Məhkəmə qərarları › İş №e-2-2(113)-3176/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3176/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3176/2023 04.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və X1rşı “borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və X1rşı “borcun tutulması, müqavilənin ləğvi və s.” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazlırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X3 və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və cavabdehlər X5 və X6 arasında “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə xx.xx.2019-cu il tarixli 0003 nömrəli müqavilə, bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Quba-004 nömrəli üçtərəfli Saziş və zaminlik müqaviləsinə əsasən 8,816.52 (səkkiz min səkkiz yüz on altı manat əlli iki qəpik) manat borcun, 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər X5 və X2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, “Kənd təsərrüfati texnikasının lizinqə verilməsi” barədə xx.xx.2019-cu il tarixli 0003 nömrəli müqavilənin, həmçinin, bu müqavilə üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə xx.xx.2020-ci il tarixli Quba-004 nömrəli üçtərəfli Sazişin ləğv edilməsi, cavabdehin istifadəsində olan lizinq predmetini təşkil edən 1 ədəd “MKA-195” markalı otbiçən, 1 ədəd 240 sm Rotovator hidrolik kaydırma, 1 ədəd Başak 2110 markalı traktor, 1 ədəd 2075 markalı traktor, 1 ədəd PD2 markalı kartofəkən, 1 ədəd çizel Metkasan yerpartladan, 1 ədəd 5 təkərli dırmığ, 1 ədəd 600LT Mosh markalı dərmansəpən, 1 ədəd Metkarsan KSD 24 markalı toxumsəpənin cavabdehdən alınaraq saz və işlək vəziyyətdə hazırki mülkiyyətçi olan İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə1 01 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və X1rşı “borcun tutulması, müqavilənin ləğvi və s.” tələbinə dair təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

4. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.

IV. Məhkəmənin mövqeyi

6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;

7. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi və iddiaçı tərəfindən ödənilmiş 11 manat dövlət rüsumu geri qaytarılmaıdır.

V. Nəticə:

8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və X1rşı “borcun tutulması, müqavilənin ləğvi və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən 10 (on) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar