Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-32/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı müqavilə şərtlərinin düzgün müəyyən edilməməsi nəticəsində sərf edilmiş pul vəsaitinin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı müqavilə şərtlərinin düzgün müəyyən edilməməsi nəticəsində sərf edilmiş pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən onun xeyrinə 345.981 manat məbləğində pul vəsaitinin, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun və mediasiyanın keçirilməsi üçün ödədiyi 400 manat məbləğində mediasiya xərcinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhəri ərazisində sahibkarlıq fəaliyyəti, o cümlədən neft məhsullarının (nəqliyyat vasitələrinin yanacağının) satışi ilə məşğul olur. 2015-ci ildən başlayaraq indiki vaxta kimi cavabdeh – "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələr əsasında Ai-95 benzini, Ai-92 benzini və dizel yanacağını pərakəndə satış məqsədi ilə satın almışdır. Müqavilələr bağlananda müqavilələrin şərtləri hər dəfə "xxxx" QSC tərəfindən müəyyən edilirdi. Bağlanmış bütün müqavilələrdə, 01 yanvar 2018-ci il tarixində bağlanmış müqavilənin 3.1-ci bəndində müəyyən edildiyi kimi, alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələri və vəsaiti hesabına daşımalıdır. Qeyd edilən müqavilə şərtinə əməl etmək üçün onun tərəfindən nəqliyyat vasitəsi alınıb və nəqliyyat vasitəsinə sürücü qəbul edilib. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”-nin Qeyd hissəsinin 5-ci bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxildir. Həmçinin Tarif (qiymət) Şurası tərəfindən hər 1 ton yanacağın daşınma – təchizat tarifi 15 manat müəyyən edilmişdir. Nəticəyə gəlmək olur ki, yanacağın X1 pərakəndə satış yerlərinə satıcı çatdırlmalı olduğu halda həmin işi o öz hesabına icra etməli olmuşdur. 2015-ci ildən 2021ci ilə kimi (həmin il də daxil olmaqla) alınmış neft məhsulları da daxil olmaqla onun tərəfindən aşağıda göstərildiyi miqdarda neft məhsulları satın alınmışdır: 2015-ci ildə 983,3 ton Aİ-92 benzini, 2,9 ton Aİ-95 benzini, 401,8 ton dizel yanacağı – cəmi 1388 ton; 2016-cı ildə 2820,9 ton Aİ-92 benzini, 26,4 ton Aİ-95 benzini, 1009,3 ton dizel yanacağı – cəmi 3856,6 ton; 2017-ci ildə 2761,6 ton Aİ-92 benzini, 20,8 ton Aİ-95 benzini, 1053,9 ton dizel yanacağı – cəmi 3836,3 ton; 2018-ci ildə 2525,1 ton Aİ-92 benzini, 27,3 ton Aİ-95 benzini, 1183,4 ton dizel yanacağı – cəmi 3735,8 ton; 2019-cu ildə 2563,1 ton Aİ-92 benzini, 14,6 ton Aİ-95 benzini, 1244,8 ton dizel yanacağı – cəmi 3822,5 ton; 2020-ci ildə 2546,9 ton Aİ-92 benzini, 57 ton Aİ-95 benzini, 1235,7 ton dizel yanacağı – cəmi 3839,6 ton; 2021-ci ildə 1680,7 ton Aİ-92 benzini, 46,1 ton Aİ-95 benzini, 859,9 ton dizel yanacağı – cəmi 2586,7 ton; 2015-2021-ci illərdə onun tərəfindən cavabdehdən cəmi 23065,4 ton neft məhsulu satın alınmış və onun vəsaitinin hesabına "xxxx" QSC-yə məxsus X1 pərakəndə satış məntəqələrinə daşınmışdır. Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tarifə əsasən neft məhsullarının daşınmasına cəmi 345981 manat məbləğində vəsait xərclənmişdir. Hesab edir ki, "xxxx" QSC ilə onun arasında bağlanmış müqavilələrdə neft məhsullarının daşınması ilə əlaqədar şərtlər Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qaydalara uyğun müəyyən olunmadığına görə, neft məhsullarının daşınması ilə əlaqədar çəkdiyi xərclər 345981 (345.982,5 x 15 = 345981) manat miqdarında müqavilələri üzrə satıcı tərəf olan "xxxx" QSC tərəfindən ona ödənilməlidir. Cavabdehlə onun arasında 2015-2021-ci illərdə bağlanmış neft məhsullarının alqı-satqı müqavilələri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qaydalara uyğun bağlanmamışdır, yəni qeyd edilən müddətdə cavabdehdən satın aldığı 23065,4 ton neft məhsulu cavabdeh tərəfindən istifadəsində olan avtomobil yanacağı satışı məntəqələrinə daşınmalı olduğu halda, onun tərəfindən daşınmış və Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tarifə (təchizat tarifi) əsasən onun tərəfindən buna 345981 manat pul vəsaiti sərf olunmuşdur. Cavabdehlə olan mübahisələrinin məhkəməyəqədər nizama salınması üçün onun tərəfindən 05 iyun 2021-ci il tarixində tərtib edilmiş Pretenziya ona təqdim edilmiş, lakin cavabdeh tərəfindən Pretenziya verilmiş № XOxx-xx-0380-2021 olan xx.xx.2021-ci il tarixli cavabdan aydın olur ki, onun tərəfindən Pretenziyası təmin edilməmişdir. Cavabdehdən satın aldığı neft məhsullarının həcmi haqqında illər üzrə hesablanmış arayış (cədvəl formasında) iddia ərizəsinə əlavə edilir. 2015-2021-ci illərdə satın aldığı neft məhsullarının dəyərinin ödənilməsinə dair mühasibat sənədlərinin iddia ərizəsinə əlavə edilməsi, onların həcminə görə, mümükün deyildir. Cavabdeh tərəfindən Pretenziyalarına verilmiş cavabdan aydın olur ki, qeyd edilən miqdarda ondan neft məhsullarının satın aldığına onun tərəfindən etiraz edilmir. Əgər buna onun etirazı olarsa, onda satın aldığı neft məhsullarının dəyərinə və miqdarına dair mühasibat sənədləri onun tərəfindən məhkəməyə bilavasitə (məhkəmə baxışında) təqdim ediləcəkdir. Onun tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada, mübahisələrinin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət edilmiş, lakin cavabdeh, heç bir məlumat vermədən ilikin mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edilən Qanunun 36.5-ci maddəsinə əsasən mediatora, mediasiya prosesinin keçirilməsi üçün onun tərəfindən ödənilmiş 400 manat pul vəsaiti cavabdeh tərəfindən ona ödənilməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsinə əlavə (iddia ərizəsinin əsaslandırıcı hissəsinə dəqiqləşdirmə) təqdim edərək, qeyd etmişdir ki, cavabdeh 2015-ci ildən 2021-ci ilədək olan müddət ərzində bağladığı bütün Alqı-Satqı müqavilələrinə (bundan sonra mətndə Alqı-satqı Müqaviləsi adlanacaq) “Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələrini və vəsaitləri hesabına dayışır.” şərtini daxil etmişdir. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.4-cü bəndinə əsasən, tənzimlənən qiymətlər səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirən qiymətlərdir. Neft məhsulları qiyməti tənzimlənən mallar kateqoriyaya aiddir. Bu malların təchizat qiyməti Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur. Müqavilənin yuxarıda qeyd olunan müddəası, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 saylı olan 14 yanvar 2015-ci il tarixli Qərarına əsasən, topdansatış tariflərinə müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərəkəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. X3 2.5-ci maddəsinə əsasən neft məhsullarının daşınması xərcləri topdansatış qiymətinə daxil edilmiş və ayrıca olaraq tarif (qiymət) formalaşdırdığı zaman təchizat tarifi müəyyənləşdirilmişdir (hər bir ton yanacaq- neft məhsuluna- ƏDV daxil 15 manat). Müqavilə müddəası ilə normativ akt normasını müqayisədə edərək müəyyən olunur ki, qeyd olunan müqavilə müddəası hüquqi normativ aktının Tarif (qiymət) Şurasının 2 saylı olan 14 yanvar 2015- ci il tarixli Qərarının müddəalarına (2.5-ci bəndi) ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci bəndinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Qeyd olunanları nəzərə alaraq, hesab edirlər ki, Cavabdeh neft məhsullarını Tarif Şurasının müəyyən etdiyi və özündə, ölkə ərazisində fəaliyyət göstərən pərəkəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərcləri ehtiva edən tariflərlə satılmasına baxmayaraq, alqı-satqı müqaviləsinin imperativ hüquq normalara zidd olan şərtlərinə əsasən, neft məhsullarının pərəkəndə satış məntəqəsinə daşınması alıcının öhdəliyidir. Nəticədə, iddiaçı 2015-2021-ci illər ərzində 23065,40 ton neft məhsulu alaraq, öz hesabıma bu məhsulları pərəkəndə satış məntəqələrinə daşınmasını təmin etmiş və eyni zamanda əlavə olaraq həmin daşınma xidmətləri üçün 1 ton-15 manat tarifinə müvafıq olaraq cəmi 345981 manat miqdarında vəsaiti cavabdehə ödəmiş və nəticədə 345981 manat zərər çəkmişdir. Əlavə bildirmək istərdi ki, alqı-satqı müqavilələrində, alıcının müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələrini və vəsaitləri hesabına daşımaq öhdəliyinin qeyd olunmasına gorə bir qrup neft məhsulların alıcıları tərəfindən verilən şikayət əsasında Azərbaycan Respublıkası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cavabdehə dair “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8-ci bəndinin tələblərinin (kontragentə sərfəli olmayan və ya müqavilənin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul edilməsi) pozulması əlamətləri üzrə iş qaldırılması haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərara əsasən, Cavabdehə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 saylı 14 yanvar 2015-ci il tarixli Qərarının 2.5 bəndinin (topdansatış tariflərinə təchizat tariflərinin məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərəkəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi üçün alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılınası göstərişi verilmişdir. Yəni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müqavilələrdə qeyd olunan "Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını ‘‘Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələrini və vəsaitləri hesabına dayışır.” şərtinin imperativ normalarına zidd olduğunu təsdiq edir. O cümlədən, cavabdehin antiinhisar qaydalarını pozaraq qanunsuz fəaliyyətini müəyyən edir. Bu faktları, qeyd olunan qərardan cavabdehin şikayəti əsasında, Bakı İnzibati Məhkəməsi çıxartdığı qəraraı ilə də təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq, nəticəyə gəlirlər ki, cavabdeh, neft məhsullarını onun Azərbaycan Respublikasının ərazisində yerləşən X1 pərəkəndə satış məntəqələrinə dayışınması öhdəliyini icra etməyərək, bu öhdəliyi qanunvericiliyə zidd olan müqavilə şərtinə əsasən Alıcının üzərinə qoymuşdur. Lakin, buna baxmayaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi, 1 ton neft məhsulunun daşınmasına görə, 15 manat miqdarında vəsait alırdı. Nəticədə o 2015-2021 illər dövr ərzində daşınmaya çəkdiyi xərclərdən əlavə 345981 manat miqdarında vəsaiti müqabilində heç bir xidmət almadan cavabdehə ödəmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, birincisi, İddiaçı iddia ərizəsində göstərmişdir ki, müqavilələr bağlananda müqavilələrin şərtləri hər dəfə "xxxx" QSC tərəfindən müəyyən edilirdi. Bununla bağlı qeyd edirlər ki, əgər həqiqətən də həmin müqavilə şərti iddiaçıya sərfəli olmamışdırsa, o bu barədə cavabdehə həmin şərtə yenidən baxılması və ya ümumiyyətlə, müqavilədən çıxarılmasını tələb etməli idi ki, iş materiallarında belə bir tələbin mövcud olmadığı müəyyən olunur. Bundan başqa onu da qeyd edirlər ki, əgər həqiqətən də həmin müqavilə şərti iddiaçıya sərfəli olmasa idi, keçən müddət ərzində, heç olmasa 2015-ci ildən, yəni Neft tarifləri Qərarının qüvvəyə minməsindən sonra iddia qaldırılana qədər bu məsələ ən azı cavabdeh qarşısında və ya dövlət və məhkəmə orqanları qarşısında qaldırılmış olardı. Lakin bu məsələ məhz vergi orqanının müvafiq tələbindən sonra gündəmə gəlmişdir. Belə olan halda, hətta həmin müqavilə şərti iddiaçıya sərfəli olmayan şərt hesab edilsə belə, bu, ən tez məhz vergi orqanının müvafiq tələbindən sonra baş vermiş hesab edilə bilər. Yəni məhz vergi orqanının tələbi nəticəsində iddiaçı daşınma xərclərini gəlir vergisi bəyannaməsinin xərclər hissəsindən çıxarmalı olması nəticəsində o əlavə vergi ödəməli olmuş, beləliklə, ən tezi bundan sonra o həmin müqavilə şərtinin onun üçün sərfəli olmadığı nəticəsinə gəlmiş və həmin şərti dəyişmək üçün hər hansı tədbir görmək qərarına gəlmişdir. Qeyd edirlər ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsində bu faktı etiraf etmiş və qeyd etmişdir ki, vergi orqanının müvafiq qərarı nəticəsində ona əlavə vergi yükü yaranır ki, “bu məbləgi ödəyəcək qədər imkanları yoxdur”. Müqavilənin məzmunu dedikdə müqavilənin mühüm şərtləri başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “AR MM”) 405.1-ci maddəsinin 2-ci cümləsinə əsasən, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Daşınma xərcləri neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilənin predmetinə aid olduğundan, müqavilənin mühüm şərti hesab edilməlidir. Beləliklə, Müqavilələrin 3.1-ci bəndi belə müqavilənin məzmununa aid olmuşdur. AR MMin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. AR MM-in 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həm cavabdeh, həm də iddiaçı mülki hüquq subyektləri olduğundan, həmçinin onlar arasında bağlanmış müqavilələr AR MM ilə tənzimləndiyindən, hər hansı müqavilə şərtinin bazarda hökmran mövqe tutan subyekt tərəfindən iddiaçıya məcburi qəbul etdirilmiş hesab edilməsi üçün iddiaçı müqavilə bağlanarkən etiraz etməli və ya ən azı məhkəməyə və ya inzibati orqana həmin müqavilə şərtinin dəyişdirilməsi və ya müqavilədən çıxarılması tələbi ilə müraciət etməmişdən əvvəl, iddiaçı bazarda hökmran mövqe tutan subyektlə həmin müqavilə şərtinin dəyişdirilməsi və ya müqavilədən çıxarılması ilə bağlı razılaşma üçün danışıqlar aparmış olmalı, bazarda hökmran mövqe tutan subyektə həmin müqavilə şərtinin ona sərfəli olmadığını və ya belə müqavilə şərtinin müqavilənin məzmununa aid olmadığını bildirmiş olmalı, həmin şərtə yenidən baxılmasını və ya ümumiyyətlə müqavilədən çıxarılması təkidlə tələb etmiş olmalıdır. Lakin bu hələ o demək deyil ki, bazarda hökmran mövqe tutan subyekt iddiaçı ilə sərfəli olmayan və ya müqavilənin məzmununa aid olmayan hər hansı müqavilə şərtini hər bir halda çıxarmalıdır. Bunun üçün həm də sübut edilməlidir ki, cavabdeh bazarda hökmran mövqe tutmasa idi, yəni onların rəqabət mühitində başqa subyektlərlə də belə bir müqavilə bağlamaq imkanları olsa idi, həmin subyektlə belə bir müqaviləni heç vaxt belə bir şərtlə bağlamazdılar; lakin məhz həmin subyektin bazarda hökmran mövqe tutmasına görə iddiaçının belə imkanı olmamış, nəticədə həmin subyekt belə mövqeyindən sui-istifadə edərək, həmin iddiaçı belə müqavilə şərtini məcburi qəbul etdirmişdir və iddiaçı AR MM-in təmin etdiyi imkanlarla məqsədlərinə nail ola bilmədiyindən və onun hüquq və qanuni maraqları pozulduğundan inzibati orqana müraciət etmək məcburiyyətində qalmışlar. Başqa sözlə, hüquq pozuntusuna yol vermiş subyektin bazarda hökmran mövqe tutması hələ o demək deyil ki, həmin subyekt belə pozuntuya məhz bazardakı hökmran mövqeyinə əsaslanaraq və bundan sui-istifadə edərək yol vermişdir. Xüsusilə qeyd olunmalıdır ki, "xxxx" QSC özü istehlakçıdır. Belə ki, o neft məhsullarını H.Əliyev adına X4 topdan və pərakəndə satış yolu ilə alır. Zavoddan cavabdehlə bərabər digər istehlakçılar da alırlar. Bu o deməkdir ki, cavabdeh faktiki olaraq neft məhsullarının satışında bazarda hökmran mövqe tutan subyekt deyil. Bundan başqa cavabdeh aldığı neft məhsullarını aldığı qiymətə iddiaçıya satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi hazırki müqavilə bağlanarkən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. İkincisi, həmçinin İddiaçı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”-nin Qeyd hissəsinin 5-ci bəndinə istinad edərək hesab etmişdir ki, yanacağın X1 pərakəndə satış yerlərinə satıcı çatdırmalı olduğu halda həmin işi öz hesabına icra edərək 2015-2021-ci illər ərzində 345.982,50 manat pul vəsaiti xərcləmişdir. Bununla razılaşmayaraq bildirirlər ki, aşağıdakı əsaslara görə iddia ərizəsi tam əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri və təchizat xərcləri”-nin “Neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” bəndinin 6-cı abzasının “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixdə “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” qəbul etdiyi 1 nömrəli və xx.xx.2007-ci il tarixli 153 nömrəli Qərarları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 165 nömrəli Qərarının 1,2,3-cü bəndləri qüvvədən düşmüş hesab edilsə də “Neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” bəndini qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 nömrəli Qərarının 2.5-ci bəndində göstərilmişdir ki, topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 165 nömrəli Qərarına ziddiyyət təşkil etmişdir. Halbuki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normativ hüquqi aktlar və onların hüquqi qüvvəsini müəyyən edən 2.8-ci maddəsinin tələblərinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Bundan sonra Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası xx.xx.2022-ci il tarixli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 4 nömrəli Qərar qəbul edərək bu ziddiyyəti aradan qaldırılmışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normayaratma fəaliyyətinin əsas prinsiplərini müəyyən edən 8-ci maddəsinin məzmununa əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsində göstərilən prinsiplərlə yanaşı aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu və normativ hüquqi aktların ziddiyyətsizliyi prinsipləri əsasında həyata keçirilməlidir. Qeyd edilən qanunun normalarından göründüyü kimi müqavilə münasibətlərini tənzimləyən hüquq norması üstün hüquqi qüvvəyə malik olduğundan mövcud mübahisə həmin qanunun yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri tətbiq edilir. Belə olan halda hesab edirlər ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin şərtləri hüquqi qüvvəyə malik olmamışdır. Şərh olunanlardan göründüyü kimi İddiaçı iddia ərizəsində göstərdiyi arqumentlər tam əsassız olduğundan təmin olunması qanuna ziddir. Daha sonra xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından məlum olur ki, fərdi sahibkar İddiaçı 2015-2022-ci illər ərzində "xxxx" QSC ilə bağlanmış alqı-satqı müqavilələri əsasında yanacaq almışdır. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən neft məhsullarını Cəmiyyətə məxsus olan Bakı və Xaçmaz Neft baza sahələrindən aldığı yanacağı Qusar rayonunda yerləşən Yanacaqdoldurma stansiyasına daşınmasını həyata keçirmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin H.Əliyev adına X4 "xxxx" QSC tərəfindən alınmış neft məhsulları neft baza ahələrinə daşınmış oradan isə alıcılara, o cümlədən fərdi sahibkar İddiaçı verilmişdir. Bundan sonra 30 sentyabr 2021-ci il tarixdə fərdi sahibkar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək neft məhsullarının 2015-2021-ci illər ərzində daşınmasını həyata keçirərək 345981 manat vəsaiti cavabdehə ödəməklə zərər çəkdiyindən həmin məbləği tələb etmişdir. Birincisi, bununla bağlı qeyd edirlər ki, əgər həqiqətən də həmin müqavilə şərti iddiaçıya sərfəli olmamışdırsa, o bu barədə cavabdehə həmin şərtə yenidən baxılması və ya ümumiyyətlə, həmin bəndin (maddənin) müqavilədən çıxarılmasını tələb etməli idi ki, iş materiallarında belə bir tələb mövcud olmadığı müəyyən olunur. İkincisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası tərəfindən Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli Qərarla "xxxx" QSC -ni 27.412.962 manat məbləğində cərimə edib xx.xx.2020-ci il tarixli göstəriş verərək qeyd olunan məbləğin dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Cəmiyyət tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar və xx.xx.2020-ci il tarixli göstərişin ləğv edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 205/2023 nömrəli qərarına əsasən iddia tələbi qismən təmin edilərək “25.697.962 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi” ilə bağlı hissəsi ləğv edilərək iddia tələbi qalan hissədə təmin edilməmişdir, qərar qanuni qüvvəsini alaraq icra olunmuşdur. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əldə etdikləri əlavə gəlir dövlət büdcəsinə köçürülür. Üçüncüsü, Azərbaycan Respublikası Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 1 noyabr 2004-cü il tarixli 165 nömrəli Qərarının tələblərinə uyğun olmaması səbəbindən pozulmamışdır və Tarif Şurasının sözügedən qərarı ləğv edildiyi üçün geriyə qüvvəsinin şamil olunmaqla vəziyyətinin yüngülləşdirilməsi kimi tətbiq edilməlidir. Belə ki “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.4-cü maddəsinin tələbinə görə bu Konstitusiya Qanununun 4.1.1-cİ maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Az Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Ona görə də qeyd edilən iki qərar arasında ziddiyyət olması səbəbindən Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2022-ci il tarixli 4 nömrəli qərarı ilə Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Qərarının ləğv edilməsi hüquqi şəxs kimi onların hüquqi vəziyyətlərini yaxşılaşdıran, hüquq məsuliyyətlərini aradan qaldıran hal olduğu üçün hazırki mübahisə həll olunan zaman nəzərə alınmalıdır. Dördüncüsü, iddia tələbindən məlum olur ki, tərəflər arasında müqavilə münasibətlərinin olmasına baxmayaraq iddiaçı tərəf iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Həmçinin əgər həqiqətən də hazırki müqavilə şərti fərdi sahibkar İddiaçı sərfəli olmasa idi, keçən müddət ərzində yəni 2015-ci ildən Neft tarifləri haqqında Qərarın daşınma xərclərini gəlir vergisi bəyannaməsinin xərclər hissəsindən çıxarması nəticəsində əlavə vergi ödəməli olmuş və artıq bundan sonra həmin müqavilə şərtinin sərfəli olmadığı qənaətinə gələrək iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı iddia ərizəsində göstərdiyi arqumentlər tam əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı vermiş olduğu xx.xx.2023-cü il tarixli etiraz və xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, onlar iddia tələbini qəbul etmirlər. İlk əvvəl onu bildirir ki, bu müqavilə münasibətləridir, yəni tərəf müqavilənin şərtləri ilə tanış idi. Təchizat xərclərinə boru kəmərlərinə çəkilən xərclər, neft terminallarının saxlanılması, vergi ilə bağı ödənişlər daxil idi. Bu səbəblə daha sonra qərar ilə həmin daşınmaya hansı xərclərin daxil olduğu açıqlandı. İddiaçı digər daşıma şirkətləri ilə müqavilə bağlaya bilərdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" QSC (satıcı) ilə İddiaçı (alıcı) arasında 01 yanvar 2018-ci il tarixli, PS-10/051 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “Satıcı” bu Müqaviləyə əlavə edilmiş “Təsnifat”da göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını “Alıcı”ya satmağı, “Alıcı” isə həmin malın dəyərini (Əlavə dəyər vergisi ilə birlikdə) əvvəlcədən “Satıcı”ya ödəməklə neft məhsullarını keyfiyyətinə, kəmiyyətinə uyğun olaraq “Təsnifat”da göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə görə Müqaviləyə əlavə edilmiş Təsnifatda göstərilən neft məhsullarının satış qiymətləri “Satıcı” tərəfindən ona məxsus neft anbarlarından satıldığı gün sıxlığı (xüsusi çəkisi) nəzərə alınmaq şərti ilə yerində müəyyən ediləcəkdir. 2.2-ci bəndinə əsasən “Təsnifatda göstərilən neft məhsulları Azərbaycan Respublikasına idxal edildiyindən və qiymətləri dövlət tərəfindən sərbəstləşdirildiyindən qiymətlərə “Satıcı” tərəfindən edilmiş dəyişikliklərin nəzərə alınması “Alıcı” üçün məcburidir. 2.3-cü bəndinə əsasən “Alıcı” məhsulun dəyərini əvvəlcədən köçürmə yolu ilə “Satıcı”nın hesablaşma hesabına ödəyəcəkdir. 3.1-ci bəndinə əsasən “Alıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcı"nın Azərbaycan Respublikasının ərazisində yerləşən X1 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. 8.1-ci bəndinə əsasən müqavilə 01 yanvar 2018-ci ildən qüvvəyə minir və 31 dekabr 2018-ci il tarixinə qədər öz qüvvəsini saxlayır. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" QSC-yə (1.1) Yanacağın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci maddəsinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi üçün alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması və (1.2) "xxxx" QSC yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8-ci bəndinin tələbləri pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat məbləğində əldə olunan qanunsuz mənfəəti 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi haqqında göstəriş verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli qərardan o da görünür ki, komissiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarının 2.5-ci maddəsinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbləri pozularaq satılmış yanacaq məhsullarının yanacaqdoldurma məntəqələrinə daşınmaması nəticəsində 1 ton yanacağın satışından əldə etdiyi əlavə gəlir "xxxx" QSC-nin hesablamalarına görə 3,40 manat olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2020-ci il tarixli göstərişinə əsasən "xxxx" QSC-dən yanacağın topdansatışının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci maddəsinin tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi, "xxxx" QSC-nin alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması və bu barədə 20 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsi və "xxxx" QSC-dən yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 8-ci bəndinin tələbləri pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat məbləğində əlavə gəlirin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarının: 1-ci bəndinə əsasən “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmişdir. 2.5-ci bəndinə əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edilmişdir. 2.7-ci bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 12 yanvar 2015-ci il tarixli 01 nömrəli qərarı ləğv edilmişdir. 4-cü bəndinə görə bu qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən avtomobil benzini (Aİ-95, Aİ-92 və Aİ- 80) və dizel yanacağının topdansatış tarifi 1 ton üçün 921,8 manat, təchizat tarifi 1 ton üçün 15 manat müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-205/2023 saylı qərarı ilə iddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın və göstərişin ləğv edilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstərişi 25.697.962 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi ilə bağlı hissələrində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-205/2023 saylı məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 205/2023 saylı qərarı qanuni qüvvəsini almışdır. Qaimə-fakturaya əlavələrdən görünür ki, 2019-cu il oktyabr-dekabr aylarını əhatə edən dövrlərdə "xxxx" QSC tərəfindən İddiaçı ümumilikdə ******* kq (1058,31 ton) neft məhsulları (Aİ-92 və Aİ-95 (Premium) benzini və Dizel yanacağı) satılmışdır. Qaimə-fakturaya əlavələrdən görünür ki, 2021-ci il yanvar-iyul aylarını əhatə edən dövrlərdə "xxxx" QSC tərəfindən İddiaçı ümumilikdə ******* kq (2494,617 ton) neft məhsulları (Aİ-92 və Aİ-95 (Premium) benzini və Dizel yanacağı) satılmışdır. "xxxx" QSC-nin təqdim etdiyi satılan mal haqqında hesabat barədə məlumatından görünür ki, xx.xx.2021-xx.xx.2021-ci illəri aralığında İddiaçı 2917,37 ton olmaqla 3.526.593,59 manat Aİ-92 benzini, 1536,33 ton olmaqla 1.305.092,74 manat dizel yanacağı və 72,22 ton olmaqla 128.818,55 manat Aİ-95 benzini olmaqla cəmi 4525,92 ton olmaqla cəmi 4.960.504,88 manat neft məhsulları (yanacaq) satılmışdır. "xxxx" QSC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 2015-ci ildə 250,775 ton Aİ-92 benzini, 50,887 ton Dizel, 2016-cı ildə 2820,865 ton Aİ-92 benzini, 1009,257 ton Dizel, 26,43 ton Premium (Aİ-95) benzini, 2017-ci ildə 2441,921 ton Aİ-92 benzini, 868,552 ton Dizel, 17,777 ton Premium (Aİ-95) benzini, 2018-ci ildə 2686,174 ton Aİ-92 benzini, 1025,023 ton Dizel, 14,555 ton Premium (Aİ-95) benzini və 2019-cu ildə 2614,131 ton Aİ-92 benzini, 1176,924 ton Dizel, 8,693 ton Premium (Aİ-95) benzini neft məhsulları (yanacaq) satılmışdır. İddiaçı tərəfindən "xxxx" QSC-yə pretenziya məktubu ünvanlayaraq borcun 14 iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən 2015-2021-ci illərdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Ai-95 benzini, Ai-92 benzini və dizel yanacağı satılmışdır. Hazırda İddiaçı “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarına əsasən neft məhsullarının topdansatış tariflərinə həmin məhsulların ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edildiyi halda "xxxx" QSC ilə bağlanmış müqavilələrdə alınmış neft məhsullarının pərakəndə satış yerinə daşınması öhdəliyinin ona aid edildiyini, nəticədə 2015-2021 illər dövr ərzində neft məhsullarının daşınmasını özü həyata keçirdiyi halda həmin daşınmanın dəyəri olan bir ton neft məhsullarına görə 15 manat olmaqla 23065,4 ton neft məhsullarına görə 345.981 manat məbləğində vəsaiti "xxxx" QSC-yə ödədiyini əsas göstərərək həmin məbləğin qaytarılmasını tələb edir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarına əsasən “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş və həmin qərarda qərarla təsdiq edilmiş topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxil edildiyi xüsusi qeyd edilmişdir. Buna baxmayaraq tərəflər arasında 2015-2021-ci illərdə bağlanmış alqı-satqı müqavilələrinə əsasən X1 daşınması öhdəliyi alıcı İddiaçı aid edilmiş və həmin müqavilələrə əsasən alınmış yanacağın dəyəri alıcı tərəfindən daşınma xərclərinin də daxil olduğu qiymətlərlə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı yanacağın Neft Bazasından pərakəndə satış yerinə qədər daşınmasını həyata keçirmədiyindən QSC-nin İddiaçı həmin daşınma xərclərinə görə ödəniş alması üçün hər hansı qanuni əsas və müqavilə əsası mövcud olmamışdır. Bununla bağlı qiymətlərin tərəflərin razılığı ilə bağlanmış müqavilədə müəyyənləşdirilməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, alqı-satqı predmeti olan neft məhsulları qiymətlərini tənzimlənən mallara aid edildiyindən tərəflər həmin malların alqı-satqı qiymətlərini sərbəst surətdə müəyyən etməkdə haqlı olmamışlar. İkincisi, hazırkı halda məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsində alqı-satqının predmeti olan neft məhsullarının qiymətləri müəyyən edilməmiş, neft məhsullarının qiymətinin dövlət tərəfindən tənzimləndiyi və satış qiymətlərinin sıxlıq nəzərə alınmaqla tənzimlənən qiymətlərlə həyata keçiriləcəyi qeyd edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilədə neft məhsullarının tariflərinə daxil olan daşınma xərclərinin də alıcıdan tutulmalı olması nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh "xxxx" QSC İddiaçı neft məhsullarının neft bazalarından pərakəndə satış yerinə daşınmasını həyata keçirmədiyi halda sonuncudan həmin daşınmanın dəyəri məbləğində ödənişləri almaqla İddiaçı əmlakı hesabına əsassız varlanmışdır. Odur ki, İddiaçı əsassız varlanma obyektinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehdən ididaçının xeyrinə tutulmalı olan məbləğə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, hazırkı halda neft məhsullarının topdansatış tariflərinə pərakəndə satış yerlərinə daşınma xərclərinin də daxil edildiyi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarında aydın şəkildə ifadə edilmiş və həmin qərarın mətni kütləvi informasiya vasitələrində elan edilməklə və internet resurslarına yerləşdirilməklə ümumi çatımlı olmuşdur. Yəni tərəflər arasında müqavilələr bağlanarkən və mallar təqdim edilərkən İddiaçı hüquqlarının pozulmasından məlumatlı olmalı idi. Odur ki, hazırkı halda əsassız varlanma obyektini qaytarmaqla bağlı iddia müddətinin axımı müvafiq partiya malların təqdim edilərək ödənildiyi vaxtdan, yəni cavabdehin əsassız varlandığı vaxtdan hesablanmalıdır. Beləliklə, İddiaçı hazırkı iddianı xx.xx.2021-ci ildə qaldırmaqla 2015-ci il – xx.xx.2019-cu il arası dövrdə cavabdeh tərəfindən əsassız əldə edilmiş pul vəsaitinin qaytarılması hissəsində iddia müddətini buraxmışdır. Odur ki, həmin hissədə iddia rədd edilməlidir. İkincisi, iddia müddəti buraxılmadığı dövrə, yəni iddia qaldırılmamışdan 2 il əvvəlki dövrə (xx.xx.2019-xx.xx.2021-ci il) münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 2020-ci ildə 2546,9 ton Aİ-92 benzini, 57 ton Aİ-95 benzini, 1235,7 ton dizel yanacağı – cəmi 3839,6 ton neft məhsulları alındığını iddia etmiş, cavabdehin nümayəndəsi də məhkəmədə verdiyi izahatda 2020-ci ildə həmin çəkidə neft məhsulları satdığını təsdiq etmişdir. 2019-cu ilin okyabr –dekabr və 2021-ci ildin yanvar-sentyabr aylarında alınmış neft məhsullarının çəkisi ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmə həmin dövrdə satın alınmış neft məhsulların çəkisini iddiaçının təqdim etdiyi qaimələrə əsasən 2019-cu il oktyabr-dekabr ayları üzrə 1058,31 ton, 2021-ci il yanvar-sentyabr ayların üzrə 2494,61 ton olmasını müəyyən edir. Beləliklə, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arası dövrdə İddiaçı tərəfindən cəmi 7392,52 (1058,31+3839,6+2494.61) ton neft məhsulları alınmışdır. Hər ton neft məhsuluna görə cavabdehin əsassız varlandığı məbləğlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı həmin məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 14 yanvar 2015-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən müəyyənləşdirilmiş 1 ton neft məhsullarının təchizat tarifi ilə, yəni 15 manat məbləğində müəyyənləşdirilməli olduğu iddia edir. Göstərilən hallarla bağlı məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, təchizat tarifinə neft bazasından pərakəndə satış yerlərinə daşınma xərcləri ilə yanaşı, neft məhsullarının neft boruları ilə neft bazalarına daşınması, neft bazalarından saxlanılması və digər xərclər də aid edilir. Odur ki, məhkəmə cavabdehin əsassız varlandığı məbləği həmin tarif əsasında müəyyən edilməsini mümkün saymır. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, komissiya tərəfindən araşdırma aparılarkən "xxxx" QSC satılmış yanacaq məhsullarının yanacaqdoldurma məntəqələrinə daşınmaması nəticəsində 1 ton yanacağın satışından əldə etdiyi əlavə gəlirin 3,40 manat təşkil etdiyini təsdiq etmişdir. Odur ki, məhkəmə cavabdehin inzibati orqan tərəfindən aparılmış inzibati araşdırma zamanı X3ı pozmaqla hər ton neft məhsullarından satışından əldə etdiyi əlavə gəlirin 3,40 manat məbləğində olmasını qəbul etdiyini, eləcə də xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arası dövrdə 7392,52 ton neft məhsullarını satdığını nəzərə alaraq hesab edir ki, cavabdehdə iddiaçının xeyrinə tutulacaq əsassız varlanma məbləği 25.134,6 manat (3,40 manat x7392,52 ton) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin qərarına əsasən, “Antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstərişinə (Bakı İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilməmiş hissəsinə) əsasən yol verilmiş pozuntuya görə 1.715.000 manat mənfəətin cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməsi olması və belə olan halda əsassız əldə edilmiş vəsaitinin ikinci dəfə cavabdehin xeyrinə tutulması üçün əsas olmaması barədə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, 1.715.000 manat mənfəətin dövlət büdcəsinə ödənilməsi cavabdehə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun tələblərinin pozulmasına görə inzibati orqan tərəfindən tətbiq edilən məsuliyyət tədbiri olmaqla həmin tədbirin tətbiq edilməsi cavabdehi iddiaçı qarşısında yaranmış mülki xarakterli öhdəliyi icra etməkdən (əsassız varlanma obyektini qaytarmaq) azad etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən 25.134,60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın 400 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərə mütənasib olaraq mediasiya xərcləri 30 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçının çəkdiyi mediasiya xərci dövlət rüsumundan mbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 25.134,60 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 30 və dövlət rüsumunun əvəzi olaraq 3 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia verilərkən ********* saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-32/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-32/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver