Məhkəmə qərarları › İş №e-2-2(113)-3170/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3170/2020

03.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3170/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İşin aidiyyəti üzrə göndərilməsinə dair) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi , Cavabdeh iştirakı ilə, X5 oğlunun Cavabdeh qarşı “ pul tələbi”nə dair işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə pomidor məhsulunun şifahi razılaşma əsasında alqı-satqısına əsasən ödənilməli olan 5000 manat pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehi dinləyərək hesab edir ki, hazırki mübahisə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının tələbi tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehdən pul vəsaitinin tutulmasından ibarətdir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh fərdi sahibkar statusuna malik deyildir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsi üzrə mübahisələr mülki xarakter daşımaqla, cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin maddənin məzmunundan göründüyü kimi sahibkarlıq fəaliyyəti əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsindən ibarət olan fəaliyyət olmaqla həmin fəaliyyətin subyekti qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edir. Başqa sözlə desək, fiziki şəxs yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunu aldıqdan sonra müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin fərdi sahibkar statusuna malik olmaması tərəflər arasında mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmasını da istisna edir. Beləliklə, hazırkı işdə fiziki şəxs olan cavabdehin fərdi sahibkar statusu olmadığından, eləcə də mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmadığından işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İş materiallarından görünür ki, cavabdehin ünvanı ünvan 1 yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin fərdi sahibkar statusu olmadığından, hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı üçün, bu mübahisəyə dair işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 oğlunun Cavabdeh qarşı “ pul tələbi”nə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar