Məhkəmə qərarları › İş №e-2-2(113)-3205/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3205/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3205/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçın nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1" MMC-dən 48 manat 05 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 68 manat 05 qəpik manat vəsaitinin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, hesab-fakturada göstərilən ödəniş müddətləri abunəçi tərəfindən pozularsa, "xxxx" abunəçiyə faktura kəsildiyi tarixdən 45 təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc tam ödənilənə qədər "xxxx" tərəfindən davam etdirilir. Cavabdeh öz borcunu ödəməsinin son tarixi 27.08.2019-cu il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Tərəflər arasında 12.10.2018-ci il tarixli abunə və xidmət haqqı müqaviləsi bağlanmışdır. 25.12.2020-ci il tarixli cari hesab arayışlarından görünür ki, 5.23732.00.00.100010 nömrəli abunəçi kodu üzrə ********** nömrəsinin 15,60 manat, 5.23732.00.00.10000 nömrəli abunəçi kodu üzrə ********** nömrəsinin 16,16 manat və 5.23732.00.00.100005 nömrəli abunəçi kodu üzrə ********** nömrəsinin 16,29 manat ödənilməmiş abunə və xidmət haqqı borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmədə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, "xxxx" Telekom MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq abunə və xidmət haqqı müqaviləsi bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MMC abunə və xidmət haqqı borcunu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin iddiası əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən yaranmış 48 manat 05 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 68 manat 05 qəpik manat vəsait pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "X1" MMC-dən 48 manat 05 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 68 manat 05 qəpik manat vəsait "xxxx" MMC-nin xeyrinə məcburi tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar