Məhkəmə qərarları › İş №e-2-2(113)-3200/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3200/2024

25.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3200/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “avadanlığın geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: əmlakın geri qaytarılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “avadanlığın geri qaytarılması” tələbinə iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus 2.689.457,12 avro dəyərində RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşının təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh ASC-nin qanunsuz sahibliyindən alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, poliqorafiya sahəsində istifadəsi zəruri olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınının əldə olunması məqsədilə "xxxx" MMC mətbəə avadanlıqlarının satışı fəaliyyəti göstərən Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkətinə müraciət etmişdir. Həmin Şirkət RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınına dair "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamağa hazır olduğunu bildirmiş və bank qarantiyası tələb etmişdir. "xxxx" MMC də bank qarantiyasını almaq üçün "xxxx" ASC-yə müraciət etmiş və həmin qarantiyanı alaraq “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkətinə təqdim etmişdir. xx.xx.2010-cu il tarixdə “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkəti və "xxxx" MMC arasında 10010850 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, müqavilənin predmeti - RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşını, müqavilə predmetinin ümumi dəyəri 2.689.457,12 AVRO (2.250.000 AVRO avadanlığın dəyəri, 439.457,12 AVRO maliyyələşmə) məbləğində müəyyənləşdirilmişdir. "xxxx" MMC və “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkəti arasında bağlanmış 10010850 №-li, xx.xx.2010-cu il tarixli müqavilə üzrə əldə olunmuş RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşının dəyəri "xxxx" ASC tərəfindən satıcı “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkətinə ödənilmişdir. "xxxx" MMC və "xxxx" ASC-nin “Nərimanov” Filialı arasında isə 11 №-li, xx.xx.2010-cu il tarixli kredit sazişi bağlanmışdır. Sözügedən Kredit sazişi üzrə "xxxx" MMC-nin götürdüyü öhdəliklərinin icrasına təminat vermək məqsədilə Cavabdeh ASC-yə məxsus ünvan 1 ünvanda yerləşən 1.58208 ha torpa sahəsi və üzərindəki ümumi sahəsi 6.412.1 kv.m. ibarət əmlak komleksi (müəsissə) Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə tərəflər arasında xx.xx.2010-cu il tarixdə "xxxx" ASC, Cavabdeh ASC və Qlobal EAST VVEST” MMC arasında üçtərəfli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa, 11 №-li, xx.xx.2010-cu il tarixli kredit sazişi üzrə öhədliklərin icrasının təmini məqsədilə Cavabdeh ASC-yə məxsus daşınar əmlaklar (adları müqavilədə göstərilib) Banka girov qoyulmuş, bu barədə yenə də tərəflər arasında xx.xx.2010-cu il tarixdə üçtərəfli Sonrakı girov müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşının əldə olunması üçün "xxxx" ASC-nin “Nərimanov” Filialı ilə bağladığı 11 №-li, xx.xx.2010-cu il tarixli Kredit sazişi üzrə öhdəliklər yerinə yetirilmiş, kredit borcunun bir İddiaçı MMC tərəfindən, böyük bir hissəsi isə MMC-nin təsisçisi olan Abdulla Əsgərov tərəfindən, özünə məxsus daşınmaz əmlaklar hesabına ödənilmişdir. Belə ki, "xxxx" ASCnin “Nərimanov” Filialı və "xxxx" MMC arasında bağlanmış 11 №-li, xx.xx.2010-cu il tarixli Kredit sazişi üzrə sonuncunun Banka cəmi 768.019,30 avro (563.589,20 avro əsas borc, 204.430,10 avro faiz borcu) yaranmışdır. Sonradan 11 №-li, xx.xx.2010-cu il tarixli Kredit sazişi üzrə İddiaçı MMC-yə qarşı tələb hüququ "xxxx" QSCyə keçmişdir. Həmin borcun ödənilməsinin təminatı olaraq "xxxx" MMC-nin təsisçisi X3, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,7143 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsini və digər tikililəri "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü etmiş, bununla bağlı "xxxx" QSC, ipotekaqoyan X3 və borcalan "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. X2 məxsus əmlakların "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olunması barədə DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli Reyestrdən çıxarış verilmişdir. Bundan sonra BOKT "xxxx" QSC “X7” MMC və Abdulla Əsgərova qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə “X7” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə563.589,20 avro, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 204.430,10 avro, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun MMC-dən onun (QSC-nin) xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Abdulla Əsgərova məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsini, bu məqsədlə həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, qeyriyaşayış sahəsinin satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda isə qalan borcun MMC-nin digər əmaklarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abdulla Əsgərov da öz növbəsində cavabdehlər “X7” MMC, "xxxx" QSC və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı “əqdlərin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbləri irəli sürmüşdür. Hər iki iddaya dair mülki işə baxılması zamanı ipoteka qoyan Abdulla Əsgərov və "xxxx" QSC arasında “X7” MMC-nin QSC-yə olan borcunun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə barışıq müqaviləsi bağlamış, həmin müqavilə Bakı şəhəri 40 saylı Notariat Ofisində təsdiq edilmişdir. Sözügedən barışıq sazişi aşağıdakı şərtlərdən ibarət olmuşdur: 1.1. Bu müqavilə ipoteka saxlayan "xxxx" QSC, ipoteka qoyan Abdulla Əsgərov və borcalan “X7” MMC arasında 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdlə 3M-1244 reyestr nömrə ilərəsmilləşdirilmiş ipoteka müqaviləsi üzrə yaranmış borcun əvəzi olaraq Abdulla Əsgərovun mülkiiyyəttində olan ünvan 2 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və həmin torpraq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsi və digər tikililərin həmin əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat fərq Bank tərəfindən mülkiyyətçiyə ödənilmək şərti ilə daşınmaz əmlakın satılması barədə aşağıdakı kimi razılığa gəlirlər: 2.1. Tərəflər razılığa gəlirlər ki, “X7” MMC-nin "xxxx" QSC-yə olan borcunun xx.xx.2023-cü il tarixə qalığı azərbaycan manatı ekvivalentində 1.453.023,99 manat məbləğdə təşkil edir və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına və aralarındakı sövdələşməyə əsasən 1.774.000 manata dəyərləndirilmiş ünvan 2 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsini, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyriyaşayış sahəsini və digər tikililəri “X7” MMC-nin borcunun əvəzi olaraq "xxxx" QSC-yə verilsin və "xxxx" QSC tərəfindən əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat fərq Abdulla Əsgərova ödənilsin. 2.5 Abdulla Əsgərov "xxxx" QSC tərəfindən 300.000 manat pul vəsaitinin ona ödənilməsi şərti ilə mülkiyyətində olan ünvan 2 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsini, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri- yaşayış sahəsini və digər tikililəri alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satacağını, "xxxx" QSC isə 300.000 manat fərqi Abdulla Əsgərova ödəməyi öhdəsinə götürür. 3. Bu barışıq sazişi 300.000 manat məbləğində pul vəsaiti "xxxx" QSC tərəfindən Abdulla Əsgərova ödənildiyi və alqı-satqı müqaviləsi bağlandığı andan qüvvəyə minir. “X7” MMC-nin QSC-yə olan borcunun ödənilməsi ilə bağlı Abdulla Əsgərov və "xxxx" QSC arasında bağlanmış həmin müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün Əsgərov Abdulla və "xxxx" QSC arasında xx.xx.2023cü il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Abdulla Əsgərov mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsini 1.774.000 manata "xxxx" QSC-yə satmışdır. Müqavilə üzrə "xxxx" QSC tərəfindən Abdulla Əsgərova ödənilməli olan 1.774.000 manat, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 3M-131 reyestr nömrə ilə rəsmilləşdirilmiş müqavilə üzrə və Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə 3M-1244 reyestr nömrə ilə rəsmilləşdirilmiş ipoteka müqaviləsi ilə “X7” MMC tərəfindən "xxxx" QSC-yə ödənilməmiş qalan 1.453.023,99 manat məbləğində pulun qarşılığı olaraq Abdulla Əsgərovun mülkiyyətində olan ünvan 2 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsini Bankın mülkiyyətinə keçirməsi müqabilində əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat fərq notariusun depozit hesabı vasitəsi ilə Abdulla Əsgərova verilmişdir. Göründüyü kimi “X7” MMC-nin "xxxx" QSC-yə olan kredit borcu Abdulla Əsgərovun 1.774.000 qiymətləndirilmiş və kreditin təminatı olan ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakları hesabına ödənilmişdir. Abdulla Əsgərov və "xxxx" QSC arasında bağlanmış və Bakı şəhəri 40 saylı Notariat Ofisində 3M-131 reyestr nömrə ilə rəsmilləşdirilmiş barışıq sazişi əsasında həm "xxxx" QSC, həm də Abdulla Əsgərov müvafiq olaraq ilk və qarşılıqlı iddialarından imtina etmişlər. Göründüyü kimi, “X7” MMC, "xxxx" ASC ilə bağladığı xx.xx.2010-cu il tarixli kredit sazişinə əsasən aldığı borc hesabına hazırda tərəflər arasında mübahisə predmeti olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınını əldə etmişdir. Sonradan isə “X7” MMC-nin həmin kredit sazişi üzrə yaranmış borcu, Abdulla Əsgərova məxsus daşınmaz əmlaklar hesabına ödənilmişdir. 2010-cu ildə 2.689.457,12 AVRO dəyərində EAST-VVEST” MMC tərəfindən əldə “Qlobal edilmiş və mülkiyyət hüququ ilə MMC-yə məxsus olan sözügedənən avadanlıq Cavabdeh ASC tərəfindən geri qaytarılmamış, əksinə, bu günədək Cavabdeh ASC tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Hazırda da həmin çap maşını Cavabdeh ASC-yə aid, ünvan 1 ünvanda yerləşən mətbəədə cavabdeh tərəfindən istifadə edilməkdədir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci madəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 340.1-ci maddəsinə əsasəan uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 267/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı ərizəsi qismən təmin edilmiş, RA 106-6+L+T+T+L ALV2 CX UV çap aparatının özgəninkiləşdirilməsi Cavabdeh ASC və üçüncü şəxslərə qadağan qadağan edilmişdir.

11. İddiaçı tərəf mübahisəli RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının ona məxsus olduğunu qeyd edərək cavabdehdən alınaraq ona verilməsini tələb edir.

12. Cavabdeh tərəf isə, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının iddiaçıya deyil, ilk gündən cavabdeh hüquqi şəxs tərəfindən istifadə edildiyini və ona məxsus olduğunu bildirir.

13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli üçün qeyd edilmiş mübahisəli RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının kimə məxsus olması müəyyən edilməlidir. Bunun üçün də, tərəflərin təqdim etdikləri sübutlar müqayisəli şəkildə tədqiq edilməlidir.

14. İddiaçı tərəfin istinad etdiyi və təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir.

15. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında xx.xx.2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

16. Qeyd edilmiş müqavilənin 1-ci paraqrafından görünür ki, müqavilənin predmetini mübahisəli RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təşkil edir.

17. Həmin müqavilənin 2-ci paraqrafından görünür ki, avadanlığın dəyəri 2.250.000 avro, müqavilənin ümumi dəyəri isə 2.689.457,12 avro təşkil edir.

18. Həmin müqavilənin 3.2-ci paraqrafından görünür ki, avans məbləği 100.000 avro təşkil edir.

19. Qeyd edilmiş müqavilənin 1 saylı əlavəsindən görünür ki, avadanlığın dəyəri 2.250.000 avro, maliyyələşmə dəyəri 439.457,12 avro, müqavilənin ümumi dəyəri isə 2.689.457,12 avro təşkil etmişdir.

20. Qeyd edilmiş müqavilənin 2 saylı əlavəsi ilə ödəniş qrafiki müəyyən edilmişdir.

21. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit sazişin 2.1-ci bəndindən görünür ki, Bank 2.589.457,12 avro dəyərində akkreditiv açmağı öhdəsinə götürmüşdür.

22. Həmin sazişin 4.1-ci bəndinin məzmunundan görünür ki, qeyd edilmiş kredit sazişinin təminatı olaraq Bankla Cavabdeh ASC arasında 003/10 saylı ipoteka müqaviləsi və 004/10 saylı sonrakı girov müqaviləsi bağlanmışdır.

23. Bundan başqa həmin sazişin 4.1-ci bəndinin məzmunundan həmçinin görünür ki, "xxxx" MMC tərəfindən Almaniyadan alınacaq 2.689.457 avro dəyərində ofset çap maşını RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı girov qoyulacaqdır.

24. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC, "xxxx" MMC (borclu), Cavabdeh ASC (girov qoyan) arasında bağlanmış xx.xx.2010-cü il tarixli sonrakı girov müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit sazişinə əsasən 2.589.457,12 avro məbləğində 93 gün müddətinə açılmış akkreditivin və ona hesablanacaq komisyon haqqının, faizlərin təminatı kimi tərəflər bu müqavilədə müəyyən edilmiş əmlakın sonrakı girovla yüklü edilməsi barədə razılığa gəlmişlər.

25. Qeyd edilmiş xx.xx.2010-cü il tarixli sonrakı girov müqaviləsindən görünür ki, Cavabdeh ASC-yə məxsus 40 adda daşınar əşya girovla yüklü edilmişdir.

26. İddiaçı tərəf qeyd edilmiş sənədlərə istinad edərək, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının pulunun məhz Azərbaycan Beynəlxalq Bankı ASC-nin akkreditivi üzrə ödənildiyini, qeyd edilmiş kredit sazişi üzrə bütün ödənişlərin "xxxx" MMC tərəfindən ödənildiyini bildirir.

27. Cavabdeh tərəfin bu mərhələdə təqdim etdiyi sübutlar aşağıdakılardır.

28. İş materiallarında olan Cavabdeh ASC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, məhz "xxxx" MMC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında xx.xx.2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsi ilə eynilik təşkil edir.

29. Bu xüsusda Məhkəmə qeyd edir ki, göründüyü kimi, iş materiallarında Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə iki eyni məzmunlu, eyni tarixli müqavilə həm "xxxx" MMC ilə, həm də Cavabdeh ASC ilə mövcuddur.

30. Ona görə də, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə bağlanmış olan alqı-satqı müqaviləsinin predmetini təşkil edən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının pulunun kim tərəfindən verilməsi müəyyən edilməlidir.

31. İddiaçı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağlanmış xx.xx.2010-cü il tarixli kredit sazişi üzrə açılmış akkreditivə istinad edərək, pulun həmin kredit sazişi üzrə Bank tərəfindən “Koenig & Bauer AG şirkətinə köçürüldüyünə və kredit sazişi üzrə də, bütün ödənişlərin "xxxx" MMC tərəfindən ödənilməsinə istinad edir. Cavabdeh tərəf isə, pulun “Koenig & Bauer AG şirkətinə Cavabdeh ASC tərəfindən ödənilməsi və yaxud köçürülməsi barədə sənədi Məhkəməyə təqdim edə bilməmişdir.

32. Azərbaycan Beynəlxalq Bankı ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit sazişinin 4.1-ci bəndinin məzmunundan da, göründüyü kimi, Bank tərəfindən pul məhz "xxxx" MMC tərəfindən Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkətindən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınması üçün ayrılmışdır.

33. Qeyd olunan hal isə, o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG Şirkətinə pul məhz "xxxx" MMCyə Bank tərəfindən ayrılmış akkreditiv hesabına ödənilmişdir. Belə ki, sonradan Bank "xxxx" MMC-dən qeyd edilmiş müqavilə üzrə pulun qaytarılmasını Məhkəmə qaydasında tələb etmişdir.

34. Beləliklə, Məhkəmə o nəticəyə gəlir ki, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınmasına sərf olunmuş vəsait məhz "xxxx" MMC-yə aid olmuşdur.

35. Bundan başqa cavabdeh tərəf RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının ilk gündən Cavabdeh ASC-yə məxsus olduğunu qeyd etsə də, Cavabdeh ASC ilə "xxxx" MMC arasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli akta istinad edərək avadanlığın borcun əvəzi olaraq "xxxx" MMC tərəfindən, Cavabdeh ASC-yə təhvil verildiyini bildirir.

36. Qeyd edilmiş aktdan görünür ki, “"xxxx" MMC borcun əvəzi olaraq Almaniyanın “Koenig & Bauer şirkətindən alınmış RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığını və ona aid hissələri Cavabdeh ASC-nin mülkiyyətinə təhvil verdi”.

37. İddiaçı tərəf isə buna etiraz edərək, tərəflər arasında ümumiyyətlə hər hansı bir borc münasibətlərinin olmadığını, qeyd edilmiş əqdin əhəmiyyətsiz olduğunu bildirir.

38. Məhkəmə hazırlıq iclasında Cavabdeh ASC-nin nümayəndəsindən tərəflər arasında hər hansı bir borc münasibətlərinin olub-olmaması soruşulmuş, cavabdeh tərəf “məlumatlı deyiləm” məzmunlu cavab vermişdir. Ancaq sonrakı iclaslarda belə, tərəflər arasında hər hansı bir borc münasibətlərinin mövcud olmasına dair sənədi təqdim edə bilməmişdir.

39. Həmçinin də, Məhkəmə qeyd edir ki, cavabdehin etirazının akta istinad etməsi barədə dəlili belə, cavabdehin birinci dəlili olan avadanlığın onlara aid olması halını da, təkzib etmiş olur.

40. Ona görə də, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli akt özü-özlüyündə etibarsız olmaqla, uydurma bir əqddir. Belə ki, qeyd edilmiş aktda tərəflər arasında borc münasibətlərinin olmasına istinad edilsə də, tərəflər arasında ümumiyyətlə borc münasibəti olmamışdır.

41. İddiaçı tərəfin təqdim etdiyi digər sübutlar aşağıdakılardır.

42. Azərbaycan Beynəlxalq Bankı ASC ilə "xxxx" MMC arasında bağlanmış olan xx.xx.2015-ci il tarixli xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, "xxxx" MMC kredit müqaviləsi üzrə 728.382,62 avro məbləğində əsas borcun xx.xx.2015ci il tarixinədək qeyd edilmiş cədvələ uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür.

43. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli "xxxx" QSC ilə X3 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, sonuncuya məxsus olan ünvan 3 ünvanında yerləşən 0.7143 ha torpaq sahəsi və üzərində olan 118.7 kv.m olan qeyriyaşayış binası Bankla "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir.

44. Məhkəmə bu xüsusda qeyd edir ki, "xxxx" QSC tərəfindən Məhkəməyə ünvanlanmış məktub və ona qoşmalardan görünür ki, qeyd edilmiş Bankla "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə tələblər "xxxx" QSC-yə güzəşt edilmişdir.

45. İş materiallarından həmçinin görünür ki, "xxxx" QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bankla "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 768.019,30 avro məbləğində pulun "xxxx" MMC-dən tutulması, tutmanın X1 mülkiyyətində olan qeyd edilmiş əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Bu xüsusda Məhkəmə qeyd edir ki, X3 "xxxx" MMC-nin təsisçisi və payçısıdır.

47. Bundan sonra iş materiallana əlavə edilmiş "xxxx" QSC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun 1.453.023,99 olması, X1 ipoteka ilə yüklü edilmiş əmlakın qiymətinin 1.774.000 manat müəyyən edilməsi, həmin əmlakın borc əvəzi "xxxx" QSC-yə verilməsi, əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat pulun X2 qaytarılması barədə tərəflər razılığa gəlmişlər.

48. İş materiallarına əlavə edilmiş "xxxx" QSC (alıcı) ilə X3 (satıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ipoteka predmeti olan X2 məxsus olan əmlak 1.453.023,99 manat borcun əvəzi olaraq alıcının mülkiyyətinə keçmiş və qalıq 300.000 manat məbləğində pul X2 verilmişdir.

49. Bundan sonra "xxxx" QSC və X3 ilkin və qarşılıqlı iddialarından imtina edilmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə, tərəflərin iddiadan imtina etməsi qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir

50. Göründüyü kimi, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınması ilə bağlı bağlanmış kredit sazişi üzrə qalıq 728.382,62 avro məbləğində pul məhz "xxxx" MMC-nin təsisçisi olan X1 əmlakı hesabına ödənilmişdir.

51. İş materiallarına əlavə edilmiş X3 tərəfindən Türkiyə Respublikasından göndərilən ərizədən görünür ki, o xx.xx.2010-cu il tarixli kredit sazişi üzrə bütün məbləğin onun şəxsi vəsaiti və əmlakları vasitəsi ilə, "xxxx" MMC-nin adından edildiyini bildirmişdir.

52. Eyni məzmunlu ərizə həmçinin də, "xxxx" MMC-nin direktoru X4 tərəfindən də, göndərilmişdir.

53. Cavabeh tərəf də, bank hesabından çıxarışlar təqdim edərək, xx.xx.2010-cu il tarixli kredit sazişi üzrə pulların Cavabdeh ASC-nin bank hesabından nağd qaydada çıxarılaraq, Bənnayev İlqara verildiyini, sonuncunun isə götürüdüyü pulları kredit sazişi üzrə ödənildiyini və "xxxx" MMC-nin özünün ödəməyə maliyyə vəsaitinin olmadığı qeyd edir.

54. İddiaçı tərəf də, ödənişlərin "xxxx" MMC-nin təsisçisi olan X3 tərəfindən şəxsi vəsaitlər hesabına ödənildiyini qeyd edərək, X3 ilə digər şəxslər arasında bağlanmış bir qism alqı-satqı müqavilələrini Məhkəməyə təqdim etmişdir.

55. Bu xüsuda Məhkəmə aşağıdakıları qeyd edir.

56. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-yə aid hesabdan çıaxrışlardan görünür ki, müştəri kimi "xxxx" MMC göstərilmişdir və ödəniş edildiyi tarixlərdə “əməliyyatın təsviri” qrafasında "xxxx" MMC-nin adı qeyd edilmişdir.

57. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, müştərinin adı məhz "xxxx" MMC qeyd edilmişdir.

58. Bundan başqa da, qeyd edilmiş ödəniş qəbzlərinin tarixi, cavabdeh tərəfindən təqdim edilən hesabdan çıxarışlardakı nağd pulun götürülməsi ilə bağlı tarixlər müqayisə edildikdə, görünür ki, nağd pulun verilməsi ilə, borcun ödənilməsi ilə bağlı tarixlər üst-üstə düşməməklə yanaşı, kifayət qədər aralı tarixlərdir.

59. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin bildirdiyi kredit sazişi üzrə pulun məhz Cavabdeh ASC-nin pulu ilə ödənilməsi və pulun da, Bənnayev İlqarın Cavabdeh ASC-dən nağd qaydada götürərək ödəməsi dəlili inandırıcı deyildir.

60. Belə ki,cavabdeh tərəf ancaq bu fikirləri səsləndirsə də, bununla bağlı hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir.

61. Qeyd olunanlar isə o nəticəyə gəlmək üçün əsas verir ki, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığın alınmasına sərf olunmuş 2.689.457,12 avro məbləğində vəsait məhz "xxxx" MMC tərəfindən ödənilmişdir və qeyd edilmiş avadanlıq "xxxx" MMCyə məxsusdur. Hal-hazırda isə, qeyd olunan avadanlıq hər hansı bir qanuni əsas olmadan cavabdehdədir.

62. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı və RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığı RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçınə verilməlidir.

V. Nəticə:

63. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar