Məhkəmə qərarları › İş №e-2-2(113)-3210/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3210/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3210/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi Natig Mamedovun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, SPARK-097/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 24.435,44 manat məbləğində borcun, 163,31 manat dövlət rüsumunun, cəmi ümumilikdə 24.598,75 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə barışıq sazişi təqdim edilməklə, iddiaçı ilə aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Eyni zamanda tərəflər məhkəməyə elektron sistem vasitəsilə yazılı ərizələr təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Natig Mamedov və cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 23 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Nəzərə alaraq ki, - İddiaçı Cavadehə qarşı 24.435,44 manat məbləğində borcun, 163,31 manat dövlət rüsumunun, cəmi ümumilikdə 24.598,75 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatındadır, - Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etməklə bağlı ümumi razılıq mövcuddur. Aralarında olan bu mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağlayırlar. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda “Tərəf” birlikdə “Tərəflər” adlana bilər.

1. Cavabdeh gələcək əməkdaşlığı nəzərə alaraq iddiaçının iddia tələbininin 24.435,44 manat məbləğində olan hissəsini qəbul edir və qeyd edilən borcu idddiaçıya 1 tonun qiyməti 970 manatdan hesablanmaqla FLOTON 2166 T markalı beton qatqısı verməklə əvəzləşdirəcəkdir. Qeyd edilən beton qatqısı partiyalarla təhvil veriləcək, hər dəfə e-qaimə göndərilməklə tərəflər arasında təhvil-təslim aktı tərtib ediləcəkdir. Əvvəlki partiya üçün göndərilmiş elektron qaimələr İddiaçı tərəfindən təsdiqləndikdən sonra yeni partiya beton qatqısı göndəriləcəkdir. ƏDV məbləğləri qarşılıqlı olaraq ödəniləcəkdir.

2. İddiaçı iddia tələbi məbləğində cavabdehdən 1 tonun qiyməti 970 manata FLOTON 2166 T markalı beton qatqısı almağı öhdəsinə götürür.

3. Tərəflər təsdiq edirlər ki, iddiaçı tərəfindən məhkəmə iddia ilə müraciət edilməsi ilə bağlı çəkilən xərclər onun özünə aid edilir və İddiaçı həmin xərcləri Cavabdehdən tələb etmir.

4. Cavabdeh bu sazişin 3-cü bəndində qeyd edilən malı saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi tarixdən 30 gün ərzində iddiaçıya təqdim etməyi öhdəsinə götürür.

5. Cavabdeh tərəfindən sazişdə qeyd edilən malın təqdim edilməməsi öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Tərəflər bu Sazişi imzalayaraq bəyan edirlər ki, Sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.

7. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.

8. Tərəflər Barışıq sazişinin icrası tələbi istisna olmaqla gələcəkdə Sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər. Tərəflər bu barışıq sazişinin imzalanmasından sonra iddiaçı tərəfindən göndərilmiş elektron qaimə ilə bağlı məsələlərin qanunvericiliyə uyğun qaydada tənzimlənməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəklər.

9. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

10. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.

11. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, SPARK-097/2022 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 23 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Nəzərə alaraq ki, - İddiaçı Cavadehə qarşı 24.435,44 manat məbləğində borcun, 163,31 manat dövlət rüsumunun, cəmi ümumilikdə 24.598,75 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin icraatındadır. - Tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etməklə bağlı ümumi razılıq mövcuddur. Aralarında olan bu mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağlayırlar. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda “Tərəf” birlikdə “Tərəflər” adlana bilər.

1. Cavabdeh gələcək əməkdaşlığı nəzərə alaraq iddiaçının iddia tələbininin 24.435,44 manat məbləğində olan hissəsini qəbul edir və qeyd edilən borcu idddiaçıya 1 tonun qiyməti 970 manatdan hesablanmaqla FLOTON 2166 T markalı beton qatqısı verməklə əvəzləşdirəcəkdir. Qeyd edilən beton qatqısı partiyalarla təhvil veriləcək, hər dəfə e-qaimə göndərilməklə tərəflər arasında təhvil-təslim aktı tərtib ediləcəkdir. Əvvəlki partiya üçün göndərilmiş elektron qaimələr İddiaçı tərəfindən təsdiqləndikdən sonra yeni partiya beton qatqısı göndəriləcəkdir. ƏDV məbləğləri qarşılıqlı olaraq ödəniləcəkdir.

2. İddiaçı iddia tələbi məbləğində cavabdehdən 1 tonun qiyməti 970 manata FLOTON 2166 T markalı beton qatqısı almağı öhdəsinə götürür.

3. Tərəflər təsdiq edirlər ki, iddiaçı tərəfindən məhkəmə iddia ilə müraciət edilməsi ilə bağlı çəkilən xərclər onun özünə aid edilir və İddiaçı həmin xərcləri Cavabdehdən tələb etmir.

4. Cavabdeh bu sazişin 3-cü bəndində qeyd edilən malı saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi tarixdən 30 gün ərzində iddiaçıya təqdim etməyi öhdəsinə götürür.

5. Cavabdeh tərəfindən sazişdə qeyd edilən malın təqdim edilməməsi öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır.

6. Tərəflər bu Sazişi imzalayaraq bəyan edirlər ki, Sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir.

7. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər.

8. Tərəflər Barışıq sazişinin icrası tələbi istisna olmaqla gələcəkdə Sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldıra bilməzlər. Tərəflər bu barışıq sazişinin imzalanmasından sonra iddiaçı tərəfindən göndərilmiş elektron qaimə ilə bağlı məsələlərin qanunvericiliyə uyğun qaydada tənzimlənməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəklər.

9. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

10. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur.

11. Tərəflər Bakı Kommersiya Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar