Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-322/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı“xxxx” ASC-nin cavabdeh “xxxx” DSKŞ-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” DSKŞ-yə qarşı məhkəmədə iddia qaldıraraq, 1514.29 (bir min beş yüz on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində sığorta ödənişinin, 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və gecikdirdilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində, ünvan 1 ünvanında X10 “Hyundai Sonata” markalı ** SH *** (köhnə dövlət qeydiyyat nişanı ** VF ***) dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış “Mazda 3” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2014-cü il tarixli, 718 saylı arayışına və xx.xx.2014-cü il tarixli, BYP 592989 saylı inzibati xəta haqqında protokola və qərara əsasən X7 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM 151.1ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan göründüyü kimi X3 hadisə zamanı idarə etdiyi “Hyundai Sonata” markalı ** SH *** (köhnə dövlət qeydiyyat nişanı ** VF ***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisəsi baş verən anda “xxxx” DSKŞ tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Mazda 3” markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin MİL-0500/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi “Mazda 3” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixinədək 14000 manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş MİL-0500/13 saylı sığorta şəhadətnaməsinə Əlavə 1-dən göründüyü kimi həmin müqavilə üzrə xx.xx.2013-cü il tarixindən etibarən həmin müqavilə üzrə sığortalı İmanova Əminə Sərvət qızı sığorta olunan X12 və sığorta predmetinin dövlət qeydiyyat nişanı ** VV *** hesab edilmişdir. Zərərvuran sürücünün idarə etdiyi “Hyundai Sonata” markalı, ** SH *** ( köhnə dövlət qeydiyyat nişanı ** VF ***) dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixində “xxxx” DSKŞ-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbarı sığorta” növü üzrə sığortalı olduğundan “xxxx “ ASC tərəfindən “xxxx” DSKŞ-ə xx.xx.2014-cü il tarixli BS-C-14 /1071 saylı məktub göndərilərək zərərin qiymətləndirilməsi və razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mazda3 markalı” ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1664.29 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 118/14 saylı sığorta aktına və xx.xx.2014-cü il tarixli 000441 saylı kassa məxaric orderinə əsasən 1514.29 manat məbləğində sığorta ödənişi 150.00 manat azadolma məbləği çıxılmaqla X8 nağd olaraq ödənilmişdir. Qeyd edilənlərə nəzərə alaraq və Mülki Məcəllənin 936-cı maddəsinin tələblərinə əsaslanaraq 1514.29 məbləğində sığorta ödənişi məbləğinin qanunvericiliklə müəyyən edilmiş müddətdə “xxxx” ASC-yə ödənilməsinin təmin edilməsini “xxxx” DSKŞ-dən xx.xx.2018-ci il tarixli, BS-C-18/0033 saylı məktubla xahiş etməyinə baxmayaraq iddiaçı tərəfindən ödənilmiş məbləğ cavabdeh tərəfindən geri ödənilməmişdir. Ödənilmiş sığorta ödənişi məbləğinin subroqasiya qaydasında geri ödənilməsi tələbinə dair tərəflərindən cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq tələbləri icra edilməmiş, hətta sonuncu xx.xx.2018-ci il tarixində “xxxx” DSKŞ-a ünvanlandırılmış məktub cavabsız buraxılmışdır. Cavabdeh öhdəliklərini icra etmədiyi üçün tərəflərindən X4 Palatasına xx.xx.2019-cu il tarixli, BS-C-19/0699 saylı məktubla müraciət edilmiş, bunun nəticəsində “xxxx” DSKŞ X1 təqdim etdiyi məktuba cavab olaraq xx.xx.2019-cu il tarixli, 08/B-493 saylı məktubla sənədlərin arxivləşdirildiyini, müvafiq sənədləri əldə etdikdən sonra məlumat veriləcəyini bildirmişdir. Lakin bu günədək “xxxx” DSKŞ tərəfindən cəmiyyətə heç bir məlumat daxil olmamış və tələb icra edilmədən qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “xxxx” DSKŞ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbələri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən, buraxılış ili 2012-ci il olan Mazda 3 markalı avtomobil xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” ASC tərəfindən Kasko sığorta növü ilə sığortalanmışdır. Ümumi sığorta haqqı 546 manat, şərti azadolma məbləği 150 manat miqdarında müəyyən edilmişdir. MİL-0500/13 saylı sığorta şəhadətnaməsinə 1 nömrəli Əlavədən görünür ki, xx.xx.2013-cü il tarixindən etibarən sığortalı İmanova Əminə Sərvət qızı, sığorta olunan X12 və sığorta predmetinin dövlət qeydiyyat nişanı 90 VV 188 hesab edilmişdir. “xxxx” ASC-nin Sığorta hadisələrin tənzimlənməsi Departamenti tərəfindən təsdiq edilmiş xx xxxx 2014-cü il tarixli zərərin hesablanması aktından görünür ki, İmanova Əminə Sərvət qızına məxsus “Mazda 3” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ƏDV daxil olmaqla 1664,29 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı İmanova Əminə Sərvət qızına məxsus “Mazda 3” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişi barədə 118/14-CM036/14 nömrəli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən texniki baxış keçirilmiş “Mazda 3” (** VV ***) markalı avtomobillə bağlı zərər 1664.29 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi ilə bağlı 4-cü bənddə qeyd edilmişdir ki, sığorta ödənişi dəymiş zərərdən MİL-0500/13 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 150 manat azadolma məbləği çıxılmaqla 1514.29 manat təşkil edir. Bu məbləğ sığortalıya nağd olaraq ödəniləcəkdir. Bakı Şəhər Dövlət X21 tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli 718 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan məlum olur ki, xx.xx.2014-cü il tarixdə saat 12:00-da Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs ** SH *** dövlət qeydiyyat nişanlı Hundai Sonata markalı avtomobili idarə edən X7 olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, xx.xx.2014-cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində İmanova Əminə Sərvər qızının mülkiyyətində olan hadisə baş verən zaman X13 tərəfindən idarə edilən Mazda-3 markalı ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X20 tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında BYP 592989 saylı xx xxxxxx 2014-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Hyunadi sonata markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobili vəkalətnamə əsasında idarə edən X7 xx xxxxxx 2014-cü il tarixdə saat 12:00-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq “Mazda 3” markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. xx xxx 2014-cü il tarixli 000441 nömrəli kassa məxaric orderindən görünür ki, “xxxx” ASC tərəfindən X6 hesabına 1514.29 manat məbləğində sığorta ödənişi edilmişdir. “xxxx” ASC tərəfindən “xxxx” dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədrinə xx xxxxxx 2018-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2014-cü il tarixdə baş verən sığorta hadisəsi ilə bağlı “Mazda3” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar “xxxx” ASC tərəfindən 1514.29 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin qanunvericiliklə müəyyən olunmuş müddətdə qeyd edilən hesaba köçürülməsinin təmin edilməsi xx.xx.2014-cü il tarixli, BS-14/1138 saylı məktubla xahiş edilməsinə baxmayaraq həmin məbləğ bu günə kimi tərəflərindən ödənilməmişdir. Odur ki, həmin məbləğin göstərilən hesaba 3 iş günü ərzində ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir. “xxxx” ASC tərəfindən ünvanlanmış xx xxxxx 2019-cu il tarixli, BS-C-19/0699 saylı məktuba cavab olaraq X4 Palatası tərəfindən məktubla sənədlərin arxivləşdirildiyi və müvafiq sənədləri əldə etdikdən sonra məlumat veriləcəyi bildirilmişdir. İşdəki “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən müəyyən edilir ki, “xxxx” ASC tərəfindən baş vermiş sığorta hadisəsinə görə 1514.29 manat sığorta ödənişi Ramin İmanova ödənilmişdir. İşin məhkəmədə araşdıırlan halları ilə müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC tərəfindən “avtokasko” qaydaları ilə sığortalanmış “Mazda 3” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir və avtomobilə dəymiş zərərin məbləği 1664.29 manat qiymətləndirlərək 150 manat azadolma məbləği çıxılmaqla “xxxx” ASC tərəfindən sığorta olunan şəxsə 1514.29 manat məbləğində sığorta ödənişi edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinən şəxsin (X9 ) idarə etdiyi “Hyundai Sonata” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Dövlət Sığorta Kommersiya Şirkətində “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta olunduğundan iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilərək sığorta ödənişinin subroqasiya hüququ əsasında ödənilməsi tələb edilmiş, lakin müraciəti nəticəsiz qalmışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş şəxsin idarə etdiyi “Hyundai Sonata” markalı ** SH *** nömrəli nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi zamanı “xxxx” Dövlət Sığorta Kommersiya Şirkətində sığorta olunduğundan sonuncu 1514.29 manat məbləğində müəyyən olunmuş sığorta ödənişini həyata keçirməyə borcludur. Odur ki, məhkəmə iddiaçının tələbini sığorta ödənişinin həyata keçirilməsi hissəsində əsaslı hesab edir. Məhkəmə iddiaçının tələbinin gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsin əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan qanunvericilik aktı normasının mənasından görünür ki, dəbbə pulu ilə bağlı tərəflər arasında yazılı formada razılaşma olmaldır. İddiaçı tərəfindən isə iş materiallarına və məhkəməyə cavabdehlə aralarında dəbbə pulu ilə bağlı hər hansı öhədiliyin və razılaşmanın mövcudluğuna dair sübut təqdim edilməmişdir. Belə olan halda iddia həmin hissədə əsassız hesab edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. “xxxx” Dövlət Sığorta Kommersiya Şirkətindən 1514.29 (bir min beş yüz on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində sığorta ödənişi, 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia tələbi rədd edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İmran Burcayev
Məhkəmə qərarları › İş №e-2-2(113)-322/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-322/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver