Məhkəmə qərarları › İş №e-2-2(113)-3170/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3170/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3170/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı “xxxx” Şirkətinin cavabdehlər «xxxx» ASC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-yə (Azərbaycan Respublikası Nazirlər Kabineti üçüncü şəxs qismində göstərilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Şirkəti cavabdehlər «xxxx» ASC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətindən, Cavabdeh3 MMC-dən və "xxxx” MMCdən 43.454,21 ABŞ dolları məbləğində pul müştərək qaydada tutularaq “xxxx”şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş üzrə iddiaçı “xxxx” Şirkəti xarici hüquqi şəxs olduğu halda hal-hazırda iddia ərizəsi İddiaçı tərəfindən elektron məhkəmə portalında imzalanmışdır. İş materiallarına əlavə edilmiş 30 aprel 2021-ci il tarixli “xxxx” Şirkəti barədə sənəddən görünür ki, qeyd olunan tarixdən X4 Thomas Lewin, Fuad Məmmədov və X6 Herk şirkətin direktorları olduğu qeyd olunmuşdur. Eyni zamanda X2 verilmiş 30.04.2021ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə “xxxx” Şirkəti olaraq X2 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan hər hansı vəkil ilə müqavilə bağlamaq səlahiyyəti verilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına həmin münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərini tətbiq edərək bildirir ki, hazırda həmin iş materialları üzrə iddiaçı şirkətin Azərbaycan Respublikası qanunvericiliyə əsasən təmin edilməsi nəzərdə tutulmuş təmsilçilik hüququ düzgün ötürülməmişdir. Belə ki, qüvvədə olan qanunvericliyə əsasən hüquqi şəxsin Azərbaycan Respublikası məhkəmələrində maraqlarının müdafiəsi üçün, hüquqi şəxsin ştat vahidi üzrə işçisinə hüquqi şəxsin adından verilmiş etibarnamə ilə və ya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkilə hüquqi şəxsin adından verilən etibarnamə və vəkilin müvafiq orderi əsasında həyata keçirilir. Göründüyü kimi hazırda iddiaçı qeyd olunan ardıcıllığa düzgün əməl etməmişdir. Belə ki, hüquqi şəxs tərəfindən onun üç direktorundan biri olan X2 vəkillərlə müqavilə bağlaması üçün etibarnamə verilmişdir. Bu hal X3 tərəfindən Azərbaycan Respublikası ərzazisində vəkillə bağlanmış müqavilə əsasında soncunun şirkətin maraqlarını müdafiə etməsini mümkünsüz edir. Belə ki, qeyd olunan müqavilə “xxxx” Şirkətinin direktoru X3 ilə vəkil arasında bağlanmış, yəni “xxxx” Şirkətinin direktoru X1 hüquqlarının müdafiə edilməsinə yönəlmiş olur. Odur ki, məhkəmə halhazırda İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş hüquqi şəxs “xxxx” Şirkətinə aid iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı müəyyən edir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı X3 tərəfindən etibarnamə verilmişdir. Məhkəmə qeyd edir ki, həmin etibarnamə üzrə X3 özünə aid müvafiq hüquqların yerinə yetirilməsini İddiaçı həvalə edə bilər. Belə olan halda qeyd olunan etibarnamə üzrə İddiaçı xarici hüquqi şəxs “xxxx” Şirkətinin adından hərəkətlər etmək səlahiyyətini istisna edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Eyni zamanda məhkəmə təqdim edilmiş iş üzrə buraxılmış digər nöqsanların göstərilməsini zəruri hesab edir. Belə ki, yuxarıda göstərilən imza səlahiyyəti ilə bağlı nöqsanların aradan qaldırıldığı halda aşağıda göstərilən nöqsanların aktuallığı yaranacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd və həmin sənədin cavabdehlərə çatdırılmasına dair sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində göstərilən cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı «xxxx» Şirkətinin cavabdehlər «xxxx» ASC, Cavabdeh3 MMC və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar