Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3206/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı «xxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «xxxxxxxxxxxxxxxxx» ASC kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən, iddiaçı «xxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxx 2019-cu il tarixli, seriya İA, № 489426 olan elektron vergi hesab-fakturası ilə 6538 m3 çirkab sudan (kanalizasiya suyundan) istifadəyə görə hesablanmış (ƏDV daxil olmaqla) 6538 manat məbləğində debitor borcun qanunsuz və əsassız hesab edilərək silinməsi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.4.-cü maddəsinə əsasən, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində su təchizatı və kanalizasiya xidmətlərinə görə əsassız olaraq hesablanmış 6538 manat məbləğində borcun silinməsi tələbin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, tələbetmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, Q Ə R A R A A L D İ M: İddiaçı «xxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən **********93 nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı «xxxxxxxxxxxxxxxxx» ASC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3206/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3206/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver