Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-318/2020 02.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət nə qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Dövlət nə qarşı 2508 (iki min beş yüz səkkiz) manat məbləğində sığorta ödənişi, 30,40 ( otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə təqdim edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət ndən 2508 (iki min beş yüz səkkiz) manat məbləğində sığorta ödənişi, gecikdirilmiş günlər üçün ödənilməli olan sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 2660,98 manat məbləğində dəbbə pulu və 30,40 ( otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu və bank xərcinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə Kürdəmir rayonu, H.Əliyev prospekti ünvanında X3 “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış ”Kia Rio” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Kürdəmir RPŞ DYPB-nin xx.xx.2015-ci il tarixli, №171-9/1872 saylı arayışına və xx.xx.2015-ci il tarixli, № MYP 085733 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X3 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, X3 hadisə zamanı idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş ”Kia Rio” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-1691-1/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Kia Rio” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 10320,00 (on min üç yüz iyirmi) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran sürücünün idarə etdiyi “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə “Azərsığorta” DSKŞ-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-yə ünvanlanan xx.xx.2015ci il tarixli elektron məktubda zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktlına əsasən hadisə nəticəsində ”Kia Rio” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2708,00 (iki min yeddi yüz səkkiz ) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2015-ci il tarixli, 264/15 saylı sığorta aktına və xx.xx.2015-ci il tarixli, № 318 saylı ödəniş tapşırığına əsasən 2508,00 (iki min beş yüz səkkiz manat) manat məbləğində sığorta ödənişi (200,00 (iki yüz) manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs olan “xxxx” ASC-nin Göyçay filialı tərəfindən göndərilmiş xx.xx.2015-ci il tarixli elektron məktuba əsasən Dəmirov Akif Teymur oğlunun “xxxx” ASC-nin Göyçay filialında olan AZ28BRES******************** saylı hesabına köçürülmüşdür. 2508,00 (iki min beş yüz səkkiz manat) məbləğində sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxx” ASC-yə ödənilməsinin təmin edilməsinin “Azərsığorta” DSKŞ-dən xx.xx.2018-ci il tarixli, BS-C-18/0050 saylı məktubla xahiş edilməsinə baxmayaraq, iddiaçı tərəfindən ödənilmiş məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. “İcbari sığortalar haqqında” qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 (yeddi) iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə, sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Ödənilmiş sığorta ödənişi məbləğinin subroqasiya qaydasında geri ödənilməsi tələbinə dair tərəflərdən cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, tələbləri icra edilməmiş, “Azərsığorta” DSKŞ ünvanlandırılmış məktubları cavabsız buraxılmışdır. Cavabdeh öhdəliklərini icra etmədiyi üçün tərəflərindən X5 Palatasına xx.xx.2019-cu il tarixli, BS-C-19/0678 saylı məktubla müraciət edilmiş, bunun nəticəsində “Azərsığorta” DSKŞ X1 təqdim etdiyi məktuba cavab olaraq xx.xx.2019-cu il tarixli, № 08/B-431 saylı məktubda xx.xx.2017-ci il tarixli, xx-xx/1078 saylı sərəncamla 1330 (bir min üç yüz otuz) manat sığortqa ödənişi hesablanmış və “xxxx” ASC-nin hesabına köçürüldüyü qeyd edilmişdir. Lakin qeyd edilən işlə bağlı bu günədək “Azərsığorta” DSKŞ tərəfindən Cəmiyyətə tələb edilən və ya məktubda qeyd edilən məbəğdə pul vəsaiti daxil olmamışdır və tələb icra edilmədən qalmaqdadır. Qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət ndən 2508 (iki min beş yüz səkkiz) manat məbləğində sığorta ödənişi, gecikdirilmiş günlər üçün ödənilməli olan sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 2660,98 manat məbləğində dəbbə pulu və 30,40 ( otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu və bank xərcinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” ASC xx.xx.2017-ci il tarixdə **********400000 (VÖEN) nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan MİB-1691-/13 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən Dəmirov Akif Teymur oğluna məxsus “KİA RİO” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək dövr üzrə sığortalanmışdır. İş materiallarından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən Kürdəmir RPŞ DYPB bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə saat 06:30-da Kürdəmir rayonu, H.Əliyev prospektində X4 oğlu tərəfindən idarə edilən “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil “KİA RİO” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərzçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumata əsasən Dəmirov Akif Teymur oğlunun əmlakı olan avtomobilə zərər vurulmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2015-ci il tarixdə Dəmirov Akif Teymur oğluna məxsus “KİA RİO” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2015-ci il tarixdə həyata keçirilmiş zərərinin hesablanması aktından görünür ki, ehtiyyat hissələrinin ümumi məbləği və həmin hissələrin bərpası üçün lazım olan əmək haqqı hesablanmaqla, cəmi 2708 manat zərər hesablanmışdır. İş materiallarında olan 264/15 saylı xx.xx.2015-ci il tarixli sığorta aktindan görünür ki, sığortalı Dəmirov Akif Teymur oğluna sığorta ödənişi dəymiş zərərdən MİB-1691-/13 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış iki yüz manat azadolunma məbləği çıxılmaqla 2508 manat sığortalıya ödənilməsi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli 318 saylı ödəniş tapşırığına əsasən Dəmirov Akif Teymur oğlunun “xxxx” ASC-nin Göyçay filialındakı hesabına 2508 manat pul köçürülmüşdür. İş materiallarından görünür ki, “xxxx” ASC tərəfindən X5 Palatasına xx.xx.2019-cu il tarixdə şikayət məktubu ünvanlanaraq cavabdeh tərəfindən 2508 manat sığorta ödənişinin ödənilməsi üçün zəruri tədbirlərin görülməsi xahiş edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət tərəfindən X5 Palatasına məktub ünvanlanaraq 1330 (bir min üç yüz otuz) manat sığorta ödənişinin “xxxx” ASC-nin hesabına köçürüldüyü bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə Kürdəmir rayonu, H.Əliyev prospekti ünvanında X3 “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “KİA RİO” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2708,00 manat məbləğində zərər dəymişdir. “xxxx” ASC tərəfindən razılaşdırılmış 200 manat azadolma məbləği çıxılmaqla 2508,00 manat sığorta ödənişi “KİA RİO” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət nin nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında sığorta ödənişinin “xxxx” ASC-nin hesabına köçürüldüyünü bildirsə də, sığorta ödənişinin ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçi sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2508,00 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 2660,98 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən sığorta iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət ndən 2508 (iki min beş yüz səkkiz) manat məbləğində sığorta ödənişi, 100 (yüz) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat olmaqla, cəmi 2623 (iki min altı yüz iyirmi üç) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına ap Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-318/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-318/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver