Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3192/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (Ərizənin qəbulundan imtina haqqında) Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı “xxxx” ASC-yə qarşı “aktın ləğv olunması“barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyiərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “xxxx” ASC-yə qarşı “aktın ləğv olunması” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydadaərizə ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, iddia ərizəsi üzrə tələb əmlak xarakterli olmayaraq, o kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş və MPM-in 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının kiçik iddialara dair işlər üzrə ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.4-cü maddələrinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinə əsasən məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda isə, məhkəmə iddiaçının əmlak xarakterli olmayan tələbi üzrə iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada baxa bilməz. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyiərizəsinin qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4-cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı “xxxx” ASC-yə qarşı “aktın ləğv olunması“na dair kiçik iddialara dair işlər üzrə ərizənin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3192/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3192/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver