Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3177/2021 02.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 43.048.8 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumu olaraq 30 manatın, ümumilikdə 43.078,8 manat məbləğində vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən 43.048.8 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumu olaraq 30 manatın, ümumilikdə 43.078,8 manat məbləğində vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kommersiya işinin məhkəmə baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda 02.09.2021-ci il tarixli barışıq sazişi bağladıqlarını bildirmişlər: İş üzrə İddiaçı və Cavabdeh MPM-in 5.4-cü, 52-ci və 191-ci maddələrini nəzərə alaraq aralarında olan mübahisəni aşağıdakı məzmunda barışıq sazişi ilə bitirməyi qərara alıb məhkəmədən həmin Barışıq sazişini təsdiq etməyi xahiş edirlər.
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “43 078.8 (qırx üç min yetmiş səkkiz manat səksən qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır.
2. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ödənilməmiş borcu 43078.8 manat təşkil edir. 2.2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzini, cəmi 43078.8 manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: 1) 03 sentyabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 2) 03 oktyabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 3) 03 noyabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 4) 03 dekabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 5) 02 yanvar 2022-ci il tarixədək - 3000 (üç min) manat; 6) 03 fevral 2022-ci il tarixədək - 3000 (üç min) manat; 7) 03 mart 2022-ci il tarixədək - 3000 (üç min) manat; 8) 03 aprel 2022-ci il tarixədək - 3000 (üç min) manat; 9) 03 may 2022-ci il tarixədək - 3000 (üç min) manat; 10) 03 iyun 2022-ci il tarixədək - 3000 (üç min) manat; 11) 03 iyul 2022-ci il tarixədək - 3000 (üç min) manat; 12) 03 avqust 2022-ci il tarixədək - 3000 (üç min) manat; 13) 03 sentyabr 2022 ci il tarixə -3000 (üç min) manat; 14) 03 oktyabr 2022 ci il tarixə -3000 (üç min) manat; 15) 03 noyabr 2022-ci il tarixə 1078.8 (min yetmiş səkkiz manat səksən qəpik) manat. 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində tam icra etməzsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edə bilər.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. 3.3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinin tələbinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “43 078.8 (qırx üç min yetmiş səkkiz manat səksən qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində baxılmaqdadır.
2. Tərəflərin öhdəlikləri 2.1. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya olan ödənilməmiş borcu 43078.8 manat təşkil edir. 2.2. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 2.1-ci bəndində göstərilən borcunu, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzini, cəmi 43078.8 manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: 1) 03 sentyabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 2) 03 oktyabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 3) 03 noyabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 4) 03 dekabr 2021-ci il tarixədək - 3000 (üç min) manat; 5) 02 yanvar 2022-ci il tarixədək - 3000 (üç min) manat; 6) 03 fevral 2022-ci il tarixədək - 3000 (üç min) manat; 7) 03 mart 2022-ci il tarixədək - 3000 (üç min) manat; 8) 03 aprel 2022-ci il tarixədək - 3000 (üç min) manat; 9) 03 may 2022-ci il tarixədək - 3000 (üç min) manat; 10) 03 iyun 2022-ci il tarixədək - 3000 (üç min) manat; 11) 03 iyul 2022-ci il tarixədək - 3000 (üç min) manat; 12) 03 avqust 2022-ci il tarixədək - 3000 (üç min) manat; 13) 03 sentyabr 2022 ci il tarixə -3000 (üç min) manat; 14) 03 oktyabr 2022 ci il tarixə -3000 (üç min) manat; 15) 03 noyabr 2022-ci il tarixə 1078.8 (min yetmiş səkkiz manat səksən qəpik) manat. 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində tam icra etməzsə, İddiaçı qalıq borcun bütünlüklə Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edə bilər.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. 3.3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zaur Pirverdiyev