Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-320/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Azərbaycan Respublikası Dövlət X1rşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi barədə mülki işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət X2 888 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində - 1681,72 manat dəbbə pulunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxx 2014-cü il tarixdə, ünvan 1 ünvanında X7 “VAZ-21074” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsini törətmiş, nəticədə “xxxxxxxxxxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, ”Chevrolet Aveo” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İnzibati xəta haqqında qərara əsasən X7 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Onun hadisə zamanı idarə etdiyi, “VAZ-21074” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. Buna görə də “xxxxxxxxxxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-yə xx xxxx 2014-cü il tarixli elektron və xx xxxxxx 2014-cü il tarixli, BS-14/577 saylı məktublarla müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Lakin, cavabdeh bütün müraciətləri cavabsız buraxmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx xxxxxx 2014-cü il tarixli zərərin hesablanması aktlına əsasən hadisə nəticəsində ”Chevrolet Aveo” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1088 manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 2014-cü il tarixli, 483/14 saylı sığorta aktına və 200 manat azadolma məbləği çıxılmaqla xx xxxxxxxx 2014-cü il tarixli, № 001000 saylı kassa məxaric orderinə əsasən 888 manat məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X4 ödənilmişdir. 888 manat məbləğində sığorta ödənişinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi cavabdehdən xx xxxxxx 2014- cü il tarixli, BS-14/1003 saylı və xx xxxxxx 2018-ci il tarixli, BS-C-18/0013 saylı məktublarla xahiş edilsə də, məbləğ hələ də cavabdeh tərəfindən geri ödənilməmişdir. xx xxxxx 2019-cu il tarixli, № BS-C-19/0681 saylı şikayət məktubları ilə müraciət edildikdən sonra cavabdeh xx xxx 2019-cu il tarixli, № 08/B-490 saylı məktubla bildirmişdir ki, tələb edilən məbləğ iddiaçıya xx xxxxxx 2015-ci il tarixdə ödənilmiş, lakin ödənilməsini təsdiq edən heç bir sənəd məktuba əlavə edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət X8 tərəfindən təqdim olunmuş sənədlərdə konkret olaraq ödənişin həmin sığorta hadisəsi üzrə aparılması qeyd olunmadığından həmin sənədlər ödənişin verilməsini təsdiq edən sənədlər hesab oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Dövlət X8 borcu ödədiyini bildirdiyinə, yəni, borcu etiraf etdiyinə yönələn hərəkət etdiyinə görə iddia müddətinin də tətbiq olunması yol verilməzdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Lakin cavabdehin nümayəndəsi X9 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək sığorta haqqının ödənilməsi barədə sənədləri və iddia müddətinin tətbiq olunması barədə ərizəni məhkəməyə təqdim etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən xx.xx.2014-cü il tarixdə saat 18:30-da ünvan 1ndə VAZ21074 markalı 18BD907 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə X5 məxsus Chevrolet Aveo markalı 99DX350 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. - xx.xx.2014-cü il tarixli, 483/14-CM 495/14 saylı sığorta aktından göründüyü kimi sığorta olunmuş “Chevrolet Aveo” (99DK350) markalı avtomobil xx.xx.2014-cü il tarixində Bərdə şəhər Koroğlu küçəsində yol-nəqliyyat hadisəsinə uğradığı və nəticədə avtomobil maddi zərər məruz qaldığı, “xxxxxxxxxxxx” ASC tərəfindən texniki baxışdan keçirilmiş “Chevrolet Aveo” (99DK350) markalı avtomobillə bağlı zərər 1088 manat məbləğində müəyyən edildiyi və sığorta ödənişi dəymiş zərərdən MİB-3226/12 saylı sığorta şəhadətnaməsindən razılaşdırılmış 200 manat azadolma məbləği çıxılmaqla 888 manat təşkil etdiyi qeyd olunmuşdur. - xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən göründüyü kimi “xxxxxxxxxxxx” ASC tərəfiindən Hümbətov Nürəddinə sığorta ödənişi dəymiş zərərdən MİB-3226/12 saylı sığorta şəhadətnaməsinə əsas 888 manat pul ödənilmişdir. - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2020-ci il tarixli 05/12-57 saylı məlumatından göründüyü kimi **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə xx.xx.2015-ci il tarixə 888 manat sığorta məbləği ödənilmişdir. - xx xxxxxx 2015-ci il tarixli qəbzin surətindən görünür ki, 8705 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət X8 tərəfindən “xxxxxxxxxxxx” ASC-yə ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 936.1 və 936.2-ci maddəsində qeyd olunmuşdur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 18.1 və 18.2-ci maddəsinə əsasən həmin Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Dövlət X8 tərəfindən borcun ödənilməsini təsdiq edən sübut kimi aşağıdakı sənədlər təqdim olunmuşdur: Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2020-ci il tarixli 05/12-57 saylı məlumatı və xx xxxxxx 2015-ci il tarixli qəbz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. xx xxxxxx 2015-ci il tarixli qəbz 8705 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Dövlət X8 tərəfindən “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi qeyd olunsa da, həmin dövrdə həmin məbləğin məhz hazırkı işin predmeti olan müqavilə üzrə ödənilməsi barədə sübut təqdim olunmamışdır. Əlavə sübut olaraq təqdim olunmuş Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2020-ci il tarixli, 05/12-57 saylı məlumatı isə adından göründüyü kimi məlumat xarakteri daşıyır və məhkəmə baxışının davam etdiyi dövrdə tərtib olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan sənədlər borcun ödənilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqinə etirazının əsası kimi hal – hazırda cavabdehin borcun ödənilməsini bildirməsini, yəni, borcunun olmasını etiraf etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi 1-ci hal (müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi) iddiaçının, 2-ci hal (borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) isə cavabdehin aktiv hərəkətləri ilə bağlı olmalıdır. Qeyd olunan hüquq normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (İddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia müddətini axımının kəsilməsinin özü də iddia müddəti daxilində baş verməlidir və iddia müddəti bitdikdən sonra cavabdehin borcun ödənilməsini bildirməsi iddia müddətinin axımını kəsən hal kimi müəyyən oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət X1rşı dəbbə pulunun ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-320/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-320/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver