Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3205/2024 26.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dəymiş zərər, sığorta məbləğinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş 19991,907 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 saylı şəhadətnamə üzrə "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi kasko sığortalanmışdır. 17 avqust 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən qanunsuz ələ keçirilərək qəza törədilmişdir. X20 tərəfindən "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin qanunsuz olaraq ələ keçirilməsi və qəza törədilməsi nəticəsində "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli təmir aktına əsasən 19991,907 manat məbləğdə zərər vurulmuşdur. 30 mart 2023-cü il tarixdə X16 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə cinayət işi açılmışdır. xx.xx.2022-ci ildə "xxxx" ASC-yə dəymiş zərərin ödənilməsi üçün ünvanlanan məktuba xx.xx.2022-ci il tarixində “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu və 7.1.10-cu bəndlərinə istinad edilərək ödənişin edilməsindən imtina edilmişdir. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər sığortaçı tərəfindən ödənilmir. Lakin ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi və ya onun açarları hadisəni törədən X3 şəkildə verilməmişdir və hadisəni törədən X20 nəqliyyat vasitəsinin açarlarını oğurlayaraq qəzanı törətmişdir. Bu fakt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin hökmə əsasən X20 tərəfindən "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobil talama məqsədi olmadan qanunsuz ələ keçirilmişdir (qaçırılmışdır). Eyni zamanda, sözügedən Qaydaların 7.1.10-cu bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv еdilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər sığorta hadisəsi hesab edilmir. Lakin bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həmin vasitələrdən kənar və/ və ya təhlükəsiz yerdə saxlanılması halları yuxarıda qeyd olunan qaydadan istisna təşkil edir. X20 məhkəmə prosesi dövründə vəfat etmiş və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin1(006)-175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarının 6-cı səhifəsində qeyd olunanlara əsasən məhkəmə cinayət hadisəsinin törədilməsi, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması, cinayət əməlinin X20 tərəfindən törədilməsi barədə nəticəyə gəlmiş və Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən işə bəraətverici əsas olmadan xitam vermişdir. Qərara əsasən X20 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinə əsasən təqsirli hesab edilmişdir. Məhkəmə qərarı çıxdıqdan sonra yenidən xx.xx.2023-cü ildə Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surəti ilə birgə "xxxx" ASC-yə və xx.xx.2023-cü ildə isə Mərkəzi Banka müraciət olunmuş, lakin eyni əsaslarla, yəni “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9cu və 7.1.10-cu bəndlərinə istinad edilərək rədd cavabı gəlmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 922.2, 926.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya dair mülahizə təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 saylı sığorta şəhadətnaməsi ilə İddiaçı MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid mrkalı nəqliyyat vasitəsi kasko sığortalanmışdır. 17 avqust 2022-ci il tarixdə Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İddiaçı MMC-nin müraciəti əsasında "xxxx" ASC tərəfindən sığorta araşdırması aparılmış və məlum olmuşdur ki, 17 avqust 2022-ci il tarixdə saat 17:00 radələrində X20 İddiaçı MMC-yə məxsus “Skoda Rapid” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz Vağzalı” istiqamətində idarə edərkən Bakı şəhəri, Səbail rayonu, Rixard Zorge küçəsi ilə kəsişmədə idarəetməni itirmiş və yolun sol hissəsindəki dəmir boruya çırpılmaqla avtomobilin zədələnməsinə səbəb olmuşdur. Sığorta araşdırması yekunlaşdıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinin tələblərinə uyğun olaraq "xxxx" ASC tərəfindən sığortalı İddiaçı MMCyə xx.xx.2023-cü il tarixində 5542/İ saylı məktub ilə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. Sığorta ödənişindən imtinaının əsası kimi xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 saylı sığorta müqaviləsinin bağlanması üçün əsas olan “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu və 7.1.10-cu bəndlərinə istinad edilmişdir. Növbəti mərhələdə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 avqust 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ona dəymiş19991,907 AZN məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hadisəni törətmiş X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarında göstərilir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş həm X4, həm də X9 ifadələrində 17 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində X1nın “Skoda Rapid” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını ehtiyac yarandığı təqdirdə avtomobilin yerinin dəyişdirilməsi üçün həmişə olduğu kimi “Time Business” mərkəzinin qarşısında parklamaya nəzarət edən X11 verdiyini təsdiq etmişdir. X1 avtomobilin açarlarını ehtiyac yarandığı təqdirdə avtomobilin yerinin dəyişdirilməsi üçün parklamaya nəzarət edən X11 vermiş, daha sonra Əliyev Bəylər bu vəzifəni arabir kömək üçün onu əvəz edən atası X18 tapşırmışdır. Əliyev Ramil əvəz etdiyi oğluna sürücü tərəfindən həvalə olunmuş tapşırığı icra etmək üçün avtomobilin yerini dəyişmiş və daha sonra şəhərdə sürmək qərarına gəlmişdir. Əliyev Ramil açarları parklanmaya nəzarət edən şəxs kimi götürmüş, avtomobilin yerini dəyişdirmişdir. Yalnız bundan sonra ona həvalə edilmiş səlahiyyətləri aşaraq avtomobili qaçırtmışdır. Yəni, sürücü açarları parklanmaya nəzarət edən şəxs könüllü şəkildə təqdim etmiş və qaçırtma əməli də həmin an üçün parklanmaya nəzarət edən şəxs tərəfindən törədilmişdir. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.10-cu bəndi istinanın tətbiq edilməsi üçün açarların avtomobildən kənar və təhlükəsiz yerdə saxlanmasını zəruri şərt kimi müəyyən edir. Lakin əldə olunmuş sübutlar onu deməyə əsas verir ki, hadisəni törədən X20 açarları götürən zaman açarlar təhlükəsiz yerdə saxlanmamış, nəzarətsiz şəkildə qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özgənin əmlakını gizli olaraq talama oğurluq hesab olunur. X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarından da görünür ki, hadisəni törətmiş şəxsin əməlində oğurluq cinayətinin tərkib əlamətləri yoxdur və təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tövsif edilmişdir. X20 nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Qeyd olunanlara əsasən nəqliyyat vasitəsinə dəymiş zərər oğurluq nəticəsində baş verməmişdir və sığorta təminatına daxil deyil. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 5.1.6-cı bəndinə əsasən üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan dedikdə üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər nəzərdə tutulur. Araşdırılan iş üzrə X20 üçüncü şəxs hesab olunsa da, zərərin baş verməsinə səbəb olan hadisəni – yol nəqliyyat hadisəsini qəsdən törətməsinə dair səlahiyyətli orqanın rəyi və ya qərarı yoxdur. X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarından da görünür ki, X20 avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz Vağzalı” istiqamətində idarə edərkən Bakı şəhəri, Səbail rayonu, Rixard Zorge küçəsi ilə kəsişmədə idarəetməni itirmiş və yolun sol hissəsindəki dəmir boruya çırpılmaqla avtomobilin zədələnməsinə səbəb olmuşdur. Hadisənin baş verməsinə sürücünün nəqliyyat vasitəsinin idarəetməsini itirməsi səbəb olmuşdur. Qeyd olunanlara əsasən nəqliyyat vasitəsinə dəymiş zərər üçüncü şəxslərin qərərzli hərəkətləri nəticəsində baş verməmişdir və sığorta təminatına daxil deyil. Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq iddiaçı tərəfindən maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına sözügedən hadisə üzrə "xxxx" ASC-nin sığorta ödənişini həyata keçirmək öhdəliyi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Bankda baxılmış və müraciətə nəzarət orqanı tərəfindən 29 yanvar 2024-cü il tarixli 6-126/2-688/2024-cü il tarixli məktub ilə cavab verilmişdir. Maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bank İddiaçı MMC-yə məxsus “Skoda Rapid” markalı, 99- PK-867 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə nəticələnən hadisənin sığorta hadisəsi hesab olunmadığını, "xxxx" ASC-nin müvafiq sığorta müqaviləsi və qanunvericiliyin tələblərinə əsasən ödəniş etmək öhdəliyinin yaranmadığını bildirmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehin mülahizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbinin əsasını təşkil edən əsas məqam 3-cü şəxsin qərəzli hərəkətləri nəticəsində kasko sığorta ilə sığortalanmış avtomobilə zərər vurulmasıdır. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 nömrəli sığorta şəhadətnaməsinə əsasən təminat verilən sığorta risklərinə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan daxil edilmişdir. Avtonəqliyyat vasitələrinin (Kasko) Sığortası qaydalarının 5.1.6-cı bəndinə əsasən üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlərdir. İş materiallarından (Nəsimi rayon Məhkəməsinin 1(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) məlum olduğu kimi, İddiaçı MMC-yə məxsus avtomobil X20 tərəfindən talama məqsədi olmadan qəsdən ələ keçiriləək qaçırılmış və qəza törədilərək avtomobilin mülkiyyətçisinə xeyli miqdarda ziyan vurulmuşdur. X20 tərəfindən avtomobilin qaçırılması və qəza törədilərək xeyli miqdarda ziyan vurulması üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan hesab olunur. X10 avtomobili bilərək qəsdən qaçırmışdır və avtomobilin idarəetməsinin itirilməsi onun tərəfindən törədilən əməlin qəsd olmasını aradan qaldırmır. Əliyev Ramilin avtomobili gizli olaraq ələ keçirməsi onun əməlinin ehtiyatsızlıq ilə törədildiyini təsdiq edə bilməz və bu səbəbdən onun tərəfindən avtomobilin ələ keçirilməsi qəsdlə əhatə olunur. Avtomobilin qəsdən ələ keçirilməsi zamanı artıq üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan çərçivəsində sığorta təminatı yaranır. Yəni avtomobilin idarəetməsinin itirilməsi əməlin qərəzli və qəsdən törədilməsini aradan qaldırmır. Əməlin qəsdən törədilməsi avtomobilin talama niyyəti olmadan ələ keçirilməsidir. Bu əməl nəticəsində avtomobillə qəza törədilməsi və xeyli miqdarda ziyan vurulması üçüncü şəxsin əməli nəticəsində dəyən ziyan hesab olunmalıdır. İddia tələbinin əsasını təşkil edən ikinci əsas məqam avtomobilin gizli olaraq ələ keçirilməsidir. Avtonəqliyyat vasitələrinin (kasko) sığortası qaydalarının 7.1.9-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub olmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortaçı tərəfindən ödənilmir. Lakin hazırkı işdə könüllü verilmə olmadığından dəyən zərər sığortaçı tərəfindən ödənilməlidir. İş üzrə cavabdeh tərəf mülahizəsində bildirmişdir ki, hazırkı işdə avtomobil və ona sahiblik könüllü verildiyi üçün sığortalıya dəyən zərər sığortaçı tərəfindən ödənilmir. Avtomobili idarə edən şəxs X5 tərəfindən avtomobilin açarları könüllü olaraq Əliyev Ramilə verilməmişdir. Əliyev Ramil avtomobilin açarlarını gizli formada ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə çıxarılmış Məhkəmə qərarının aşağıda qeyd edilən hissələrində (Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) avtomobilin gizli olaraq ələ keçirilməsi tam sübut olunur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, avtomobili idarə edən X5 tərəfindən avtomobilin açarı könüllü olaraq X18 verilməmişdir. X20 avtomobilin açarlarını bilə-bilə gizli olaraq ələ keçirmiş və avtomobilə zərər vurmuşdur. Avtomobilin açarının Əliyev Ramil tərəfindən gizli olaraq ələ keçirilməsi avtomobilin könüllü olaraq verilməsi hesab edilə bilməz. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında yazılı mülahizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, MC-Mİ-0633/20 nömrəli avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhdatənaməsindən görünür ki, sığortaçı - "xxxx" ASC, sığortalı - İddiaçı MMC olmaqla, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. Şəhdatənaməsindən görünür ki, oğurluq, yanğın, partlayış, yol nəqliyyat hadisəsi, hər hansı predmetlə toqquşma, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan sığorta risklərinə aid edilmişdir.
9. Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı MMC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.
10. İddiaçı MMC tərəfindən təqdim edilmiş təmir aktından görünür ki, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin təmir xərci cəmi 19991,907 manat təşkil etmişdir.
11. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 5542/İ nömrəli məktubda qeyd edilmişdir ki, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin açarı X6 tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş və daha sonra X19 nəzarətsiz qalmış açarı götürərək səlahiyyəti olmadan, qanunazidd qaydada həmin avtomobili idarə etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, sözügedən hadisə "Avtonəqliyyat vasitələrinin (kasko) sığortası" Qaydalarının 7.1.9-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər, həmçinin 7.1.10-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətləri nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərərlər sığorta hadisəsi hesab edilmir.
12. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-688/2024 nömrəli məktubda qeyd edilmişdir ki, sığortalı avtonəqliyyat vasitəsinin açarı Nətavan Dinsevər tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş, daha sonra Ramil Əliyev nəzarətsiz açarı götürərək səlahiyyəti olmadan avtonəqliyyat vasitəsini idarə etmişdir. Təqsirləndirilən şəxs Ramil Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Bundan sonra – Cinayət Məcəlləsi) 185.2.4-cü maddəsi ilə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə ) cinayət işi açılsa da, cinayət təqibi dövründə rəhmətə getdiyinə görə müvafiq cinayət işinə Cinayət Məcəlləsinin 39.1.5-ci maddəsi ilə bəraətverici əsaslar olmadan xitam verilmişdir. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu maddəsinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər, eyni zamanda müvafiq Qaydaların 7.1.10-cu maddəsinə əsasən qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər sığorta hadisəsi hesab edilmir.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-175/2023 nömrəli qərarı ilə X16 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış "xxxx" ASC tərəfindən təsdiq edilmiş avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydalarının: 5.1-ci bəndinə əsasən sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı risklər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir: 5.1.1. Toqquşma – İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə olan avtonəqliyyat vasitəsinə sığortalı və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması, avtonəqliyyat vasitəsinin belə cismləri vurması, aşması, düşməsi nəticəsində dəyən zərər və ziyanlar; 5.1.2. Yanğın - Bu qaydalarla istisna edilən hallar nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin ildırım vurması da daxil olmaqla hər hansı səbəbdən yanması; 5.1.3. Partlayış - antonəqliyyat vasitəsinə partlayış nəticəsində dəyən ziyan; 5.1.4. Oğurlanma - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər; 5.1.5. Yol nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar; 5.1.6. Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər. 7.1-ci bəndinə əsasən sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir: ..... 7.1.9. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub- olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər; 7.1.10. Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər: Bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həmin vasitələrdən kənar və və/ya təhlükəsiz yerdə saxlanılması; Bu cür birbaşa maddi ziyan və və/ya oğurluq ilə əlaqəli olan hər hansı sığorta ödənişinə dair tələbin zorla daxil olmanın baş verməsini sübut edən dəlillərlə əsaslandırılması; Avtonəqliyyat vasitəsinin təchiz edildiyi, quraşdırılarkən sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və/və ya avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistemləri işlək vəziyyətdə olduğu və istifadə edildiyi hallar.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
17. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sığortaçı "xxxx" ASC, sığortalı İddiaçı MMC olmaqla, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. 17 avqust 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən qanunsuz ələ keçirilərək qəza törədilmişdir. X20 barəsində cinayət işi başlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)- 175/2023 nömrəli qərarı ilə X16 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. İddiaçı "xxxx" MMC sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin açarı X6 tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş və daha sonra X19 nəzarətsiz qalmış açarı götürərək səlahiyyəti olmadan, qanunazidd qaydada həmin avtomobili idarə etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, sözügedən hadisə "Avtonəqliyyat vasitələrinin (kasko) sığortası" Qaydalarının 7.1.9-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər, həmçinin 7.1.10-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsinin qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətləri nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərərlər sığorta hadisəsi hesab edilmir.
18. Məhkəmə qeyd edir ki, avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydalarının 5.1-ci bəndində dəyən ziyan və zərərlərə təminat verilən risklərin dairəsi (toqquşma, yanğın, partlayış, oğurlama, yol nəqliyyat hadisəsi və üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan) müəyyən edilmişdir. Eyni zamanda həmin Qaydaların 7.1-ci bəndində də (ümumi istisnalar) sığortaçı tərəfindən dəymiş zərərin ödənilmədiyi hallar göstərilmişdir. Sığortaçı tərəfindən Qaydaların 7.1.9 (avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olubolmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər) və 7.1.10-cu (aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər: bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həmin vasitələrdən kənar və və/ya təhlükəsiz yerdə saxlanılması) bəndlərinə istinad edilərək sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
19. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus avtonəqliyyat vasitəsinin sürücüsü avtomobilin açarını könüllü surətdə parklanmanı həyata keçirən şəxsə vermiş, qəzanı törədən şəxs isə avtomobili oğurlamamış, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bu hallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-175/2023 nömrəli qərarında öz əksini tapır. Eyni zamanda üçüncü şəxs tərəfindən avtonəqliyyat vasitəsinə qəsdən ziyan vurulması ilə bağlı hər hansı sübut mövcud deyildir.
20. Göründüyü kimi, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarına uyğun olaraq əsaslı olmuşdur. Belə ki, baş vermiş hadisə sığorta təminatı verilən risklərin dairəsinə daxil deyildir.
21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
22. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova