Məhkəmə qərarları › İş №e-2-2(113)-3181/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3181/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3181/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, zərər, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə icra etmədiyi öhdəlik üzrə ƏDV daxil 23467 manat pulun, çəkilmiş məhkəmə və mediasiya rüsumlarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən müqavilə üzrə dəyəri ödənilməmiş sürtkü materiallarının məbləği 23467 manat, istifadəyə aldığı avadanlıqların məbləği 24810 manat, əldən çıxmış fayda üçün 5000 manat, əsassız varlanma halına görə 5000 manat və işgüzar nüfuzun aşağı salınması üçün 10000 manat, cəmi 68277 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında H/Ş0012/20 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetini iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında mühərrik\sənaye yağlarının satışını və bu müqavilənin şərtlərinə uyğun olaraq bu mal-materialın qiymətinin ödənilməsi münasibətləri təşkil edir. Lakin xx.xx.2022-ci il tarixədək iddiaçı malları təchiz etsə də - məlum olmayan səbəblərdən cavabdeh müqavilə üzrə yerinə yertiməli olduğu öhdəlikləri tam olararaq icra etməmiş, təchiz edilmiş mal materialın qiymətini tam ödəməyərək ƏDV daxil 23467 manat öhdəlik icra edilməmiş qalmışdır. Məlumat üçün bildirilir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Daha sonra cavabdeh hazırkı məhkəmə gedişatında qarşlıqlı iddia qaldırmış və bununla da aralarında müqavilə üzrə faliyyətin tam dayandırılmasını bildirmişdir. Bildirilir ki, H/Ş0012/20 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin xx.xx.2021-ci il tarixli 1 saylı əlavəsinə əsasən cavabdeh iddiaçıdan aldığı sürtkü materiallarının istifadəsi üçün dəyəri 24810 manat olan avadanlıqları almışdır. Həmin avadanlıqlar hər ay 2 saylı əlavədə göstərilən həcmdə malların 5 il müddətində alışı üçün verilmiş və digər təchizatçılardan oxşar malların alışını məhdudlaşdırılmaqla verilmişdir. 1 və 2 saylı müqavilənin tələblərinə uyğun olaraq tələblər icra edilmədikdə qeyd edilən avadanlıqların pulunu və dəymiş zərərin ödənilməsi öhdəliyi cavabdehin üzərindədir. Əlavə olaraq cavbdeh bu və ardıcıl davam edən əsassız hərəkətəri ilə iddiaçıya maddi və mənəvi zərər vurmuşdur ki, bu həm əldən çıxmış fayda, ödəniləcək vəsaiti əsassız saxlama və avadanlıqlardan istifadə ilə əsassız varlanma və mənəvi olaraq işgüzar nüfuzun aşağı salınmasına yönəlmiş hərəkətlərlə (istehsal edilən malların əsassız olaraq keyfiyyətsiz olması iddiası ilə) ciddi zərər vurmuşdur. Bununla da əldən çıxmış fayda üçün 5000 manat, əsassız varlanma halına görə 5000 manat və işgüzar nüfuzun aşağı salınması üçün 10000 tələb hüququndan istifadə edirlər.

4. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş 270072 manat ziyanın və 561 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 iyul 2020-ci il tarixdə Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Bu Müqaviləyə görə Satıcı (iddiaçı) bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Qaimə-fakturada göstərilən mühərrik/sənayə yağı növündə hazır məhsulları Alıcı (cavabdeh) sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, müqavilə şərtlərindən də aydın olur ki, iddiaçı müqavilə üzrə keyfiyyətli mallar təchiz etməli idi və buna görə birbaşa məsuliyyət daşıyırdı. Bildirilir ki, cavabdehin əsas fəaliyyəti ictimai nəqliyat vasitəsi ilə sərnişin daşımadan ibarət olmuşdur. Cavabdeh iddiaçı ilə 2020-ci ildən əməkdaşlıq etmiş və ilkin vaxtlarda normal mallar təchiz edilsə də, daha sonrakı zamanlar Cavabdeh MMC-nin nəqliyyat vasitələrinin mühərriklərində ardıcıl olaraq nasazlıqların yaranması hallarına rast gəlməyə başlanıldı. Həmin nasazlıqların aradan qaldırılması zamanı Cavabdeh MMC-yə külli miqdarda ziyan dəymişdir. Demək olar ki, hər nəqliyyət vasitəsinin mühərrikində problemlər yaranmış və nəticə etibarı ilə həmin problemlərin aradan qaldırılmasına, yəni nəqliyyat vasitələrin təmirinə kifayət qədər vəsaitlər xərclənmişdir. Göstərilən ardıcıl mühərrik problemlərin nədən yaranmasının aydınlaşdırılması məqsədi ilə "xxxx" MMC-yə müraciət edilmiş və İddiaçı MMC-nin Cavabdeh MMC-yə satdığı mühərrik yağlarının yoxlanılması xahiş edilmişdir. Şirkət tərəfindən təqdim edilmiş laboratoriya nəticələrinə görə satılmış malların keyfiyyətsiz olması və bu səbəbdən də nəqliyyət vasitələrinə ziyan dəydiyi müəyyən edilmişdir. Laboratoriya nəticələrinə əsasən Cavabdeh MMC-nin məsul işçiləri tərəfindən akt tərtib edilmiş və MMC-yə bunun nəticəsində 46 nəqliyyat vasitələrinə vurulmuş ziyanın məbləği 270072,00 manat miqdarında müəyyən edilmişdir. Həmin nəqliyyat vasitələrin mühərriklərində nasazlıqlar məhz "xxxx" MMC-nin satdığı mühərrik yağlarının kefiyyətsiz olması səbəbindən yaranmışdır. Həmin nəqliyyat vasitələrini Cavabdeh MMC öz vəsaiti hesabına təmir etmişdir. Beləliklə, göstərilən normaların tələblərini nəzərə alaraq hesab edirlər ki, İddiaçı MMC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməmiş, müqavilə üzrə lazımi keyfiyyətli malları təchiz etməmişdir ki, bununla da Cavabdeh MMC-yə külli miqdarda ziyan dəymişdir. Belə olan təqdirdə, Cavabdeh MMC-yə dəymiş 270072,00 manat məbləğində ziyan İddiaçı MMC tərəfindən tamamilə ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə4 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıya aldığı malla bağlı heç vaxt irad bildirməmiş, hətta mediasiya sessiyasında alınmış malların dəyərinin yarısını ödəməyə razılıq vermiş, lakin iddiaçı həmin təklifi müsbət qarşılamamışdır. Cavabdeh yaranmış öhdəliklərindən yayınmaq üçün malların qüsurlu olması tələbini irəli sürmüş, cavabdeh yalnız iddiaçıya qarşı qarşılıqlı iddia verdikdən sonra onun niyyətini bilmiş, bu səbəbdən iddiaçı iddia tələbinin həcmini artırmışdır. Tərəflər arasında münasibətlər pozulduğu üçün iddiaçı əlavə olaraq cavabdehin mülkiyyətinə verilmiş avadanlıqların dəyərinin vaxtında əvvəl ödənilməsini də tələb edir. Belə ki, artıq müəyyən edilmişdir ki, cavabdeh digər şirkətlə bu sahədə əməkdaşlıq edir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mallarda qüsur aşkar edilən kimi cavabdeh e-mail vasitəsilə iddiaçı ilə əlaqə saxlayaraq həmin malların texniki göstəricilərini istəmişdir. Nəqliyyat vasitələrində olan zərər cavabdehin özü tərəfindən aradan qaldırılmış, buna görə külli miqdarda xərc çəkmişdir. Əgər aldıqları mal qüsursuz olsa idi, cavabdehin ödəməli olduğu vəsait 23467 manat təşkil edəcəkdi. Avadanlıqların dəyərinin ödənilməsi barədə ilk iddia tələbi əsassızdır. Belə ki, hazırda tərəflər arasında olan müqavilə ləğv edilməmişdir. Bununla belə artıq tərəflərin əməkdaşlıqları bitmiş, cavabdeh yağları hazırda "xxxx" MMC-dən alır. Avadanlıqlar hazırda cavabdehdədir, iddiaçı istədiyi zaman onları geri götürə bilər.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Xanməmmədov qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçı ilə müqavilə bağlanan zaman buna etiraz etmiş, həmin yağların keyfiyyətsiz olmasını bildirmişdir. Buna baxmayaraq müqavilə bağlanmış, mütəmadi olaraq iddiaçıdan yağ alınmışdır. Lakin nəqliyyat vasitələrində problemlər yaransa da, rəhbərlik əməkdaşlığı davam etdirmişdir. Nəqliyyat vasitələrində yaranmış problemlərə görə cavabdehə böyük məbləğdə zərər dəymişdir. İddiaçıya qüsurlarla bağlı iradlar həmişə şifahi olaraq bildirilmişdir. Qanuni təmsilçi dəyişdikdən sonra iddiaçıdan yağ alışı edilməmişdir. Hazırda cavabdeh mühərrik və sürtkü yağlarını digər təchizatçı olan "xxxx" MMC-dən alır. Avadanlıqlar hazırda cavabdehdədir, iddiaçı istədiyi zaman onları geri ala bilər.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı və cavabdeh arasında bağlanmış 10 iyul 2020-ci il tarixli H/Ş 0012/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir qaimə-faktuda göstərilə mühərrik/sənaye yağı növündə hazır məhsulları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malların bir vahidin qiyməti qiymət razılaşdırma protokolu ilə, satılan malların ümumi dəyəri isə qiymət razılaşması protokoluna uyğun olaraq tərtib olunmuş müvafiq qaimə-faktura ilə müəyyən edilir.

12. İddiaçı və cavabdeh arasında bağlanmış 14 yanvar 2021-ci il tarixli H/Ş 0012/20 nömrəli müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən müqavilənin 1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir. 1.1-1.Satıcı bu müqaviləyə əsasən alıcıya 02 nömrəli əlavədə öz əksini tapmış avadanlıqları satmağı (təhvil verməyi), alıcı isə onun bu müqavilə ilə razılaşdırılmış formada dəyərinə ödəməyi öhdəsinə götürür.

13. Razılaşmanın 7-1.2-ci bəndinə əsasən alıcı H/Ş 0012/20 saylı müqavilə və onun ayrılmaz tərkib hissəsi hesab olunan 01 saylı əlavəsidə nəzərdə tutulmuş şərtlərə əməl etmədiyi təqdirdə avadanlıqların 02 saylı əlavəsində razılaşdırılmış yekun dəyərini və satıcıya dəymiş zərəri tam şəkildə satıcıya ödəməlidir.

14. Müqaviləyə 14 yanvar 2021-ci il tarixli 02 saylı Əlavədən görünür ki, H/Ş 0012/20 saylı müqavilə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən alıcının 5 illik müddətə istifadəsinə verilən avadanlıqların siyahısı, onları miqdarı, qiyməti və məbləği öz əksini tapmışdır.

15. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə hesabatından görünür ki, cavabdehin iddiaçıya olan borcu ƏDV daxil 23467,84 manat təşkil edir.

16. İddiaçı tərəfindən cavabdehə EBBF 869788 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 629205 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 333094 nömrəli xx.xx.2021-ci il tarixli, EBBF 332660 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 857833 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 525675 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 522962 nömrəli xx.xx.2021-ci il tarixli, EBBD 966708 nömrəli xx.xx.2021-ci il tarixli, EBBC 606250 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 668622 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 668352 nömrəli xx.xx.2021-ci il tarixli, EBBB 241130 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 884374 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 453046 nömrəli xx.xx.2021-ci il tarixli, EBBA 010287 nömrəli xx.xx.2021-ci il tarixli, EBAZ 579258 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 133518 nömrəli xx.xx.2021-ci il tarixli, EBAY 132813 nömrəli xx.xx.2021-ci il tarixli, EBAX 177857 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 875597 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 875616 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 736865 nömrəli xx.xx.2021-ci il tarixli, EBAW 281740 nömrəli xx.xx.2021-ci il tarixli, EBAV 580670 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 478040 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 050148 nömrəli xx.xx.2020-ci il tarixli, EBAV 050199 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 548240 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 445069 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 022114 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 026230 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 525327 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 520226 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 884615 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 603116 nömrəli xx.xx.2020-ci il tarixli, EBAR 134342 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 363155 nömrəli xx.xx.2020-ci il tarixli, EBAQ 273073 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 918224 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 899863 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 359076 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 226740 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 508098 nömrəli xx.xx.2020-ci il tarixli, EBCM 032757 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 885237 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 950868 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 653169 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 019796 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 123915 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 123380 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 466283 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 039027 nömrəli xx.xx.2022-ci il tarixli, EBCH 827551 nömrəli xx.xx.2022-ci il tarixli, EBCH 298298 nömrəli xx.xx.2022-ci il tarixli, EBCG 942266 nömrəli xx.xx.2022-ci il tarixli, EBCG 527627 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE 650960 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE 180176 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 970344 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 760039 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 206410 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 587633 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 985580 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 395607 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 394419 nömrəli 0xx.xx.2022-ci il tarixli, EBBY 444373 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 945536 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 148599 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 823363 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 823363 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 502703 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 397307 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 310022 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 302313 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 081622 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 080505 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 176699 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 341175 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 882256 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 881939 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 883067 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 849111 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 848939 nömrəli xx.xx.2022-ci il tarixli, EBBQ 392382 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 446653 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 051098 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 050871 nömrəli xx.xx.2021-ci il tarixli, EBBP 050780 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 433004 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 432928 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 710248 nömrəli xx.xx.2021-ci il tarixli, EBBN 013124 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 349463 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 776294 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 726801 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 191397 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 631735 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 065739 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 606256 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 606305 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 157142 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 648651 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 365491 nömrəli xx.xx.2021-ci il tarixli, EBBH 365410 nömrəli xx.xx.2021-ci il tarixli, EBBG 885424 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr təqdim edilmişdir.

17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.

18. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır.

19. Belə ki, ilk iddia tələbi bir neçə hissədən ibarətdir: - iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş sürtkü materiallarına görə ödənilməmiş 23467 manat vəsaitin ödənilməsi; iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş avadanlıqların dəyəri olan 24810 manat vəsaitin ödənilməsi; əldən çıxmış fayda və əsassız varlanmaya görə ümumilikdə 10000 manat vəsaitin ödənilməsi; işgüzar nüfuzun aşağı salınması səbəbindən 10000 manat pulun ödənilməsi.

20. Məhkəmə ilk iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Belə ki, cavabdeh həmin hissədə iddia tələbinə etiraz edərək, ona təhvil verilmiş malların qüsurlu olması səbəbindən onun həmin malı ödəmək vəzifəsinin yaranmadığını bildirir.

28. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

29. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4 və 6-cı bəndlərinə əsasən iddiaçı cavabdehə təhvil verdiyi malların keyfiyyətinə görə məsuliyyət daşıyır. Malların keyfiyyətsizliyi ikitərəfli aktla təsdiq olunmalıdır.

30. Cavabdeh iddiaçıya malların qüsurlu olması ilə bağlı iradlar bildirildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

31. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə sonuncu partiya mal 2022-ci ilin iyun ayında təhvil verilmiş, cavabdeh tərəfindən iddiaçıya son dəfə həmin müqavilə üzrə 2022-ci ilin dekabr ayında ödəniş edilmiş, malların dəyərinin ödənilməsi ilə bağlı ilk iddia xx.xx.2023-cü il tarixdə məhkəməyə verildikdən sonra cavabdeh malın qüsurlu olması, bu səbəbdən ona zərər dəyməsi ilə bağlı qarşılıqlı iddia tələbi irəli sürmüşdür.

32. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan mal qəbul edilmiş, həmin mallardan təyinatı üzrə istifadə edilmiş, mallarla bağlı iddiaçıya hər hansı pretenziya verilməmişdir.

33. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə malların qüvvədə olan standartlara və tələblərə uyğun olmasını təsdiq edən müvafiq sertifikatlar təqdim edilmişdir.

34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.

35. Məhkəmə ilk iddia tələbini ikinci, yəni cavabdehə təhvil verilmiş avadanlıqlara görə 24810 manat pulun tələb edilməsi hissəsində də əsaslı hesab edir.

36. Belə ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında tərəflər arasında olan müqaviləyə xitam verilməməsi səbəbindən iddia tələbinin həmin hissədə təmin edilməli olmadığını bildirmişdir.

37. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

38. Belə ki, materiallardan, habelə tərəflərin nümayəndələrinin izahatlarından müyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli əlavə razılaşma ilə dəyəri ümumilikdə tərəflərin razılaşması ilə 24810 manat müəyyən edilmiş avadanlıqlar təhvil verilmiş, avadanlıqların razılaşma müddəti bitdikdən sonra cavabdehin mülkiyyətinə keçməsi razılaşdırılmışdır.

39. Həmin Razılaşmanın 7-1.2-ci bəndinə əsasən alıcı H/Ş 0012/20 saylı müqavilə və onun ayrılmaz tərkib hissəsi hesab olunan 01 saylı əlavəsində nəzərdə tutulmuş şərtlərə əməl etmədiyi təqdirdə avadanlıqların 02 saylı əlavəsində razılaşdırılmış yekun dəyərini və satıcıya dəymiş zərəri tam şəkildə satıcıya ödəməlidir.

40. Cavabdehin müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməməsi, habelə öhdəliklərini pozması (aldığı malların dəyərini ödəməməsi) müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

41. Məhkəmə cavabdehin nümayəndələrinin cavabdehin həmin avadanlıqları iddiaçının tələbi ilə geri qaytarmağa hazır olmaları barədə dəlili ilə də razılaşmır.

42. Belə ki, razılaşmada həmin avadanlıqların cavabdehin öz öhdəliklərini pozduğu təqdirdə geri qaytarmalı olması deyil, dəyərinin tam şəkildə ödənilməsi tələbi nəzərdə tutulmuşdur.

43. Məhkəmə ilk iddia ərizəsini üçüncü, əldən çıxmış faydaya görə 5000 manat və əsassız varlanmaya görə 5000 manat vəsaitin ödənilməsi hissəsində əsassız hesab edir.

44. Belə ki, iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

45. Məhkəmə ilk iddia tələbini sonuncu, işgüzar nüfuzun aşağı salınmasına görə 10000 manat pulun tələb edilməsi hissəsində də əsassız hesab edir.

46. Belə ki, Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

47. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

48. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

49. Belə ki, iddiaçı cavabdeh tərəfindən onun işgüzar nüfuzunun aşağı salınması nəticəsində ona zərər dəydiyini bildirsə də, cavabdeh tərəfindən həmin pozuntunun törədildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

50. Belə ki, iddiaçının nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən yalnız qarşılıqlı iddia ərizəsi verildikdən sonra iddiaçıya qarşı belə bir pretenziya irəli sürüldüyünü bildirmişdir.

51. Əlavə olaraq iddiaçının nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında verdiyi izahatında cavabdeh barəsində təqdim etdiyi sənədlərlə bağlı xüsusi qərardad çıxarılmalı olmasını bildirsə də, məhkəmə nümayəndənin həmin dəlili ilə razılaşmır. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi qərardadın çıxarılmasına əsas ola biləcək hal müəyyən edilməmişdir.

52. Yuxarıda da qeyd olunduğu kimi, ilk iddianın əsas borcun tutulması hissəsində əsaslı olması müəyyən edildiyindən, qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.

53. Bununla yanaşı məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

54. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona təhvil verilmiş malların təyinatı üzrə istifadə edilməsi nəticəsində onun qanuni sahiblik və istifadəsində olan nəqliyyat vasitələrinə 270072 manat zərər dəydiyini bildirmiş, bununla əlaqədar məhkəməyə aşağıdakı sənədləri təqdim etmişdir.

55. “X8” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 95 nömrəli qiymətləndirmə rəyindən görünür ki, iddiaçıya məxsus “Technol Power 15W-40” mühərrik yağı həm avtobusların mühərrikləri üçün nəzərdə tutulmadığından (uzun məsafələrdə istifadə olunan ağır yük maşınlarının dizel mühərrikləri üçün nəzərdə tutulmuşdur), həm də “SGC Azerbaijan” LLC şirkətinin verdiyi analiz nəticəsinə əsasən aşağı keyfiyyətli olmasından Cavabdeh MMC-nin balansında olan Avro-5 standartlarına uyğun mühərriklərlə təchiz olunmuş “DAEWOO” və “İSUZU” markalı avtobusların mühərriklərində istifadə olunması həmin avtobusların mühərriklərində müəyyən problemlərin yaranmasına səbəb ola bilər.

56. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, "xxxx" LLC tərəfindən yoxlanılmış və onlar tərəfindən təqdim edilmiş laboratoriya nəticələrinə əsasən satılmış malların keyfiyyətsiz olması və istifadə olunduqları nəqliyyat vasitələrinə 270072,35 manat zərər vurması müəyyən edilmişdir.

57. Cavabdehin vergi hesabından çıxarışdan görünür ki, iddiaçı ilə aralarında bağlanmış H/Ş 0012/20 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən göndərilən elektron qaimələr üzrə 224446,80 manat ödəniş olunmuş, 24473,19 manat borc mövcuddur.

58. Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ 031 xx.xx.02215.21 nömrəli uyğunluq setifikatından görünür ki, iddiaçının APİ universal motor yağları, avtomobil karbürator və dizel mühərriklər üçün yağlar üçün sertifikat dövlət reyestrində qeydiyyata alınmış və texniki şərt verilmişdir.

59. Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ 031 xx.xx.03295.22 nömrəli uyğunluq setifikatından görünür ki, iddiaçının APİ universal motor yağları, avtomobil karbürator və dizel mühərriklər üçün yağlar üçün sertifikat dövlət reyestrində qeydiyyata alınmışdır.

60. 21.02.2022-ci il tarixli 016 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən Lokomotiv MMC-nin hesabına xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1172,88 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2023-cü il tarixli **********21802 nömrəli ödəniş tapşırığı ilə 25,42 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1000 manat, xx.xx.2022ci il tarixli ödəniş tapşırığı ilə 5932,2 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2884,75 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1440,68 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 8474,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1464,44 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 3223,73 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,029 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 2727,12 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 2000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 6779,66 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 2542,37 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2165,06 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 3000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1441 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,28 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 3602,54 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1200 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1200 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 1200 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat pul köçürülmüşdür.

61. 18.02.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən X12 hesabına xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1437 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə X4 hesabına 2883 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə X4 hesabına 2340 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə X4 hesabına 568 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə X13 hesabına 192 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə X1 hesabına 2600 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə X14 hesabına 7366 manat pul köçürülmüşdür.

62. X15 (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 16 fevral 2022-ci il tarixli 05 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə, istifadə məqsədləri üçün yararlı halda alıcının tam mülkiyyətinə verməyi, alıcı isə həmin malları bu müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür.

63. Yaqıyayev Üfİq İsa oğlu (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 16 fevral 2022-ci il tarixli 05 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə qiymətdə razılaşma protokoluna əsasən malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür.

64. X5 (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 10 mart 2022-ci il tarixli 1003 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcını əvvəlcədən növü, ölçüsü, miqdarı, qiyməti sifarişdə razılaşdırılan məhsullar ilə təchiz etməyi, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyi öhdəsinə götürür.

65. "xxxx" MMC (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 10 mart 2022-ci il tarixli 1003 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.

66. X3 (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 02 avqust 2021-ci il tarixli 29 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya malı satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

67. "xxxx" MMC (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli 2277-AA-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissə i olan əlavədə göstərilmiş malları, alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür.

68. "xxxx" MMC (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 09 fevral 2021-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya servis xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi avtonəqliyyatlara, xüsusi texnikaya servis və texnik xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada servis və texniki xidmətləri göstərməyi öhdəsinə götürür.

69. "xxxx" MMC (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 10 fevral 2021-ci il tarixli 02/22 nömrəli avtonəqliyyatlara və xüsusi texnikaya servis xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi avtonəqliyyatlara, xüsusi texnikaya servis və texnik xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada servis və texniki xidmətləri göstərməyi öhdəsinə götürür.

70. X6 tərəfindən cavabdehə EBBS 666420 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə göndərilmişdir.

71. Avtorera MMC tərəfindən cavabdehə EBCO 308355 nömrəli xx.xx.2023-cü il tarixli, EBCİ 266017 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 456433 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 591487 nömrəli xx.xx.2022-ci il tarixli, EBCİ 856864 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 097078 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 577856 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 797398 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 281187 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 312034 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 914824 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM 291445 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM 511872 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 716367 nömrəli xx.xx.2023-cü il tarixli, EBCN 08671 nömrəli xx.xx.2023-cü il tarixli, EBCN 394556 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

72. "xxxx" MMC tərəfindən cavabdehə EBCM 714702 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 733978 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 712549 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 710504 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 113044 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM 109601 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 873610 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 794055 nömrəli xx.xx.2022-ci il tarixli, EBCN 170691 nömrəli xx.xx.2023-cü il tarixli, EBCM 732351 nömrəli xx.xx.2023-cü il tarixli, EBCİ 884504 nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 685201 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 043219 nömrəli xx.xx.2022-ci i tarixli, EBCK 597104 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 897070 nömrəli xx.xx.2022-ci il tarixli, EBCL 411321 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 426519 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 871554 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 522030 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 731175 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 153262 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 470316 nömrəli xx.xx.2022-ci il tarixli, EBCD 581279 nömrəli xx.xx.2022-ci il tarixli, EBCG 379692 nömrəli xx.xx.2022-ci il tarixli, EBCG 785863 nömrəli xx.xx.2022-ci il tarixli, EBCH 580677 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.

73. Cavabdeh (alıcı) və “OTO X27 ve Tic LTD.ŞTİ (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli G10-22 nömrəli müqaviləyə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 saylı Əlavədə göstərilən malları cif Baku, Azərbaycan (İncoterms -2010) şərtləri altında almağa razılaşır.

74. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti cif Baku, Azərbaycan (incoterms-2010) şərtləri altında müəyyən edilib.

75. xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, “OTO X27 ve Tic LTD.ŞTİ tərəfindən cavabdehə 3923,22 manat məbləğində mal göndərilmişdir.

76. X7 (icarəyəverən) və cavabdeh (icarəçi) arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan ** NU ***, 90RA851, 90RA852, 90RA854, 90RA855, 90RA856, 90RA857, 90RA859, 90RA861, 90RA864, 90RA865, 90RA866, 90RA867, 90RA869, 90RA871, 90RA872, 90RA873, 90RB166, 90RB383, 90RB233, 90RB422, 90RB443, 90RB454, 90RB466, 90RB494, 90RB533, 90RB622, 90UB268, 90RB644, 90RB688, 90RB788, 90RB868, 90RX457, 90RB393, 90RB566, 10TG021, 10TG022, 10TG023, 10TG024, 10TG025, 10TG026, 10TG027, 10TG029, 10TG030 dövlət nömrə nişanlı “İSUZU ECOBUS” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xəttlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

77. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 10TG022, 10TG023, 10TG028, 10TG026, 10TG024, 10TG030, 10TG025, 10TG029, 10TG021, 10TG027, 90RA874, 90RB266 dövlət nömrə nişanlı “İSUZİ ECOBUS Avtobus” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

78. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 10TG022, 10TG023, 10TG028, 10TG026, 90RB166, 90RB422, 90RB466, 90RB383, 90RB868, 90RB566, 90RB622, 90RX457, 90RB688, 90RB166 dövlət nömrə nişanlı “İSUZİ ECOBUS Avtobus” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

79. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 01 may 2021-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 99XJ582, 99XJ586, 99XJ584, 99XJ587, 99XJ591, 99XJ592, 99XJ562, 99XJ563, 99XJ564, 99XJ568, 99XJ569, 99XJ571, 99XJ572, 99XJ573, 99XJ574, 99XJ576, 99XJ578, 99XJ581, 99XJ583, 99XJ561, 10TG406, 10TG413, 10TG399, 10TG374, 99TS536, 99TS541, 10TG408 dövlət nömrə nişanlı “İSUZİ ECOBUS Avtobus” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

80. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 01 may 2021-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 10TG022, 10TG023, 10TG028, 10TG026, 10TG024, 10TG030, 10TG025, 10TG029, 10TG021, 10TG027, 90RA874, 90RB266 dövlət nömrə nişanlı “İSUZİ ECOBUS Avtobus” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

81. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 14 oktyabr 2021ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 77BY720 dövlət nömrə nişanlı “DAEVOO BS090” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

82. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 01 fevral 2021-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 90NU131, 90RA851, 90RA852, 90RA854, 90RA855, 90RA856, 90RA857, 90RA858, 90RA859, 90RA861, 90RA862, 90RA864, 90RA865, 90RA866, 90RA867, 90RA869, 90RA871, 90RA872, 90RA873, 90RB166, 90RB383, 90RB233, 90RB422, 90RB443, 90RB454, 90RB466, 90RB494, 90RB533, 90RB622, 90UB268, 90RB644, 90RB688, 90RB788, 90RB868, 90RX457, 90RB393, 90RB566, 10TG021, 10TG022, 10TG023, 10TG024, 10TG025, 10TG026, 10TG027, 10TG028, 10TG029, 10TG030 dövlət nömrə nişanlı “İSUZİ ECOBUS” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

83. X7 (icarəyə verən) və cavabdeh (icarədar) arasında bağlanmış 01 fevral 2022-ci il tarixli nəqliyyat vasitələrinin icarə müqaviləsinə əsasən müqavilədə göstərilən şərtlərlə icarədar öz şəxsi mülkiyyətində olan 77BY720, 99SJ393, 99SG494, 99OJ972, 99XJ561, 99XJ562, 99XJ563, 99XJ564, 99XJ568, 99XJ569, 99XJ571, 99XJ572, 99XJ573, 99XJ574, 99XJ576, 99XJ578, 99XJ581, 99XJ582, 99XJ583, 99XJ584, 99XJ586, 99XJ587, 99XJ591, 99XJ592, 10TG374, 10TG399, 10TG406, 10TG408, 10TG413, 99TS536, 99TS541 dövlət nömrə nişanlı “DAEVOO” markalı avtobusları şəhərdaxili marşrut xəttində sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verir, icarəçi isə qanunvericiliyə və bu müqaviləyə uyğun qaydada həmin avtobuslarla marşrut xətlərində sərnişindaşıma fəaliyyətini həyata keçirir.

84. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərlə bağlı bildirir ki, həmin sənədlər iddiaçı tərəfindən cavabdehə zərər vurulmasını təsdiq edən sübut qismində qəbul edilə bilməz.

85. Belə ki, nəqliyyat vasitələrində yaranmış nasazlıqların məhz iddiaçının təqsiri nəticəsində yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

86. “X8” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 95 nömrəli qiymətləndirmə rəyini də məhkəmə hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.

87. Belə ki, rəyin giriş hissəsində göstərilmişdir ki, tədqiqat təqdim edilmiş "xxxx" LLC Şirkəti tərəfindən tərtib edilmiş analiz nəticəsi və zərər dəymiş avtobusların siyahısı (siyahıda 35 ədəd nəqliyyat vasitəsi göstərilmiş, qarşılıqlı iddia ərizəsində isə 46 nəqliyyat vasitəsinə zərər dəydiyi qeyd edilmişdir) əsasında aparılmışdır.

88. Belə ki, iddiaçıya məxsus yağlarla bağlı rəy verilərkən hansı etibarlı mənbələrdən istifadə edilməsi, rəy üzrə nəticəyə nəyin əsasında gəlinməsi müəyyən edilmir.

89. "xxxx" MMC tərəfindən verilmiş təhlil nəticələrinə əsasən xx.xx.2022-ci il tarixdə götürülmüş mayenin (Technol Power 15 W40 sürtkü yağı) ölçülmüş xüsusiyyətləri qənaətbəxşdir. Aşınma səviyyəsi normaldır. Həll olunmayanların tərkibi bir qədər yüksəkdir. Yağ dəyişməsini planlaşdırın.

90. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə iki şahid ifadəsi təqdim edilmişdir.

91. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.

92. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, Cavabdeh MMC-də 2012-ci ildən etibarən təsərrüfat müdiri vəzifəsində işləyir. İddiaçı MMC-ni təxmini 3-4 ildir ki, tanıyır. İddiaçı MMC tərəfindən gətirilən mallar anbara təhvil verilirdi. Təxmini 2019-cu ildən etibarən cavabdehə məxsus nəqliyyat vasitələrində iddiaçı tərəfindən təqdim olunan mallardan irəli gələn fəsadlar yaranırdı. Avtobusları motoristlər qarajda təmir edirdi. Cavabdeh MMC-nin mülkiyyətində təxmini 80 avtobus var. Hamısına da İddiaçı MMC-nin yağlarını tökürdülər. Təxmini tərəflərindən 20-25 avtobus təmir olunub, avtobusların təmirinə nə qədər xərc çəkilməsinə dair dəqiq məlumatı yoxdur. Avtobusları öz qarajlarında təmir edirdilər. Tərəflərindən detalların alınmasına xərclər çəkilib, avtobusların motorlarına aid olan ehtiyyat hissələri alınıb. Ötən ilin ortalarına kimi İddiaçı MMC tərəfindən təqdim olunan yağlardan istifadə edirdilər, ötən ilin dekabr ayından isə yağlar "xxxx" MMC-dən alınır. Ehtiyyat hissələrini satış mağazalarından alırdılar. Ödənişləri həm nağd, həm nağdsız qaydada edirdilər. Əsasən ehtiyat hissələri Gənclik metrostansiyası yaxınlığında yerləşən “Avtoera” mağazasından alınmışdır. İddiaçı tərəfindən təqdim olunan yağlarda qüsur olması ilə bağlı dəfələrlə öz direktorlarına məlumat verirdilər. Ustaların fəaliyyətinə baş mexanik nəzarət edir. Tərəflərindən yağların tərkibi dəyişdirilməmişdir. Bu məsələ ilə bağlı İddiaçı MMC-nin əməkdaşlarının onların şirkətinə gəlməsini görmüşdür. İddiaçı MMC tərəfindən təqdim olunan mallarda qüsur olması ilə bağlı şifahi formada direktora məlumat verirdi.

93. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərdi ki, Cavabdeh MMC-də 2021-ci ilin fevral ayından baş mexanik vəzifəsində işləyir. Vəzifə öhdəlikləri təmir işlərinə nəzarətdən ibarətdir. İddiaçı MMC-ni tanıyır, münasibəti qərəzli deyil. İşə başladığı vaxt təxmini 3-4 avtobusun motorunu sökülmüş vəziyyətdə görmüşdür. Bu barədə rəhbərliyə məlumat vermişdir. Həmin vaxt İddiaçı yağlarından istifadə olunurdu. Həmin avtobuslar təmir olundu və yenə İddiaçı yağlarını tökdülər. Yağ tökəndən bir müdət sonra avtobuslar yenə sıradan çıxırdı. Avtobuslarda istifadə olunan yağlara görə motor səs edirdi, şatun sıradan çıxırdı. Daha sonra yeni rəhbərlik gələndən sonra bu məsələni nəzarətə götürdü və yeni təyin olunan direktorun göstərişlərinə əsasən avtobuslar üçün yağları "xxxx" Şirkətindən almağa başladılar, hazırda heç bir problem yoxdur. Cavabdeh MMC-də təxmini 30 usta var. Motorun təmiri ilə 3 usta məşğul olur. Bir motorun təmirinə təxmini 7000-8000 manat vəsait sərf olunur. Mühərrik üçün detalları “İsuzu” mağazasından alırdılar. Yeni direktorun dövründə bir müddət İddiaçı MMC-nin yağlarından istifadə olundu və nasazlıqlar olduğuna görə əməkdaşlıq dayandırıldı. Təxmini ayda bir dəfə avtobuslarda yağ dəyişirdilər. Avtobuslarda olan nasazlıqları direktor Gülmalıyev Şəhriyara bildirirdilər. Gündəlik yaranan nasazlıqlar siyahıya alınır və həmin nasazlıqlar həmin gün aradan qaldırılır. Gündəlik təxmini 30 ədəd tələbnamə yazır və təsərrüfat müdirinə təqdim edirdilər. Yay vaxtı avtobusların termostatlarını çıxarırdılar. Termostat istilik sisteminin stabil saxlanılması üçün istifadə olunur. Gün ərzində yağları anbardan əldə edirdilər. Yağlar xüsusi çənlərdə olur. Həmin çənlər qapalı yerdədir, 24 saat kamera nəzarəti var, kənar müdaxilə ola bilməz. Özü şəxsən kameralara baxmış, yağların saxlandığı yerə kənar şəxsin girdiyini görməmişdir.

94. Beləliklə, cavabdehin təqdim etdiyi şahidlər ifadələrində cavabdehə iddiaçı tərəfindən təqdim edilmiş mallarda qüsurlar olduğunu bildirsələr də, lakin həmin qüsurların konkret olaraq nə zaman yaranması, qüsurların nə vaxt aşkar edilməsi, hansı şəraitdə aradan qaldırılması, nə qədər nəqliyyat vasitəsinin bu səbəbdən təmir edilməsi, zərərin həcmi və sairə ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.

95. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir.

96. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr cavabdehin dəlillərini təsdiq edən sübutlar qismində çıxış edə bilməz.

97. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

98. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

99. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

100. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

101. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

102. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

103. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

104. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

105. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

106. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

107. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

108. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

109. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

110. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

111. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

112. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

113. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

114. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

115. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir.

116. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

117. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiyaya dair xərc cavabdehə, qalan ödənilmiş 165 manat dövlət rüsumu ilk iddiaçının özünə, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 561 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

118. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən sürtkü materiallarına görə 23467 manat məbləğində pul, avadanlıqlara görə 24810 manat məbləğində pul, 200 manat mediasiyaya dair xərc, ümumilikdə 48477 (qırx səkkiz min dörd yüz yetmiş yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş qalan 165 manat dövlət rüsumu ilk İddiaçı MMCnin özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 561 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar