Məhkəmə qərarları › İş №e-2-2(113)-320/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-320/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-320/2024 01.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı alqı-satqı müqaviləsinə əsasən yaranmış və cavabdeh tərəfindən ödənilməmiş 40064,989 manat əsas borcun və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2003 manat gecikdirmə faizinin və məhkəməyə müraciət üçün ödədiyi 216.2 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı N.A.N.T. Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “İddiaçı”) ilə cavabdeh “X1” hazırki Cavabdeh MMC (bundan sonra “Cavabdeh”) arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli “Alqı-satqı” müqaviləsinə (bundan sonra “Müqavilə”) (Müqavilə qoşmalara əlavə olunmuşdur) əsasən İddiaçı Müqaviləyə Əlavələrdə (bundan sonra “Əlavə”) razılaşdırılacaq miqdarda, çeşiddə, adda və keyfiyyətdə malların (bundan sonra “Mallar”) Cavabdehə satmağı, Cavabdeh isə öz növbəsində satılan Malları almağı və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçının öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq Cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün İddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 121456,19 manat təşkil edən mal alınmışdır (Qaimə qoşmada qeyd edilmişdir). Bu borcun 2335,21 manat hissəsi 2021-ci ildə, 76378,71 manat hissəsi isə 2022-ci ildə ödənilmişdir. Geridə qalan borcun 2677,38 manat geri qaytarılmışdır, həmin borcun 40064,89 manat təşkil edən hissəsi ödənilməmiş olaraq qalmaqdadır. Baş vermiş halın hüquqi aspektləri barədə bildirmək istərdik ki, iddiaçı və cavabdeh arasında bağlanmış 20 oktaybr 2021-ci il tarixli 010 nömrəli “məhsulların alqı-satqı müqaviləsi”-nə əsasən cavabdeh tərəfindən 14 noyabr 2022-ci il tarixli üzləşmə vərəqəsinə əsasən (qoşmaya əlavə edilmişdir) ödənilməli olan 40064,89 manat borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bu səbəblə iddiaçı xx.xx.2023 tarixində borcun ödənilməsi ilə bağlı Cavabdehə xəbərdarlıq məktubu göndərsə də, qarşı tərəfdən heç bir cavab ala bilməmişdir (məktub qoşmalara əlavə olunmuşdur). İddiaçının mübahisəni məhkəmədən kənar həll etmək üçün göstərdiyi səylər isə nəticəsiz qaldığı üçün Bakı Kommersiya məhkəməsinə pozulmuş hüquqlarını bərpası üçün müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 010 nömrəli satıcı İddiaçı MMC ilə alıcı “X2” MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı alıcıya verməyi öz öhdəsinə götürür, alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifariş ilə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib, malın dəyərini ödəməyi öz öhdəsinə götürür. İş üzrə 83 elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 121456,36 manat məbləğində (ƏDV daxil) mal satmış, həmin elektron qaimələrin bir qismi Cavabdeh MMC tərəfindən bir qismi isə sistem tərəfindən təsdiq edilmişdir. “Unibank” KB-nin təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 66706,73 manat məbləğində pul ödənilmişdir. İş üzrə verqi orqanların təqdim etdiyi cədvəldən görünür ki, Cavabdeh MMC ƏDV üzrə İddiaçı MMC-yə 12007,19 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00374-02 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 17 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 567-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 010 nömrəli məhsulların alqısatqı müqaviləsi bağlanmış, satıcı İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 121456,19 manat malları Cavabdeh MMC-yə satsa da, sonuncu bunun müqabilində 81391,30 manat məbləğində vəsaiti ödəsə də, 40064,89 manat məbləğində borc ödənilməmiş qalmışdır. Göründüyü kimi tərəflərin arasında işgüzar adətlərə əsasən malların alıcıya təqdim edilməsi və öhdəliklərin icrasının rəsmiləşdirilməsi təhvil-təslim aktlara əsasən deyil, elektron qaimələrin təqdim edilməsi ilə olmuş, bunu sözügedən qaimələrə əsasən cavabdeh tərəfindən ödənişlərin edilməsi ilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 40064,89 manat məbləğində borc, illik 5%-lə hesablanmış 2003 manat faiz borcu, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 216,20 manat məbləğində pulun tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 40064,89 manat məbləğində borc, illik 5%-lə hesablanmış 2003 manat faiz borcu, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 216,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 40064,89 manat məbləğində borc, illik 5%-lə hesablanmış 2003 manat faiz borcu, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 216,20 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar