Məhkəmə qərarları › İş №e-2-2(113)-3193/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3193/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3193/2021 23.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 35736 manat borc, 3500 manat vəkil pulu və 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 15 iyul 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh MMC İddiaçı MMC-yə 28000 (iyirmi səkkiz min) manat əsas borcdan pul ödəyir.

2. Həmin məbləğin 18000 (on səkkiz min) manat hissəsini 31.07.2021-ci il tarixə qədər ödəyir, qalan 10000 (on min) manat üzrə ödənişlər - 31.08.2021-ci il tarixdən 31.01.2022ci il tarixə qədər 5 ay müddətində hər ayın 31-dən gec olmayaraq hər dəfə 2000 (iki min) manat məbləğində olmaqla həyata keçirilir.

3. Bunun müqabilində İddiaçı MMC Cavabdeh MMC-dən borcun qalan hissəsini təşkil edən 7736 (yeddi min yeddi yüz otuz altı) manat, ödənilmiş 3500 (üç min beş yüz) manat vəkil pulu və 30 manat dövlət rüsumunun tutulması tələbindən imtina edir.

4. Bu Sazişin şərtləri vaxtında və lazımi qaydada yerinə yetirilmədikdə tərəflər aidiyyəti üzrə məhkəməyə müraciət edərək, Barışıq sazişinin məcburi qaydada icra edilməsini tələb edə bilərlər.

5. X1 imzaladığı andan qüvvəyə minir və öhdəliklər icra edilənədək qüvvədədir.

6. Bu Saziş 3(üç) nüsxədə tərtib edilmişdir, biri Məhkəmədə, qalan iki nüsxə Tərəflərdə saxlanılır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:

1. Cavabdeh MMC İddiaçı MMC-yə 28000 (iyirmi səkkiz min) manat əsas borcdan pul ödəyir.

2. Həmin məbləğin 18000 (on səkkiz min) manat hissəsini 31.07.2021-ci il tarixə qədər ödəyir, qalan 10000 (on min) manat üzrə ödənişlər - 31.08.2021-ci il tarixdən 31.01.2022ci il tarixə qədər 5 ay müddətində hər ayın 31-dən gec olmayaraq hər dəfə 2000 (iki min) manat məbləğində olmaqla həyata keçirilir.

3. Bunun müqabilində İddiaçı MMC Cavabdeh MMC-dən borcun qalan hissəsini təşkil edən 7736 (yeddi min yeddi yüz otuz altı) manat, ödənilmiş 3500 (üç min beş yüz) manat vəkil pulu və 30 manat dövlət rüsumunun tutulması tələbindən imtina edir.

4. Bu Sazişin şərtləri vaxtında və lazımi qaydada yerinə yetirilmədikdə tərəflər aidiyyəti üzrə məhkəməyə müraciət edərək, Barışıq sazişinin məcburi qaydada icra edilməsini tələb edə bilərlər.

5. X1 imzaladığı andan qüvvəyə minir və öhdəliklər icra edilənədək qüvvədədir.

6. Bu Saziş 3 (üç) nüsxədə tərtib edilmişdir, biri Məhkəmədə, qalan iki nüsxə Tərəflərdə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar