Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3179/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Restəmova Mülayim Akif qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. , “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tiknti Sahəsi”nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2137,71 manat təşkil edir.
2. "xxxx" MMC -nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, MMC-nin xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna borcu 198,08 manat təşkil edir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tiknti Sahəsi”nə və "xxxx" MMC-yə ünvanlanmış bildirişlərin surətindən görünür ki, həmin şirkətlərdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "Sənaye Müəssisələri və Təmir- Tikinti Birliyinin Zaqatala Təmir-Tiknti Sahəsi”" və "xxxx" MMC -nin rəhbəri Maraqlı şəxsdur.
5. 07.05.2024-cü il tarixli qəbzdən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən DSMF-nin Mərkəzi Sosial Siğorta və Fərdi Uçot İdarəsinin hesabına 199,60 manat məbləğində ödəniş edilimişdir.
6. Maraqlı şəxs əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2010-cu ildə Zaqatala təmir-tikinti sahəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə öz xahişi ilə həmin vəzifədən azad edilmiş, xx.xx.2013-cü il tarixdə Zaqatala rayonunda yerləşən təmir-tikinti sahəsinə müdir təyin edilmiş, xx.xx.2013-cü il tarixdə Əmək Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin ç hissəsinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) həmin vəzifədən azad edilmişdir. xx.xx.2015-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi Ekologiya və X1 Ətraf Mühitin monitorinqi və ekoloji təbliğat sektoruna baş məsləhətçisi vəzifəsində işləyir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) Ərizəçinin tələbi və tələbinin dəlilləri
7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan hüquqi şəxslərin dövlət büdcəsinə olan ümumilikdə 2335,79 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onların rəhbəri Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, Seriya və nömrəsi – AA*******, 9 Mart 1972-ci il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyiciləri olan hüquqi şəxslər "xxxx" MMC(VÖEN **********) sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024-cü il tarixə 198,08 manat, “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tiknti Sahəsi”nin(VÖEN **********) isə qeyd olunan tarixə Dövlət Sosial Müdafiə Fonduna 2137,71 manat olmaqla, ümumilikdə 2335,79 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Reyestr məlumatlarına əsasən i hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 2 ünvanında yaşayır.
9. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir.
b) Ərizəyə qarşı etirazın dəlilləri
10.Maraqlı şəxs ərizəyə qarşı yazılı etiraz təqdim etmiş və etirazında göstərmişdir ki, “Aydın-020" MMC-nin DSMF-yə borcu yoxdur. “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tiknti Sahəsi” isə 2010-2013-cü illərdə ondan təhvil alınmış və Dövlət Əmlak Komitəsi tərəfindən satılmışdır. O, həmin təşkilatın rəhbəri deyil və artır uzun illərdir dövlət qulluğunda ekologiya sahəsində çalışır.
a) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13.Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi). 14.Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15.Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 16.AR MPM-in: - 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 17.Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə görə işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir; -49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; -83-cü maddəsini 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 18.“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun: 9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.1-ci maddəsinə görə Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.3-cü maddəsinə görə qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir;
19.“Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. V. MƏHKƏMƏNİN MÖVQEYİ
20.Məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. 21.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qətnamənin qəbul edildiyi tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin dövlət sığorta haqları üzrə borcu tam ödənilmişdir. 22.Odur ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs nun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmir.
23. Digər hüquqi şəxs “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir- Tikinti Sahəsi”nə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, maraqlı şəxs xx.xx.2013-cü il tarixdə həmin idarənin müdiri vəzifəsindən azad edilmiş və xx.xx.2015-ci il tarixdən etibarən Ekologiya və Təbii sərvətlər Nazirliyində işləyir. 24.İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Maraqlı şəxs “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tikinti Sahəsi”-nin icra orqanının rəhbəri vəzifəsində əmək müqaviləsi əsasında işlədiyindən həmin vəzifənin icra edilməsi ilə bağlı Maraqlı şəxs ilə “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir- Tikinti Sahəsi” arasında münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənən əmək münasibətləri olmuşlar. Odur ki, 2015-ci ilin iyul ayında maraqlı şəxs “Sənaye Müəssisələri və Təmir- Tikinti Birliyinin Zaqatala Təmir-Tikinti Sahəsi”ndə tutduğu vəzifədən azad edilməklə sonuncular arasındakı əmək münasibətlərinə xitam verildiyindən hazırda maraqlı şəxsin həmin qurumun icra orqanının rəhbəri olması istisna olunur. 25.Bu baxımdan maraqlı şəxsin “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tikinti Sahəsi”nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, həmin qurumun Dövlət Sosial Müdafiə Fonduna olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, həmin borcun və hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının Fondun xeyrinə tutulması səmərəliliyini istisna etməklə, “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tikinti Sahəsi”nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. 26.Odur ki, “Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin Zaqatala Təmir-Tikinti Sahəsi”nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması hissəsində də ərizə əsassız olduğundan rədd edilməlidir.. 27.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva