Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3166/2025 30.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 754 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 784 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, kasko növü üzrə sığorta təminatı almış “Mercedes Benz E350” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş vermiş və xx.xx.2022-ci il tarixdə 22- 01169/02/CM-048/22 saylı sığorta aktına əsasən Cavabdeh MMC-nin hesabına 754 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Həmin sığorta aktında Cavabdeh MMC-nin baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə heç bir digər ödəniş almadığı və Cavabdeh MMC-ə zərərin vurulmasına görə məsuliyyət daşıyan üçüncü şəxslər qarşısında tələb hüququ sığorta ödənişi həyata keçirildiyi andan "xxxx" ASC-yə keçməsini cavabdeh imza və möhürlə təsdiq etmişdir. Hadisə nəticəsində “Mercedes Benz E350” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1.300 manat məbləğində müəyyən olunmuş və 58,00% qismən sığorta məbləği çıxılmaqla 754 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 754 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra zərərvuran X1 idarə etdiyi “Kamaz 53215” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini icbari formada sığortalamış "xxxx" ASC-yə müraciət olunaraq 754 manat məbləğində vəsaitin "xxxx" ASC-nin hesabına köçürülməsi xahiş edilmişdir. "xxxx" ASC-dən göndərilmiş 400-03/234 saylı, xx.xx.2023-cü il tarixli məktubda "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi üzrə “Mercedes Benz E350” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1 700 manat sığorta ödənişini Cavabdeh MMC-nin hesabına köçürüldüyü qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, Cavabdeh MMC hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini həm "xxxx" ASC, həm də "xxxx" ASC-dən almışdır. Belə olan təqdirdə, Cavabdeh MMC hüquqi əsas olmadan "xxxx" ASC-nin hesabına əsassız varlanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidirimtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus olan “Mercedes Benz E350” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı və KAMAZ 53215 1961 15 Xüsusi markalı 90JN391 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə siğorta hadisəsi baş vermişdir .
9. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli MC********** nömrəli siğorta şəhadətnaməsindən müəyyən olunur ki, “Mercedes Benz E350” markalı, 99PK565 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi kasko siğorta olunmuşdur.
10. İş materiallarına əlavə edilmiş AtaSığorta ASC tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli hesablama aktına əsasən “Mercedes Benz E350” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.300 manat dəyərində zərər dəymişdir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1AS211903 nömrəli siğorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 1.700 manat məbləğində siğorta ödənişi edilmişdir.
12. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC siğorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərlə əlaqədar hesablanmış 1.700 manat siğorta ödənişi məbləği ilə razı olduğunu, 1.700 manat məbləğində siğorta ödənişinin hesaba köçürülməsini "xxxx" ASC-yə bildirmişdir.
13. Eyni zamanda Cavabdeh MMC xx.xx.2021-ci il tarixli məktubla avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görülməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir.
14. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən "xxxx" ASC tərəfindən 754 manat məbləğində ödəniş edilmişdir.
15. Hazırda iddiaçı tərəf bir sığorta hadisəsinə görə, yol nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin icbari sığorta təşkilatı tərəfindən 1.700 manat ödənildiyini, cavabdehin də ikinci dəfə onlardan 754 manat məbləğində pulun alındığını bildirərək, qeyd edilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.
16. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
17. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf həqiqətən də, eyni sığorta hadisəsinə görə 2 dəfə sığorta ödənişi almaqla əsassız varlanmışdır.
18. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 754 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
19. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
21. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. 754 (yeddi yüz əlli dörd) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov