Məhkəmə qərarları › İş №e-2-2(113)-3201/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3201/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3201/2025 28.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh/qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 iştirakları ilə, 3-cü şəxsin iştirakı olmadan, İlkin iddia üzrə iddiaçı “MVC GROUP" MMC-nin cavabdeh “X4” GmbH (DE********) qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC olmaqla) “pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı “X4” GmbH-nin cavabdeh “MVC GROUP" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisələrinə dair iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “MVC GROUP" MMC iddia və dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X4” GmbH-dən yaranmış əsas zərərə görə 33110.36 manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3600 manat pul məbləğinin, dövlət rüsumu üzrə ödənilmiş 201 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “X4” GmbH qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6500 (altı min beş yüz) avro əsas borcun, 325 (üç yüz iyirmi beş) avro faiz borcunun, hüquqi yardım üçün ödənilmiş 4130 (dörd min bir yüz otuz) avro məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 (bir yüz əlli dörd) manat pulun qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə İddiaçı X4 GmbH-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə saat 14:15-ə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə və barışıq sazişi təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış 27 avqust 2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək cavabeh tərəfindən xx.xx.2025-ci il tarixində elektron məhkəmə kabinetinə yerləşdirilmiş barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı “MVC GROUP" MMC-nin cavabdeh “X4” GmbH (DE********) qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" ASC olmaqla) “pul” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı “X4” GmbH-nin cavabdeh “MVC GROUP" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bir tərəfdən, hüquqi ünvanı ünvan 1 əsasmda fəaliyyət göstərən direktoru X2 tərəfindən təmsil edilən İddiaçı MMC (VÖEN: **********) (bundan sonra “İddiaçı” adlandırılacaq) və 04 aprel 2025-ci il tarixli etibarnamə əsasmda səlahiyyətli nümayəndəsi Vəkil2 tərəfindən təmsil edilən Almaniya Federativ Respublikasının hüquqi şəxsi olan X4 GmbH şirkəti (Qeydiyyat nömrəsi: HRB 51158) (bundan sonra “Cavabdeh”) (bundan sonra “İddiaçı” və “Cavabdeh” birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) aralarındakı məhkəmə mübahisəni həll etmək məqsədilə aşağıdakı şərtlər barədə bu Barışıq sazişini (bundan sonra “Saziş”) imzaladılar:

1. Mübahisənin qısa təsviri İddiaçı Cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsinə (bundan sonra - “BKM”) iddia ərizəsi ilə müraciət edərək Tərəflər arasında bağlanmış “Nəqliyyat Ekspedisiyası haqqında” müqavilədən irəli gələn yaranmış zərərə görə 33100,36 (otuz üç min bir yüz manat, 36 qəpik ) manat əsas borc, hüquq yardımın göstərilməsi məqsədilə ödənilmiş 3600 (üç min altı yüz) manat və 201 (iki yüz bir) manat dövlət rüsumunun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə BKM-in icraatmda olan e-2-2(113)-3201/2025 nömrəli iş üzrə Cavabdeh qarşılıqlı iddia ilə BKM-ə müraciət etmiş və 6500 (altı min beş yüz) avro əsas borcun, 325 (üç yüz iyirmi beş) avro faiz borcunun, hüququ yardım üçün ödənilmiş 4130 (dörd min yüz otuz) avro məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 (bir yüz əlli dörd) manat pulun İddiaçıdan tutularaq, Cavabdehə ödənilməsini xahiş etmişdir.

2. Barışığın şərtləri: 2.1. İddiaçı bu Sazişin 1-ci bəndində qeyd edilən BKM-in icraatında olan e-2-2(T13)- 3201/2025 nömrəli iş üzrə iddiasmdan imtina edir, Cavabdeh 9.022,88 (doqquz min iyirmi iki avro səksən səkkiz sent) avro məbləğində vəsaiti İddiaçıya ödəyir. 2.2. Bu Sazişin 2.1-ci bəndində qeyd edilən məbləğ Barışıq Sazişinin məlikəmə tərəfindən təsdiq edilməsi haqqında qərardad elektron məlikəmə sistemi vasitəsilə tərəflərə və ya onların səlahiyyətli nümayəndələrinə (vəkillərinə) təqdim ediləndən, müvafiq qərardad notarial qaydada ingilis dilinə tərcümə edilib. Cavabdehə istənilən vasitə (kuryer poçt, email və.b.) ilə təqdim ediləndən sonra, lakin qərardad elektron məhkəmə sistemi vasitəsilə tərəflərə təqdim olunduğu tarixdən 20 (iyirmi) gündən gee olmayaraq, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi aşağıdakı Avro hesaba ödənilməlidir: Benefisiar: MVC GROUP MMC VÖEN: **********, hesab nömrəsi (İBAN): AZ95AİİB401400D**********229 Bank: Kapital Bank ASC, KOB Mərkəzi filialı, SWİFT kod: AİİBAZ2XXXX, Müxbir bank: X1 AG, Vienna, Austria, Müxbir hesab: 001-55.075.527, Müxbir bankın SWİFT kodu: RZBAATWW. Qərardadın notariat qaydada tərcümə edilməsi və istənilən vasitə (kuryer poçt, email və.b.) ilə Cavabdehə (Almaniaya Federativ Respublikasına) göndərilməsi Cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən icra ediləcək. 2.3. Cavabdeh bu Sazişin 1-ci bəndində göstərilən qarşılıqlı iddia üzrə iddia tələblərindən imtina edir. 2.4. Cavabdeh bu Sazişin 2.2-ci bəndində qeyd edilmiş öhdəliyi vaxtında icra etmədiyi halda hər gecikdirilmiş gün üçün bu Sazişin 2.1-ci bəndində qeyd edilmiş məbləğin 0,5%-i həcmində dəbbə pulu ödəyəcəkdir.

3. Yekun müddəalar 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qiivvoyo minir və Cavabdehin öz öhdəliyini yerinə yetirənədək qüvvədə qalacaqdır. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasmm aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər bir Tərəf üçün bir nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədə tərtib edilmişdir.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar