Məhkəmə qərarları › İş №e-2-2(113)-3208/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3208/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3208/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X2” MMC-dənxx.xx.2023-cü il tarixli 161123-01 saylı Alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə verilməli olan 5942.93 (beş min doqquz yüz qırx iki) manat 93 qəpik məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 925 (doqquz yüz iyirmi beş) manatın, iddia ərizəsinin verilməsi üçün 79.43 (yetmiş doqquz) manat 43 qəpik dövlət rüsumunun – ümumilikdə 6947,36 (altı min doqquz yüz qırx yeddi) manat 36 qəpik məbləğində pulun cavabdehdən tulularaq İddiaçı MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 161123-01 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh «X2” MMC tərəfindən tikintidə istifadə olunan müxtəlif xırdavat, təmir və digər tikintimateriallarıalınmışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdeh şirkət tərəfindən bu günə olan müqaviləyə əsasən 5942.93 (beş min doqquz yüz qırx iki) manat 93 qəpik məbləğində borc bu günə qədər bizə ödənilməmişdir. Cavabdeh şirkət bizə olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış,etinasızlıq göstərmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli 161123-01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı Müqavilənin ayrılmaz hissəsi olan Razılaşma Protokolunda (bundan sonra “Razılaşma Protokolu" adlanacaq) əks olunan Malları (bundan sonra Mallar adlanacaq) Müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətinə verir, Alıcı isə bunun müqabilində Satıcıya Müqavilə ilə müəyyən olunmuş qiymətini ödəyir.- 2.1-ci bəndinə əsasən 2.1 Malın qiyməti və miqdarı Müqavilənin ayrılma/ tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. - 1.2-ci bəndinə əsasən 1.2 Malların çeşidi, sayı, qiyməti, çatdırılma (təhvil vermə) müddəti və yeri, Mallara dair Zəmanət müddəti və sair şərtlər Razılaşma Protokolunda qeyd olunur. - 2.4-cü bəndinə əsasən 2.4 Alıcı Malların dəyərini Müqavilədə göstərilən şərtlərlə ödəməsini öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən müqavilə əsasında ödəniləcək Malların dəyəri Malların Alıcıya təhvil verildiyi andan təhvil -təslimi Aktı əsasında 30 ( otuz ) gün ərzində Alıcı tərəfindən ödəniləcək. - 3.3-cü bəndinə əsasən ödənişlər məbləğin Satıcının bank hesabına köçürülməsi ilə həyata keçiriləcək. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli 161123-01 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli X1 əsasən iddiaçı tərəfindən cavabdehə 3877.06 manat məbləğində malın verilməsi razılaşdırılmış və təhvul verilmişdir..Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən cavabdehə EBDY 947742 nömrəli xx.xx.2024-cü il tarixli 3877.06 manat məbləğində elektron qaimə, EBDY 664069 nömrəli xx.xx.2024-cü il tarixli 502.26 manat, EBDY 480576 nömrəlixx.xx.2024-cü il tarixli 1563.62 manat məbləğində elektron qaimə, məbləğində elektron qaimə göndərilmişdir.

12. 10.03.2025-ci il tarixdi ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Kredo” vəkiol bürosunun hesabına 925 manat ödəniş edilmişdir. V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2023-cü il tariхli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə borcunun olması iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri, elektron qaimə və digər sübutlarla sübuta yetirilir.

17. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 5942.93 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

18. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 925 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

19. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 80 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

20. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən 80 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 161123-01 saylı Alqı-satqı müqaviləsi üzrə 5942.93 (beş min doqquz yüz qırx iki manat doxsan üç qəpik) manat məbləğində borc, vəkilə hüquqi xidmətə görə ödənilmiş 925 (doqquz yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumu kimi 79.43 (yetmiş doqquz manat qırx üç qəpik) manat məbləğ tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar