Məhkəmə qərarları › İş №e-2-2(113)-3179/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3179/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3179/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34.979 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumu olaraq 30 manat, ümumilikdə, 35.009 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 30.08.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflərin səlahiyyətli nümayəndələri məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə: 1.1 Tərəflər razılaşır / təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya olan ödənilməmiş borcu 34979 manat təşkil edir. 1.2 Cavabdeh öhdəlik götürür ki, göstərilən borcunu, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini, cəmi 35009 manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir: 1) 10 sentyabr 2021-ci il tarixədək – 3000 manat 2) 10 oktyabr 2021-ci il tarixədək – 3000 manat 3) 10 noyabr 2021-ci il tarixədək – 3000 manat 4) 10 dekabr 2021-ci il tarixədək – 3000 manat 5) 10 yanvar 2022-ci il tarixədək – 3000 manat 6) 10 fevral 2022-ci il tarixədək – 3000 manat 7) 10 mart 2022-ci il tarixədək – 3000 manat 8) 10 aprel 2022-ci il tarixədək – 3000 manat 9) 10 may 2022-ci il tarixədək – 3000 manat 10)10 iyun 2022-ci il tarixədək – 3000 manat 11) 10 iyul 2022-ci il tarixədək – 3000 manat 12)10 avqust 2022-ci il tarixədək – 2009 manat 1.3 Cavabdeh bu Saziçin 2..2-ci bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində tam icra etməzsə, iddiaçı qalıq borcun bütünlüklə cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edə bilər. Barışıq Razılaşması hər iki tərəfin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq olunmuşdur. Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin nümayəndələrinin fikirlərini dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin aşağdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.1. Tərəflər razılaşır / təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya olan ödənilməmiş borcu 34979 manat təşkil edir. 1.2. Cavabdeh öhdəlik götürür ki, göstərilən borcunu, o cümlədən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini, cəmi 35009 manat məbləğində pulu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə iddiaçıya ödəyəcəkdir:

1. 10 sentyabr 2021-ci il tarixədək – 3000 manat

2. 10 oktyabr 2021-ci il tarixədək – 3000 manat

3. 10 noyabr 2021-ci il tarixədək – 3000 manat

4. 10 dekabr 2021-ci il tarixədək – 3000 manat

5. 10 yanvar 2022-ci il tarixədək – 3000 manat

6. 10 fevral 2022-ci il tarixədək – 3000 manat

7. 10 mart 2022-ci il tarixədək – 3000 manat

8. 10 aprel 2022-ci il tarixədək – 3000 manat

9. 10 may 2022-ci il tarixədək – 3000 manat

10. 10 iyun 2022-ci il tarixədək – 3000 manat

11. 10 iyul 2022-ci il tarixədək – 3000 manat

12. 10 avqust 2022-ci il tarixədək – 2009 manat. 1.3. Cavabdeh bu Saziçin 1.2-ci bəndində göstərilən öhdəliklərini iki ardıcıl müddət ərzində tam icra etməzsə, iddiaçı qalıq borcun bütünlüklə cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edə bilər. İddiaçı MMC və Cavabdeh MMC-yə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar