədə iştirak edən iddiaçının nümayəndəsi həmin avadanlığın onlara məxsus olan Cobas 6000 avadanlığının olmasını bildirmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
18. İddiaçı MMC Cavabdeh “X1rşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X2, 208.429,58 manat ödənilməmiş pulun və ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 400 manat, 99 manat dövlət rüsumunun, ümumilikdə 208 928,58 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC bir qayda olaraq mülki dövriyyədə tibbi cihazların satışı üzrə fəaliyyət göstərir. İddiaçı Azərbaycan Tibb Universiseti “X8” ilə xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Əməkdaşlıq haqqında müqaviləyə əsasən, İddiaçı Cavabdehə məxsus laboratoriyanı faktiki idarə etmiş, əldə olunan qazanc müqavilə şərtlərinə uyğun bölünmüşdür. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı tibbi cihazların lazım olan reaktivlərlə təmin etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilələrin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Görülən işlər və göstərilən xidmətlər müəyyən dövriliklə e-qaimə əsasında cavabdehə təqdim olunmuş, sonuncu da öz növbəsində ödənişləri həyata keçirmişdir. Lakin 2022-ci ilin oktyabr ayından etibarən ödənişlər dayandırılmışdır. Laboratoriya üçün lazım olan tibbi vəsaitlər təqdim olunsa da cavabdeh tərəf ödəniş etməkdən imtina etmişdir. Ödənilməmiş e-qaimələr üzrə borc 208.429,58 manat təşkil edir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır. Təəssüf ki, mübahisənin həll edilməsi mediasiya vasitəsilə də mümkün olmamış, bu səbəbdən iddiaçı ona məxsus bütün avadanlıqları cavabdehə məxsus laboratoriyadan çıxarmışdır.
20. 05.12.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, sadəcə Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlıqlarının cavabdeh tərəfindən qərəzli olaraq geri verilməməsi səbəbi ilə, Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN120 (Laminar kabin avadanlığı) avadanlıqlarının iddiaçıya geri qaytarılması, habelə 208.429,58 manat məbləğində ödənilməmiş pulun, 99 manat dövlət rüsumunun və 400 manat mediasiya üçün çəkilmiş xərcin, ümumilikdə 208928,58 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, Cavabdeh “X8”nı əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Cavabdeh “X8”nın əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır.
22. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, İddiaçı MMC-nin Cavabdeh “X7”na qarşı pulun tutulması tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş qaimələrdən görünür ki, 2022-ci il tarixdə İddiaçı MMC-yə ödənilən məbləğ xəstə sayı və xidmət sayı ilə mütənasiblik təşkil edir. Lakin 2023-cü ildə göndərilmiş qaimələr xəstə sayı və xidmət sayı ilə mütənasiblik təşkil etmir və bu məbləğlərin şişirdilmiş məbləğ olduğu ortadadır. Eyni zamanda həmin dövrdə qaiməni təsdiq edən işçilər İddiaçı MMC ilə birlikdə işlədiklərindən onlara şişirdilmiş qaimə məbləğlər sərf edir. Qaimələrdəki xidmətlərin təhvil-təslim edilməsinə dair heç bir sübut mövcud deyildir.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, dəqiqləşdirilmiş iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında təhvil-təslim aktlarının mövcud olmadığını, cavabdeh tərəfindən aktlar olmadan da ödənişlərin icra edildiyini, ödənişlərin bir hissəsinin alqısatqı, bir hissəsinin isə əməkdaşlıq müqaviləsi ilə bağlı olduğunu bildirmişdir.
24. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatda, iddia tələbinin avadanlıqların qaytarılması hissəsində qəbul etdiklərini vəCobas 6000 avadanlığını qaytarmağa hazır olduqlarını, digər avadanlığın isə onlarda olmadığını bildirdi, cavabdehə təqdim edilmiş mallara görə təqribi 20.000 civvarında borclarının qaldığını, lakin borcun dəqiq məbləğinin yalnız audit nəticəsində müəyyənləşdirilə biləcəyini, borcun qalan hissəsi təhvil-təslim aktları ilə öz təsdiqini tapmadığından rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
25. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
26. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
27. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 736.1-ci maddəsinə əsasə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 736.2-ci maddəsinə görə əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. - 736.3-cü maddəsinə görə əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; - 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. - 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. - 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. - 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. - 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
30. AR MPM-in:
31. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
32. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh X9 arasında xx.xx.2023-cü il tarixli 01 iyul 2018-ci il tarixli laborator xidmətlərin göstərilməsi ilə bağlı birgə əməkdaşlıq müqaviləsindən və 01 may 2021-ci il tarixli alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələr əsasında 2018-2021-ci illərdə İddiaçı MMC klinikanın kliniki-diaqnostik laboratoriyasında laborator xidmətlərini göstərmiş, 2021-ci ilin may ayından başlayaraq klinikanın istifadəsinə verilmiş cihazları lazım olan reaktivlərlə təmin etmiş və cihazlara texniki servis xidməti göstərmişdir. Hazırda İddiaçı MMC 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında təqdim edilmiş reaktivlərə və göstərilmiş xidmətlərə görə Cavabdeh onlara 20.429,58 manat məbləğində borcunun yarandığını, eləcə müqavilələrə əsasən klinikanın istifadəsinə verilmiş Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN120 (Laminar kabin avadanlığı) avadanlıqlarının onlara qaytarılmadığını əsas göstərərək cavabdehdən borcun tutulması və avadanlıqların qaytarılmasını tələb edir. Cavabdeh isə 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında klinikanın laboratoriyasının fəaliyyətinin azalmasını, həmin dövrdə iddiaçının iddia etdiyi məbləğdə malların alınmamasını və xidmətlərin göstərilməməsini, mübahisəli dövrdə təqdim edilmiş reaktivlərə görə az məbləğdə borclarının olmasını bildirir və avadanlıqlardan yalnız iddiaçıya məxsus Cobas 6000 (c501/e601) avadanlığının halhazırda laboratoriyada olması faktını etiraf edir.
34. Məhkəmə ilk növbədə iddianın borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tərəflər arasında mübahisə 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların və göstərilmiş xidmətlərin həcmi və dəyəri ilə bağlıdır.
35. İddiaçı MMC həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli dövrdə - 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında cavabdehə iddia olunan məbləğdə malların verilməsi və xidmətlərin göstərilməsi faktlarını sübuta yetirmək üçün yalnız elektron sistem vasitəsilə cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiqlənmiş elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir.
36. Bununla bağlı məhkəmə qeyd edir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturalara əsasən malların təqdim edilməsini və xidmətlərin göstərilməsini təsdiq edən sübutlar (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim edilmədiyindən, mübahisəli elektron qaimə-fakturalar həmin fakturalarda göstərilən malların təqdim edilməsi və xidmətlərin göstərilməsi faktlarının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.
37. Bununla yanaşı iş materiallarında olan sübutlardan, o cümlədən şahid ifadələri və Cavabdeh tərəfindən təqdim edilmiş arayışlardan da göründüyü kimi 2022-ci ilin oktyabr-noyabr aylarından başlayaraq laboratoriyanın bir ay ərzində göstərdiyi xidmətlərin sayında kəskin azalma müşahidə olunmuşdur. Klinikanın verdiyi arayışa əsasən laboratoriyanın 2023-cü ildə maliyyə dövriyyəsi 282.129 manat təşkil etmişdir. Belə olan halda isə 2022-ci ilin oktyabr – 2023-cü ilin iyun ayları arasındakı dövrdə iddiaçı tərəfindən laboratoriyanın fəaliyyəti üçün 208.429,58 manat dəyərində reaktiv təqdim etməsi və xidmət göstərməsi ağlabatan görünmür.
38. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mübahisəli elektron qaimələrdən ƏDV xaric 21.693,62 manat (ƏDV daxil 25.598,47 manat) dəyərində xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 225406 saylı elektron qaimə üzrə cavabdeh tərəfindən qismən – 6000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə sözügedən qaimə-faktura üzrə ödəniş edilməsini qaimə-fakturada göstərilən malların təqdim edilməsi faktının cavabdeh tərəfindən təsdiq edilməsi kimi qiymətləndirir və hesab edir ki, sözügedən qaimə-faktura üzrə ödənilməyən ƏDV xaric 15.693,62 (21.693,62-6000) manat məbləğində borcun tutulması hissəsində iddia təmin edilməlidir.
39. İddianın avadanlıqların geri qaytarılması hissəsi ilə bağlı işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli müqavilələr əsasən iddiaçı tərəfindən cavabdehə laboratoriyanın işləməsi üçün bir sıra avadanlıqlar təqdim edilmiş və həmin avadanlıqların bir hissəsi geri qaytarılmışdır. Hazırda İddiaçı MMC cavabdehin istifadəsinə verdiyi avadanlıqların arasında Cobas 6000 və Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlıqların da olduğunu, lakin həmin avadanlıqların cavabdeh tərəfindən onlara qaytarılmadığını iddia edir.
40. Cobas 6000 avadanlığı ilə bağlı məhkəmə qeyd edir ki, həmin avadanlığın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, eləcə də avadanlığın hal-hazırda cavabdehin sahibliyində olması faktları cavabdeh tərəfindən etiraf edilmişdir. Odur ki, MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən həmin halları sübuta yetirmək vəzifəsindən azad edilir.
41. Belə olan halda məhkəmə Cobas 6000 avadanlığının iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilməsi, hazırda həmin avadanlığın cavabdehin sahibliyində olması işin mübahisəsiz halları olduğundan, eləcə də cavabdehin həmin avadanlıqdan istifadə etməsi üçün əsas olmuş tərəflər arasında bağlanmış xidmət və alqısatqı müqavilələri üzrə münasibətlərə faktiki olaraq 2023-cü ilin iyun ayından xitam verildiyindən, yəni iddiaçının həmin avadanlıqdan istifadə etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxdığından iddiaçı Mülki Məcəlləni 736.1-ci maddəsinə əsasən həmin avadanlığın geri qaytarılmasını tələb etməkdə haqlıdır.
42. Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən adda avadanlığın cavabdehə təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə araşdırması gedişində cavabdehin faktiki sahibliyində həmin avadanlığın olması müəyyən edilməmişdir. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.
43. Bununla bağlı Nuve LN-120 İddiaçı MMC tərəfindən cavabdehin laboratoriyasının istifadəsinə verilməsi barədə şahid ifadələrinə münasibətdə qeyd edilməlidir ki, həmin ifadələr sözügedən adda avadanlığın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir.
44. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri və 99 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
45. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 499 manat təşkil edir.
46. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV xaric 15.693,62 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehndən Cobas 6000 (c501/e601) avadanlığı alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva