Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-321/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “079-22/DS” № alqı-satqı müqavilə üzrə 898,85 manat əsas borc, 359,54 manat dəbbə pulu (cərimə borcu) və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat ilə birlikdə İddiaçı ASC-yə Cavabdeh MMC tərəfindən 1328,39 manat ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 01 aprel 2022-ci il tarixli “079-22/DS” nömrəli alqı-satqı müqaviləsi bağlanmış və satıcı İddiaçı ASC sifariş verilmiş malları vaxtlı vaxtında Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı ASC müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 079-22/DS nömrəli satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimələrdə göstərilən toyuq əti məhsullarını (bundan sonra mal) elektron qaimələrdə göstərilən miqdarda və həmin qiymətlərlə sifarişlərə uyğun olaraq alıcıya təqdim etməyi, alıcı isə malları qəbul edib dəyərini bu müqavilə şərtləri əsasında həmin sənədlərdə göstərilən dəyəri məbləğini ödəməyə öz öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcının müqavilənin 2-ci bəndinin tələblərini icra etməsini alıcıdan tələb etmək və alıcı tərəfindən icra edilmədikdə malların verilməsini dayandırmaq, hər bir gecikən gün üçün ödənişi gecikdirilən məbləğin 0,01%-i həcmində dəbbə pulu tələb etmək hüququ var. xx.xx.2022-ci il tarixli EBBV seriyalı 768308 nömrəli elektron qaimədən görünür ki, İddiaçı ASC Cavabdeh MMC-yə 898,85 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktından görünür ki, İddiaçı ASC Cavabdeh MMCyə 898,84 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2023-cü il tarixli MŞB/10-00513 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC 70 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı ASC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 079-22/DS nömrəli müqavilə bağlanmış, İddiaçı ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək malları Cavabdeh MMC-yə təqdim etmiş, sonuncunun isə 898,85 manat məbləğində borcu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 898,85 manat borc tələbi, həmçinin ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 70 manat xərcin tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 41,15 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 898,85 manat əsas borc, 41,15 manat dəbbə pulu, mediyasiya xərci kimi ödənilmiş 70 manat, cəmi 1010 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 898,85 manat əsas borc, 41,15 manat dəbbə pulu, mediyasiya xərci kimi ödənilmiş 70 manat, cəmi 1010 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-321/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-321/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver